"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home CƏMİYYƏT

Millət vəkilləri məişət zorakılığından danışdılar – Fotolar

28 Fevral 2017 - 17:49
in CƏMİYYƏT
FacebookVatsap

Millət vəkilləri məişət zorakılığından danışdılar - Fotolar

Bu gün Avrasiya Əməkdaşlıq Fondunun dəstəyi ilə “Bərabər hüquqlar, bərabər imkanlar” layihəsi çərçivəsində məişət zorakılığı ilə bağlı gənclərlə görüş keçirilib.
Yeniçağ.az xəbər verir ki, tədbirdə çıxış edən “Gənc Vətəndaş Maarifləndirmə” İctimai Birliyinin  icraçı direktoru Günel Səfərova bildirib ki, hər gün məişət zorakılığı ilə bağlı məlumatlar mediada yer alır. Onun sözlərinə görə, bu layihə çərçivəsində məişət zorakılığı çərçivəsində mülkiyyət hüquqları pozulan şəxslərə hüquqi yardımlar göstərilir:
“Əslində, bu layihə 2014-cü ildə təsdiqlənib, lakin biz onu 2017-ci ildə reallaşdıracağıq. Layihənin bir istiqaməti kimi gənclərlə maarifləndirici tədbirlərin keçirilməsidir”.
Millət vəkili Çingiz Qənizadənin sözlərinə görə, məişət zorakılığı təkcə Azərbaycanda deyil, bütün dünyada baş verir:
“Zorakılıq anlayışı, mütəmadi fiziki və mənəvi təzyiqləri özündə ehtiva edir. Bəzən ailə münasibətləri ilə bağlı ölüm hadisələri baş verir və deməzdim ki, belə halların hamısında zorakılıq faktı olur. Ölüm hadisəsi biranlıq da ola bilər. Təəssüf ki, biz ancaq mətbuatda gedən yazılar və məhkəmə proseslərindən məişət zorakılığının baş verdiyini öyrənirik. Amma regionlarda, xüsusilə ucqar rayonlarda bizim bilmədiyimiz daha çox zorakılıq halları baş verir. Yaxşı olardı ki, telekanallarımız müğənnilərə sərf etdikləri vaxtdan bir az da ailə münasibətləri ilə bağlı maarifləndirmə tədbirlərinə yer ayıraydılar”.
Milli Məclisin deputatı Jalə Əliyeva isə bildirdi ki, dünya yaranandan güclünün gücsüzə zorakılığı müşahidə olunub:
“Təəssüf ki, XXI əsrdə yaşamağımıza baxmayaraq, kobud səslənsə də, bu gün də cəngəllik qanunları ilə gün keçirənlər var. Hətta dünyanın inkişaf etmiş ölkələrində belə məişət zorakılığı olur. Şərt deyil ki, kişi qadını döysün. Bu gün atalar var ki, qızını zorla kiməsə ərə verir. Bu mənada təəssüf edirəm ki, XIX əsrdə Cəlil Məmmədquluzadənin, Sabirin və digər ədiblərin qələm aldığı “adətlər” hazırda da davam edir. Düzdür, vətəndaş cəmiyyətinin bu sahədə fəaliyyəti kifayət qədər əhatəlidir, Milli Məclis tərəfindən qanunlar qəbul edilib. Lakin görünən odur ki, qanunların qəbulu, inzibati tədbirlər yetərli deyil. Zorakılıq həm də insanlarımızın öz hüquqlarını bilməməsi səbəbindən də baş verir”.
Politoloq, millət vəkili Elman Nəsirli də bildirdi ki, ailə məsələlərində çox ehtiyatlı davranmaq lazımdır:
“Çünki ailədaxili problemlər kənara çıxanda xoşagəlməz hallar baş verir. Ona görə də yaranmış problem maksimum dərəcədə ailə daxilində həll edilməlidir. Yox, əgər bu, mümkün olmursa, məsələnin hüquq çərçivəsində həlli daha arzuolunandır. Düşünürəm ki, hər bir halda insan özü situasiyanı qiymətləndirməli və ona görə qərar verməlidir”.
Tədbirdə millət vəkili Elşən Musayev, “Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli və digərləri mövzu ətrafında fikir mübadiləsi aparıblar.







Bunu da oxuyun

Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın

Sentyabrda aylıq yağıntının miqdarı iqlim normasına yaxın olacaq – PROQNOZ

DYP yağışlı havada sürət həddi ilə bağlı müraciət edib

Previous Post

Millət vəkilləri məişət zorakılığından danışdılar – Fotolar

Next Post

Azercell-in təhsilə dəstəyi davam edir

Bənzər yazılar

Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın

Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın

31 Avqust 2026 - 12:09

Bakcell danışıq dəqiqələri, internet, SMS və rouminq imkanları ilə yanaşı, sosial şəbəkələrdə istifadə üçün əlavə internet bonusları təqdim edən “GO”...

Bazar günü Bakıya yağış yağacaq – XƏBƏRDARLIQ

Sentyabrda aylıq yağıntının miqdarı iqlim normasına yaxın olacaq – PROQNOZ

31 Avqust 2026 - 11:31

Sentyabr ayına olan hava proqnozu açıqlanıb. Bu barədə Elchi.az-a Milli Hidrometeorlogiya Xidmətindən məlumat verilib. Bildirilib ki, sentyabr ayı yay və...

NİİM valideynlərə müraciət edib

DYP yağışlı havada sürət həddi ilə bağlı müraciət edib

31 Avqust 2026 - 11:23

"Gözlənilən yağışlı hava şəraiti yollarda hərəkət təhlükəsizliyinə birbaşa təsir göstərən amillərdəndir. Yağıntı zamanı yol örtüyünün sürüşkən olması, görünüş məsafəsinin azalması...

Bakıya həftədə bir dəfə 2 günlük leysan yağır – Nə baş verir?

Bəzi yerlərə leysan yağır – FAKTİKİ HAVA

31 Avqust 2026 - 10:43

Avqustun 31-i saat 10:00-a olan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Elchi.az-a verilən məlumata görə, ölkə ərazisinin bəzi yerlərində qeyri-sabit,...

Next Post

Azercell-in təhsilə dəstəyi davam edir

Azercell-in təhsilə dəstəyi davam edir

Son xəbərlər

Nepal daşqın zonasında axtarışlar üçün müasir texnologiyalar və kömək tələb edir

Nepal daşqın zonasında axtarışlar üçün müasir texnologiyalar və kömək tələb edir

31 Avqust 2026 - 16:25
Əli Əsədov Şimali Kipr Türk Cümhuriyyətinin Baş nazirinə başsağlığı verib

Əli Əsədov Şimali Kipr Türk Cümhuriyyətinin Baş nazirinə başsağlığı verib

31 Avqust 2026 - 16:11
Azərbaycan cüdoçuları Avropa çempionatında 14 idmançı ilə mübarizə aparacaq

Azərbaycan cüdoçuları Avropa çempionatında 14 idmançı ilə mübarizə aparacaq

31 Avqust 2026 - 16:00
Azad edilmiş ərazilərdə ötən ay 481 mina, 1621 PHS aşkarlanıb

Azad edilmiş ərazilərdə daha 190 mina, 689 PHS aşkarlanıb

31 Avqust 2026 - 12:28
Üç şüar və bir köhnə refleks: Bakı – Moskva münasibətləri yeni sınaqda

Üç şüar və bir köhnə refleks: Bakı – Moskva münasibətləri yeni sınaqda

31 Avqust 2026 - 12:20
“Qarabağ” Dani Boltla yollarını ayırdı

“Qarabağ” Dani Boltla yollarını ayırdı

31 Avqust 2026 - 12:12
Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın

Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın

31 Avqust 2026 - 12:09
Sabirabadda həyətində narkotik tərkibli bitkilər yetişdirən şəxs saxlanıldı

Sabirabadda həyətində narkotik tərkibli bitkilər yetişdirən şəxs saxlanıldı

31 Avqust 2026 - 11:55
İlham Əliyev İsveçin Kralına təbrik məktubu ünvanladı

Prezident İlham Əliyev Qırğızıstana işgüzar səfərə gəlib

31 Avqust 2026 - 11:47
Trampdan Tehrana sərt xəbərdarlıq: “Bir saatdan az vaxta körpülərini dağıda bilərəm”

Tramp: “İran nüvə silahına sahib olmayacaq”

31 Avqust 2026 - 11:43
Bazar günü Bakıya yağış yağacaq – XƏBƏRDARLIQ

Sentyabrda aylıq yağıntının miqdarı iqlim normasına yaxın olacaq – PROQNOZ

31 Avqust 2026 - 11:31
NİİM valideynlərə müraciət edib

DYP yağışlı havada sürət həddi ilə bağlı müraciət edib

31 Avqust 2026 - 11:23
İlham Əliyev İsveçin Kralına təbrik məktubu ünvanladı

Azərbaycan lideri Trinidad və Tobaqo Prezidentini təbrik edib

31 Avqust 2026 - 11:17
Nepalda daşqınlar nəticəsində ölənlərin sayı 794-ə çatıb

Nepalda daşqınlar nəticəsində ölənlərin sayı 794-ə çatıb

31 Avqust 2026 - 11:14
İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti ilə təkbətək görüşü keçirilir

Prezident İlham Əliyev Malayziya Kralını təbrik edib

31 Avqust 2026 - 11:10
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.