"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home CƏMİYYƏT

Sakinlər qanunsuz tikintinin dayandırılmasını istəyir – FOTO

16 Mart 2017 - 15:45
in CƏMİYYƏT
FacebookVatsap

Sakinlər qanunsuz tikintinin dayandırılmasını istəyir

Bunu da oxuyun

Sabah 38 dərəcə isti olacaq – PROQNOZ

FHN həftəsonu çimərliklərə üz tutan vətəndaşlara müraciət edib

“XXI Əsrin Qadınları” İctimai Birliyinin layihəsinin yekun tədbiri Ağsuda keçirilib – FOTO

Hələ bir neçə ay öncə Bakı şəhəri, Nəriman Nərimanov rayonu, Nəcəf Nərimanov küçəsi 909-cu məhəllənin bir qrup sakini redaksiyamıza müraciət edərək yaşadıqları ərazidə standartlara cavab verməyən çoxmərtəbəli binanın tikintisinə başlanılmasından narahatlıqlarını bildirmişdilər.

Əlaqədar dövlət qurumlarına, müxtəlif idarə və təşkilatlara üz tutan sakinlər üzləşdikləri bu problemin aradan qaldırılmasına kömək edilməsini istəyirdilər. Lakin bu müddət ərzində sakinlərin müraciətinə müvafiq qurumlar tərəfindən heç reaksiya verilməyib.

Elchi.az “525-ci qəzet”ə istinadən xəbər verir ki, bu günlərdə həmin binanın bir qrup qadın sakini Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya müraciət ediblər.  Müraciətin mətnini təqdim edirik.

“Çox hörmətli Mehriban xanım! Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev vətəndaşların qanuni hüquqlarının qorunmasına daim böyük diqqət və qayğı göstərir, bu sahədə yol verilən hər bir nöqsana qarşı barışmaz və qətiyyətli mövqe tutur, belə halların dərhal aradan qaldırılmasını dövlət orqanlarından tələb edir. Sizin Azərbaycan Respublikasının Birinci vitse-prezidenti kimi yüksək vəzifəyə təyin olunmağınız barədə dövlətimizin başçısının müdrik qərarı hər bir sadə vətəndaşın, xüsusən, biz qadınların qəlbində dərin məmnunluq doğurub və cəmiyyətimizdə özünü büruzə verən neqativ hallara qarşı mübarizənin daha da güclənəcəyinə böyük inam yaradıb.

Siz Heydər Əliyev Fondunun Prezidenti, Milli Məclisin deputatı, Birinci xanım kimi də xalqımızın ümid yeri, biz qadınların isə əsl dayağı, sadiq mənəvi dəstəkçisi olmusunuz,  ən kəskin problemlərimizi həllində öz dəyərli yardımınızı heç vaxt əsirgəməməsiniz.

Bu gün biz – eyni binanın sakinləri olan qadınlar qarşılaşdığımız haqsızlıqla əlaqədar Birinci vitse-prezident kimi Sizə müraciət edir, dövlətimizin ali vəzifəli nümayəndəsi kimi Sizdən kömək gözləyirik.

Məsələnin mahiyyəti belədir: sakini olduğumuz 12 mərtəbəli binadan cəmi 6 metrlik bir məsafədə daha bir çoxmərtəbəli yaşayış binasının tikintisinə başlanıb. Tikinti Rəmzi Əvəz oğlu Şükürov və onun atası Əvəz  Bayram oğlu Şükürov tərəfindən aparılır. Bu şəxslər şəhərsalma və tikinti qaydalarını kobud şəkildə pozaraq, bizim qanuni tələblərimizə məhəl qoymadan öz bildiklərini edir, əlaqədar dövlət və hökumət orqanları isə yaranmış vəziyyətə göz yumur, heç bir tədbir görmürlər.

Tikinti işləri təkcə bizim binaya deyil, həm də ərazidə yerləşən dövlət təşkilatlarının – Təhsil Nazirliyi Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi Məlumat və Resurs Mərkəzinin, Kənd Təsərrüfatı Nazirliyi Baş Dövlət Texniki Baytarlıq Nəzarəti Müfəttişliyinin, 69 saylı uşaq bağçasının və Azərbaycan Kooperasiya Universitetinin  binalarına da, mövcud qaydalara zidd şəkildə,  çox yaxın bir məsafədə aparılır.

Bu vaxta qədər Azərbaycan  Respublikası Dövlət Şəhərsalma və Arxitektura  Komitəsi və Bakı şəhər İcra Hakimiyyəti başda olmaqla müvafiq dövlət və hökumət orqanlarına etdiyimiz çoxsaylı müraciətlər, demək olar ki, heç bir nəticə verməyib.

Məlumat üçün bildirməyi vacib sayırıq ki, “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanının 1.6.17-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin  11 mart 2014-cü il tarixdə təsdiq etdiyi “Ara məsafəsi ilə bağlı müfəssəl Qaydalar”ın 9-cu bəndinə əsasən, ara məsafəsi olaraq divar hündürlüyünün 0,6 hissəsi, kənd ərazilərində və xüsusi yaşayış ərazilərində (hərbi şəhərciklər, tələbə şəhərcikləri, müvəqqəti məskunlaşma əraziləri) divar hündürlüyünün 0,4 hissəsi qəbul olunur. Hazırda biz yaşadığımız binanın hündürlüyü 42 metrdir və sözügedən qərara əsasən, bizim bina ilə qeyri-qanuni tikilən binanın ara məsafəsi ən azı 25 metr olmalıdır. Hazırda isə bu məsafə cəmi 6 metrdir.

Bundan başqa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl Qaydalar”ın 51 saylı qərarın 4.13-cü bəndində ərazi zonalarında yol verilən tikinti miqyası müəyyən olunan cədvələ əsasən, orta mərtəbəli (6-8 mərtəbəli binalar) çoxmənzilli yaşayış binaları ərazinin tikinti əmsalına uyğun 500 kv.m x 0.4 = 200 kv.m torpaq sahəni əhatə edə bilər. Ərazinin tikinti sıxlığı əmsalına əsasən, 500 kv.m x 0.8 = 400 kv.m ümumi sahədən ibarət bina tikə bilər. Amma Əvəz və Rəmzi Şükürovlar yaşadığımız 12 mərtəbəli binadan 6 metr məsafədə 500 kv.m torpaq sahəsində  6000 kv.m sahəsi olan bina tikirlər.

Müraciətdə daha sonra deyilir: “Hörmətli Mehriban xanım! Əvəz və Rəmzi Şükürovlar mövcud qanunları saya salmadan və müraciət etdiyimiz dövlət orqanları ilə tez bir zamanda razılığa gələrək tikitnti işlərini davam etdirmələri bizi ciddi narahat edir. Bu şəxslər özlərinin qarşısı alınmayan qanunazidd əməlləri ilə dövlətimizin hüquqi, cəmiyyətimizin mənəvi əsaslarına, biz vətəndaşların dövlət orqanlarına olan etmad və etibarına sarsıdıcı zərbə vururlar.  Biz qadın həmrəyliyinə, mənəvi birlik duyğularına güvənərək Sizə üz tutur, bu qanunazidd fəaliyyətin qarşısının alınması üçün zəruri tədbirlərin görülməsi barədə göstəriş verməyinizi xahiş edirik. İnanırıq ki, qanuni və mənəvi hüquqlarımızın pozulmasına imkan verilməyəcək”.

Elchi.az

Previous Post

Sakinlər qanunsuz tikintinin dayandırılmasını istəyir – FOTO

Next Post

Qardaş bacısını baltaladı

Bənzər yazılar

Sabah 38 dərəcə isti olacaq

Sabah 38 dərəcə isti olacaq – PROQNOZ

11 İyul 2026 - 13:54

Sabah Azərbaycanda hava necə olacaq? İyulun 12-də gözlənilən hava şəraiti açıqlanıb. Bakıda və Abşeron yarımadasında hava necə olacaq? Milli Hidrometeorologiya...

FHN-dən əhaliyə müraciət – VİDEO

FHN həftəsonu çimərliklərə üz tutan vətəndaşlara müraciət edib

11 İyul 2026 - 12:03

Fövqəladə Hallar Nazirliyi həftəsonu çimərliklərə üz tutan vətəndaşlara müraciət edib. Elchi.az FHN-ə istinadən xəbər verir ki, müraciətdə deyilir: "İsti yay...

“XXI Əsrin Qadınları” İctimai Birliyinin layihəsinin yekun tədbiri Ağsuda keçirilib – FOTO

“XXI Əsrin Qadınları” İctimai Birliyinin layihəsinin yekun tədbiri Ağsuda keçirilib – FOTO

10 İyul 2026 - 22:02

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “XXI Əsrin Qadınları” İctimai Birliyi tərəfindən həyata keçirilən “Qaranlıqdan İşığa:...

“Middle East Eye”: Türkiyə S-400 sistemlərini BƏƏ-yə satmağı planlaşdırır

“Middle East Eye”: Türkiyə S-400 sistemlərini BƏƏ-yə satmağı planlaşdırır

10 İyul 2026 - 21:18

Moskva Türkiyənin Rusiyaya məxsus S-400 zenit-raket sistemlərini Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) mümkün satışını müsbət qiymətləndirir, lakin bu məsələ üzrə danışıqlar...

Next Post

Qardaş bacısını baltaladı

Bakıda Elçibəyin adına küçə və prospekt olacaq - ... Amma nə vaxt?

Son xəbərlər

Rusiya Odessaya raket zərbəsi endirib, iki nəfər ölüb

Rusiya Odessaya raket zərbəsi endirib, iki nəfər ölüb

11 İyul 2026 - 15:12
Vyetnamda turist qayığının batması nəticəsində 15 nəfər ölüb

Vyetnamda turist qayığının batması nəticəsində 15 nəfər ölüb

11 İyul 2026 - 14:57
Çində “Bavi” qasırğasına görə 2 milyona yaxın insan təxliyə edilib

Çində “Bavi” qasırğasına görə 2 milyona yaxın insan təxliyə edilib

11 İyul 2026 - 14:41
Prezident İlham Əliyev Şuşanın Kiçik Qaladərəsi kəndində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb – FOTO

Prezident İlham Əliyev Şuşanın Kiçik Qaladərəsi kəndində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb – FOTO

11 İyul 2026 - 14:10
Sabah 38 dərəcə isti olacaq

Sabah 38 dərəcə isti olacaq – PROQNOZ

11 İyul 2026 - 13:54
Ukrayna Rusiyanın dərinliklərinə zərbələri artırmaq üçün yeni komandanlıq yaradıb

Ukrayna Rusiyanın dərinliklərinə zərbələri artırmaq üçün yeni komandanlıq yaradıb

11 İyul 2026 - 13:43
FHN: Balakəndə su dolmuş ərazilərdə tədbirlər fasiləsiz davam etdirilir

FHN: Balakəndə su dolmuş ərazilərdə tədbirlər fasiləsiz davam etdirilir

11 İyul 2026 - 13:28
Katex çayında köməksiz vəziyyətdə qalan 5 nəfər xilas edilib – VİDEO

Sabirabadda məktəbdə yanğın olub

11 İyul 2026 - 13:16
Tehranda partlayış səslərinin səbəbi məlum oldu – YENİLƏNDİ

Tehranda partlayış səslərinin səbəbi məlum oldu – YENİLƏNDİ

11 İyul 2026 - 12:58
CNN: İran nüvə obyektlərini bərpa etməyə çalışır

CNN: İran nüvə obyektlərini bərpa etməyə çalışır

11 İyul 2026 - 12:40
Niderland kəşfiyyatı: Rusiya NATO-nun logistik marşrutlarına nəzarət üçün müşahidə kameralarını sındırıb

Niderland kəşfiyyatı: Rusiya NATO-nun logistik marşrutlarına nəzarət üçün müşahidə kameralarını sındırıb

11 İyul 2026 - 12:17
FHN-dən əhaliyə müraciət – VİDEO

FHN həftəsonu çimərliklərə üz tutan vətəndaşlara müraciət edib

11 İyul 2026 - 12:03
Tramp: 1000 raket İranı hədəfə alıb

Tramp: 1000 raket İranı hədəfə alıb

11 İyul 2026 - 11:50
Ukrayna Azov dənizində bir gecədə 28-ə yaxın gəmini vurub, Rusiya dənizə girişi bağlayıb

Ukrayna Azov dənizində bir gecədə 28-ə yaxın gəmini vurub, Rusiya dənizə girişi bağlayıb

11 İyul 2026 - 11:44
Ankaranın Çankaya bələdiyyəsində axtarış aparılıb, bələdiyyə sədri saxlanılıb

Ankaranın Çankaya bələdiyyəsində axtarış aparılıb, bələdiyyə sədri saxlanılıb

11 İyul 2026 - 11:38
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyul 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
« İyn    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.