"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Milli Məclisdə müharibə çağırışları

25 Fevral 2017 - 08:36
in XƏBƏR LENTİ
FacebookVatsap

Oqtay Əsədov: “Azərbaycan öz ərazisinin bir hissəsinin işğalı ilə heç zaman barışmayacaq”; Zeynəb Xanlarova: “Gəlin birdəfəlik müharibə edək, torpağımızı alaq!”
24 fevralda spiker Oqtay Əsədovun sədrliyi ilə Milli Məclisin növbəti plenar iclası keçirildi. Spiker iclası açıq elan edərək bildirdi ki, iclasın gündəliyində Xocalı soyqırımının 25 illiyi ilə əlaqədar qərar layihəsini müzakirə etməklə bağlı məsələ var.
Gündəlik təsdiqlənəndən sonra Xocalı soyqırımı qurbanlarının, Qarabağ şəhidlərinin, Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda mübarizədə şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Spiker ötən əsrin əvvəllərində Azərbaycan torpaqlarında, İrəvan, Göyçə, Zəngəzur qəzalarında, Dərələyəzdə erməni dövlətinin qurulmasından, 80-ci illərin sonlarında isə 1 milyon yarımdan çox azərbaycanlının Ermənistan ərazisindən və işğal olunmuş Azərbaycan ərazilərindən qovulmasından bəhs etdi.

Bunu da oxuyun

Beynəlxalq axtarışa verilən Celal Çiftçi Azərbaycan dövləti və xalqından üzr istəyib

Ötən ay 52 nəfər Azərbaycana readmissiya edilib

İlham Əliyev yaradılmasının 30 illiyi münasibətilə Milli Paralimpiya Komitəsini təbrik edib

O.Əsədov bildirdi ki, Xocalı soyqırımının təşkilatçıları bölgədə öz maraqlarını həyata keçirmək istəyən qüvvələr, icraçıları isə Ermənistan olub: “Xocalı soyqırımına qədər təkcə Qaradağlı kəndində 80 nəfərdən çox azərbaycanlı girov götürülərək işgəncələrlə öldürülüb”. O.Əsədovun sözlərinə görə, Xocalı soyqırımı Milli Məclisin qərarları ilə soyqırım kimi qəbul olunub. Həmçinin İslam Əməkdaşlıq Təşkilatı, bir sıra ölkələrin parlamentariləri Xocalı soyqırımını rəsmən tanıyıb, ABŞ-ın 21 ştatında bu dəhşətli soyıqrım aktı ilə əlaqədar qərar qəbul olunub.
Sədr dedi ki, bu günlərdə Milli Məclisin üzvləri dünyanın bir sıra ölkələrində soyqırımla bağlı tədbirlərdə iştirak etməkdən ötrü ölkə xaricindədir.
“Azərbaycan öz ərazisinin bir hissəsinin işğalı ilə heç zaman barışmayacaq. Bu vəhşiliyi törədənlər layiq olduqları cəzalarına çatacaqlar. Biz əminik ki, gec-tez Azərbaycanın işğal olunmuş ərazilərində suveren hüquqlarımızın bərpasına nail olacağıq”, – O.Əsədov bildirdi.
Daha sonra sədrin birinci müavini Ziyafət Əsgərov çıxış edərək bildirdi ki, Xocalı Azərbaycan xalqı üçün qəddarlıq və cəzasızlıq rəmzinə çevrilib: “Dinc əhalinin vəhşicəsinə kütləvi qırğını bütün insanlığa qarşı ən ağır cinayətlərdən biri olmaqla, XX əsrin Xatın, Lidiçe, Babi Yar kimi dəhşətli faciələri ilə bir sırada dayanır”.
Sədr müavini qeyd etdi ki, Xocalı soyqırımı Azərbaycanın Dağlıq Qarabağ bölgəsini zəbt etmək məqsədi ilə Ermənistanın apardığı işğalçılıq müharibəsinin gedişində dinc azərbaycanlı əhaliyə qarşı törədilmiş soyqırımı cinayətlərinin miqyasına görə ən dəhşətlisidir: “Xocalı sakini olan 613 nəfər dinc azərbaycanlı, o cümlədən 63 uşaq, 106 qadın işgəncə ilə öldürüldü. 8 ailə bütünlüklə məhv edildi. 487 nəfər şikəst edildi. 1275 sakin – qocalar, uşaqlar, qadınlar girov götürülərək ağlasığmaz təhqirlərə, zülmə və həqarətə məruz qaldılar. Girov götürülənlərdən 150 nəfərin, o cümlədən 68 qadının və 26 uşağın taleyi bu günədək məlum deyil. Xocalı şəhərinə hücum əməliyyatına 366-cı alayın zabitləri Seyran Ohanyan, Yevgeni Nabokix, Valeri Çitçyan rəhbərlik edib”.
Qərar layihəsi ətrafında gedən müzakirələrdə çıxış edən deputat Fərəc Quliyev layihədəki Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini Ermənistan-Azərbaycan müharibəsi kimi göstərilməsini təklif etdi: “Bu, münaqişə deyil, müharibədir. Burada iki tərəf var-Ermənistan və Azərbaycan. Bu təqdimatda biz Dağlıq Qarabağı üçüncü subyekt kimi göstəririk. Bu, Ermənistanın törətdiyi hadisədir və qərarda da bu cür təqdim olunmalıdır”.
Deputat Siyavuş Novruzov dedi ki, Azərbaycanın müvafiq qurumları heç olmasa şifahi də olsa, Xocalı soyqırımını törədən canilərə qarşı məhkəmə hökmü çıxarılmalıdır: “Biz nəyə görə onları gözləməliyik ki, gəlib izahat yazsınlar, ya ifadə versinlər? Bu qərarlar İnterpola göndərilməlidir ki, sonra bizə deməsinlər ki, niyə indiyə qədər müraciət etməmisiniz. Gözləmək olmaz ki, onlar haçansa tutulub gətiriləcək. Barələrində indidən qərar çıxarılmalıdır”.
Deputat Vahid Əhmədov ötən əsrin əvvəllərindən ermənilərin azərbaycanlılara qarşı törətdiyi cinayətlərdən bəhs etdi: “20-ci əsrin faciəsi olan Xocalı soyqırımı Ermənistanın aqressiv siyasətinin nəticəsidi. Bu, təkcə azərbaycanlılara qarşı deyil, bəşəriyyətə qarşı cinayətdir”.
“Serj Sərkisyanın azğın bəyanatları məcbur edir ki, biz hərbi yol seçək. Hələ deyir Azərbaycanda nazirlər 90-cı illərdə Xankəndidə çay içəcəklərini deyirdilər, amma Kəlbəcərdə də çay içə bilmədilər”. Bu fikirləri isə deputat, Azərbaycanın Milli Qəhrəmanı Şirin Mirzəyevin həyat yoldaşı Flora Qasımova söylədi. Xanım-deputat Qarabağın azadlığı üçün çağırış edib: “Biz erməni məsələsini gələck nəsillərə qoya bilmərik. Bizim babalarımız zamanında bu məsələdən böyük əziyyətlər çəkdilər, sonra biz o əziyyətləri gördük, amma bu məsələni gələcək nəsillərə saxlamaq olmaz”.
Deputat Zahid Oruc çıxışında tarixi faciələrimizdən bəhs etməklə yanaşı, tarixdən ibrət dərsi almağımızın vacibliyindən bəhs etdi: “Xocalı soyqırımı kimi hadisələrdən dərs almaq lazımdır. Biz bütün tarixi dəyişikliklər dövründə ərazi itirmişik. Bolşeviklər hakimiyyətə gəlib, onda ərazi itirmişik, bolşeviklər gedib, onda da itirmişik. Hələ mən əvvəlki dövrlərdən bəhs eləmirəm”. Z.Oruc MTN işi ilə bağlı olaylara da toxundu və maraqlı paralellik apardı: “Hüquqi, siyasi, mənəvi sahədə təşkilatlanma dinc vaxtlarda olmalıdır, amma təəssüf ki, biz faciələrdən sonra bunu etmişik. Biz faciələrdən sonra hüquqşünas, ekspert olmuşuq. Təəssüf ki, belədir. Biz faciələrdən bir çox dərs çıxarmalıyıq. Baxın, Eldar Mahmudovun zamanında Xocalı soyqırımı 26 fevralda MTN əməkdaşları tərəfindən anılırdı. Amma 27 fevralda və ondan sonrakı dövrlərdə MTN əməkdaşları xalqı soymaqla, xalqa qəsd ilə məşğul idi”. Deputat onu da qeyd edib ki, bu gün yenidən Azərbaycanı Rusiya ilə toqquşdurmaq olmaz. Bugünkü Ukrayna 90-cı illərin Azərbaycanına çox oxşayır. “Bizim davamız 297 nəfər canilərlə deyil, Ermənistan adlı dövlətlədir”- deyə, Z.Oruc əlavə etdi.
“Neçə illərdir ki, biz bu Məclisdə hamımız Qarabağ, Xocalı soyqırımı haqqında çıxış edirik. Ancaq özümüz deyib, özümüz eşidirik. O ildən bu tərəfə heç nə dəyişməyib. Birdəfəlik müharibə edək, onlar da qırılsın, bizimkilər də onsuz da qırılır. Bu danışıqlar mənə çatmır. Onsuz da qulaq asan, bu işlərə baxan yoxdur”.
Bu fikirlər deputat, xalq artisti Zeynəb Xanlarovaya məxsusdur. Böyük sənətkar çıxışında dedi ki, müharibə tərəfdarıdır: “Gəlin birdəfəlik müharibə edək, torpağımızı alaq! Torpağımızı almaq üçün kimdənsə icazə almamalıyıq. 25 ildə gör nə qədər cavanlarımız qırılıb. Ya ölüm, ya qalım! Mən niyə ATƏT-ə qulaq asıram? Mənim evimə giriblər, mən onların evinə girməmişəm, torpağını almamışam”. Z.Xanlarova Sülh Platformasına imza atmasına da işarə vurdu: “Mən ömrü boyu sülh tərəfdarı olmuşam. Amma mən 25-30 ildir bu vəziyyətin dəyişməməsindən çox narahatam. Dəyirman öz işindədir. Birdəfəlik dəyirmanı vuraq bunların başına, torpağımızı alaq! Hər gün ölməkdənsə, birdəfəlik ölmək lazımdır. Nə qədər gözüyaşlı analar qalar, nə qədər balalar qırılar? Elə bilin ki, onlar mənim balalarımdır. Az qırıblar Xocalıda olan uşaqları? Nə vaxta qədər dözməliyik? Kimi gözləyirik? Onsuz da onlar müsəlmanın düşmənidir. Kim nə deyəcək mənə? Bunu niyə onlardan xahiş edirəm ki, icazə verin, torpağımızı qaytaraq? Xocalı artıq gedib, onu geri qaytarmaq lazımdır. Mənim ürəyimdən gələn budur. Əgər mənim evimə basqın ediblərsə, mən evimi xilas etməliyəm. 25 ildir gözləyirik, bəlkə 50 il də gözləyək? Allah vurub onları, vuruşmaq, almaq lazımdır. Qurtardı!”
Vitse-spiker Bahar Muradova isə əvəzində dedi ki, müharibə etmək, sülh istəmək, onu necə həyata keçirmək, adamların dünya görüşü, həyata baxışı qəlbdən gələn şəkildə ifadə oluna bilər: “Amma bir qayda olaraq, siyasət siyasətçilərin işi olduğu kimi, hərb də hərbçilərin işidir. Hər kəs əmin olsun ki, Azərbaycan prezidenti sülh danışıqları aparmaqla yanaşı, ölkəmizi ərazilərimizin hərbi yolla alınmasına da hazırlayır. Övladlarımızın şəhid olması bizimlə yanaşı, Azərbaycan prezidentini də narahat edir”. B. Muradova qeyd etdi ki, Xocalı işğaldan azad edilsə belə, bu faciə haqqında danışılacaq: “Bu faciəni unutmaq olmaz”.
Deputat Qənirə Paşayeva Şəhidlər xiyabanında Xocalı abidəsinin qoyulması təklifini irəli sürdü: “Bakıda soyqırımı muzeyi ilə bərabər, Şəhidlər xiyabanında informasiya mərkəzinin yaradılması da vacibdir. Soyqırımı dünyaya daha təsirli dildə çatdırmaq üçün beynəlxalq səviyyəli bədii filmin çəkilməsinə böyük ehtiyac var. Yəhudi soyqırımı ilə bağlı ”Pianoçu” filminin yəhudi soyqırımı gerçəklərinin dünyaya yayılmasında böyük təsirini xatırlayaq”.
Deputat Rafael Cəbrayılov da həmkarına dəstək olaraq, dedi ki, Azərbaycanda soyqırımını özündə əks etdirən möhtəşəm memorial kompleks yoxdur: “Şəhidlər xiyabanında soyqırımı memorial kompleks salınmalıdır”.
Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində biz Xocalıya dönəcəyik və Xocalı soyqırımının şahidləri Xocalının yenidən inşa edilməsinin şahidi olacaqlar”. Bunu isə deputat, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu dedi.
Milli Məclis sədrinin müavini Bahar Muradova Xocalı soyqırımının 25 illiyi ilə əlaqədar parlamentin qərar layihəsi haqqında məlumat verdi. Sənəddə bildirilir ki, qərar layihəsi ilə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan Respublikasının hərbi birləşmələri, Dağlıq Qarabağdakı erməni silahlı dəstələri və keçmiş sovet ordusunun 366-cı motoatıcı alayı tərəfindən Xocalı şəhərində azərbaycanlıların kütləvi qırğınının Milli Məclisin 1994-cü il 24 fevral, 1995-ci il 24 fevral, 2007-ci il 27 fevral və 2012-ci il 24 fevral tarixli qərarları ilə soyqırımı (genosid) cinayəti kimi qiymətləndirilməsi bir daha təsdiq edilir.
Qərarla Milli Məclis deputatlarına bir vəzifə olaraq tapşırılır ki, xarici ölkələrə səfərlər zamanı, o cümlədən beynəlxalq təşkilatların tədbirlərində iştirak edərkən son yüz ildən artıq dövrdə azərbaycanlıların məruz qaldıqları soyqırımı aktları, o cümlədən Xocalı faciəsi haqqında həqiqətlərin daha geniş yayılmasını təmin etsinlər. Bu məqsədlə deputatlara Milli Məclisin xarici ölkələrin parlamentləri ilə əlaqədar üzrə işçi qruplarının imkanlarından dolğun və səmərəli istifadə etmələri tapşırılır. Hüquq-mühafizə orqanlarına tövsiyə olunub ki, Xocalı şəhərində soyqırımı aktının törədilməsində iştirak etmiş şəxslərin müəyyən edilməsi və cinayət məsuliyyətinə cəlb olunması üçün görülən tədbirləri davam etdirsinlər.
Müvafiq dövlət və qeyri-hökumət qurumlarına, o cümlədən qeyri-hökumət təşkilatlarına tövsiyə edilir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məlumatların geniş yayılması, yalançı erməni təbliğatının ifşa edilməsi üçün səylərini birləşdirsinlər.
Xarici ölkələrin parlamentlərinə, beynəlxalq parlament təşkilatlarına müraciət edilib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Dağlıq Qarabağ bölgəsindəki Xocalı şəhərində azərbaycanlıların kütləvi qırğınını soyqırımı cinayəti kimi tanısınlar.
Qərar layihəsi səsə qoyularaq yekdilliklə qəbul edildi.

Previous Post

Milli Məclisdə müharibə çağırışları

Next Post

Türkiyədə ölüm hökmü bərpa olunur – Ərdoğnan anons verdi

Bənzər yazılar

Beynəlxalq axtarışa verilən Celal Çiftçi Azərbaycan dövləti və xalqından üzr istəyib

Beynəlxalq axtarışa verilən Celal Çiftçi Azərbaycan dövləti və xalqından üzr istəyib

16 Oktyabr 2026 - 19:52

Baş Prokurorluğun beynəlxalq axtarışa verdiyi Türkiyənin "Şanlıurfa Olay" qəzetinin köşə yazarı Celal Çiftçi Azərbaycan dövləti və xalqından üzr istəyib. Elchi.az...

Ötən ay 52 nəfər Azərbaycana readmissiya edilib

Ötən ay 52 nəfər Azərbaycana readmissiya edilib

16 Oktyabr 2026 - 19:49

Ötən ay 52 nəfərin Azərbaycana readmissiyası həyata keçirilib. Bu barədə  Dövlət Miqrasiya Xidmətindən (DMX) məlumat verilib. Bildirilib ki, readmissiya Azərbaycan...

İlham Əliyev yaradılmasının 30 illiyi münasibətilə Milli Paralimpiya Komitəsini təbrik edib

İlham Əliyev yaradılmasının 30 illiyi münasibətilə Milli Paralimpiya Komitəsini təbrik edib

16 Oktyabr 2026 - 19:40

Prezident İlham Əliyev yaradılmasının 30 illiyi münasibətilə Milli Paralimpiya Komitəsini təbrik edib. Elchi.az xəbər verir ki, təbrik mətnində deyilir: "Sizi...

Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib

Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib

16 Oktyabr 2026 - 19:27

Prezident İlham Əliyev Milli Paralimpiya Komitəsinin yaradılmasının 30 illik yubileyi münasibətilə komitənin kollektivini və paralimpiyaçıları təbrik edib. Elchi.az xəbər verir ki,...

Next Post

Türkiyədə ölüm hökmü bərpa olunur - Ərdoğnan anons verdi

Türkiyədə ölüm hökmü bərpa olunur - Ərdoğnan anons verdi

Son xəbərlər

Beynəlxalq axtarışa verilən Celal Çiftçi Azərbaycan dövləti və xalqından üzr istəyib

Beynəlxalq axtarışa verilən Celal Çiftçi Azərbaycan dövləti və xalqından üzr istəyib

16 Oktyabr 2026 - 19:52
Ötən ay 52 nəfər Azərbaycana readmissiya edilib

Ötən ay 52 nəfər Azərbaycana readmissiya edilib

16 Oktyabr 2026 - 19:49
İlham Əliyev yaradılmasının 30 illiyi münasibətilə Milli Paralimpiya Komitəsini təbrik edib

İlham Əliyev yaradılmasının 30 illiyi münasibətilə Milli Paralimpiya Komitəsini təbrik edib

16 Oktyabr 2026 - 19:40
Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib

Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib

16 Oktyabr 2026 - 19:27
“Azərbaycanın daxili məsələsini bu şəkildə təqdim etmək düzgün deyil” – ƏHD Partiyası rəsmisindən Türkiyəyə mesaj

“Azərbaycanın daxili məsələsini bu şəkildə təqdim etmək düzgün deyil” – ƏHD Partiyası rəsmisindən Türkiyəyə mesaj

16 Oktyabr 2026 - 19:26
Mötəbər təşkilata sədrlik daha iki il müddətinə Azərbaycana etibar edildi

Mötəbər təşkilata sədrlik daha iki il müddətinə Azərbaycana etibar edildi

16 Oktyabr 2026 - 19:22
Bakıda yeni marşrut xətti istifadəyə veriləcək

Bakıda yeni marşrut xətti istifadəyə veriləcək

16 Oktyabr 2026 - 19:16
Bakı-Quba ödənişli avtomobil yolunda yük maşını aşıb, ölən var

Bakı-Quba ödənişli avtomobil yolunda yük maşını aşıb, ölən var

16 Oktyabr 2026 - 19:07
BƏƏ Prezident Qvardiyasının komandanı Azərbaycana səfər edib

BƏƏ Prezident Qvardiyasının komandanı Azərbaycana səfər edib

16 Oktyabr 2026 - 18:55
Ceyhun Bayramov Banqladeş XİN rəhbəri ilə görüşüb

Ceyhun Bayramov Banqladeş XİN rəhbəri ilə görüşüb

16 Oktyabr 2026 - 18:42
Azərbaycan-Özbəkistan İkinci Rektorlar Forumu keçirilib

Azərbaycan-Özbəkistan İkinci Rektorlar Forumu keçirilib

16 Oktyabr 2026 - 18:33
BVF Azərbaycanın qeyri-neft gəlirlərinin artırılması istiqamətində nəticələrini müsbət qiymətləndirib

BVF Azərbaycanın qeyri-neft gəlirlərinin artırılması istiqamətində nəticələrini müsbət qiymətləndirib

16 Oktyabr 2026 - 18:26
Emmanuel Makron beynəlxalq ареnada nüfuzunu itirir

Emmanuel Makron beynəlxalq ареnada nüfuzunu itirir

16 Oktyabr 2026 - 18:16
Polşada NATO aviasiyası sutka ərzində üçüncü dəfə səmaya qaldırılıb

Polşada NATO aviasiyası sutka ərzində üçüncü dəfə səmaya qaldırılıb

16 Oktyabr 2026 - 17:59
Azərbaycan BVF-dən texniki yardımın genişləndirilməsini istəyir

Azərbaycan BVF-dən texniki yardımın genişləndirilməsini istəyir

16 Oktyabr 2026 - 17:47
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.