"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Ağ Evdə rus kəşfiyyatı qalmaqalı – Maykl Flinin istefasının pərdəarxası 

15 Fevral 2017 - 10:28
in XƏBƏR LENTİ
FacebookVatsap

General Maykl Flinnin istefası ABŞ kəşfiyyatının Tramp komandasını izlədiyi faktını təsdiqlədi; Şahin Cəfərli: “Bütün bu araşdırmaların nəticələri Donald Tramp haqqında hazırlanacağı ehtimal olunan impiçment dosyesi üçün zəngin mənbə rolunu oynaya bilər”
ABŞ prezidenti Donald Trampın milli təhlükəsizlik üzrə müşaviri Maykl Flinn istefa verib. Fəaliyyətə başlamasının bir ayı tamam olmayan Flinnın istefa verməsinə səbəb Rusiyanın ABŞ-dakı səfiri Sergey Kislyakla telefon danışığı olub.

Bunu da oxuyun

“MS Now”: Ağ Evin yeni mətbuat katibi ilk brifinqdən sonra işdən çıxarılmaqla hədələnib

SEPAH: Hörmüzdən icazəsiz keçən neft tankerində yanğın baş verib

Böyük Britaniyanın səfiri İran XİN-ə çağırılıb

İddialara görə, Flinn hələ vəzifəsinin icrasına başlamazdan əvvəl, 35 rusiyalı diplomatın ABŞ-dan deportasiyası qərarı verilən zaman səfirlə telefonla danışıb və bu zaman səfirə bildirib ki, Tramp vəzifəsinin icrasına başladıqdan sonra Rusiyaya qarşı sanksiyaları yumşaldacaq. Bu telefon danışığı ABŞ Federal Təhqiqatlar Bürosu tərəfindən dinlənilib və yeni müşavirə qarşı ciddi kompromata çevrilib. Qeyd edək ki, ABŞ qanunlarına görə, səlahiyyəti olmayan şəxslərin dövlətin adından diplomatik danışıqlar aparması qadağandır.
Flinn əvvəlcə bu iddiaları təkzib etsə də, sonradan belə danışığının ola biləcəyini etiraf edib. Və ardınca istefa verdiyini açıqlayıb. Maykl Flinn istefa məktubunda qeyd edib ki, fərqində olmadan telefon danışığındakı detallarla bağlı vitse-prezidenti və digərlərini əskik məlumatlandırıb: “Prezident və vitse-prezidentdən üzr dilədim və onlar mənim üzrxahlığımı qəbul etdilər. İstefa verirəm. Bu qədər şərəfli bir postda ölkəmə və Amerika xalqına xidmət etməkdən şərəf duydum. Prezident Tramp və vitse-prezident Maykl Pens və onların topladığı möhtəşəm komanda ABŞ tarixində ən böyük hakimiyyət komandası kimi qalacaq”.
Artıq Flinnin yerinə yeni təyinat baş tutub. ABŞ prezidentinə ən yaxın və strateji qərarlara ciddi təsir imkanı olan posta təqaüddə olan ordu generalı Keys Kelloq müvəqqəti olaraq təyin edilib. O, Trampın seçki kampaniyasında fəal iştirak etmiş şəxsdir.

Image result for Maykl Flin
Qeyd edək ki, Flinn təqaüddə olan general-leytenantdır. Türkiyədə xeyli dərəcədə məşhur olan M.Flinn ötən il Fətullah Güləni Türkiyəyə verməyi təklif edən yazı yazıb. Bundan başqa, Amerika mediasının iddiasına görə, Flinnin lobbi şirkəti ilə türk əsilli iş adamı Ekim Kamal Alptekinə məxsus “İnovo BV” şirkəti arasında anlaşma imzalanıb. Flinnin Rusiya hakimiyyəti ilə yaxın olması haqqında iddialar da zaman-zaman gündəmə gəlib. İndi isə təzə müşavir özü ilə yanaşı komandasına da ciddi problemlər yaradıb. Çünki bu hadisə ilə Trampa qarşı Rusiyaya yaxınlıq iddiası təsdiqlənir.
Siyasi şərhçi Şahin Cəfərli deyir ki, Flinnin istefası müsəlman miqrantlarla bağlı məhkəmə qərarından sonra prezident Trampa qarşı ikinci ciddi zərbə sayıla bilər. ABŞ-da prezidentin milli təhlükəsizlik üzrə müşaviri postunun çox mühüm vəzifə olduğunu xatırladan ekspert deyir ki, bu post sıradan müşavir-məsləhətçi deyil, təhlükəsizlik və xarici siyasət sahələrində qərarların qəbulunda çox ciddi rol oynayır, habelə prezidentin mövqeyinə real təsir imkanına malikdir. Bu mənada Ş.Cəfərli M.Flinnin istefasını həm ABŞ, həm də dünya üçün ciddi siyasi hadisə hesab edir: “ABŞ kəşfiyyat strukturlarının Trampın yaxın ətrafına daxil olan bəzi şəxslərlə bağlı araşdırma aparması sirr deyil. Bu araşdırmalar Rusiyanın seçki öncəsi demokratlara qarşı həyata keçirdiyi kiberhücumlarla bağlı təhqiqatla paralel aparılır. Kəşfiyyatın nəzərlərini cəlb edən əsas fiqurlardan biri məhz general Flinn idi. O, prezident komandasında rusiyayönümlü şəxslərdən biri sayılırdı. M.Flinn 2015-ci ildə Rusiyanın transmilli təbliğat ruporu olan ”Russia Today”in yaradılmasının ildönümü ilə əlaqədar Moskvada keçirilən tədbirdə iştirak edib və prezident Putinlə eyni masada oturub. Bu səfərin və RT telekanalına müsahibənin müqabilində onun pul aldığı da məlumdur. Təbii ki, bu faktlar ABŞ kəşfiyyatının diqqətindən kənarda qala bilməzdi və Flinn hələ vəzifəsinin icrasına başlamamış Rusiya səfiri ilə telefon danışıqlarındakı ehtiyatsızlığı üzündən “ilişdi”. Vaxtilə hərbi kəşfiyyatın rəisi olmuş təcrübəli generalın belə bir səhv buraxması təəccüb doğurur”.

Image result for Şahin cəfərli
Ş.Cəfərli Trampın yaxın ətrafında daha bir neçə Rusiya ilə yaxın olan şəxslərin olduğunu deyir. Onun fikrincə, bu kadrlar Trampa problem yarada bilər: “Trampın yaxın çevrəsinə daxil olan və fəaliyyətləri kəşfiyyat tərəfindən araşdırılan digər şəxslər isə Pol Manafort, Maykl Kaputo, Karter Peyc və Rocer Stoundur. Bu şəxslər hazırda dövlət vəzifəsi tutmur, lakin seçki kampaniyası zamanı və ondan öncə Trampa çox yaxın olublar. Onların Rusiya ilə çox sıx əlaqələri var. Məsələn, P.Manafort rusiyalı oliqarxlarla, eləcə də Ukraynanın keçmiş rusiyayönümlü prezidenti Viktor Yankoviçlə əməkdaşlıq edib və bu əməkdaşlıqdan milyonlarla dollar qazanıb. O, Ukraynadakı seçkilərdə siyasi texnoloq kimi Yanukoviçə və onun Regionlar Partiyasına məsləhətlər verib. M.Kaputo 7 il Rusiyada yaşayıb. Belə bir fakt diqqət çəkir ki, Kaputo 2000-ci ildə Putinin ABŞ-dakı imicinin yaxşılaşdırılması üçün ”Qazprom”la müqavilə bağlayıb və bu işin müqabilində pul alıb. Karter Peyc isə vaxtilə ABŞ-ın investisiya bankı “Merill Lynch”in Moskva nümayəndəliyinin rəhbəri olub. M.Kaputo kimi, K.Peyc də “Qazprom”la əməkdaşlıq edib və şirkətdə müşavir vəzifəsində çalışıb. Bu adamların hamısının Rusiya kəşfiyyatı ilə əlaqəsinin olmasına dair ehtimallar var və ABŞ kəşfiyyatı bu barədə sübut əldə etsə, həm adı çəkilən şəxslər, həm də prezident Tramp çox çətin durumda qalacaq”.

Image result for Maykl Flin
ABŞ kəşfiyyatının apardığı digər araşdırma isə Rusiya kəşfiyyatının Tramp haqqında kompromatlara malik olması iddiaları ilə bağlıdır. Ş.Cəfərli deyir ki, “BuzFeed” internet resursunun ötən ay yaydığı 35 səhifəlik dosye Trampın Rusiya ilə əlaqələri, daha doğrusu Rusiyanın şantajına məruz qala biləcəyi haqda iddialar barədədir: “Həmin dosyeni 20 il Böyük Britaniyanın xarici kəşfiyyat orqanı ”Mİ 6″da çalışmış Kristofer Stil adlı şəxs hazırlayıb. K.Stil vaxtilə Britaniyanın Rusiyadakı səfirliyində çalışıb və Britaniyaya qaçmış Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) zabiti Aleksandr Litvinenko ilə iş aparıb. Hazırda “Orbis Business İntelligence” adlı şirkətin sahibi olan K.Stilin təqdim etdiyi materiallarda Rusiya kəşfiyyatının əlində Tramp haqqında kompromatlar olduğu bildirilir. Maraqlıdır ki, CNN bir neçə gün əvvəl bu dosyedəki məlumatların bir qisminin ABŞ kəşfiyyatının araşdırmaları nəticəsində təsdiqləndiyi barədə xəbər yaydı. O da maraqlıdır ki, Ağ Ev CNN-in bu xəbərini qətiyyətlə təkzib edərək onu növbəti saxtakarlıq adlandırsa da, kəşfiyyat orqanları susdular. Başqa bir araşdırma Senatda gedir. Senatın Kəşfiyyat Komitəsi Rusiyanın seçkilərə müdaxiləsi barədə təhqiqata başlayıb”.

Image result for Maykl Flin
Ş.Cəfərli deyir ki, əgər bu təhqiqat, eləcə də kəşfiyyat strukturlarının kiberhücumlarla əlaqədar apardığı təhqiqatlar nəticəsində Rusiyanın müdaxilələrinin ABŞ-dakı seçkilərin nəticələrinə təsir göstərdiyi müəyyənləşərsə, Trampın legitimliyinə kölgə düşəcək: “Ümumiyyətlə, bütün bu araşdırmaların, təhqiqatların nəticələri Donald Tramp haqqında hazırlanacağı ehtimal olunan impiçment dosyesi üçün zəngin mənbə rolunu oynaya bilər. Təkcə bu da deyil. Tramp hələ də öz vergi bəyannaməsini açıqlamayıb. Üstəlik, biznes fəaliyyətindən faktiki olaraq əl çəkməyib və övladları vasitəsilə biznesini idarə etməyə davam edir. Bu iki məsələ də impiçment üçün əsas ola bilər. İstənilən halda, impiçment məsələsi respublikaçıların elitasının siyasi qərarından asılı olacaq. Əgər Tramp partiyanın siyasətindən ciddi kənaraçıxmalara yol verərsə, rəhbərliyi və Senatdakı qocaları dinləməzsə, ənənəvi dövlət maraqlarına zidd addımlar atarsa, impiçment məsələsinin gündəmə gəlməsi sürpriz olmayacaq”.

Previous Post

Ağ Evdə rus kəşfiyyatı qalmaqalı – Maykl Flinin istefasının pərdəarxası 

Next Post

`İndiyədək regionlara 39,5 milyard manat xərclənib` – PA rəsmisi

Bənzər yazılar

“MS Now”: Ağ Evin yeni mətbuat katibi ilk brifinqdən sonra işdən çıxarılmaqla hədələnib

“MS Now”: Ağ Evin yeni mətbuat katibi ilk brifinqdən sonra işdən çıxarılmaqla hədələnib

13 Oktyabr 2026 - 23:56

Ağ Evdə ABŞ Prezidentinin yeni mətbuat katibi Keti Zakariyanın ilk brifinqindən narazı qalıblar və onun tezliklə işdən çıxarıla biləcəyini mümkün...

SEPAH: Hörmüzdən icazəsiz keçən neft tankerində yanğın baş verib

SEPAH: Hörmüzdən icazəsiz keçən neft tankerində yanğın baş verib

13 Oktyabr 2026 - 23:19

İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri (HDQ) Hörmüz boğazının şərqində qaydaları (Tehranın elan etdiyi qaydalar-red.) pozan bir...

Böyük Britaniyanın səfiri İran XİN-ə çağırılıb

Böyük Britaniyanın səfiri İran XİN-ə çağırılıb

13 Oktyabr 2026 - 22:55

Böyük Britaniyanın İrandakı səfiri Hüqo Şorter Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb. Elchi.az  IRIB-yə istinadən xəbər verir ki, buna səbəb "RAF...

Laos Prezidenti BDU-nun tələbələri ilə görüşüb

Laos Prezidenti BDU-nun tələbələri ilə görüşüb

13 Oktyabr 2026 - 21:31

Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulit Bakı Dövlət Universitetinin (BDU) tələbələri ilə görüşüb. Bu barədə Elchi.az - a BDU-nun...

Next Post

`İndiyədək regionlara 39,5 milyard manat xərclənib` - PA rəsmisi

`İndiyədək regionlara 39,5 milyard manat xərclənib` - PA rəsmisi

Son xəbərlər

“MS Now”: Ağ Evin yeni mətbuat katibi ilk brifinqdən sonra işdən çıxarılmaqla hədələnib

“MS Now”: Ağ Evin yeni mətbuat katibi ilk brifinqdən sonra işdən çıxarılmaqla hədələnib

13 Oktyabr 2026 - 23:56
SEPAH: Hörmüzdən icazəsiz keçən neft tankerində yanğın baş verib

SEPAH: Hörmüzdən icazəsiz keçən neft tankerində yanğın baş verib

13 Oktyabr 2026 - 23:19
Böyük Britaniyanın səfiri İran XİN-ə çağırılıb

Böyük Britaniyanın səfiri İran XİN-ə çağırılıb

13 Oktyabr 2026 - 22:55
Laos Prezidenti BDU-nun tələbələri ilə görüşüb

Laos Prezidenti BDU-nun tələbələri ilə görüşüb

13 Oktyabr 2026 - 21:31
Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası olacaq

Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası olacaq

13 Oktyabr 2026 - 21:29
“Gəncə” FIBA Avropa Kubokundakı ilk ev oyununda uduzub

“Gəncə” FIBA Avropa Kubokundakı ilk ev oyununda uduzub

13 Oktyabr 2026 - 21:26
Tramp: ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını bölüşməyi dayandırmayıb

Tramp: ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını bölüşməyi dayandırmayıb

13 Oktyabr 2026 - 21:24
KİV: Polşa Starlink stansiyasına hücumun arxasında Rusiyanın dayandığını iddia edir

KİV: Polşa Starlink stansiyasına hücumun arxasında Rusiyanın dayandığını iddia edir

13 Oktyabr 2026 - 19:23
Venesuela xarici işlər naziri Uruqvayı daxili işlərinə müdaxilə etməkdə günahlandırdı

Venesuela xarici işlər naziri Uruqvayı daxili işlərinə müdaxilə etməkdə günahlandırdı

13 Oktyabr 2026 - 19:12
Niderlandın xarici işlər naziri Azərbaycana səfər edəcək

Niderlandın xarici işlər naziri Azərbaycana səfər edəcək

13 Oktyabr 2026 - 18:53
Azərbaycan HDQ komandanı İtaliyaya səfər edib

Azərbaycan HDQ komandanı İtaliyaya səfər edib

13 Oktyabr 2026 - 18:45
Özbəkistan Prezidenti AQEM sammitində iştirak etmək üçün Bakıya gələcək

Özbəkistan Prezidenti AQEM sammitində iştirak etmək üçün Bakıya gələcək

13 Oktyabr 2026 - 18:34
Yaponiya silah ixracı üzrə vahid struktur yaradacaq

Yaponiya silah ixracı üzrə vahid struktur yaradacaq

13 Oktyabr 2026 - 18:31
Prezidentin sosial şəbəkə hesablarında Laos Prezidentinin Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşılıb

Prezidentin sosial şəbəkə hesablarında Laos Prezidentinin Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşılıb

13 Oktyabr 2026 - 18:25
Azərbaycan Laos münasibətləri yeni mərhələdə

Azərbaycan Laos münasibətləri yeni mərhələdə

13 Oktyabr 2026 - 18:24
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.