"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Prezident İlham Əliyevin Belçika səfəri yekunlaşdı-mühüm anlaşma

08 Fevral 2017 - 10:56
in XƏBƏR LENTİ
FacebookVatsap

Bunu da oxuyun

SEPAH Küveyt aeroportunun ABŞ-nin “Patriot” HHM sistemi tərəfindən vurulduğunu iddia edir

Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub

ABŞ və Çin 30 milyard dollar dəyərində mallara rüsumları qarşılıqlı ləğv edə bilər

 Prezident İlham Əliyevin Belçika səfəri yekunlaşdı-mühüm anlaşmaDövlət başçısı ilə Avropa Komissiyasının prezidenti Jan-Klod Yunkerlə görüşdə Azərbaycan və Avropa İttifaqı arasında yeni əməkdaşlıq və tərəfdaşlıq sənəddən danışılıb; ekspertlər səfəri faydalı sayır

 
Prezident İlham Əliyevin Belçika Krallığına səfəri başa çatıb. Səfərin sonuncu günü ölkə başçısı Avropa Komissiyasının prezidenti Jan-Klod Yunkerlə görüşüb. President.az saytının məlumatına görə, görüşdə Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlıqdan məmnunluq bildirilib, əlaqələrin bundan sonra da inkişaf etdiriləcəyinə əminlik ifadə olunub. 
Vurğulanıb ki, Azərbaycanla Avropa İttifaqı arasında yeni əməkdaşlıq və tərəfdaşlıq sənədi üzərində iş gedir və bu sənəd imzalanandan sonra münasibətlər bütün sahələrdə daha da möhkəmlənəcək və genişlənəcək. Söhbət zamanı Azərbaycanın dünya ölkələri, o cümlədən Avropa İttifaqı ilə sivilizasiyalar və mədəniyyətlər arasında dialoq sahəsində çox yaxşı əməkdaşlıq əlaqələrinin olduğu qeyd edilib.
Qeyd edək ki, səfərin əvvəlki günlərində də prezidentin bir sıra mühüm görüşləri olub. Beləliklə, Avropa İttifaqı ilə Bakı arasında yeni körpülərin atılması baxımından bu səfər uğurlu hesab edilir. 
“Ölkə başçısının Belçikaya səfərini Avropada müxtəlif kəşfiyyat strukturları və siyasi mərkəzlər üzərindən idarə olunan qüvvələrin məğlubiyyəti sayır, Azərbaycanın beynəlxalq maraqlarının qorunmasında mühüm səhifə hesab edirəm”.
Image result for Zahid Oruc
 
Deputat Zahid Oruc bu fikirləri prezident İlham Əliyevin Belçikaya səfərini, keçirdiyi görüşləri şərh edərkən “Yeni Müsavat”a söylədi. O bildirdi ki, Qərbin dünyada təhlükəsizlik və iqtisadi arxitekturalar quran paytaxtında, Brüsseldə ən yüksək səviyyələrdə ölkə başçısının qəbul olunması Azərbaycanın vazkeçilməz dövlət statusunun bir daha təsdiqlənməsi demək idi: “Bu, hazırki qeyri-müəyyən beynəlxalq münasibətlər şəraitində bu son dərəcə əhəmiyyətli hadisədir. Avropalı liderlər Amerikada yeni administrasiyanın xarici siyasət kursundan çox narahatdırlar. Keçmişdə formalaşan dünya düzəni gözlərimiz önündə çökür və əvəzində sürətlə yeni ittifaqlar yaranır. Üstəlik, Breksitdən sonrakı proseslər Qərbin hansı güc mərkəzlərindən idarə olunmaq istədiyini təyin etməyə imkan vermir. Belə bir şəraitdə avropalı liderlər Qafqazın siyasi mənzərəsini və burada yüz illər dominantlıq edən iqtisadi nəhənglərin maraqlarını neytrallaşdırmağı bacaran bir dövlətin başçısının qlobal layihəsinə-“Cənub Qaz Dəhlizi”nə dəstəklərini ifadə edirlər. Nəzərə alın ki, Transatlantik və yaxud Sakit okeanı hövzəsində Obama dövrünün mirasından imtina baş verib. Belə olan təqdirdə Azərbaycanın Qərbin enerji təhlükəsizliyindəki müstəsna yerini əvəz etmək mümkün deyil. Lakin Tusk və Yunker yaxşı bilir ki, vaxtilə assosiativ sazişlə ərazi bütövlüyünü və suverenliyini itirmiş Ukrayna ilə müqayisədə, yaxud yeni prezident Dodonun hakimiyyətə gəlişi ilə Moskvaya 180 dərəcəlik dönüş edən Moldovanı nəzərə alanda son illər Moskvanın hərbi-siyasi dəstəyini əldə etmiş Bakı Qərblə daha üstün siyasi-iqtisadi şərtlərlə danışıqlar apara bilir”.
Z.Orucun sözlərinə görə, “qonşuluq siyasəti” tamam iflasa uğramasa da, hamını eyni geopolitik hərəkatın içərisinə ala bilməz: “Keçmiş sovet ölkələrinin mənafeləri bir-birindən kəskin fərqlənir. Ona görə də İlham Əliyev Qərblə açıq və güclü münasibətlər qurmağa qadir olan lider kimi danışıqlar aparır. Bizi Almaniyadan hazır direktivlər vasitəsilə, yaxud Baydenin qovluğu ilə idarə etmək mümkün olmadı. Belə bir şəraitdə, Avroparlamenti antiAzərbaycan elementlərinin kürsüsünə çevirən Antoni Tayani faktiki olaraq itirdi və daha dar maraqlarının oyunçusuna çevirməklə təmsil etdiyi qurumun siyasi intriqalar və dəhliz müharibələrinin alətinə çevrildiyini gizlədə bilmədi”. Deputat İ.Əliyevin səfəri zamanı aksiya keçirməyə cəhd göstərənlərlə bağlı da fikirlərini bölüşdü: “Hər halda, Azərbaycan əleyhinə orada petisiya edən bir ovuc hüquq istismarçıları milli və təhlükəsizlik maraqlarımızdan o qədər uzaq düşüblər ki, prezident İlham Əliyevin səfərinin strateji məqsədlərini anlamaqda belə çətinlik çəkirlər. Adamlar az qala Tramp əleyhinə Amerika inqilabı törətməyə hazırdırlar. Yetər ki, klintonların, nulandların liberal demokratiyasının tankları ölkələrin suveren sərhədlərinin yarıb keçsin və avtomat əllərində hakimiyyətləri devirib yeni inqilabi hökumətlər qursun. Yox, islahatları və böyük dəyişilim proqramlarını özü aparan Azərbaycan heç bir paytaxtın diktəsi altında olmadan və Donald Trampın vəd etdiyi 4 illik başqa dövlətlərin daxili işlərinə müdaxilə etməmək siyasətini yüksək qiymət qiymətləndirərək Avropada qurulan məhkəmə səhnələrini onların özlərinin əleyhinə çevirməyi bacardı. Ona görə də Azərbaycan regionda yeni şəraiti yaradan bir dövlət kimi Avropa Birliyi ilə tamamilə fərqli bir ”yol xəritəsi” üzərində hərəkət etməyi qərarlaşdırıb. Ümidvarıq ki, qarşıdakı yaxın illərdə bir tərəfdən Azərbaycana 100 milyardlarla dollar gəlir vəd edən və iqtisadi gücünü artıran layihələr bəhrəsini verəcək, eləcə də insanlarımızın Avropaya gedişini asanlaşdıran yeni hüquqi sistemi formalaşdırmaq mümkün olacaq”.
Image result for Elxan Şahinoğlu
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirdi ki, prezidentin Brüssel səfəri Azərbaycanla Avropa İttifaqı arasında strateji sazişlə bağlı sənədin hazırlanmasına start verdi və hər iki tərəfdən nümayəndə heyətləri danışıqlara başladı.
W1siziisijiwmtcvmdivmdyvnm8ymmxja2hxyv9st1zfotgzmc5kuecixsxbinailcj0ahvtyiisijy1nhgzmjcjil1d?sha=52252864ad15780d
Ekspertə görə, İ.Əliyevin Brüsselə səfəri o deməkdir ki, rəsmi Bakı bu sənədin imzalanması müddətini qısaltmağa hazırdır. E.Şahinoğlu hesab edir ki, Brüssellə strateji sazişin imzalanması rəsmi Bakıya həm də ona görə vacibdir ki, Avropa İttifaqı Azərbaycan qazının əsas alıcısı olacaq: “İlham Əliyev Brüsseldəki danışıqların hər birində ”Cənubi Qaz Dəhlizi” layihəsinə xüsusi önəm verirdi. Bu layihənin dəyəri 40 milyard dollardır”. Politoloq bildirdi ki, Avropa İttifaqı ilə imzalanacaq sənəddə insan haqları və demokratiya mövzularına da diqqət yetiriləcək: “Təsadüfi deyil ki, Donald Tusk İlham Əliyevlə birgə mətbuat konfransında Azərbaycan prezidenti ilə bu mövzular ətrafında da fikir mübadiləsi apardığını dedi. Avropa İttifaqı ilə strateji əməkdaşlıq sazişi imzalandıqdan sonra Azərbaycan hakimiyyəti söz və fikir azadlığı məsələlərinə həssas yanaşmaq məcburiyyətindədir. Əks halda, Avropa İttifaqının müxtəlif institutları daima Azərbaycanla əməkdaşlıq edən Avropa komissarlarına təzyiq edəcəklər ki, rəsmi Bakıya təsir etsinlər. Beləliklə, Avropa İttifaqı ilə əməkdaşlığın genişləndirilməsi imkanları rəsmi Bakının əlindədir. Rəsmi Bakı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirəcəyi vədini verərsə, Azərbaycan Avropa İttifaqı ilə arasındakı məsafəni qısaldacaq. Məsələn, Gürcüstan bu istiqamətdə atdığı addımlar sayəsində Avropa İttifaqının gürcülərə tətbiq olunan vizanın ortadan qaldırılmasına nail oldu. Azərbaycanın da eyni yanaşmaya ehtiyacı var”.
W1siziisijiwmtcvmdivmdyvmxbscmrvddrlzf9uyw1fntuxos5qcgcixsxbinailcj0ahvtyiisijy1mhg0mjyixv0?sha=141386e696a16ad7
“Azərbaycanın özündə bir tərpəniş olmasa, Azərbaycan özü üçün bir iş görməsə, kiminlə görüşməkdən asılı olmayaraq, bu kimi təmasların ciddi bir nəticəsi olmaz. Amma Azərbaycan naminə nələrsə etmək kursu götürülsə, yalnız onda nələrəsə nail olmaq mümkündür. Əsas iş görməkdir, Azərbaycanın da bu niyyəti yoxdur. Görüşlərlə məsələ həll olunsaydı, nə vardı ki?”
Image result for Mirmahmud
Bunu KXCP sədri Mirmahmud Mirəlioğlu “Yeni Müsavat”a açıqlaması zamanı bildirdi. Partiya rəhbəri ölkə başçısının səfərinə qarşı atılan addımlara da reaksiya verdi: “Kim ki, Azərbaycanın əleyhinədir, biz də onun əleyhinəyik. Harada ki, Azərbaycan əleyhinə bir şeylər var, biz də hamılıqla ona qarşı olmalıyıq. Amma ayrı-ayrı şəxslərin əleyhinə olmaq məsələsinə fərqli yanaşmaq lazımdır. Yəni dövlətlə insanları eyniləşdirmək olmaz. Təfərrüatı ilə məlumatım yoxdur. Amma bildiyim qədər anti-Azərbaycan məsələləri var, biz bunun əleyhinə olmalıyıq, bu, bizim vətəndaşlıq borcumuzdur”. Rusiyanın Azərbaycana qarşı təzyiqlərinin artdığı bir dövrdə Avropaya inteqrasiyanın sürətləndirilməsi də məqsədəuyğun sayılır. M.Mirəlioğlu: “Bu məsələ sanki eyni mənbədən qaynaqlanır. Azərbaycan özü üçün müstəqil kurs götürüb, Avropaya doğru addımlar atır, onda da rus təhdidləri artır. Məsələn, hamı elə bilir ki, Jirinovski qeyri-ciddi adamdır, gicbəsərin biridir. Amma elə deyil, Jirinovski hər zaman rus dövlətinin mövqeyini açıqlayır, Putinin geniş dairədə deyə bilmədiklərini deyir.  Ona görə də indiki vaxtda Azərbaycan Avropaya inteqrasiya kursundan geri durmayacaq. Eyni zamanda Bakı ”rus ayısı”nı da çox qıcıqlandırmayacaq. Rusiya bizə qarşı ənənəvi mövqeyindən imtina etməyəcək. Həm də biz istənilən halda Avropa ilə münasibətlərimizdən geri çəkilməli deyilik”.
Previous Post

Prezident İlham Əliyevin Belçika səfəri yekunlaşdı-mühüm anlaşma

Next Post

Sanasaryan: “Lapşindən sonra Qarabağa heç kim getməz”

Bənzər yazılar

SEPAH Küveyt aeroportunun ABŞ-nin “Patriot” HHM sistemi tərəfindən vurulduğunu iddia edir

SEPAH Küveyt aeroportunun ABŞ-nin “Patriot” HHM sistemi tərəfindən vurulduğunu iddia edir

03 İyun 2026 - 23:18

İran Küveyt Beynəlxalq Hava Limanına zərbə endirməsi ilə bağlı iddiaları təkzib edib və bildirib ki, zədələr ABŞ-nin "Patriot" hava hücumundan...

Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub

Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub

03 İyun 2026 - 23:11

Slovakiyada keçirilən minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub. Elchi.az  xəbər verir ki, ilk yarımfinal oyununda Ukrayna millisi Macarıstanı...

ABŞ və Çin 30 milyard dollar dəyərində mallara rüsumları qarşılıqlı ləğv edə bilər

ABŞ və Çin 30 milyard dollar dəyərində mallara rüsumları qarşılıqlı ləğv edə bilər

03 İyun 2026 - 23:00

ABŞ və Çin 30 milyard dollar dəyərində mallara rüsumların qarşılıqlı ləğvi imkanını nəzərdən keçirir. Elchi.az  xəbər verir ki, bu barədə...

Qırğızıstan ilk dəfə BMT Təhlükəsizlik Şurasının üzvü seçilib

Qırğızıstan ilk dəfə BMT Təhlükəsizlik Şurasının üzvü seçilib

03 İyun 2026 - 21:40

Qırğızıstan tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib. Elchi.az Rusiya mediasına istinadən xəbər verir ki, Baş Assambleya ölkənin...

Next Post

Sanasaryan: “Lapşindən sonra Qarabağa heç kim getməz”

Sanasaryan: “Lapşindən sonra Qarabağa heç kim getməz”

Son xəbərlər

Bir ayda sərhəddə 5.6 milyon manatlıq qaçaqmal tutulub

Bir ayda sərhəddə 5.6 milyon manatlıq qaçaqmal tutulub

04 İyun 2026 - 11:42
Bakıda Milli Qurtuluş Gününə həsr olunan konsert keçiriləcək

Bakıda Milli Qurtuluş Gününə həsr olunan konsert keçiriləcək

04 İyun 2026 - 11:30
Tramp etiraf edir: Netanyahunun iddiaları bu sözlərlə təsdiqləndi

Tramp etiraf edir: Netanyahunun iddiaları bu sözlərlə təsdiqləndi

04 İyun 2026 - 11:27
Mülki PUA-lara nəzarət olacaq, yoxlamalar aparılacaq

Mülki PUA-lara nəzarət olacaq, yoxlamalar aparılacaq

04 İyun 2026 - 11:24
ÜST ölümcül Ebola virusu barədə xəbərdarlıq edir!

ÜST ölümcül Ebola virusu barədə xəbərdarlıq edir!

04 İyun 2026 - 11:15
Tramp: İranla razılaşma bu həftəsonu əldə edilə bilər

Tramp: İranla razılaşma bu həftəsonu əldə edilə bilər

04 İyun 2026 - 11:04
Geomaqnit qasırğası olacaq

Geomaqnit qasırğası olacaq

04 İyun 2026 - 10:58
ABŞ: İsrail və Livan atəşkəs barədə razılığa gəldilər

ABŞ: İsrail və Livan atəşkəs barədə razılığa gəldilər

04 İyun 2026 - 10:51
NASA, MAVEN kosmik gəmisinin Mars missiyası başa çatdı

NASA, MAVEN kosmik gəmisinin Mars missiyası başa çatdı

04 İyun 2026 - 10:43
İran müharibəsi Yaponiyada plastik torba böhranına səbəb oldu

İran müharibəsi Yaponiyada plastik torba böhranına səbəb oldu

04 İyun 2026 - 10:36
Humanoid robot bazarında investisiya yarışı qızışır

Humanoid robot bazarında investisiya yarışı qızışır

04 İyun 2026 - 10:29
2026 Dünya Kuboku heyətləri: Statistik təhlil: Ən yaşlı, ən gənc və ən Yaxşı liqalar

2026 Dünya Kuboku heyətləri: Statistik təhlil: Ən yaşlı, ən gənc və ən Yaxşı liqalar

04 İyun 2026 - 10:17
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda, arpa və gübrə göndəriləcək

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda, arpa və gübrə göndəriləcək

04 İyun 2026 - 10:08
İsrail Qəzzada əməliyyatların ikinci mərhələsinə başlayıb

Doktoranturaya xarici dil üzrə qəbul və fəlsəfə doktoru imtahanlarının tarixləri müəyyənləşib

04 İyun 2026 - 10:00
“Brent” nefti 7%-dən çox bahalaşdı

Azərbaycan nefti bahalaşıb

04 İyun 2026 - 09:45
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  
« May    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.