"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Niyə qar Bakının rayon və qəsəbələrinə müxtəlif miqdarda düşür?

01 Fevral 2017 - 10:24
in XƏBƏR LENTİ
FacebookVatsap

Bunu da oxuyun

Nepalda daşqınlar nəticəsində ölənlərin sayı 1400-ə yaxınlaşıb

İranda “Boeing 737” texniki nasazlıq səbəbindən məcburi eniş edib

Fransa polisləri iş şəraitinə görə etiraz edirlər

 Niyə qar Bakının rayon və qəsəbələrinə müxtəlif miqdarda düşür?

 
Artıq bir neçə gündür ki, ölkənin əksər bölgələrinə, o cümlədən də paytaxt Bakıya intensiv qar yağmağa başlayıb. Kəskin hava şəraiti ilə əlaqədar körpü və tunellərdə nəqliyyat vasitələrinin hərəkətlərində sıxlıq yaşanıb.  Bəzi avtomagistral yolların hərəkət hissəsinin qarla örtülməsi səbəbi ilə sürət həddi enidirilərək 60 km/ saat müəyyən edilib. 
Qeyd edək ki, yağan qar daha çox paytaxtın şimal hissəsində olan ərazilərinə yağıb. Bakının cənub qurtaracağında, xüsusən də Xətai rayonu, Əhmədli qəsəbəsinə qar yağıntısı nisbətən xeyli az olub. Bu da şəhər sakinləri arasında çaşqınlıq yaradıb. Onu da qeyd edək ki, ötən ilin noyabr ayında da bu cür hal yaşanmışdı. Şəhərin bir tərəfinə qar yağdığı halda, digər tərəfi quru və yağmursuz olmuşdu. Bəziləri bu cür halların iqlim şəraiti ilə əlaqədar olduğunu iddia edir. Bəs səbəb nədir, niyə qar Bakının qəsəbə və rayonlarına müxtəlif miqdarda düşür? Bu normal haldır yoxsa?…
 
Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri Telman Zeynalov “Yeni Müsavat”a açıqlama verərək məsələyə aydınlıq gətirib. Ekspert qeyd edib ki, bu cür hava prosesi küləyin əsmə hərəkətindən asılıdır:
 
Image result for Telman Zeynalov
“Bu, buludlarla əlaqəlidir və külək axınından asılıdır. Külək  hansı tərəfdən əsirsə, buludları da o tərəfə qovur. Əhmədli tərəfdə külək yox idi, külək Şamaxı tərəfdən gəlib Bakının üzərindən Yasamal rayonuna keçib və bir də daha çox Xırdalan rayonunda tutub. Buna görə də ora həddən artıq qar yağıb. Əslində o demək deyil ki, qar yağanda hər tərəfə eyni qaydada yağmalıdır, xeyr, qeyd etdiyim kimi bu məsələ küləyin istiqamətindən, buludlardan asılıdır. Hətta ola bilər ki, külək Əhmədli tərəfdən də keçsin, amma oranı tutmasın. Bəzən elə olur ki, şəhərin mərkəzinə qar yağır, amma həmin bölgə quru olur, hətta yağış da yağmır. Bunu hansısa iqlim şəraiti ilə əlaqələndirmək doğru deyil. Hazırda qışdır və bu normal haldır.
Bir neçə gün əvvəl məndən soruşurdular ki, “Bakıda niyə havalar isti, quraqlıq keçir, yağış yağmır?” İndi deyirəm ki, ötən gün yağan qar iki aylıq normanı 4 saat ərzində tökdü yerə. Əgər Abşeron yarımadasına yağıntının miqdarı 250 mm-sə, bu, təxminən gəlib çıxır 2 sm qar yağıntısına, amma həmin gün o bölgədə 4 sm qar var idi. Yəni iki aylıq norma doldu”.
 
“Qarşıda bizi daha sərt soyuq hava gözləyirmi” sualımıza isə Telman Zeynalov bu cür cavab verdi:
“Xeyr. Bizdə ən soyuq hava şəraiti adətən fevral ayında müşayiət olunur, təxminən 15-20-si tarixlərinə qədər. Ayın 20-dən sonra havalar mülayimləşməyə başlayır. Amma əgər şimal küləyi əsərsə, fevral ayında hava daha soyuq ola bilər. Bunun da nə qədər davam etməsi küləyin istiqamətindən asılı olacaq. Amma indiki məqamda hələ ki daha sərt soyuq gözlənilmir, ola bilsin ki, temperatur 2-3 dərəcə azalsın, amma bundan çox olmayacaq”.
Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti fevral ayına olan hava proqnozunu açıqlayıb. Məlumatda bildirilib ki, fevral ayında havanın orta aylıq temperaturu və aylıq yağıntının miqdarının əsasən iqlim normasına yaxın olacağı gözlənilir. Bakıda və Abşeron yarımadasında orta aylıq temperaturun 4-6 dərəcə isti (gecələr 0-5 dərəcə isti, bəzi günlərdə 3-8 dərəcə şaxta, gündüzlər 7-12 dərəcə isti, bəzi günlərdə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır.
Previous Post

Niyə qar Bakının rayon və qəsəbələrinə müxtəlif miqdarda düşür?

Next Post

`Azərsu`dan qar açıqlaması

Bənzər yazılar

Nepalda daşqınlar nəticəsində ölənlərin sayı 1400-ə yaxınlaşıb

Nepalda daşqınlar nəticəsində ölənlərin sayı 1400-ə yaxınlaşıb

15 Sentyabr 2026 - 21:59

Nepalda daşqınlar nəticəsində ölənlərin sayı 1 399 nəfərə çatıb. Elchi.az  yerli mediaya istinadən xəbər verir ki, bu barədə Nepal hakimiyyəti...

İranda “Boeing 737” texniki nasazlıq səbəbindən məcburi eniş edib

İranda “Boeing 737” texniki nasazlıq səbəbindən məcburi eniş edib

15 Sentyabr 2026 - 21:57

İranın Sepahan aviaşirkətinə məxsus Boeing 737 sərnişin təyyarəsi şassi ilə bağlı yaranan problem və mühərrikin ehtimal olunan zədələnməsi səbəbindən Məşhəd...

Fransa polisləri iş şəraitinə görə etiraz edirlər

Fransa polisləri iş şəraitinə görə etiraz edirlər

15 Sentyabr 2026 - 21:55

Fransanın paytaxtı Parisdə təxminən 10 min polis əməkdaşı əməkhaqlarının artırılması və iş şəraitinin yaxşılaşdırılması tələbi ilə etiraz aksiyasına çıxıb. Elchi.az...

Tramp ABŞ Ali Məhkəməsini sərt tənqid edib

Tramp ABŞ Ali Məhkəməsini sərt tənqid edib

15 Sentyabr 2026 - 21:53

ABŞ Prezidenti Donald Tramp, konservativ çoxluğunun formalaşmasına şəxsən kömək etdiyi Ali Məhkəməni kəskin tənqid edib. Elchi.az -ın verdiyi məlumata görə,...

Next Post

`Azərsu`dan qar açıqlaması

`Azərsu`dan qar açıqlaması

Son xəbərlər

Nepalda daşqınlar nəticəsində ölənlərin sayı 1400-ə yaxınlaşıb

Nepalda daşqınlar nəticəsində ölənlərin sayı 1400-ə yaxınlaşıb

15 Sentyabr 2026 - 21:59
İranda “Boeing 737” texniki nasazlıq səbəbindən məcburi eniş edib

İranda “Boeing 737” texniki nasazlıq səbəbindən məcburi eniş edib

15 Sentyabr 2026 - 21:57
Fransa polisləri iş şəraitinə görə etiraz edirlər

Fransa polisləri iş şəraitinə görə etiraz edirlər

15 Sentyabr 2026 - 21:55
Tramp ABŞ Ali Məhkəməsini sərt tənqid edib

Tramp ABŞ Ali Məhkəməsini sərt tənqid edib

15 Sentyabr 2026 - 21:53
ABŞ ordusu SEPAH-ın iki katerini məhv edib

ABŞ ordusu SEPAH-ın iki katerini məhv edib

15 Sentyabr 2026 - 20:36
İsveçrə–Azərbaycan Biznes Forumu keçirilib

İsveçrə–Azərbaycan Biznes Forumu keçirilib

15 Sentyabr 2026 - 20:17
Sabah rayonlarda leysan yağacaq, dolu düşəcək – XƏBƏRDARLIQ

Sabah rayonlarda leysan yağacaq, dolu düşəcək – XƏBƏRDARLIQ

15 Sentyabr 2026 - 20:11
İlham Əliyev: Avropa Parlamenti rüşvətxorlar yuvasıdır

İlham Əliyev: Avropa Parlamenti rüşvətxorlar yuvasıdır

15 Sentyabr 2026 - 20:10
Allahşükür Paşazadə Prezident İlham Əliyevə təşəkkür edib

Allahşükür Paşazadə Prezident İlham Əliyevə təşəkkür edib

15 Sentyabr 2026 - 20:07
Ronaldo çıxış etdiyi klubu ala bilər

Ronaldo çıxış etdiyi klubu ala bilər

15 Sentyabr 2026 - 19:28
Qarabağın dirçəlişini və aparılan quruculuq işlərinierməni revanşist qüvvələr həzm edə bilmirlər

Qarabağın dirçəlişini və aparılan quruculuq işlərinierməni revanşist qüvvələr həzm edə bilmirlər

15 Sentyabr 2026 - 19:20
Mikayıl Cabbarov İsveçrədə: 10-cu iclas keçirildi

Mikayıl Cabbarov İsveçrədə: 10-cu iclas keçirildi

15 Sentyabr 2026 - 19:12
Azərbaycan-İsveçrə Birgə Komissiyasının 10-cu iclası keçirilib

Azərbaycan-İsveçrə Birgə Komissiyasının 10-cu iclası keçirilib

15 Sentyabr 2026 - 19:00
Polis Akademiyasında andiçmə mərasimi keçirilib

Polis Akademiyasında andiçmə mərasimi keçirilib

15 Sentyabr 2026 - 18:51
AHİK-in Əmək və Sosial Münasibətlər Akademiyasında “Bilik günü” keçirilib

AHİK-in Əmək və Sosial Münasibətlər Akademiyasında “Bilik günü” keçirilib

15 Sentyabr 2026 - 18:43
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.