"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

“Qarabağda müharibə qaçılmaz olacaq…” – Rusiyanın nüfuzlu nəşri

13 Yanvar 2017 - 10:05
in XƏBƏR LENTİ
FacebookVatsap

Bunu da oxuyun

“MS Now”: Ağ Evin yeni mətbuat katibi ilk brifinqdən sonra işdən çıxarılmaqla hədələnib

SEPAH: Hörmüzdən icazəsiz keçən neft tankerində yanğın baş verib

Böyük Britaniyanın səfiri İran XİN-ə çağırılıb

“Qarabağda müharibə qaçılmaz olacaq...” - Rusiyanın nüfuzlu nəşriAzərbaycanın yeni hərbi doktrinası gündəmi dəyişir; Azərbaycanın öz hərbi qüdrətini durmadan artırması və prezident İlham Əliyevin son xəbərdarlıqları xarici medianın diqqətində; Londondakı analitik mərkəzin eksperti: “Bakı və Moskva anlaşsa, Ermənistan zorla sülhə məcbur ediləcək…”

 
Dağlıq Qarabağ probleminin həll olunmamış qalması sövq-təbii Azərbaycanı – ərazisinin 20% -i işğala məruz qalan ölkəni öz hərbi qüdrətini artırmaq zorunda qoyur. Prezident İlham Əliyevin bu xüsusda Nazirlər Kabinetinin son toplantısında söylədikləri təcavüzkar Ermənistana və onun havadarlarına xəbərdarlıq sayıla bilər. Bu, həm də onun anonsudur ki, müharibə hələ bitməyib, Bakı işğal rejimi ilə sonsuzadək barışmaq niyyətində deyil və işğalçı tərəf ərazilərin geri qaytarılması haqda ciddi düşünməlidir. 
 
Prezidentin bu mövzuda fikirləri xarici medianın da diqqətinin çəkib. Məsələn, Rusiyada nəşr olunan nüfuzlu “Nezavisimaya Qazeta” yazır: “Azərbaycan öz hərbi potensialını artırmaq üçün əlavə tədbirlər görür. Bu il hərbi xərclər artırılacaq. Bu barədə prezident İlham Əliyev bəyan edib. Dövlət başçısı bildirib ki, ölkə müharibə vəziyyətindədir və böhrana, neftin qiymətinin düşməsinə baxmayaraq, ordu müasir silah-sursat və hərbi texnika ilə təmin edilir. Bakı hərbi qüdrətini artırmaqdan imtina etməyəcək. Cari ildə müdafiə və milli təhlükəsizliyə ünvanlı büdcə xərcləri ötən illə müqayisədə 167 milyon manat və ya 6.9% artıb və 2.9 milyard manat təşkil edəcək. Bu – təxminən 1.8 milyard dollardır”.
Image result for İlham Əliyev
Nəşrin yazdığına görə, bu vəsaitlərin sanballı hissəsi yeni silahlar və hərbi texnikanın alınmasına sərf olunacaq: “Bu barədə İlham Əliyev Nazirlər Kabinetinin toplantısında bildirdi. 
”Bu gün Azərbaycan ordusu həm döyüş qabiliyyəti, həm də texniki təchizat baxımından dünyanın güclü orduları siyahısına daxildir” – Əliyev bildirdi. Prezident onu da dedi ki, Bakı yüksək dəqiqliyə və dağıdıcılığa malik ən müasir silahlara malikdir. “Onlarin bir hissəsi nümayiş etdirilib, digər hissəsi isə yox. Onlar lazım olan vaxtda və yerdə nümayiş etdiriləcək””.
Qəzet daha sonra İlham Əliyevin hakimiyyətə gəlişi ilə Azərbaycanın hərbi büdcəsinin artmağa başlamasına diqqət yönəldərək qeyd edir: “Nüfuzlu hərbi nəşrlərin statistik məlumatlarına görə, 2003-2007 və 2008-2012-ci illərdə Şərqi Avropa ölkələri tərəfindən hərbi təyinatlı məhsulların idxalı 21% artıb. Bu da əsasən Azərbaycanın hesabına baş verib. Azərbaycan regionun yeganə ölkəsi olub ki, hərbi idxalı 155% artıraraq, dünya idxalçılarının siyahısında 48-ci yerdən 35-ci yerə qalxıb. Bakının hərbi texnika, ölümcül silahlar və reaktiv qurğular aldığı ilk beşlik ölkələr Rusiya, İsrail, Pakistan, Ukrayna və Türkiyədir. Bu yaxınlarda İsrail baş naziri Benyamin Netanyahunun Bakı səfəri zamanı bəyan edildi ki, Azərbaycan İsraildən 5 milyard dollar həcmində silah alıb. Rusiya ilə öncəki illər ərzində silah dövriyyəsi də təxminən eyni həcmdə olub. İsraillə Azərbaycan arşında imzalanan son kontraktlardan biri isə ”Dəmir günbəz” raketdən müdafiə sistemidir. Bunlarla yanaşı, ölkənin Hərbi Sənaye Nazirliyi də silahlı qüvvələri müasir hərb məhsullarla uğurla təmin edir. Bu yaxınlarda nazir Yavər Camalov jurnalistlərə bildirib ki, artıq “Zərbə” pilotsuz uçan aparatlar və kəşfiyyat-müşahidə aparatları uğurla sınaqdan çıxarılıb. Bu silahların istehsalı qurumun müəssisələrində qısa müddətdə təşkil edilib. Nazirin sözlərinə görə, yaxın zamanlarda onların kütləvi istehsalına başlanacaq”.
Image result for Sarkisyan
Rusiya nəşri sonda rəsmi Bakının ölkənin müdafiə qabiliyyətini möhkəmlənməsi və öz hərbi potensialını artırmağa bunca böyük vəsaitlər ayırmasını həll olunmamış Dağlıq Qarabağ konflikti ilə əlaqələndirib.
“Ekspertlərə görə, bu problem öz həllini tapmayınca, Azərbaycan öz silahlı qüvvələrini gücləndirmək zorunda qalacaq və əgər sülh danışıqları gözlənilən nəticələri verməzsə, Bakı işğal altındakı əraziləri hərbi yolla azad eləmək hüququnu özündə saxlayır”, – deyə nəşr əlavə edib.
***
Danışıqlar səmərə verməzsə, yeni müharibənin mümkünlüyü məsələsi analitik mərkəzlərdə də ciddi təhlil mövzusudur. Londondakı “Janes İntelligence” analitik mərkəzinin müdafiə və təhlükəsizlik məsələləri üzrə aparıcı eksperti Lilit Gevorqyan bu xüsusda hərbi əməliyyatların bərpasını yüksək ehtimallı hesab edir.
 
Image result for Kreml
“Əgər Moskva və Bakı razılığa gəlsə, erməni ictimaiyyəti isə bu anlaşmaya qarşı olsa, o zaman mümkündür ki, Qarabağ münaqişəsinin həlli məcburi qaydada olsun – yəni sürətli və daha qanlı hücum hesabına reallaşsın. Əlbəttə ki, Bakı bunu Moskvanın rüsxəti ilə edəcək. Bu isə problemin paket həll tərəfdarı olan ermənilər üçün əsas olacaq ki, cəmiyyəti inandırsınlar ki, Ermənistan ”DQR”i hazırkı sərhədlər daxilində saxlamaq iqtidarında deyil”, – deyə erməni ekspert 1 in.am saytına müsahibəsində qeyd edib.
Onun sözlərinə görə, Dağlıq Qarabağ nizamlanmasında erməni tərəfi yeni baxışa, azad seçkilər nəticəsində formalaşan və Rusiyaya müqavimət göstərə biləcək hakimiyyətə ehtiyac duyur. “Əfsus ki, 2017-ci ildə Ermənistanın müstəqil dövlət olaraq səlahiyyətləri zəifləməkdə davam edəcək. Rusiyanın ona təsirləri isə artacaq. Ermənistan iqtisadi və milli təhlükəsizlik baxımından daha həssas olacaq” – Gevorkyan əlavə edib.
Image result for Karabagh
Məsələ də ondadır ki, işğalçı Ermənistan ildən-ilə Qarabağla bağlı söz sahibliyini bir az daha itirir. Bu isə o anlama gəlir ki, əgər doğrudan da Bakı və Moskva öz aralarında anlaşsa, Ermənistan zorla sülhə məcbur ediləcək. Bu – iki yolla mümkündür: ya dinc yol seçiləcək,  ya da Rusiya müqavimət göstərəcəyi təqdirdə işğalçını cəzalandırmaq üçün Bakıya mane olmayacaq.   
Previous Post

“Qarabağda müharibə qaçılmaz olacaq…” – Rusiyanın nüfuzlu nəşri

Next Post

Kiprin birləşdirilməsi üçün tarixi şans

Bənzər yazılar

“MS Now”: Ağ Evin yeni mətbuat katibi ilk brifinqdən sonra işdən çıxarılmaqla hədələnib

“MS Now”: Ağ Evin yeni mətbuat katibi ilk brifinqdən sonra işdən çıxarılmaqla hədələnib

13 Oktyabr 2026 - 23:56

Ağ Evdə ABŞ Prezidentinin yeni mətbuat katibi Keti Zakariyanın ilk brifinqindən narazı qalıblar və onun tezliklə işdən çıxarıla biləcəyini mümkün...

SEPAH: Hörmüzdən icazəsiz keçən neft tankerində yanğın baş verib

SEPAH: Hörmüzdən icazəsiz keçən neft tankerində yanğın baş verib

13 Oktyabr 2026 - 23:19

İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri (HDQ) Hörmüz boğazının şərqində qaydaları (Tehranın elan etdiyi qaydalar-red.) pozan bir...

Böyük Britaniyanın səfiri İran XİN-ə çağırılıb

Böyük Britaniyanın səfiri İran XİN-ə çağırılıb

13 Oktyabr 2026 - 22:55

Böyük Britaniyanın İrandakı səfiri Hüqo Şorter Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb. Elchi.az  IRIB-yə istinadən xəbər verir ki, buna səbəb "RAF...

Laos Prezidenti BDU-nun tələbələri ilə görüşüb

Laos Prezidenti BDU-nun tələbələri ilə görüşüb

13 Oktyabr 2026 - 21:31

Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulit Bakı Dövlət Universitetinin (BDU) tələbələri ilə görüşüb. Bu barədə Elchi.az - a BDU-nun...

Next Post

Kiprin birləşdirilməsi üçün tarixi şans

Kiprin birləşdirilməsi üçün tarixi şans

Son xəbərlər

“MS Now”: Ağ Evin yeni mətbuat katibi ilk brifinqdən sonra işdən çıxarılmaqla hədələnib

“MS Now”: Ağ Evin yeni mətbuat katibi ilk brifinqdən sonra işdən çıxarılmaqla hədələnib

13 Oktyabr 2026 - 23:56
SEPAH: Hörmüzdən icazəsiz keçən neft tankerində yanğın baş verib

SEPAH: Hörmüzdən icazəsiz keçən neft tankerində yanğın baş verib

13 Oktyabr 2026 - 23:19
Böyük Britaniyanın səfiri İran XİN-ə çağırılıb

Böyük Britaniyanın səfiri İran XİN-ə çağırılıb

13 Oktyabr 2026 - 22:55
Laos Prezidenti BDU-nun tələbələri ilə görüşüb

Laos Prezidenti BDU-nun tələbələri ilə görüşüb

13 Oktyabr 2026 - 21:31
Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası olacaq

Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası olacaq

13 Oktyabr 2026 - 21:29
“Gəncə” FIBA Avropa Kubokundakı ilk ev oyununda uduzub

“Gəncə” FIBA Avropa Kubokundakı ilk ev oyununda uduzub

13 Oktyabr 2026 - 21:26
Tramp: ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını bölüşməyi dayandırmayıb

Tramp: ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını bölüşməyi dayandırmayıb

13 Oktyabr 2026 - 21:24
KİV: Polşa Starlink stansiyasına hücumun arxasında Rusiyanın dayandığını iddia edir

KİV: Polşa Starlink stansiyasına hücumun arxasında Rusiyanın dayandığını iddia edir

13 Oktyabr 2026 - 19:23
Venesuela xarici işlər naziri Uruqvayı daxili işlərinə müdaxilə etməkdə günahlandırdı

Venesuela xarici işlər naziri Uruqvayı daxili işlərinə müdaxilə etməkdə günahlandırdı

13 Oktyabr 2026 - 19:12
Niderlandın xarici işlər naziri Azərbaycana səfər edəcək

Niderlandın xarici işlər naziri Azərbaycana səfər edəcək

13 Oktyabr 2026 - 18:53
Azərbaycan HDQ komandanı İtaliyaya səfər edib

Azərbaycan HDQ komandanı İtaliyaya səfər edib

13 Oktyabr 2026 - 18:45
Özbəkistan Prezidenti AQEM sammitində iştirak etmək üçün Bakıya gələcək

Özbəkistan Prezidenti AQEM sammitində iştirak etmək üçün Bakıya gələcək

13 Oktyabr 2026 - 18:34
Yaponiya silah ixracı üzrə vahid struktur yaradacaq

Yaponiya silah ixracı üzrə vahid struktur yaradacaq

13 Oktyabr 2026 - 18:31
Prezidentin sosial şəbəkə hesablarında Laos Prezidentinin Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşılıb

Prezidentin sosial şəbəkə hesablarında Laos Prezidentinin Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşılıb

13 Oktyabr 2026 - 18:25
Azərbaycan Laos münasibətləri yeni mərhələdə

Azərbaycan Laos münasibətləri yeni mərhələdə

13 Oktyabr 2026 - 18:24
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.