"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

“MTN əməkdaşı nazirin adından 500 min tələb etdi”

05 Yanvar 2017 - 10:07
in XƏBƏR LENTİ
FacebookVatsap

Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq baş idarə və idarə rəisləri general-mayor Sübahir Qurbanov, general-mayor Teymur Quliyev, general-mayor Natavan Mirvətova, eləcə də həmin qurumun digər vəzifəli şəxsləri Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun cinayət işi üzrə Met-Ak MMC-nin təsisçisi və rəhbəri Kərimov Alik Kainbəy oğlu zərərçəkmiş şəxs qismində tanınıb.

Bunu da oxuyun

Xəzər dənizini qorumaq vacibdir – Prezident

Xaricdəki səfirliklərimizə yeni səlahiyyət verildi

Bakıda NATO-nun təlim kursu keçirilir

Report-un xəbərinə görə, A.Kərimov istintaqa verdiyi ifadəsində göstərib ki, 2015-ci ilin sentyabr ayının 29-30 tarixlərində onun istifadəsində olan mobil telefon nömrəsinə tanımadığı telefondan zənglər gəlməyə başlayıb.

O, həmin nömrənin MTN əməkdaşlarına məxsus olduğunu güman edib:

“Şirkətin maliyyə direktoru Fuad Zülfüqarovdan həmin ilin yanvar ayında hədə-qorxu gəlməklə külli miqdarda pul alınıb. Buna görə də Fuad Zülfüqarovdan MTN-in VI Baş İdarənin əməkdaşı Akif Əliyev vasitəsi ilə həmin nömrənin sahibinin kimliyini və onların nə istədiyini öyrənməyini tapşırdım. Bir müddətdən sonra Akif Əliyev Fuad Zülfüqarova zəng edib, həmin nömrənin MTN-nin 4-cü Baş İdarənin əməkdaşı Natiq Alıyevin istifadəsində olduğunu dedi. Akif Əliyev bildirdi ki, Natiq Alıyev Baş idarənin rəisi Sübahir Qurbanovla yaxındır və o, hamını bezdirir, fikri yalnız pul toplamaqdır və onun zənglərinə cavab verməməyi məsləhət gördü”.

A.Kərimovun sözlərinə görə, bir müddət həmin şəxsin zənglərinə cavab verməyib, bundan sonra N.Alıyevin istifadəsindəki nömrədən oğlu Aydın Kərimovun telefonuna zənglər gəlməyə başlayıb: “Məcbur olub MTN-də onların kuratoru İlkin Əsgərovla əlaqə saxlayıb, bu barədə məlumat vermək üçün onu ofisə dəvət edik. Ona baş verənlərin hamısını danışıb köməklik etməsini xahiş etdik. İlkin Əsgərov isə bu barədə rəisinə məruzə etdikdən sonra cavab verəcəyini bildirdi. Səhəri gün İlkin Əsgərov Natiq Alıyevlə bağlı hər hansı bir tədbir görə bilməyəcəyini söyləyib”.

Zərərçəkmiş söyləyib ki, N.Alıyev onun oğlu A.Kərimov və F.Zülfüqarovdan MTN-ə gəlmələrini tələb edib: “Həmin gün Rusiya Federasiyasının Mineralnıye Vodı şəhərinə getdim. 08.10.2015-ci il tarixdə Fuad Zülfüqarov mənə zəng edib, oğlumun avtomobilinin Baksol yolunda həyəcan işıqları qoşulu vəziyyətdə qaldığını, özünün isə itdiyi barədə məlumat verdi. Narahat olduğum üçün Bakıda olan tanışlarıma zəng vurdum. 2-3 saatdan sonra Fuad Zülfüqarov yenidən zəng edərək Aydını Natiq Alıyevin MTN-ə apararaq orada saxladığını bildirdi. Həmin ayın 11-də Bakıya qayıdıb, Natiq Alıyevin mobil telefonuna zəng etdim. O, mənə sabah MTN-ə gəlməyimi söylədi. Mən isə ona birlikdə nahar etməyimizi təklif etdim. Razılaşıb, MTN-nin yaxınlığında olan “Naxçıvan” restoranında görüşdük”.

A.Kərimov təxminən 3 saata yaxın söhbət etdiklərini, söhbət əsnasında N.Alıyevin onu hədələdiyini bildirib: “O, mənə “dövlət mənə silah verib, bu dövlətin obaxeysi mənəm, mən kimə qarşı istəsəm bu silahı işlədə bilərəm” dedi. Bundan başqa, Natiq Alıyev oğlumu 3 aylıq həbs edə biləcəyini, MMC-nin 5 illik fəaliyyətini yoxlatdıracağını, Fuadın da başına oyun açacağını, dizi üstə qoyacağını bildirdi. Bu sözlərdən sonra Natiq Alıyev işləri yoluna qoymaq və MTN-nin nəzərində təmizə çıxarmaq üçün 500 min manat pulumu alacağını söylədi. Bu məbləğin çox olduğunu dedikdə, Natiq Alıyev mənə “nazir Eldar Mahmudov deyib ki, bir yerə bir dəfə girib, bir dəfəlik götürmək lazımdır, nazirliyin adı var. Ona görə 500 min manatı hazırla” dedi. Ona fikirləşəcəyimi deyərək 2 gün möhlət istədim. Səhərisi yenidən “Naxçıvan” restoranında görüşüb, toplaya bildiyim 50 min manat olduğunu Natiq Alıyevə bildiridim. O, rəisi Fizuli Əliyevə zəng edib məlumat verdi. 15-20 dəqiqədən sonra Fizuli Əliyev bizim masasına yaxınlaşıb, ona verə biləcəyim 50 min manat pulu çox rahat qəbul etdi. Daha sonra o, 35 min manatlıq materialların siyahısını verib, sabaha göndərməyimi xahiş etdi və “eybi yoxdur sən bunu et, mən də sənə köməklik edərəm, bir təhər bunu general Sübahir Qurbanovdan keçirərik” dedi. 2-3 saatdan sonra Natiq Alıyev mənə zəng edib, işi həll etdiklərini, 50 min manatın razılığını Sübahir Qurbanovdan aldıqlarını bildirərək, pulu nə vaxt gətirəcəyimi soruşdu. Ona ayın 14-də pulu gətirib verə biləcəyini dedim”.

A.Kərimov ifadəsində qeyd edib ki, ötən il oktabr ayının 14-də N.Alıyev ona MTN-in yaxılığında olan “Sultan” kafesində görüş təyin edib: “Orada Natiq Alıyevlə görüşüb, 50 min manat pulu verdim. Natiq Alıyev pulu götürməyə tək gəlmişdi, lakin söhbətin sonuna yaxın onun evində istilik sistemlərini quraşdıran Oqtay adlı türk usta da bizim yanımıza yaxınlaşdı. Onlarla birgə çay içib, istilik sistemlərinə dair bəzi detalları soruşdular. İki gün sonra isə istehsalat sahəsindən iki yük avtomobili ilə Fizuli Əliyevin verdiyi siyahı üzrə materialları yola saldım. Həmin materialları Fizulinin mühəndisi Vəli gəlib anbardan apardı”.

İstintaq zamanı keçirilən üzləşdirmələrdə zərərçəkmiş şəxs qismində tanınan A.Kərimov ifadəsini təqsirləndirilən şəxslər F.Əliyev və N.Alıyevin üzlərinə təsdiq edib. F.Əliyev ifadə verməkdən imtina edib, N.Alıyev isə A.Kərimovun ifadəsini qismən təsdiq edib. N.Alıyev F.Əliyevin nazirin göstərişi ilə onun A.Kərimova zəng etməsini tapşırdığını, dəfələrlə sonuncuya və oğlu Aydına zəng etsə də cavab vermədiklərini, sonradan F.Əliyevin ona “sən onlara zəng etmə, onlar özləri sənə zəng edəcəklər” deyib.

Qeyd edək ki, təqsirləndirilən şəxslərə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 145.3 (Qanunsuz azadlıqdan məhrum etmə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda), 178.3.1, 178.3.2 (dələduzluq mütəşəkkil dəstə tərəfindən külli miqdarda ziyan vurmaqla törədildikdə), 179.3.1, 179.3.2 (Mənimsəmə və ya israf etmə mütəşəkkil dəstə tərəfindən külli miqdarda törədildikdə), 181.3.1, 181.3.2 (Quldurluq mütəşəkkil dəstə tərəfindən külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə), 182.3.1, 182.3.2 (Hədə-qorxu ilə tələb etmə külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə ), 228.4 (Qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə), 302.1, 302.2 (Gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edilməklə əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma), 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4 (Rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən hədə-qorxu tətbiq olunmaqla külli miqdarda və təkrar törədildikdə), 313 (Vəzifə saxtakarlığı), 320.1, 320.2 (Rəsmi sənədləri saxtalaşdırma və bilə-bilə saxta sənədlərdən istifadə etmə), 341.2.1, 341.2.2 və 341.2.3-cü (Bir qrup şəxs tərəfindən silah tətbiq olunmaqla hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittihamlar irəli sürülməklə onların barəsində cinayət işi ayrıca icraata ayrılaraq cinayət-prosesual qanunvericiliyin tələblərinə müvafiq olaraq təqsirləndirilən şəxslər, onların müdafiəçiləri, zərər çəkmiş şəxslər, onların hüquqi varis və nümayəndələri cinayət işinin materialları ilə tanış olublar.

İş üzrə ittiham aktı ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən təsdiq edilərək dekabrın 21-də aidiyyəti üzrə baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib. Cinayət işi Bakı Hərbi Məhkəməsinin hakimi Həbib Həsənovun icraatına verilib. Yasamal Rayon Məhkəməsində keçiriləcək iclas yanvarın 19-na təyin edilib.

 

Previous Post

“MTN əməkdaşı nazirin adından 500 min tələb etdi”

Next Post

8 minlik türk ordusu Suriyaya girir – Əməliyyat

Bənzər yazılar

Xəzər dənizini qorumaq vacibdir – Prezident

Xəzər dənizini qorumaq vacibdir – Prezident

09 Oktyabr 2026 - 14:30

Bu gün Xəzər dənizinin iqtisadi və strateji əhəmiyyəti daha da artır. Xəzər dənizindən mühüm nəqliyyat və enerji marşrutları keçir, iri...

Xaricdəki səfirliklərimizə yeni səlahiyyət verildi

Xaricdəki səfirliklərimizə yeni səlahiyyət verildi

09 Oktyabr 2026 - 14:07

Azərbaycanın xaricdəki səfirlikləri də çağırışçıların və hərbi vəzifəlilərin hərbi uçotunun aparılmasında iştirak edəcək. Elchi.az xəbər verir ki, Nazirlə Kabineti bununla...

Bakıda NATO-nun təlim kursu keçirilir

Bakıda NATO-nun təlim kursu keçirilir

09 Oktyabr 2026 - 12:13

Bakıda Azərbaycan və NATO arasında “Sülh Naminə Tərəfdaşlıq Proqramı” çərçivəsində “Tərəfdaş Ölkələrin Qabiliyyət Uyarlılığı Təşəbbüsü” təliminin 3-cü görüşü və 1-ci...

GAİM-də yeni tədris mərhələsinə start verilib

GAİM-də yeni tədris mərhələsinə start verilib

08 Oktyabr 2026 - 20:34

Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzində (GAİM) yeni tədris fəaliyyətinin açılış mərasimi keçirilib. Elchi.az xəbər verir ki, Azərbaycan Evinin və GAİM-in direktoru...

Next Post

8 minlik türk ordusu Suriyaya girir – Əməliyyat

8 minlik türk ordusu Suriyaya girir – Əməliyyat

Son xəbərlər

Bu il 9 velosipedçi yol qəzasında ölüb, 8 nəfər xəsarət alıb

Bu il 9 velosipedçi yol qəzasında ölüb, 8 nəfər xəsarət alıb

09 Oktyabr 2026 - 14:44
İlham Əliyevin Məsud Pezeşkianla görüşü keçirilir

İlham Əliyevin Məsud Pezeşkianla görüşü keçirilir

09 Oktyabr 2026 - 14:33
Xəzər dənizini qorumaq vacibdir – Prezident

Xəzər dənizini qorumaq vacibdir – Prezident

09 Oktyabr 2026 - 14:30
Hadrutda 100-dən artıq şəxsin məşğulluğu təmin edildi

Hadrutda 100-dən artıq şəxsin məşğulluğu təmin edildi

09 Oktyabr 2026 - 14:14
Xaricdəki səfirliklərimizə yeni səlahiyyət verildi

Xaricdəki səfirliklərimizə yeni səlahiyyət verildi

09 Oktyabr 2026 - 14:07
Azərbaycan, Rusiya və İran prezidentlərinin üçtərəfli görüşü başlayıb

Azərbaycan, Rusiya və İran prezidentlərinin üçtərəfli görüşü başlayıb

09 Oktyabr 2026 - 14:04
Polşa Ukraynaya XAHİŞ

Polşa Ukraynaya XAHİŞ

09 Oktyabr 2026 - 14:00
Azərbaycan ilk dəfə MDB-yə sədrlik edəcək

Azərbaycan ilk dəfə MDB-yə sədrlik edəcək

09 Oktyabr 2026 - 13:52
Bu gün “Neftçi”-“Sabah” oyunu keçiriləcək

Bu gün “Neftçi”-“Sabah” oyunu keçiriləcək

09 Oktyabr 2026 - 13:43
Prezident MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub

Prezident MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub

09 Oktyabr 2026 - 13:34
Azərbaycanda əhalinin gəlirləri artıb

Azərbaycanda əhalinin gəlirləri artıb

09 Oktyabr 2026 - 13:30
Vətən yarasının məlhəmi Zəfər oldu

Vətən yarasının məlhəmi Zəfər oldu

09 Oktyabr 2026 - 13:25
Azərbaycan iqtisadiyyatı 1,5% böyüyüb

Azərbaycan iqtisadiyyatı 1,5% böyüyüb

09 Oktyabr 2026 - 13:08
Tramp Maskı Milli Elm Medalı ilə təltif edib

Tramp Maskı Milli Elm Medalı ilə təltif edib

09 Oktyabr 2026 - 13:00
Bu evlərə 1 yox 2 “kupça” veriləcək

Bu evlərə 1 yox 2 “kupça” veriləcək

09 Oktyabr 2026 - 12:51
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.