"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Ter-Petrosyandan hadisə kimi açıqlama və Sərkisyan üçün çıxış yolu

20 Dekabr 2016 - 10:31
in XƏBƏR LENTİ
FacebookVatsap

Bunu da oxuyun

Antalyada avtomobil dərəyə aşıb, beş nəfər ölüb

Sabah Azərbaycanda 40 dərəcə isti olacaq

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Ter-Petrosyandan hadisə kimi açıqlama və Sərkisyan üçün çıxış yoluSabiq prezidentin Ermənistanı və Qarabağ ermənilərini xilas üçün təkliflərini rəsmi İrəvan dəyərləndirəcəkmi? Politoloqlardan maraqlı açıqlamalar var; rəsmi Bakı: “Ermənistan hakimiyyəti bu çıxışdan nəticə çıxarmalıdır”

 
90-cı illərin sonlarında Qarabağla bağlı güzəştli sülhə hazır olduğunu bəyan edən və elə praqmatik mövqeyinə görə Ermənistandakı Qarabağ klanı və onların dəstəkçiləri tərəfindən hakimiyyətdən devrilən eks-prezident  Levon Ter-Petrosyan yenidən siyasi səhnəyə çıxıb. Düzdür, Ermənistanın keçmiş prezidentinin ağır xəstəliyə mübtəla olduğu deyilir. Ancaq onun rəhbərlik etdiyi Ermənistan Milli Konqresinin qurultayındakı çıxışı ilə tanış olanda şübhə etmirsən ki, əslində xəstə Ter-Petrosyan yox, onun xələfi Serj Sərkisyanın özüdür.
Sabiq prezident deyib ki, Qarabağ münaqişəsi həll olunmadan Ermənistan və Qarabağ erməniləri üçün heç bir inkişaf perspektivi ola bilməz. Əslində buna bənzər mövqeni sülhə maraqlı olan Azərbaycan hakimiyyəti də dəfələrlə bəyan edib. Hətta bu günlərdə erməni fəalların iştirakı ilə hazırlanan Sülh Platformasında Ermənistanın işğalçılıq siyasətinə son verməsi halında bölgədə normal həyatın yarana biləcəyi aydın şəkildə ifadə olunub. Bu dəfə bənzər mövqedən Ter-Petrosyan çıxış edib.  
Ancaq işğalçı ölkənin hazırkı prezidenti rəhbərlik etdiyi ölkənin acınacaqlı durumda olmasına məhəl qoymayaraq, Qarabağla bağlı iddialarını sürdürməkdə, hətta danışıqlardan da imtina etməkdədir. Bu mənada Ter-Petrosyanın vəziyyətin ağırlığını və təhlükəliliyini tribunadan həm Ermənistan hakimiyyətinə, həm də ictimaiyyətinə çatdırmağa çalışması maraqlı situasiya yaradır. Müharibədən, aclıq və səfalətdən bezikmiş erməni xalqının bu çağırışa reaksiyasının necə olacağından çox şey asılıdır.
Sərkisyan rejiminin münasibətini bəribaşdan təxmin etmək olar. Çünki erməni prezident separatçılara rəhbərlikdən prezident kürsüsünə qədər qalxıb və onun kürsüdən enməsi intihara bərabər olardı. Düzdür, apreldəki üç günlük müharibədən sonra özünü itirmiş S.Sərksiyan məsləhət almaq üçün Ter-Petrosyanın ayağına şəxsən getmişdi. Bundan sonra isə keçmiş prezident hakimiyyətə qarşı mübarizəsinə fasilə verdiyi açıqlamışdı. Ancaq görünür, sonrakı dönəmdə Ermənistanda ağırlaşan vəziyyət, Sərkisyanın siyasi oyunbazlığı fonunda ermənilərin özgə torpaqlarında itkilərinin artması, ölkənin qaranlıq gələcəyi Ter-Petrosyanı yenidən səhnəyə qayıtmağa vadar edib.
Image result for sARGSYAN
L.Petrosyan qeyd edib ki, keçən uzun müddət münaqişənin həlli olmadan Ermənistanın hər-hansı inkişaf perspektivindən məhrum edildiyini anlamağa imkan verir. “Qarabağ münaqişəsinin nizama salınmasından sonra erməni-türk münasibətləri də avtomatik olaraq normallaşacaq. İndi münaqişənin nizama salınması üzrə danışıqlar masasında mərhələli həll variantı var. Bu, 1997-ci ildən bəri uzanan variantdır. Bu varianta görə, Qarabağa aralıq statusun verilməsi əvəzində ətraf ərazilər qaytarılır, Azərbaycanla təmas xəttinə sülhməramlılar yerləşdirilir. Əgər Ermənistan indi bu anı qaçıracaqsa, ölkə üçün növbəti qərar daha pis olacaq. Aprel müharibəsi göstərdi ki, yeni müharibənin qarşısı açılıb. Azərbaycan ləyaqətlə müdafiə olunacaq. İlham Əliyev səmərəli düşünən dövlət xadimidir və sülh üçün addım atmağı bacarır”, – deyə o bildirib.
Doğrudur, 2017-ci il həm də Ermənistanda parlament seçkiləri ilidir və mümkündür ki, Ter-Petrosyan revanş üçün alternativlər axtarışındadır və Qarabağla bağlı təklifləri ilə dividentlər əldə etmək istəyir. O da istisna deyil ki, bununla keçmiş prezident Ermənistan əhalisini ölkəni səfil vəziyyətə salan Qarabağ klanına yerini göstərməyə çağırmaq istəyir. 
Image result for PETROSYAN
Yeri gəlmişkən, yay aylarında Ermənistanda qurulacaq yeni hökumətin tərkibində Ter-Petrosyanın rəhbərlik etdiyi partiya daxil, ölkə müxalifətinin də yer alacağı deyilirdi. Ancaq görünür Rusiyanın dəstəyini aldıqdan sonra dayaqlarını möhkəmləndirən Sərkisyan müxalifətsiz də keçinməyin mümkün olduğu qərarına gəlib. Bu yaxınlarda Ermənistanın aparıcı 3 partiyasının bir platformada birləşməsinin ardınca Ter-Petrosyanın da meydana çıxması təsadüfə bənzəmir. Lakin istənilən halda, keçmiş prezidentin bölgəni fəlakətlərdən sığortalayan çıxış yolunu göstərməsi normal qarşılanmalı məqamdır.
Ter-Petrosyan həqiqətləri açıq şəkildə dilə gətirib. Onun fikrincə, “ordu-xalq” proqramı iflasa məhkumdur, təhlükəlidir və yeganə nəticəsi ancaq Ermənistandan miqrasiyanın artmasına stimul vermək, ermənilərin kökünün Qarabağdan və Ermənistandan kəsilməsinə aparıb çıxarmaq olacaq.
“Belə təəssürat yaranır ki, rejim sanki xalqın məhvi hesabına bu proqramın yalnız bir elementini həyata keçirmək istəyir. Yəni ola bilsin nə vaxtsa bizim güclü ordumuz olacaq, ancaq o vaxta kimi xalq qalacaq ya yox, bu sual altındadır” – Konres lideri bildirib.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu “Yeni Müsavat”a açıqlamasında xatırlatdı ki, məhz Levon Ter-Petrosyanın prezidentliyi dövründə Azərbaycan torpaqları işğal olunub: “Ancaq bir müddətdən sonra həmin Levon Ter-Petrosyan anlayıb ki, nə qədər ki, işğal davam edəcək, Ermənistanın və Dağlıq Qarabağın inkişafı mümkün deyil. O məhz bunu anladığından 1990-cı illərin ortalarında ”mərhələli həll” planını qəbul etməyə hazır idi. Levon Ter-Petrosyan həmin anda belə bir fikir işlətmişdi ki, vaxt gələcək Ermənistana indikindən də ağır şərtlər altında sənəd imzalatdıra bilərlər. Levon Ter-Petrosyan haqlı idi. Ermənistan sürətlə kasıblaşıb, ölkə əhalisi, o cümlədən Dağlıq Qarabağ səfalət içindədir, erməni lobbisi heç nə ilə İrəvana kömək etmir. Çünki pullarını havaya sovurmaq istəmirlər. Üstəlik, Ermənistanda yaşayan əhalinin sayı sürətlə azalır. Bütün bunları Levon Ter-Petrosyan partiyasının qurultayında dilə gətirib. Levon Ter-Petrosyan yenə o fikrində qalır ki, sülh əldə edilməyənə qədər Ermənistanı və Dağlıq Qarabağı ağır həyat gözləyir”. E.Şahinoğluna görə, bu, o deməkdir ki, Ermənistanın eks-prezidenti Azərbaycan və Türkiyə ilə barışmağına vacib olduğuna işarə edir: “Çünki Levon Ter-Petrosyan anlayır ki, Azərbaycanın və Türkiyənin Ermənistanı blokadada saxlamasının, bütün regional layihələrdən təcrid etməsinin ölkəsi üçün yaxşı sonu olmayacaq.
Ermənistanın eks-prezidenti çıxışında Azərbaycan prezidenti İlham Əliyevin bir fikrinə də qiyabi olaraq dəstək verir. Məsələn, İlham Əliyev rayonlardan birinə səfər zamanı demişdi ki, Ermənistanı taqətdən salmaq üçün Azərbaycan silahlanacaq və düşmənə müxtəlif istiqamətlərdə zərbələr endirəcək. Levon Ter-Petrsyan da çıxışında deyib ki, müharibənin özü yox, hətta bu barədə söhbətlər belə Ermənistan əhalisinin azalmasına və gənclərin ölkəni sürətlə tərk etməsinə yol açıb və bu proses getdikcə artır. Levon Ter-Petrosyan daha bir fikri bundan ibarətdir ki, demoqrafik vəziyyət elə bir acınacaqlı hal ala bilər ki, Ermənistan və Qarabağdan heç nə qalmayacaq və problem özü-özünə həll olunacaq. Bu da faktiki İlham Əliyevin yanaşmasının təsdiqidir”.
Image result for Politoloq Şahin Cəfərli
 
Politoloq Şahin Cəfərlinin sözlərinə görə, Ter-Petrosyanın çıxışına nəzər saldıqda hər şeydən əvvəl öz ölkəsinin və xalqının gələcəyini düşünən məsuliyyətli dövlət adamının narahatlıqlarını görmək olur: “O, populist yox, realistdir və hakimiyyətdə təmsil olunarkən də məhz bu mövqeyinin qurbanı olub. Özünün də qeyd etdiyi kimi, Azərbaycan və Ermənistan 1998-ci ildə münaqişənin həlli ilə bağlı razılıq əldə etməyə yaxınlaşmışdı, lakin Ter-Petrosyanın komandasında təmsil olunan Rusiyaya bağlı Qarabağ qruplaşması – Robert Köçəryan, Serj Sərkisyan və s. buna mane oldular. Onlar faktiki olaraq saray çevrilişi həyata keçirərək Ter-Petrosyanı istefaya məcbur etdilər. Heç şübhəsiz ki, Ter-Petrosyan üçün öz dövlətinin və xalqının maraqları prioritetdir, zatən Qarabağ müharibəsinin gedişində işğalçı ölkə məhz onun rəhbərlik etdiyi dövrdə ciddi üstünlük əldə edib. Lakin o, yaxşı başa düşür ki, sülh olmadan Ermənistanın inkişafı qeyri-mümkündür, hətta vəziyyətin get-gedə daha da pisləşməsi realdır”.
Politoloq ekp-prezidentin vaxtilə dediklərini xatırlatdı: “Yadınızdadırsa, prezidentliyinin sonlarına yaxın Ter-Petrosyanın belə bir bəyanatı olmuşdu ki, ”biz yalnız döyüşü udmuşuq, müharibəni yox”. O, aydın dərk edirdi ki, “nə hərb, nə sülh” vəziyyətinin davam etməsi, Azərbaycan və Türkiyə ilə konfrontasiya Ermənistanın xeyrinə deyil və illər keçdikcə, ilk növbədə erməni xalqının və dövlətinin özü bundan ziyan çəkəcək. Zaman onu haqlı çıxardı. Ermənistanın vəziyyəti ortadadır, münaqişənin həll olunmamış qalması ona heç nə qazandırmayıb, əksinə, ölkə inkişafdan geri qalıb və faktiki olaraq, regional təcrid durumundadır. Gələcək qayğısı və ümidsizlik nəticəsində əhali ölkəni tərk edir ki, bu, Ermənistan üçün ağır demoqrafik problemin yaranması deməkdir. Ter-Petrosyan ölkəsinin gələcəyi baxımından da məhz bu təhlükəyə diqqət çəkərək bildirir ki, insanların Ermənistanı tərk etməsinin səbəbi təkcə yoxsulluq və ağır sosial durumla bağlı deyil, həm də müharibə təhlükəsinin davam etməsi ilə əlaqədardır, ona görə də münaqişəni tezliklə həll etməliyik”.
Ş.Cəfərli təsdiqləyir ki, Ter-Petrosyanın münaqişənin həllinə dair mövqeyində Azərbaycanın mövqeyi ilə üst-üstə düşən məqamlar var: “Bu məqamlardan ən önəmlisi münaqişənin mərhələli həlli variantıdır. Ter-Petrosyan prezident olduğu dövrdə də bu yanaşmanı dəstəkləyirdi. Çünki istənilən ağıllı insan anlayır ki, Dağlıq Qarabağın statusu məsələsi nizamlanma prosesini dalana dirəyən əsas faktordur. Bu məsələni qabardıb, paket həll variantında israr etmək qeyri-konstruktiv və sülh prosesinə zərbə vuran yanaşmadır. Əvvəlcə Dağlıq Qarabağ ətrafındakı rayonlar Azərbaycana qaytarılmalı və bundan sonra status məsələsi gündəmə gəlməlidir. Ter-Petrosyan Ermənistan iqtidarına və bütövlükdə erməni cəmiyyətinə bir daha xəbərdarlıq edir ki, ”əgər biz vaxt itirməyə davam etsək, gələcəkdə bu problemi daha zəif mövqedən çıxış etməklə və daha pis şərtlərdə həll etməli olacağıq”. Onun hər iki xalqın dinc yanaşı yaşamasının mümkünlüyünə səmimi olaraq inandığını bəyan etməsi də rasional mövqedir”.
 
Lakin Ş.Cəfərli keçmiş prezidentin çağırışlarının və xəbərdarlıqlarının Ermənistan hakimiyyəti tərəfindən müsbət qarşılanacağına inanmır: “Bu, ən əvvəl onunla əlaqədardır ki, Sərkisyan müharibə dalğasının üzərində hakimiyyətə gəlib və münaqişənin həllində maraqlı deyil. O, dövlət adamı keyfiyyətləri olmayan sıradan bir siyasətçidir və ölkəsinin, xalqının gələcəyini düşünərək addım atmağın məsuliyyətini üzərində götürməyə hazır və qadir deyil. Digər tərəfdən, Ermənistan haqqında danışarkən Rusiya amilini unutmaq olmaz. Moskvanın razılığı olmadan rəsmi İrəvan Qarabağ məsələsi də daxil olmaqla, mühüm regional məsələlərdə və xarici siyasət mövzularında müstəqil qərarlar qəbul edə bilməz. Bu, mümkün olsaydı, elə Ter-Petrosyanın özü prezidentliyi dövründə düşündüklərini həyata keçirərdi”.
“Ter-Petrosyan rəsmi şəxs deyil. O, siyasi partiya rəhbəridir və son çağırışları daha çox Ermənistan  hakimiyyətinə və cəmiyyətinə ünvanlanıb. Ermənistan hakimiyyəti bu çıxışdan nəticə çıxartmalıdır”. 
 
Image result for hikmət Hacıyev
Bunu “Yeni Müsavat”ın sorğusuna cavab olaraq XİN-in mətbuat katibi Hikmət Hacıyev söylədi. XİN rəsmisinin sözlərinə görə, keçmiş prezidentin çıxışındakı bəzi elementlərə praqmatik yanaşma kimi baxmaq və nəzərdən keçirmək olar: “Görək Ermənistan hakimiyyəti nə deyir. Bu, daxili siyasi müstəvidə olan məsələdir. Bəzi praqmatik elementlər var ki, nəzərdən keçirilə bilər”.
Previous Post

Ter-Petrosyandan hadisə kimi açıqlama və Sərkisyan üçün çıxış yolu

Next Post

Stratfor: “Gələn il rus-alman savaşı başlayacaq”

Bənzər yazılar

Antalyada avtomobil dərəyə aşıb, beş nəfər ölüb

Antalyada avtomobil dərəyə aşıb, beş nəfər ölüb

26 İyul 2026 - 15:49

Türkiyənin cənubundakı Antalya vilayətində baş verən ağır yol-nəqliyyat hadisəsində beş nəfər ölüb, iki nəfər yaralanıb. Elchi.az bu barədə "Haber Global"a...

Sabah Azərbaycanda 40 dərəcə isti olacaq

Sabah Azərbaycanda 40 dərəcə isti olacaq

26 İyul 2026 - 15:46

Sabah Azərbaycanın bəzi ərazilərində havanın temperaturu 40 dərəcəyədək yüksələcək. Elchi.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb....

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

26 İyul 2026 - 15:44

Milli Hidrometeorologiya Xidməti iyulun 27-28-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı...

Rumıniya Rusiyanı öz hava məkanını pozmaqda ittiham edib

Rumıniya Rusiyanı öz hava məkanını pozmaqda ittiham edib

26 İyul 2026 - 15:41

Bu gün səhər saatlarında "F-16" qırıcısı Rumıniyanın ərazi suları üzərində son üç gündə Rusiyanın üçüncü pilotsuz uçuş aparatını məhv edib....

Next Post

Stratfor: “Gələn il rus-alman savaşı başlayacaq”

Stratfor: “Gələn il rus-alman savaşı başlayacaq”

Son xəbərlər

Antalyada avtomobil dərəyə aşıb, beş nəfər ölüb

Antalyada avtomobil dərəyə aşıb, beş nəfər ölüb

26 İyul 2026 - 15:49
Sabah Azərbaycanda 40 dərəcə isti olacaq

Sabah Azərbaycanda 40 dərəcə isti olacaq

26 İyul 2026 - 15:46
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

26 İyul 2026 - 15:44
Rumıniya Rusiyanı öz hava məkanını pozmaqda ittiham edib

Rumıniya Rusiyanı öz hava məkanını pozmaqda ittiham edib

26 İyul 2026 - 15:41
Şəkidə avtomobilin vurduğu piyadalardan biri ölüb

Şəkidə avtomobilin vurduğu piyadalardan biri ölüb

26 İyul 2026 - 11:13
Coratda 26 yaşlı gənc dənizdə boğulub

Coratda 26 yaşlı gənc dənizdə boğulub

26 İyul 2026 - 11:11
Xəzər dənizində zəlzələ olub

Xəzər dənizində zəlzələ olub

26 İyul 2026 - 11:09
FAKTİKİ HAVA: Aran rayonlarında 39 dərəcə isti qeydə alınıb

FAKTİKİ HAVA: Aran rayonlarında 39 dərəcə isti qeydə alınıb

26 İyul 2026 - 11:06
Paşinyan və Makron Ermənistan-Azərbaycan sülh prosesini müzakirə ediblər

Paşinyan və Makron Ermənistan-Azərbaycan sülh prosesini müzakirə ediblər

25 İyul 2026 - 19:15
Tokayev: Ermənistan-Azərbaycan münaqişəsindən fərqli olaraq, Rusiya-Ukrayna münaqişənin mahiyyəti bizim üçün tam aydın deyil

Tokayev: Ermənistan-Azərbaycan münaqişəsindən fərqli olaraq, Rusiya-Ukrayna münaqişənin mahiyyəti bizim üçün tam aydın deyil

25 İyul 2026 - 18:54
Rusiya benzin ixracına qadağanı ilin sonunadək uzadacaq

Rusiya benzin ixracına qadağanı ilin sonunadək uzadacaq

25 İyul 2026 - 18:50
Putin Tokayevlə görüşüb

Putin Tokayevlə görüşüb

25 İyul 2026 - 18:17
Təyyarə evin damına çırpıldı: ölən var – Video

Təyyarə evin damına çırpıldı: ölən var – Video

25 İyul 2026 - 17:57
Ağdamın daha 2 kəndində yanğın başladı

Ağdamın daha 2 kəndində yanğın başladı

25 İyul 2026 - 17:45
Qızmar hava əksər əhali üçün əlverişsiz olacaq – XƏBƏRDARLIQ

Qızmar hava əksər əhali üçün əlverişsiz olacaq – XƏBƏRDARLIQ

25 İyul 2026 - 17:31
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyul 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
« İyn    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.