"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Körpəsini zibil qutusuna atan “analar” – araşdırma

14 Dekabr 2016 - 11:00
in XƏBƏR LENTİ
FacebookVatsap

Bunu da oxuyun

Vens ABŞ-nin Yunanıstandakı səfiri ilə bağlı çağırış edib

Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib

Siciliyanın qərbində nadir ikili tornado müşahidə olunub

 Körpəsini zibil qutusuna atan “analar” - araşdırmaAvropa onlar üçün “körpə qutusu” kəşf edib, belə qadınlara isə çox vaxt həbs cəzası verilir

 
Son iki gündə cəmiyyətdə ciddi müzakirələrə və etirazlara səbəb olan hadisələrdən biri də zibil qutusuna atılmış bir neçə günlük körpə ilə bağlıdır. Həkimlər körpəni həyata qaytarmağa çalışsalar da, durum o qədər də parlaq sayılmaz. Amma tarixi xronologiya göstərir ki, bu, Azərbaycanda ilk belə hadisə deyil.
Qadınlar imtina etdikləri körpələrini daha çox polis şöbəsinin, doğum evinin və ya hansısa binanın girişinə qoymağa üstünlük verir. Bunlardan bir neçəsini yada salıb, dünya təcrübəsinə və bunun psixoloji köklərinə müraciət edək.
 
Azərbaycanda körpəni ya doğum evinə, ya icra hakimiyyətinə, ya küçəyə, ya da zibilliyə atırlar
2011-ci ildə körpə uşağı Nizami Rayon İcra Hakimiyyətinin qarşısında aşkarlayıblar. Azyaşlının ata və anasının kim olduğu məlum olmayıb.
8 aprel 2015-ci ildə Bakıda yeni doğulan oğlan uşağını küçəyə atıblar. Aprelin 7-də Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsi “D” yaşayış sahəsi ev 11-in girişində karton qutunun içərisində 1 həftəlik oğlan uşağı tapılıb. Körpə Ə.Qarayev adına 1 saylı Doğum Evinə təhvil verilib.
15 iyul 2016-cı il. Bakıda yenicə doğulmuş və atılmış uşaq tapılıb. Hadisə Xətai rayonunda baş verib.
İyulun 14-də isə Xətai rayonunun Gəncə prospekti ev 44-ün girişində yeni doğulmuş qız uşağı tapılaraq 1 saylı Körpələr Evinə təhvil verilib.
12 sentyabr 2016-cı ildə Bərdə Rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsinin girişində yeni doğulmuş (təxminən 7 günlük) oğlan uşağı tapılıb.
5 fevral 2016-cı ildə Sabirabadın Kovlar kəndindəki Padarçöl adlanan sahədə, çantanın içində uşaq tapılıb. Rayon sakini Nəzarət İsmayılov Sabirabad-Padarçöl avtomobil yolunda hərəkətdə olarkən yolun kənarında sahibsiz çanta aşkarlayıb. Çantaya baxış keçirən N. İsmayılov çantada 4-5 günlük oğlan uşağının olduğunu görüb və körpəni yaşadığı evə aparıb. Gecə uşağı evdə saxlayan kişi səhər onu rayon polis idarəsinə təhvil verib.
Uşağın zibilxanaya atılması faktı da Azərbaycanda daha öncə bir neçə dəfə baş verib. 26.11.2014-cü ildə Bakıda zibilxanadan yeni doğulan körpə tapılıb. Hadisə “Şamaxinka” adlanan ərazidə qeydə alınıb. Belə ki, “Alov” zavodunun yaxınlığında zibilxanadan körpə uşaq çığırtısı eşidilib. Sakinlər zibil qutularından birində əskiyə bükülən yeni doğulmuş körpə görüblər.
Dərhal hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları və həkimlər uşağı körpələr evinə aparıblar. Qızcığazın 20 günlük olduğu müəyyən edilib.
 
Avstraliyada körpəni kanalizasiya çuxuruna atıblar
Elə düşünməyək ki, bu sayaq hadisələr ancaq Azərbaycanda baş verir. Qonşu Türkiyədə də ən azı hər həftə bir məscid və ya xəstəxana qapısına qoyulan körpələrlə bağlı xəbər yayılır. Zibilxanaya atılan körpələrin dramını isə jurnalistlər az qala bütün detalları ilə yazır və işıqlandırırlar. Eləcə də Avropada. Məsələn, ötən il Avstraliyanın Sidney şəhərində yeni doğulmuş uşağı kanalizasiya çuxuruna atıblar. 5 gün sonra tapılan uşağın sağ qalması hamını təəccübləndirib. Polis uşağın anasını həbs edib. Ananın istəmədiyi uşağı doğumdan dərhal sonra yol kənarındakı kanalizasiya çuxuruna atdığı ehtimal edilir.
Onu yoldan keçənlər tapıb. 2,5 metr dərinlikdə olan çuxurdan uşaq səsi eşidən bir nəfər ətrafdakıları köməyə çağırıb. Daha sonra isə onlar polisə məlumat verib.
 
Əsas səbəb – yasaq münasibət, rədd edilən ana və uşaq
Ümumən isə araşdırmalar göstərir ki, bu cinayəti bir qayda olaraq qadınlar törədirlər. Özü də yenicə ana olduqları gündə. Bunun səbəblərini isə o qədər də uzaqda axtarmaq lazım gəlmir. Qadınlar öz körpələrindən əsasən yasaq münasibət ucbatından vaz keçir. Evli bir kişi ilə münasibətdən dünyaya gələn, atanın öz familiyasını vermədiyi, qadından da, körpəsindən də imtina etdiyi zaman bu sayaq cinayətlər yaşanır. Belə qadınlar çox vaxt hamilə qalarlarsa, sevdikləri kişi ilə münasibətlərini rəsmiləşdirəcəklərinə ümid edirlər. Ona görə də hamiləliyin ilk aylarında uşaqdan imtina etmək ağıllarına da gəlmir. Amma uşaq dünyaya gələndən sonra da vəziyyət dəyişməyincə, çıxış yolu olaraq uşağı atmağı üstün tuturlar. Bundan  başqa, tənha ana olmağı tərcih edən qadınlar ilk günlər bunun çətinliyini dərk edib, riskli addım atırlar. Bu halda da hər kəs öz mənəvi durumuna, insanlığına uyğun addım atır. Körpəsindən imtina etdiyi halda, onun yaşamasını arzulayan qadınlar isə daha humanist yol seçirlər. Belə ki, onlar xəstəxana, məscid və ya tanıdıqları bir sonsuz ailənin qapısını seçərək, övladlarına yaşam və ailə haqqı tanıyırlar.
 
Avropanın çıxış yolu olan körpə qutusu – anaya düşünmək üçün 30 saniyə verilir
Amma dünya durduqca bu sayaq problemlər olacaq – yasaq sevgi, arzulanmayan uşaq, tərk edilən qadın. Bu səbəbdən də dünya ölkələrində bu durum üçün daha optimal çıxış yolları düşünülüb. Məsələn, Rusiyanın Soçi şəhərində arzulanmayan uşaqlar doğulanda doğum evi və dövlət binalarının yanında “Baby-Box” adlı özəl qutular yerləşdirilir. İstəyən ailələr dövlətin müdafiəsinə verilmək üzrə yeni doğulan uşaqlarını qutuya qoyurlar. Əgər qadın hər hansı bir səbəblə uşağından gizli bir şəkildə vaz keçmə qərarı alırsa, bu durumda öz körpəsini bu qutuya qoyur. Qutuda qapılar qapanar qapanmaz aydınlatma, klima və isitmə sistemləri dərhal fəaliyyətə başlayır.
Ananın düşünmək üçün 30 saniyə zamanı qalır. Əgər ana qərarını dəyişdirərək uşağını geri almağı düşünürsə, ona 30 saniyəlik bir haqq verilir. Bu zaman içində qutunun qapısı açıq qalır. Amma sonra qutuların qapısı avtomatik olaraq qapanır.
Qutunun özəl bir funksiyası var. Uşaq qutuya qoyulandan sonra doğum evinə özəl bir siqnal gedir. Qutunun xarici pəncərəsində isə qırmızı işıq yanmağa başlayır. Bu siqnalın ardınca doğum evinin növbətçisi qutuya yaxınlaşaraq körpəni alır.
Image result for çöpe Atılan çocuklar
Körpəsini qaytarmaq istəyən anaya daha sonra bir şans daha verilir. Amma ana uşağın ona aid olmasını genetik analizlə təsdiqləməlidir.
Rusiyada bu cür qutulara ciddi ehtiyac var. Rusiya Səhiyyə Nazirliyindən yayılan məlumatda bildirilir ki, onlar uşaqları daha çox dəmir yolu stansiyalarından, ac və soyuq yerlərdən yığırlar.
 
“Uşaq qutusu” xəstəxana və sosial mərkəzlərin divarlarından asılır
Uşağı atmaq üçün Avropa ölkələrinin bir çoxunda bənzər üsullar on ildən artıqdır ki, istifadə olunur. Uşaqlar həmin qutuların içində saatlarla yaşaya bilirlər. Təxminən 3-5 dəqiqə ərzində gələn siqnaldan sonra uşaqlar həmin qutulardan götürülür.
Ümumiyyətlə, “körpə qutusu” sistemi 10 il öncədən Avropada mövcuddur. Bu sistem ilk dəfə Macarıstanda tətbiq olunmağa başlayıb, daha sonra isə Almaniyada yayılıb. Hazırda düz 13 ölkədə bu qutulardan istifadə olunur. Avstraliya, Belçika, Çexiya, Macaristan, Hindistan, İtaliya, Fransa, Yaponiya da bu sıradadır.
 
Bir Qərb ölkəsində xəstəxana və sosial mərkəzlərin divarlarında kiçik pəncərə, poçt qutusuna bənzəyən bir qapaq görsəniz, heç vaxt maraqlanıb açmayın. Çünki qarşınıza kiçik bir uşaq çıxa bilər. Arxa tərəfində özəl isidilmiş mini yataqların yer aldığı bu qapaqlar, istənməyən yeni doğulmuş körpələrin saxlanması üçün nəzərdə tutulub. 
Körpə qutularının ən çox istifadə olunduğu ölkə Almaniyadır. Burada 80 belə mərkəz var. Körpələrə 8 həftəlik baxım tətbiq olunur. Əgər bundan sonra da ana qərarından vaz keçməzsə, onu övladlığa verirlər. Məsələn, 2015-ci ildə Hamburqda qutulara qoyulan 22 körpədən 7-sinin anası qərarından vaz keçərək, uşaqlarını geri alıb. Avstraliyada isə atılan uşaqlara sosial xidmət 6 ay baxır. Daha sonra isə övladlığa verilir.
Çexiyada Sosial İşlər Nazirliyi 2006-cı ildə körpə qutularını qanuniləşdirib. Amma ölkə polisi bəyanat verdi ki, polis tərk edilmiş uşaqların analarını axtaracaq.
 
Uşağını tərk edənə 5 il həbs cəzası verilir
Yaponiyada bir uşağı tərk etmək anasına 5 ilə qədər həbs cəzasına başa gəlir. Ancak Jikei Xəstəxanası özəl icazə sayəsində körpə qutusu sistemini tətbiq etməyə başlayıb. İngiltərədə isə bu sistemdən istifadə olunmur. Əksinə, iki yaşından daha kiçik bir uşağı övladlığa verən analar 5 ilə qədər cəzalandırılır.
Image result for çöpe Atılan çocuklar
Çexiyada hökumət uşağını atan anaya düşünmək üçün 1 həftə vaxt verir.  Bəzi ölkələrdə körpə qutuları haqqında neqativ müzakirələr olsa da, Hindistanda bunun tam tərsi baş verir. Hindistan hökuməti bu sayaq qutuların çoxalması üçün səy göstərir. Bunun səbəbi isə ölkədə çox da rəğbət görməyən qız körpələridir. Ötən il keçirilən bir araşdırmada 500 mindən çox qız uşağının abort edildiyi üzə çıxdığından ölkədə insanların istəmədikləri uşaqlarını qoymaları üçün hardasa hər yerə körpə qutuları yerləşdirilir.
Psixoloji araşdırmalar isə sübut edir ki, qadın hamilə olduğunu öyrəndiyi andan etibarən ruhuna da, bədəninə də analıq hissi hakim kəsilir. Arzulanmayan hamiləlik məntiqin gücü ilə ilk dönəmdə sonlandırılır. Əgər qadın bunu hamiləliyinin ilk aylarında etməyibsə, demək, bu körpəni gələcək həyatı üçün xilaskar, təminatçı kimi görüb. Qadının öz uşağını atma forması onun psixoloji durumunun göstəricisidir. Belə ki, xəstəxana, kilsə, məscid… qapısına atılan uşaqlara anaları tərəfindən yaşam şansı verilir. Zibil yeşiyinə atılan uşaqsa birbaşa insan qətlinin formasıdır.
Previous Post

Körpəsini zibil qutusuna atan “analar” – araşdırma

Next Post

OPEK-in Vyana qərarı Bakıya necə təsir edəcək?

Bənzər yazılar

Vens ABŞ-nin Yunanıstandakı səfiri ilə bağlı çağırış edib

Vens ABŞ-nin Yunanıstandakı səfiri ilə bağlı çağırış edib

09 Oktyabr 2026 - 23:48

ABŞ-nin vitse-prezidenti Cey Di Vens ölkənin Yunanıstandakı səfiri Kimberli Gilfoyl ilə bağlı irəli sürülən ittihamlar üzrə bütün halların aydınlaşdırılmasını gözləməyə...

Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib

Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib

09 Oktyabr 2026 - 23:20

Panamanın cənubunda 7,6 maqnituda gücündə zəlzələ baş verib. Elchi.az xəbər verir ki, ABŞ Geoloji Xidmətinin məlumatına əsasən, yeraltı təkanların episentri...

Siciliyanın qərbində nadir ikili tornado müşahidə olunub

Siciliyanın qərbində nadir ikili tornado müşahidə olunub

09 Oktyabr 2026 - 23:11

Bu gün İtaliyanın Siciliya adasının qərbindəki Marsala yaxınlığında sahildə nadir ikili su tornadosu yaranıb. Elchi.az "Euronews"a istinadən xəbər verir ki,...

Avropa İttifaqı Azərbaycanın Ukraynaya humanitar yardımını yüksək qiymətləndirib

Avropa İttifaqı Azərbaycanın Ukraynaya humanitar yardımını yüksək qiymətləndirib

09 Oktyabr 2026 - 23:07

Avropa İttifaqı Ukraynaya humanitar yardım göstərdiyinə görə Azərbaycana minnətdarlığını bildirib və ölkənin enerji infrastrukturuna davam edən hücumlar və qışa hazırlıqlar...

Next Post

OPEK-in Vyana qərarı Bakıya necə təsir edəcək?

OPEK-in Vyana qərarı Bakıya necə təsir edəcək?

Son xəbərlər

Azərbaycanın sülh, həmrəylik və əməkdaşlıq çağırışları

Azərbaycanın sülh, həmrəylik və əməkdaşlıq çağırışları

10 Oktyabr 2026 - 19:47
Azərbaycanın cüdo nümayəndələri təltif edildi

Azərbaycanın cüdo nümayəndələri təltif edildi

10 Oktyabr 2026 - 17:54
Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər

Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər

10 Oktyabr 2026 - 17:19
İlham Əliyev: Azərbaycanlılar və çeçenlər əsrlər boyu dostluq şəraitində yaşayıblar

İlham Əliyev: Azərbaycanlılar və çeçenlər əsrlər boyu dostluq şəraitində yaşayıblar

10 Oktyabr 2026 - 16:28
Prezident İlham Əliyev və Ramzan Kadırov “Bakı Ağ Şəhər”də olublar

Prezident İlham Əliyev və Ramzan Kadırov “Bakı Ağ Şəhər”də olublar

10 Oktyabr 2026 - 16:14
Prezident İlham Əliyev Ramzan Kadırovu qəbul edib

Prezident İlham Əliyev Ramzan Kadırovu qəbul edib

10 Oktyabr 2026 - 15:48
DSMF vətəndaşların pensiya kapitallarında dəyişikliklərin baş verməsinin səbəbini açıqlayıb

DSMF vətəndaşların pensiya kapitallarında dəyişikliklərin baş verməsinin səbəbini açıqlayıb

10 Oktyabr 2026 - 15:20
Şahbaz Şərif İlham Əliyevə zəng edib

Şahbaz Şərif İlham Əliyevə zəng edib

10 Oktyabr 2026 - 14:01
İsmayıllıda ev və köməkçi tikili yanıb

İsmayıllıda ev və köməkçi tikili yanıb

10 Oktyabr 2026 - 13:50
EYBA-nın payız konfransının iştirakçıları konsert proqramında iştirak ediblər – FOTO

EYBA-nın payız konfransının iştirakçıları konsert proqramında iştirak ediblər – FOTO

10 Oktyabr 2026 - 13:30
Sabahın havası açıqlanıb

Sabahın havası açıqlanıb

10 Oktyabr 2026 - 13:11
Madina Kaisinova dünya çempionatında mübarizəni dayandırdı

Madina Kaisinova dünya çempionatında mübarizəni dayandırdı

10 Oktyabr 2026 - 13:00
Azərbaycanın İsveçdəki səfiri SSANA nümayəndələri ilə görüşüb

Azərbaycanın İsveçdəki səfiri SSANA nümayəndələri ilə görüşüb

10 Oktyabr 2026 - 12:49
NATO-dan Putinin kəskin xəbərdarlığına cavab: Kalininqradı blokadaya almayacağıq

NATO-dan Putinin kəskin xəbərdarlığına cavab: Kalininqradı blokadaya almayacağıq

10 Oktyabr 2026 - 12:21
Camal Qamzatxanov dünya çempionatına qələbə ilə başladı

Camal Qamzatxanov dünya çempionatına qələbə ilə başladı

10 Oktyabr 2026 - 12:00
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.