"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Apreldəkindən də güclü müharibə başlaya bilər

12 Dekabr 2016 - 09:16
in XƏBƏR LENTİ
FacebookVatsap

Bunu da oxuyun

Qəribabadi: İran həm diplomatiya, həm də müdafiəyə hazırdır

İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin Azərbaycana səfərinə dair videoçarx paylaşılıb

UKMTO: Hörmüz boğazında tanker atəşə tutulub

Apreldəkindən də güclü müharibə başlaya bilərHərbi ekspertdən savaş xəbərdarlığı; “Ermənistan Azərbaycanı təxribata çəkmək istəyir…”

 
Azərbaycanın Ağdərə rayonunun erməni işğalında olan Talış kəndinin ətrafındakı yüksəkliklərin aprel ayından Azərbaycan ordusunun əlinə keçməsindən sonra Ermənistanda bu kəndin faktiki itirilməsi ilə barışmaq istəmirlər. Bu dəfə bir sıra keçmiş səhra komandirləri və erməni Qarabağ veteranları Ermənistan Müdafiə Nazirliyinə müraciət edərək onların Talış kəndində yerləşdirilməsini təmin etməyə çağırıb. 
Bu haqda istefada olan erməni generalı, “Komandos” ləqəbli Arkadi Ter-Tadevosyan bildirib. Onun sözlərinə görə, veteranlar və bir sıra komandirlər yığışıb Talış kəndində yaşamağı və xidmət etməyi istəyir. Ancaq buna “dövlət səviyyəsində” icazə lazımdır. “Onların arasında Qarabağdan olan komandir Arkadi Karapetyan da var”-Ter-Tadevosyan deyib.
Beləcə, erməni səhra komandirləri Talış kəndinə cəmləşmək istəyirlər. Bildirilir ki, bu məqsədlə Ermənistanda “Talış” ictimai birliyi də yaradılır. Tezliklə veteranlar öz müraciətlərini yayacaqlar və könüllüləri toplamağa başlayacaqlar. “Hazırda müxtəlif istiqamətlərdən könüllülər gəlir. Çoxları bura ona görə gəlir ki, Qarabağa getsinlər və orada yeni kəndlər, habelə Yeni Talış salıb yaşasınlar” – qoca “komandos” iddia edib.
Image result for Aprel Döyüşləri
Xatırladaq ki, Ermənistan hökuməti və Dağlıq Qarabağdakı qondarma rejim Talış kəndindən qaçmış erməniləri geri qaytarmaq üçün müxtəlif vədlər versələr də ermənilər ora qayıtmaqdan imtina edir. Bildirirlər ki, kənd faktiki olaraq Azərbaycan ordusunun nəzarəti altındadır və orada yaşamaq təhlükəlidir. Bəs keçmiş səhra komandirlərinin, hərbi canilərin Talış kəndinə cəmləşməsi mümkündürmü – nəzərə alsaq ki, Azərbaycan ordusu onları asanca hədəfə ala bilər?
Image result for Üzeyir Cəfərov
Hərbi ekspert Üzeyir Cəfərov “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, Ermənistan son vaxtlar özünü arxayın aparır, sanki Azərbaycandan zərrə qədər çəkinmədiyini nümayiş etdirməyə çalışır, bu və digər addımlarla Azərbaycanı təxribata çəkmək istəyir: “Erməniləri bu qədər arxayınlaşdıran onlara kənardan, əsasən də Rusiyadan dəstək və ümid verilməsidir. İki gün öncə Bako Saakyanla Ermənistan prezidenti Serj Sərkisyanın Talış kəndinin şimal hissəsində hərbi hissələrdə olması, həmin ərazilərdəki hərbçiləri mükafatlandırması, Madaqesin yaxınlığında yeni kazarmanın açılışında iştirak etməsi, sonra da hərbi hissənin meydanında Ermənistandan gətirilən incəsənət adamlarının konsertinin təşkil edilməsi, ardınca da keçmiş səhra komandirlərinin Talış kəndinə hərbi xidmətə göndərilməsi məsələsinin ortaya çıxması açıq şəkildə Azərbaycana meydan oxumaqdır. Bütün bunlar Azərbaycanın ərazilərində həyata keçirilir. Bakıda isə başqa bir erməni – Filip Kirkorov konsert verir. Halbuki, biz işğalçıya, terrorçuya lazımi cavab verməliyik. Elə etməliyik ki, Serj Sərkisyan və səhra komandirləri qorxusundan Azərbaycan ərazisinə gələ bilməsin. İndi erməni prezident o qədər arxayınlaşıb ki, Azərbaycan ordusunun yaxınlığında, hədəfində olan əraziyə gəlir və konsert təşkil edir. Azərbaycan həmin anda həmin əraziyə zərbə endirmək hüququna malikdir. Bu hüquqdan istifadə etmək imkanında olduğumuzu bir dəfə işğalçıya sübut etsək, dərs götürəcək.
Ermənistan qarşısına məqsəd  qoyub ki, təxribatlar törədib apreldə itirdikləri əraziləri geri qaytarsın. Ermənilər istəyirlər ki, cəbhə xəttində yaxın vaxtlarda güclü bir insident yaşansın və ATƏT-in, Rusiyanın təklifi ilə prezidentlər bir araya gəlsin və bu dəfə Serj Sərkisyan mövqeyi möhkəmlənmiş vəziyyətdə olsun. Keçmiş səhra komandirlərinin Talış kəndinə gətirilməsi məsələsinin ortaya atılmasında məqsəd həm də odur ki, kənd əhalisinin həmin kəndə qayıdışına nail ola bilsinlər, əhali arasında apreldə yaranmış məğlubiyyət, qorxu sindromunu aradan qaldırsınlar”.
Image result for Aprel Döyüşləri
Ü.Cəfərov hesab edir ki, artıq ermənilərin davranışları narahatlıq yaratmaya bilməz: “Azərbaycan çox ciddi tədbirlərə əl atmalıdır və hər an genişmiqyaslı hərbi əməliyyatlara hazır olmalıdır. Mən çox narahatam. Budəfəki toqquşma nəticəsində bəlkə də apreldəkindən daha ciddi hadisələrin baş verə biləcəyini hiss edirəm. Artıq Ermənistan heç bir beynəlxalq hüquq və normalara əhəmiyyət vermir. Beynəlxalq birlik də görür ki, Azərbaycan hələ ki ancaq bəyanat verməklə kifayətlənir. Azərbaycan hərəkətə keçməkdən çəkinməməlidir. Ermənilər Rusiyaya arxalanırlarsa, əməliyyatlar olacağı halda Azərbaycanın da arxalanacağı güclər var. Serj Sərkisyan özü də dəfələrlə etiraf edib ki, Azərbaycanın rayonlarını tutublar. Dünya da Ermənistanın Azərbaycan ərazilərini işğal etdiyini təsdiqləyir. Odur ki, Azərbaycan silahlı qüvvələri bu məsələni birdəfəlik həll eləmək ixtiyarındadır. Ermənistan prezidentinin gəlib ərazilərimizdən bizə meydan oxumağının bir cavabı olmalıdır. Bu olmadıqca, düşmən üzərimizə daha çox ayaq açacaq”.
Previous Post

Apreldəkindən də güclü müharibə başlaya bilər

Next Post

Neftdən rekord bahalaşma — 57 dollar keçdi

Bənzər yazılar

Qəribabadi: İran həm diplomatiya, həm də müdafiəyə hazırdır

Qəribabadi: İran həm diplomatiya, həm də müdafiəyə hazırdır

12 Oktyabr 2026 - 23:40

İran həm diplomatiya, həm də ölkəni müdafiə etmək üçün hazırdır. Elchi.az ISNA-ya istinadən xəbər verir ki, bu barədə İran xarici...

İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin Azərbaycana səfərinə dair videoçarx paylaşılıb

İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin Azərbaycana səfərinə dair videoçarx paylaşılıb

12 Oktyabr 2026 - 23:38

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Kamboca Krallığının Baş naziri Hun Manetin Azərbaycana rəsmi səfərinə dair videoçarx paylaşılıb. Elchi.az paylaşımı...

UKMTO: Hörmüz boğazında tanker atəşə tutulub

UKMTO: Hörmüz boğazında tanker atəşə tutulub

12 Oktyabr 2026 - 23:35

Bazar günü Hörmüz boğazından keçən tanker atəşə tutulub. Elchi.az xəbər verir ki, bu barədə bazar ertəsi Böyük Britaniya Hərbi Dəniz...

İran XİN Böyük Britaniyanın ittihamlarını pisləyib

İran XİN Böyük Britaniyanın ittihamlarını pisləyib

12 Oktyabr 2026 - 23:31

İran Xarici İşlər Nazirliyi (XİN) Böyük Britaniyanın Tehrana qarşı ittihamlarını pisləyib. Elchi.az IRIB-yə istinadən xəbər verir ki, bu barədə İran...

Next Post

Neftdən rekord bahalaşma — 57 dollar keçdi

Neftdən rekord bahalaşma — 57 dollar keçdi

Son xəbərlər

Qəribabadi: İran həm diplomatiya, həm də müdafiəyə hazırdır

Qəribabadi: İran həm diplomatiya, həm də müdafiəyə hazırdır

12 Oktyabr 2026 - 23:40
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin Azərbaycana səfərinə dair videoçarx paylaşılıb

İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin Azərbaycana səfərinə dair videoçarx paylaşılıb

12 Oktyabr 2026 - 23:38
UKMTO: Hörmüz boğazında tanker atəşə tutulub

UKMTO: Hörmüz boğazında tanker atəşə tutulub

12 Oktyabr 2026 - 23:35
İran XİN Böyük Britaniyanın ittihamlarını pisləyib

İran XİN Böyük Britaniyanın ittihamlarını pisləyib

12 Oktyabr 2026 - 23:31
“Liverpul”un sabiq baş məşqçisi Arne Slot UEFA-da yeni vəzifəyə təyin edilib

“Liverpul”un sabiq baş məşqçisi Arne Slot UEFA-da yeni vəzifəyə təyin edilib

12 Oktyabr 2026 - 22:54
İran səfiri Böyük Britaniya XİN-in iddiasını rədd edib

İran səfiri Böyük Britaniya XİN-in iddiasını rədd edib

12 Oktyabr 2026 - 22:53
Bəhreynin “Gulf Air” şirkəti Ər-Riyada uçuşları dayandırıb

Bəhreynin “Gulf Air” şirkəti Ər-Riyada uçuşları dayandırıb

12 Oktyabr 2026 - 22:00
Sabah Nizami rayonunun bəzi ərazilərində qaz olmayacaq

Sabah Nizami rayonunun bəzi ərazilərində qaz olmayacaq

12 Oktyabr 2026 - 21:58
Masazırda avtomobilləri yandıran şəxslər həbs edilib

Masazırda avtomobilləri yandıran şəxslər həbs edilib

12 Oktyabr 2026 - 21:57
Dövlət ümumi təhsil müəssisələrində geyim qaydalarının icrasına dair monitorinqlərə başlanılıb

Dövlət ümumi təhsil müəssisələrində geyim qaydalarının icrasına dair monitorinqlərə başlanılıb

12 Oktyabr 2026 - 21:05
Prezident təqaüdçülərinin universitetlər üzrə bölgüsü açıqlanıb

Prezident təqaüdçülərinin universitetlər üzrə bölgüsü açıqlanıb

12 Oktyabr 2026 - 20:59
“Dövlətimizi sevməyən qüvvələr məqsədlərinə çata bilməyəcəklər”

“Dövlətimizi sevməyən qüvvələr məqsədlərinə çata bilməyəcəklər”

12 Oktyabr 2026 - 20:44
Əli Əsədov Mərakeşin hökumət başçısı təyin olunması münasibətilə Fatimə Əl-Mənsurini təbrik edib

Əli Əsədov Mərakeşin hökumət başçısı təyin olunması münasibətilə Fatimə Əl-Mənsurini təbrik edib

12 Oktyabr 2026 - 20:41
Media və Yayım Şurası: Vahid məktəbli forması qərarını qərəzli şəkildə siyasiləşdirmə cəhdləri müşahidə olunur

Media və Yayım Şurası: Vahid məktəbli forması qərarını qərəzli şəkildə siyasiləşdirmə cəhdləri müşahidə olunur

12 Oktyabr 2026 - 20:39
Böyük Britaniya İrana qarşı sanksiyalar elan edib

Böyük Britaniya İrana qarşı sanksiyalar elan edib

12 Oktyabr 2026 - 20:35
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.