"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Xidmətçilikdən prezidentliyə yüksələn Tramp – DOSYE (FOTOLAR)

09 Noyabr 2016 - 13:13
in XƏBƏR LENTİ
FacebookVatsap

 

Bunu da oxuyun

Qaradağın iki qəsəbəsinin yollarında hərəkət qismən məhdudlaşdırılacaq

Avropa Komissiyası Aİ-yə üzvlüyə namizəd ölkələrin irəliləyişini qiymətləndirib

Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər

ABŞ-da keçirilən Prezident seçkiləri Respublikaçılar partiyasının namizədi Donald Trampın qələbəsi ilə başa çatıb.

Donald Tramp son olaraq Viskonsin ştatında da qalib gələrək seçənlər kollegiyasının bu ştat üzrə 10 səsini alıb. Bununla da Donald Tramp ABŞ-ın 45-ci prezidenti seçilib. 1946-cı ildə Nyu-Yorkda anadan olan Donald Tramp ABŞ tarixində ən yaşlı prezident olacaq. “Forbes” jurnalının 2016-cı ildə “Dünyanın ən zəngin 400 insanı” siyahısında yer alan Donald Trampın sərvətinin 3,6 milyard dollar dəyərində olduğu təxmin edilir.  ABŞ-ın yeni prezidentinin tərcümeyi halını təqdim edir.

Donald Tramp kimdir?

ABŞ biznesmeni və siyasi xadimi, ABŞ Respublikaçılar Partiyasının üzvü, mediamaqnat, yazıçı, “Trump Organization” tikinti konqlomeratının prezidenti, azartlı oyun və hotel biznesində ixtisaslaşan Trump Entertainment Resorts şirkətinin yaradıcısı. Tramp “Namizəd” realiti-şousunun icraçı prodüsseri və aparıcısıdır. Ekstravaqant həyat tərzi və açıq ünsiyyəti ilə məşhurdur. Donaldın ata tərəfindən baba və nənəsi alman immiqrantları olublar: Frederik Tramp ABŞ-a 1885-ci ildə miqrasiya edib, 1892-ci ildə vətəndaşlıq alıb. Həyat yoldaşı Elizabet Kraystla isə 1902-ci ildə Kalştadtda, reynland-Pfalsada evləniblər. Yeni prezidentin ana tərəfi isə şotlanddır.

1946-cı ilin 14 iyununda Nyu-Yorkda dünyaya gələn Trampın atası ev dəllalı olub. Donald Tramp məktəb illərində heç də yaxşı şagird olmayıb, 1960-cı illərin əvvəlində litseydən qovulub. Daha sonra hərbi akademiyada oxuyub və 1968-ci ildə marketinqlə bağlı təhsil alıb. İş həyatının ilk illərində D.Trampın bəxti gətirməyib. Təhsilini bitirdikdən sonra yaşayış evlərinin tikintisi ilə məşğul olan atasının yanında köməkçi olub, xidmətçilik edib. Lakin D.Tramp ilk işinə böyük bir layihə ilə başlayıb. 1973-cü ildə Nyu-Yorkda 18 mərtəbəli, 290 mənzilli bir göydələn inşa etdirib. Onun digər sahibkarlardan fərqi o idi ki, bütün layihələrinin maliyyəsini dövlət zəmanəti altına alırdı, özünə xüsusi imtiyazlar təmin edirdi, vergi endirimi, tikinti ərazisinin ucuz alınması kimi güzəştlərdən yararlanırdı.

“Big Deal” layihəsini 1975-ci ildə reallaşdırıb. 10 milyon dollara xaraba vəziyyətində olan “Commodore” otelini satın alıb və 80 milyon dollara başa gələn təmirdən sonra həmin oteli 5 il ərzində 1400-dən çox nömrəsi olan lüks bir otelə çevirib. 70-ci illərin ortalarında Nyu-York köhnə görkəmini sürətlə dəyişdiyi üçün şəhər bələdiyyəsi onun bu cəhdini müsbət qarşılayıb. Nyu-York meqapolisi o zaman yanlış idarəetmə və ictimai problemlər səbəbindən iflas etmək həddində idi. D.Tramp isə bələdiyyədən təmin etdiyi dəstəklə yanaşı, yeni inşa edilməkdə olan bu şüşə sarayın 50 faizini 100 milyon dollar qarşılığında satın alan “Hyatt” otel zənciri ilə kontrakt imzalayıb, biznesini böyüdüb. D.Tramp bu işə ümumilikdə 90 milyon dollardan çox vəsait yatırmadığı üçün bu işdən çox böyük bir qazanc təmin edib.1980-ci ilin sentyabr ayında açılan “Grand Hyatt” oteli çox qısa bir müddətdə Nyu-Yorkun ən tanınmış ünvanına çevrilib və D.Tramp “Nyu-Yorku yeniləyən adam” kimi məşhurlaşıb. Memar və dizaynerlərin hazırladıqları bürünc və şüşədən hazırlanmış dəbdəbəli bina fasadlarını D.Tramp şəxsən özü dizayn edirdi.

1983-cü ildə D.Trampın reallaşdırdığı daha bir layihə – “Trump Towers” adlı lüks bina və əsasən varlılar üçün nəzərdə tutulmuş ticarət mərkəzi onun ən prestijli layihəsi olub. İllər sonra bu brend altında dünyanın əksər ölkələrində çoxmərtəbəli yaşayış və ofis binaları tikilib. Bir sözlə, 80-ci illərin ortalarında D.Tramp Nyu-Yorkun tarixində bu şəhərin ən böyük abadlıq layihəsini hazırlayıb. Növbəti iri layihələr 80-ci illərin sonunda reallaşıb. D.Tramp “Lufthansa” ilə birbaşa rəqabətə girərək 420 milyon dollara “Plaza” otelini satın alıb. Həmçinin öz hava yolları şirkətini qura bilmək məqsədiylə iflas etməkdə olan “Eastern Airlines” hava yollarının təyyarələrini – 37 ədəd “Boeing 727”-ni 350 milyon dollara satın alıb. 1990-cı ildə “Adantic City”də inşa etdirdiyi “Tac Mahal Otel-Kazino” ilə qumarxana işinə də girişib. Bu sıralarda 41 yaşındakı bu məşhur iş adamının sərvəti 4 milyard dollar civarında təxmin edilirdi. Lakin bir il içində D.Trampın çöküşü başlayıb. “Forbes” jurnalı D.Trampın “təsəvvür edilə bilməyəcək həcmdə tikinti borclarından” bəhs edib. Tikinti kralı özünü çox çətinə salmışdı.

Artıq ona kredit verən banklar öz şərtlərini diktə və onun xərclərinə nəzarət edirdilər. Çünki, onun illik faiz ödənişləri 120 milyon dollara çatmışdı. Onun lüks həyat tərzini ciddi şəkildə nəzarətə alınmışdı və ildə “yalnız” 350.000 dollar xərcləməsinə icazə verilirdi. Daha sonralar bu iqtisadi krizisə bir də ailə problemləri əlavə oludu. Çexoslovakiyalı atlet olan arvadı İvana Zelnikova bir ailə mübahisəsindən sonra D.Trampa xəyanət iddiası ilə boşanma davası açıb. Bundan sonra nə qədər barışmağa cəhd etsələr də, qısa müddətdən sonra 1993-cü ildə əlaqələri tamamilə pozulub və D.Tramp arvadına 15 milyon dollar təzminat ödəyərək boşanıb. D.Tramp yenə də hər kəsi təəccübləndirəcək dərəcədə tez toparlanıb, 2005-ci ilin mayında onun biznesi “Tramp Əyləncə Şirkətləri Holding” olaraq yenidən yüksəlib. Hazırda dünyanın bir çox yerlərində “Trump Towers” otelləri, ofis binaları fəaliyyət göstərir. Təsadüfi deyil ki, “Tramp evləri” Türkiyə də daxil olmaqla, əksər müsəlman ölkələrində mövcuddur.

Donald Trampın şəxsi həyatı.

D.Tramp alman əsilli, amerikalı iş adamı Fridrix Trampın nəvəsidir. Amerikalı iş adamı Fred Trampın 5 uşağından biridir. Mariana, Fridrix, Elizabet, Robert adında 4 bacı-qardaşı var. Donald Tramp 3 dəfə evlənib və bu evliliklərdən 3 oğlu, 2 qızı var. 1977-ci ildə atlet İvana Zelnixova ilə evlənib və Donald Tramp, İvanka Tramp və Eric Tramp adında 3 uşağı olub. 1991-ci ildə 16 illik həyat yoldaşından ayrılıb.

Boşandıqdan sonra 2 il televiziya aparıcısı Marla Mapleslə evlənib və eyni ildə cütlüyün Tiffani adında qızı doğulub. Cütlük 1996-ci ildə ayrılmaq qərarına gəlib. D.Tramp 2005-ci ildə dizayner və model olan Melani Knaus ilə evlənib. Bu evlilikdən 2006-ci ildə Barron Tramp adında bir oğlu dünyaya gəlib. Donald Tramp ilk yoldaşından olan övladlarının biznes dünyasında iştirak etmələrini, özündən sonra şirkəti idarə edə bilmələrini istədiyi üçün onları da öz şirkətlərinə cəlb edib.

Donald Tramp prezident seçildi

Donald Tramp 2012-ci ildə prezident seçkilərində namizəd olmayacağını açıqlamışdı. 2016-cı ildə isə Donald Tramp seçki şüarı kimi “Make America Great Again” (Yenidən böyük Amerika yarat) şüarından istifadə edir. Oxşar şüarı 1980-ci ildə Ronald Reyqan da seçki kampaniyalarında istifadə etmişdi. D.Tramp seçki vədlərini immiqrantlar, müsəlmanlar, təhlükəsizlik və İŞİD-lə mübarizə üzərində qurub. Onun ən populyar fikirlərindən biri də immiqrantların qarşısını almaq üçün ABŞ ilə Meksika sərhədinə bir divarın ucaldılmasıdır.

Nəticə etibarı ilə birçoxalrını etirazına baxmyaraq Donald Tramp ABŞ-ın yeni prezidenti seçilir. Respublikaçılar Partiyasının namizədini 285 nümayəndə dəstəkləyib. Trampın rəqibi Hillari Klinton isə 218 nümayəndənin səsini qazanıb. H.Klinton seçkilərdəki məğlubiyyətini etiraf edərək, D.Trampı ABŞ prezidenti seçilməsi münasibətilə təbrik edib.

Previous Post

Xidmətçilikdən prezidentliyə yüksələn Tramp – DOSYE (FOTOLAR)

Next Post

Türkiyədən Trampa şərt: `Güləni verin, yeni səhifə açaq`

Bənzər yazılar

Qaradağın iki qəsəbəsinin yollarında hərəkət qismən məhdudlaşdırılacaq

Qaradağın iki qəsəbəsinin yollarında hərəkət qismən məhdudlaşdırılacaq

04 Noyabr 2026 - 22:18

Qaradağ rayonunun Ələt və Səngəçal qəsəbələrində noyabrın 5-i saat 08:00-dan etibarən təmir işlərinə başlanılacaq. Elchi.az bu barədə Azərbaycan Avtomobil Yolları...

Avropa Komissiyası Aİ-yə üzvlüyə namizəd ölkələrin irəliləyişini qiymətləndirib

Avropa Komissiyası Aİ-yə üzvlüyə namizəd ölkələrin irəliləyişini qiymətləndirib

04 Noyabr 2026 - 22:17

Avropa Komissiyası Avropa İttifaqının genişlənməsi ilə bağlı illik sənədlər paketini təqdim edib, namizəd ölkələrin son bir ildəki irəliləyişini qiymətləndirib və...

Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər

Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər

04 Noyabr 2026 - 22:15

Heydər Əliyev Mərkəzində dünyaşöhrətli skripkaçı Devid Qarrett "Millennium Symphony - Crossover Programme" simfonik şousu ilə çıxış edib. Elchi.az xəbər verir...

Vens: Respublikaçılar seçkilərdə İranla müharibəyə görə məğlub olublar

Vens: Respublikaçılar seçkilərdə İranla müharibəyə görə məğlub olublar

04 Noyabr 2026 - 20:33

Respublikaçılar seçkilərdə Vaşinqton administrasiyası tərəfindən İrana qarşı başladılan hərbi əməliyyat səbəbindən məğlub olublar. Elchi.az xəbər verir ki, bu barədə ABŞ-nin...

Next Post

Türkiyədən Trampa şərt: `Güləni verin, yeni səhifə açaq`

Türkiyədən Trampa şərt: `Güləni verin, yeni səhifə açaq`

Son xəbərlər

Qaradağın iki qəsəbəsinin yollarında hərəkət qismən məhdudlaşdırılacaq

Qaradağın iki qəsəbəsinin yollarında hərəkət qismən məhdudlaşdırılacaq

04 Noyabr 2026 - 22:18
Avropa Komissiyası Aİ-yə üzvlüyə namizəd ölkələrin irəliləyişini qiymətləndirib

Avropa Komissiyası Aİ-yə üzvlüyə namizəd ölkələrin irəliləyişini qiymətləndirib

04 Noyabr 2026 - 22:17
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər

Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər

04 Noyabr 2026 - 22:15
Vens: Respublikaçılar seçkilərdə İranla müharibəyə görə məğlub olublar

Vens: Respublikaçılar seçkilərdə İranla müharibəyə görə məğlub olublar

04 Noyabr 2026 - 20:33
Sabah Azərbaycanda güclü külək əsəcək – Xəbərdarlıq

Sabah Azərbaycanda güclü külək əsəcək – Xəbərdarlıq

04 Noyabr 2026 - 20:31
İordaniya kralı və Tacikistan Prezidenti Qazaxıstana səfər edəcəklər

İordaniya kralı və Tacikistan Prezidenti Qazaxıstana səfər edəcəklər

04 Noyabr 2026 - 20:30
Tallində Estoniya–Azərbaycan Hökumətlərarası Komissiyasının iclası keçirilib

Tallində Estoniya–Azərbaycan Hökumətlərarası Komissiyasının iclası keçirilib

04 Noyabr 2026 - 19:22
ICESCO-nun Baş direktoru Prezident İlham Əliyevi təbrik edib

ICESCO-nun Baş direktoru Prezident İlham Əliyevi təbrik edib

04 Noyabr 2026 - 19:04
Estoniya XİN rəhbəri bu ayın sonunda Azərbaycana səfər edəcəyini bildirib

Estoniya XİN rəhbəri bu ayın sonunda Azərbaycana səfər edəcəyini bildirib

04 Noyabr 2026 - 18:44
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04 Noyabr 2026 - 18:31
Bakıda sıxlıq olan yollar açıqlanıb

Bakıda sıxlıq olan yollar açıqlanıb

04 Noyabr 2026 - 18:23
Tbilisidə müxalif “Formula” telekanalının ofisində yanğın baş verib

Tbilisidə müxalif “Formula” telekanalının ofisində yanğın baş verib

04 Noyabr 2026 - 18:19
Agentlik soyutma avadanlıqlarına kiberhücum riskləri barədə xəbərdarlıq edib

Agentlik soyutma avadanlıqlarına kiberhücum riskləri barədə xəbərdarlıq edib

04 Noyabr 2026 - 17:59
BŞTİ: Müəllimlərin vakant yerə seçilməsi MİQ-də topladıqları balların ardıcıllığı üzrə təmin ediləcək

BŞTİ: Müəllimlərin vakant yerə seçilməsi MİQ-də topladıqları balların ardıcıllığı üzrə təmin ediləcək

04 Noyabr 2026 - 17:46
Bakıda və bəzi bölgələrdə küləyin sürəti 28.4 m/san-dək güclənəcək – XƏBƏRDARLIQ

Bakıda və bəzi bölgələrdə küləyin sürəti 28.4 m/san-dək güclənəcək – XƏBƏRDARLIQ

04 Noyabr 2026 - 17:34
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
« Okt    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.