"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Turqut Ər: “PKK sürətlə işğal altındakı Dağlıq Qarabağ və ətrafdakı boş şəhər və kəndlərə köçür”

09 Noyabr 2016 - 09:54
in XƏBƏR LENTİ
FacebookVatsap

 

Bunu da oxuyun

SEPAH Küveyt aeroportunun ABŞ-nin “Patriot” HHM sistemi tərəfindən vurulduğunu iddia edir

Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub

ABŞ və Çin 30 milyard dollar dəyərində mallara rüsumları qarşılıqlı ləğv edə bilər

Turqut Ər: “PKK sürətlə işğal altındakı Dağlıq Qarabağ və ətrafdakı boş şəhər və kəndlərə köçür”

“Sonuncu PKK-çı məhv edilənədək mücadilə davam edəcək”

İllər öncə Türkiyə hökuməti Türkiyəni on illərdir terrorla təhdid edən PKK-çılara dağlardan enmək, silahı yerə qoyub da qanlı qırğına son vermək çağırışı edəndə bir çoxları bu siyasətin fayda verməyəcəyini düşünürdü. İllər keçdi, qardaş ölkənin sağlam mövqeyinə qarşılıq vermək əvəzinə, kürd silahlıları daha da azğınlaşdılar və hətta kürdlərin toplu halında yaşadıqları bölgələrdə də terror aktları həyata keçirməklə ölkəyə qarşı təhdidlərini davam etdirdilər. 

Hətta Türkiyə azad və ədalətli seçkilərin nəticəsi olaraq mandat qazanan HDP-li deputatların parlamentə düşməsinə də hər hansı əngəl olmadı. Ancaq bunun qarşılığında Türkiyədəki kürdyönümlü partiyanın, HDP-nin həmsədri Səlahəddin Dəmirtaş başda olmaqla, mandat daşıyan bir sıra deputatlar ölkədə qanlı cinayətlər törədən terrorçulara dəstək verdilər və nəticədə indi onlar həbs olunub. Türkiyənin Azərbaycandakı səfirliyinin keçmiş mətbuat müşaviri, Azərbaycanda kifayət qədər yaxşı tanınan Turqut Ərlə söhbətimiz də elə bu mövzuda oldu.

– Turqut bəy, HDP-li millət vəkillərinin həbsini necə dəyərləndirirsiniz? 

– Türkiyə Cümhuriyyəti yaxşı-pis 70 ildir ki, demokratiya ilə idarə edilir. Bu dövrdə altı çevriliş və ya qiyam təşəbbüsü olub. Amma ən qısa zamanda seçkilərə gedilib və müasir, demokratik, hüquq qaydalarına uyğun hiyləsiz seçkilər keçirilib. 70 ildir ki, Türkiyədəki seçkilər tam düzgün və hiyləsiz keçirilir. Əhali kimə səs verdisə, sandıqdan da onlar çıxdı. HDP də seçkilərə girdi, xalqdan 80 millət vəkillik səs aldı. Bu da Türkiyədəki demokratiyanın düzgün və gerçəkliyinin göstəricisidir. Amma bunlar bunu başa düşmədilər. Əhali bunlara səs verdi ki, terrorçu PKK-dan əl çəksinlər və özləri rahat, firavan və yaxşı şərtlər daxilində qorxusuz bir həyat yaşasınlar.

Lakin bunlar PKK terror təşkilatından əl çəkmədilər. Bələdiyyələri PKK-nın yuvası, qərargahları halına gətirdilər. PKK-nın tapşırıqları ilə iş gördülər, ölkəni bölmək, parçalamaq istədilər. PKK-nın dağlardaki quldur başçıları nə desəydi, bu HDP-lilər həm parlamentdə, həm də kənarda onların dediklərini etdilər, tapşırıqlarını yerinə yetirdilər, terrorçuların sözçüsünə çevrildilər. Bununla da kifayətlənmədilər, dediyiniz kimi, böyük Türkiyə Cümhuriyyəti dövlətini və türk xalqını ölkə xaricində təhdid etdilər. Üstəgəl, xarici dövlətlərlə, Türkiyəni bölüb-parçalamaq niyyətində olan ölkələr və təşkilatlarla Türkiyənin əleyhinə olan işbirliyinə getdilər.

Bunlardan başqa, Türkiyənin bir çox yerində toplu qətliamlar təşkil etdilər, şəhərlərdə günahsız dinc insanları qətlə yetirdilər, mənşəcə kürd olan, ölkəyə bağlı insanlara qarşı terror aktları həyata keçirildi, onların bir çoxunu qaçırıb öldürdülər. HDP bütün bunlara mane olmadı, bu qətliamlara qarşı çıxmadı. Üstəlik, səs aldığı insanları qorumadığı kimi, onlara edilən zülmü də görməzdən gəldilər.

İstər Türkiyə Cümhuriyyəti dövlətinin parlamentində, istər meydanlarda olsun, bunlara – HDP-lilərə xəbərdarlıq etdik ki, terrorla işbirliyinə getməsinlər, bu cür işlərdən əl çəkmələrini davamlı şəkildə söylədik, amma bunlar başa düşmədilər. Belə olduqda Türkiyə Cümhuriyyəti dövləti gördü ki, bıçaq sümüyə dirənib və səbrin sonu gəldi. Odur ki, Türkiyə Cümhuriyyətinin Konstitusiyası və qanunlarının tələbinə uyğun olaraq addımlar atılmağa başlandı.

– Uzun müddət idi ki, Dəmirtaş və onun rəhbərlik etdiyi partiyanın üzvləri açıq şəkildə Türkiyəni təhdid edirdilər. Nədən zamanında onlarla əlaqədar müvafiq addımlar atılmırdı? Tərəddüdün səbəbi nə idi?

– Bu qədər gecikməsinin səbəbi, dediyim kimi, konstitusiya və qanunların TBMM-in daxili nizamnaməsinin nəzərdə tutduğu toxunulmazlığı aradan qaldırmaqla bağlı idi. Özü də yalnız onların deyil, dosyesı olan hər bir millət vəkilinin toxunulmazlığı götürüldü. Bundan sonra müstəntiqlər də vəzifələrini yerinə yetirərək HDP-li deputatlara ifadə vermələri üçün dəvətlər göndərdilər. Lakin HDP-lilər dəvətləri qəbul etməyərək təhdidlərlə çıxış etdilər. Hətta Dövlət Bahçeli də dəvət olundu və gedib ifadə verdi. Həmçinin başqa millət vəkilləri də eyni cür davrandılar. Amma bunlar (HDP-lilər-E.P.) PKK-nın tapşırığına əməl edərək ifadə verməyə israrla getmədilər. Dolayısı ilə qanunun tələbinə zidd olaraq ifadə verməyə getməyənlər polis tərəfindən zorla ifadəyə götürülür. Bu addımların atılması üçünsə təbii ki, daha çox zaman tələb olunur.

– Başda ABŞ olmaqla, Qərb dövlətləri HDP-lilərin həbsinə təpki verdilər. Sizcə, onların əsl məqsədi nədir? Terrorla təkbaşına mücadilə aparan Türkiyədən indi nə istəyirlər? “Kürdüstan”ın yaradılmasınımı, Türkiyənin bölüşdürülməsinimi? Bu təpkilərin sonucu nə ola bilər?

“HDP-li millət vəkilləri PKK-nın tapşırığına əməl edib ifadə verməyə israrla getmədilər” 

– Bilirsiniz, dünyanın istər geostrateji, istərsə coğrafi mövqeyi baxımından Türkiyə çox mühüm bir ərazidə yerləşir. Türkiyə 10-dan artıq ölkə ilə qonşudur. Bunların hamısı da 100 il əvvəl Türkiyənin sahibləndiyi torpaqlardır. Tam 630 il ərzində Osmanlı Orta Şərqdə, Şimali Afrikada, Ərəb Yarımadasında, Balkanlarda, Qafqazlarda hakim bir imperiya idi. Osmanlı yıxıldı, oralarda türk soylu əqrəbalarımız, ya da eynı inanc və ənənələri paylaşdığımız yaxınlarımız qaldılar. İstiqlal savaşında ölkəmizi işğal edən indi Türkiyəni bölüb-parçalamaq istəyən yeddi dövlət torpaqlarımızdan çıxarıldı, Türkiyə adlı böyük bir çağdaş dövlət quruldu. O zaman bu gənc Türkiyə dövləti böyüdü, inkişaf etdi, zənginləşdi, dünyanın 20 zəngin dövlətinin sırasına qoşuldu və bu önəmli coğrafiyada artıq söz sahibi oldu. İndi bu qərblilər deyirlər biz keçmişdəki kimi at oynada bilmirik, Türkiyə də bizim sözümüzü eşitmir. Deyirlər biz yenə keçmişdəki kimi işbirliyinə gedib Türkiyəni sözəbaxan vəziyyətə gətirək. Məqsədləri budur, amma keçmiş olsun, o günlər geridə qaldı.

Türkiyənin himayəsində olmayan “Kürdüstan” bu coğrafiyada yaşaya bilməz. Bu, bir reallıqdır. Bunun əksini düşünə bilərlər, amma olmur və olmayacaq da. Bunların sonucu Türkiyənin milli və beynəlxalq səviyyədəki maraqlarına zidd olacaq. O mənada heç bir şey edə bilməyəcəklər. Türkiyə Cümhuriyyəti dövləti bu coğrafiyadaki milli mənfəətlərini qorumağa, həmçinin bu coğrafiyadakı beynəlxalq barış və sabitliyin, ölkələrin torpaq bütünlüyünün qorunmasına davam edəcək. Türkiyə Cümhuriyyəti böyük, zəngin, çağdaş, demokratik, dünyəvi, sosial, hüquq dövləti olaraq həyatına davam edəcək.

– Turqut bəy, ötən gün Dəmirtaşın daha bir deputat həmkarı, partiyadaşı Nihat Akdoğan həbs olundu, HDP isə TBMM-də fəaliyyətini dondurub. Proseslər bundan sonra hansı axarla davam edə bilər? PKK Qərbin dəstəyi sayəsində daha da azğınlaşacaqmı, yoxsa hadisələr fərqli istiqamətdə cərəyan edəcək?

– HDP-də nə qədər cinayət dosyesi olan varsa, Türkiyə Cümhuriyyətinin qanunları və konstitusiya çərçivəsində onlar da gedib müstəntiqlərə ifadə verməlidirlər. Əks halda, polis gücü ilə məhkəmə qarşısına çıxacaqlar. Bunun başqa yolu yoxdur. Adi bir insan cinayətə yol verdiyi halda nə olursa, onların da toxunulmazlığı qaldırıldığına görə o olacaq. HDP fəaliyyətini durdura bilər.

TBMM-in daxili nizamnaməsinə və mövcud qanunlara görə, Məclisin müəyyən sayda toplantılarına, komitə iclaslarına qatılmayanların millət vəkilliyi ləğv olunur. Əgər belə olarsa, 28 millət vəkilinin mandatı ləğv oluna və növbədənkənar seçkilər təyin edilə bilər. Ölkə daxilində sonuncu PKK-çı məhv edilənə qədər mücadilə davam edəcək.

Qərb, Amerika daha çox Türkiyənin özündən uzaqlaşmasını nəzərə almaya bilməz. Türkiyə kimi Amerika və Qərbin NATO içindəki bəzi dövlətləri, 1950-dən bu yana böyük bir müttəfiqi olan Türkiyədən vaz keçə bilməz. Rusiya ilə Türkiyənin sıx işbirliyini Amerika istəmir. Eyni zamanda Türkiyənin NATO-nun böyük və güclü dövləti olduğunu bilir. PKK bir terror təşkilatı olaraq yaşaya bilməyəcək. Dünyada PKK-dan ancaq Türkiyəni və türkləri təhdid etməkdən ötrü istifadə edirlər. Bu isə  artıq o qədər də asan olmayacaq.

Bu arada onu da deməliyəm ki, Azərbaycandakı hakimiyyətə, siyasi partiyalara, vətəndaş cəmiyyəti təşkilatlarına və ümumiyyətlə, Azərbaycan toplumuna, lütfən, ayıq olun, kürdçülərin əl-ayağını yığışdırın! PKK sürətlə İrandan, Rusiyadan və Türkiyədən işğal edilmiş Dağlıq Qarabağ və ətrafdakı hər gün boş şəhər və kəndlərə köçür, yeni binalar inşa edirlər. Kəlbəcərdə “Kızıl Kürdistan”ı quranlar və onun toxumları ermənilərlə işbirliyi içərisindədirlər. Bu, Azərbaycan için böyük bir məsələdir, gec olmadan tədbirlər görülməlidir. Yoxsa sonra Azərbaycan bu problemin altından çıxa bilməz.

“Türkiyə-ABŞ münasibətlərinin gərginləşəcəyini zənn etmirəm”

– Turqut bəy, Fətullah Gülənlə bağlı da ABŞ-Türkiyə münasibətlərində gərginlik davam edir. Qərblə gərginliklər davam edərsə, 15 iyul dövlət çevrilişinə bənzər olaylar təkrarlana bilərmi? 

– Yox. Artıq Türkiyənin gələcəyində belə bir olay ola bilməz. Türkiyə Cümhuriyyəti üçün bu, böyük bir dərs oldu. Hakimiyyət üçün də böyük bir dərs oldu. Bu mövzu Amerika ilə əlaqəli bir mövzudur. Amerika Fətullah Gülənlə əlaqədar tədbirlər həyata keçirə, fəaliyyətini məhdudlaşdıra bilər. Türkiyə və Amerika arasında münasibətlərin daha da gərginləşəcəyini zənn etmirəm. Üstəlik, bu, Türkiyənin də faydasına deyil. Təbii ki, əlaqələrin istiləşməsi bir az vaxt tələb edir. Bunun yolu da Suriyadakı və İraqdakı vəziyyətlə əlaqəlidir.

Previous Post

Turqut Ər: “PKK sürətlə işğal altındakı Dağlıq Qarabağ və ətrafdakı boş şəhər və kəndlərə köçür”

Next Post

Manata basqılar artır – vəziyyət ciddiləşir

Bənzər yazılar

SEPAH Küveyt aeroportunun ABŞ-nin “Patriot” HHM sistemi tərəfindən vurulduğunu iddia edir

SEPAH Küveyt aeroportunun ABŞ-nin “Patriot” HHM sistemi tərəfindən vurulduğunu iddia edir

03 İyun 2026 - 23:18

İran Küveyt Beynəlxalq Hava Limanına zərbə endirməsi ilə bağlı iddiaları təkzib edib və bildirib ki, zədələr ABŞ-nin "Patriot" hava hücumundan...

Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub

Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub

03 İyun 2026 - 23:11

Slovakiyada keçirilən minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub. Elchi.az  xəbər verir ki, ilk yarımfinal oyununda Ukrayna millisi Macarıstanı...

ABŞ və Çin 30 milyard dollar dəyərində mallara rüsumları qarşılıqlı ləğv edə bilər

ABŞ və Çin 30 milyard dollar dəyərində mallara rüsumları qarşılıqlı ləğv edə bilər

03 İyun 2026 - 23:00

ABŞ və Çin 30 milyard dollar dəyərində mallara rüsumların qarşılıqlı ləğvi imkanını nəzərdən keçirir. Elchi.az  xəbər verir ki, bu barədə...

Qırğızıstan ilk dəfə BMT Təhlükəsizlik Şurasının üzvü seçilib

Qırğızıstan ilk dəfə BMT Təhlükəsizlik Şurasının üzvü seçilib

03 İyun 2026 - 21:40

Qırğızıstan tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib. Elchi.az Rusiya mediasına istinadən xəbər verir ki, Baş Assambleya ölkənin...

Next Post

Manata basqılar artır - vəziyyət ciddiləşir

Manata basqılar artır - vəziyyət ciddiləşir

Son xəbərlər

SEPAH Küveyt aeroportunun ABŞ-nin “Patriot” HHM sistemi tərəfindən vurulduğunu iddia edir

SEPAH Küveyt aeroportunun ABŞ-nin “Patriot” HHM sistemi tərəfindən vurulduğunu iddia edir

03 İyun 2026 - 23:18
Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub

Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub

03 İyun 2026 - 23:11
ABŞ və Çin 30 milyard dollar dəyərində mallara rüsumları qarşılıqlı ləğv edə bilər

ABŞ və Çin 30 milyard dollar dəyərində mallara rüsumları qarşılıqlı ləğv edə bilər

03 İyun 2026 - 23:00
Qırğızıstan ilk dəfə BMT Təhlükəsizlik Şurasının üzvü seçilib

Qırğızıstan ilk dəfə BMT Təhlükəsizlik Şurasının üzvü seçilib

03 İyun 2026 - 21:40
Narkotikin təsiri altında olan sürücü həbs edilib

Narkotikin təsiri altında olan sürücü həbs edilib

03 İyun 2026 - 21:38
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi vəfat edib

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi vəfat edib

03 İyun 2026 - 21:37
Pezeşkian: Dünya bazarında səmərəli iştirakı gücləndirmək lazımdır

Pezeşkian: Dünya bazarında səmərəli iştirakı gücləndirmək lazımdır

03 İyun 2026 - 21:36
Rubio: TRIPP Azərbaycan və Ermənistan üçün əhəmiyyətli imkanlar yaradacaq

Rubio: TRIPP Azərbaycan və Ermənistan üçün əhəmiyyətli imkanlar yaradacaq

03 İyun 2026 - 21:34
Azərbaycandakı internet trafikində botların payı kəskin azalıb

Azərbaycandakı internet trafikində botların payı kəskin azalıb

03 İyun 2026 - 20:18
Zelenski Ankarada NATO sammitində iştirak edəcək

Zelenski Ankarada NATO sammitində iştirak edəcək

03 İyun 2026 - 20:15
“Apple” bir ayda Azərbaycanın mobil cihaz bazarındakı payının təqribən 19 %-ni itirib

“Apple” bir ayda Azərbaycanın mobil cihaz bazarındakı payının təqribən 19 %-ni itirib

03 İyun 2026 - 20:12
Azərbaycan səfiri etimadnaməsinin surətini Bəhreynin XİN rəhbərinə təqdim edib

Azərbaycan səfiri etimadnaməsinin surətini Bəhreynin XİN rəhbərinə təqdim edib

03 İyun 2026 - 20:08
MDB Dövlət Xəbər Agentlikləri Rəhbərləri Şurasının növbəti iclası keçirilib

MDB Dövlət Xəbər Agentlikləri Rəhbərləri Şurasının növbəti iclası keçirilib

03 İyun 2026 - 20:07
Əməyin mühafizəsi sahəsində beynəlxalq təcrübə müzakirə olundu

Əməyin mühafizəsi sahəsində beynəlxalq təcrübə müzakirə olundu

03 İyun 2026 - 19:28
İmişlidə güclü yanğın: iki rayondan dəstək gəldi

İmişlidə güclü yanğın: iki rayondan dəstək gəldi

03 İyun 2026 - 19:18
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  
« May    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.