"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Sarkisyan faşist Dro və Njdenin varisidir – İsrailli ekspert

08 Noyabr 2016 - 22:18
in XƏBƏR LENTİ
FacebookVatsap

Azərbaycan bu gün tərəqqinin və İslam dünyasının inkişafının mayakı, sivilizasiyalararası və dinlərarası dialoqun əsl nümunəsi, eləcə də multikulturalizm və tolerantlığın real örnəyidir.

Bunu da oxuyun

İranda dövlət qurumlarında xarici messencerlərdən istifadəyə qoyulan qadağa ləğv edilib

Prezidentin sosial şəbəkə hesablarında beynəlxalq konfransların iştirakçıların qəbuluna dair video paylaşılıb

Sabah Bakıda və bir neçə rayonda işıq kəsiləcək

 

Bu fikirləri Yerusəlimdə, KIVUNIM təşkilatı çərçivəsində İsraildə təhsil alan Amerika yəhudi icmasının gənc liderləri qarşısında çıxışı zamanı Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsrail Dövlətindəki nümayəndəliyinin rəhbəri, beynəlxalq münasibətlər üzrə ekspert Arye Qut səsləndirib.

Arye Qutun “Azərbaycan Cənubi Qafqazın geosiyasətində” mövzusunda ikisaatlıq geniş məruzəsinin dinləyiciləri ABŞ-ın Miçiqan, Harvard, Vaşinqton, İllinoys, Kolumbiya, Kaliforniya və Merilend ştatlarının universitetlərini təmsil edən 50 tələbə olub.

İsrailli ekspert Azərbaycan haqqında real və əsl həqiqəti demək imkanına görə KIVUNIM təşkilatının rəhbəri Cey Libermana minnətdarlığını bildirib.

Mühazirə zamanı müasir mərhələdə Azərbaycanın xarici siyasət strategiyasından, Cənubi Qafqazın lideri kimi rolundan və yerindən, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı vəziyyətdən, İsrail-Azərbaycan münasibətlərinin perspektivlərindən söz açılıb.

A.Qut, həmçinin amerikalı tələbələr qarşısında “Azərbaycan – dünya üçün multikulturalizmin və tolerantlığın əsl modeli” mövzusunda sənədli təqdimat keçirib. İsrailli ekspert qeyd edib ki, 2014-cü ildə Azərbaycan rəhbərliyi dini və etnik tolerantlığa zəmanət verən, dövlətin bu sahədə rolunu gücləndirən iki təsisat yaradıb. A.Qut deyib: “İlk olaraq Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri xidməti təsis edilib. Daha sonra əsas fəaliyyəti mədəniyyətlərarası dialoqun və humanitar məsələlərin təşviqi olan Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi yaradılıb. Əhalisinin əksəriyyətini müsəlmanlar təşkil etsə də, Azərbaycan həm də müxtəlif dinlərin və etnik qrupların nümayəndələrinin vətənidir. Milli azlıqlara dözümlülük və hörmət qədim zamanlardan, Böyük İpək Yolu çağlarından bu günədək ölkənin inkişafının təməli olub”.

İsrail ekspertinin sözlərinə görə, qədim Azərbaycan torpağında iudaizm, islam, atəşpərəstlik və xristianlıq dinlərinə sitayiş edən insanlar yaşayıblar. “Bu torpaq indi də tolerantlıq və dini dözümlülüyə inanılmaz dərəcədə can atdığını nümayiş etdirir. Ölkənin yəhudi icmasının nümayəndələrinə səmimi və qardaş münasibət Azərbaycan tolerantlığının parlaq nümunəsidir. Təkcə bir faktı qeyd etmək kifayətdir ki, Azərbaycanda antisemitizm əzəldən olmayıb və yəhudilər burada özlərini yad hiss etməyiblər”, – Arye Qut vurğulayıb.

1992-ci ildə Azərbaycanın Xocalı şəhərində kütləvi soyqırımı ilə bağlı sənədli təqdimat zamanı isə Arye Qut deyib: “Mən, İsrail vətəndaşı, yəhudi xalqının nümayəndəsi, ailəsi Ukraynada nasistlər tərəfindən məhv edilən Sovet Ordusu zabitinin nəvəsi kimi 1992-ci ilin fevralında Xocalıda soyqırımına məruz qalmış Azərbaycan xalqının ağrısını başa düşür və dərdinə şərik oluram. Ermənistan silahlı terror qruplaşmalarının vəhşilikləri nəticəsində Xocalıda 613 nəfər öldürülüb, 487 nəfər xəsarət alıb, 1275 dinc sakin – qocalar, uşaqlar, qadınlar əsir alınaraq inanılmaz işgəncə, təhqir və həqarətə məruz qalıb. Bu kütləvi qırğın bütün bəşəriyyətə qarşı cinayətdir. Xocalı şəhərinin mülki əhalisinin qəsdən kütləvi şəkildə məhv edilməsinin yeganə səbəbi bu insanların azərbaycanlı olması idi”.

Azərbaycanın Xocalı şəhərindəki dəhşətli və qanlı qırğınlar haqqında təqdimat amerikalı tələbələri – yəhudi icmasının gənc liderlərini sarsıdıb.

Sənədli təqdimatı çərçivəsində Arye Qut vurğulayıb ki, İkinci Dünya müharibəsi zamanı Vermaxtın heyətində 20 minlik erməni legionunun vəhşiliyini tarix heç vaxt unutmayıb. Bu barədə danışan israilli ekspert deyib: “Minlərlə yəhudinin məhv edilməsində şəxsən iştirak etmiş millətçi sərkərdə Dronun rəhbərlik etdiyi erməni legionunun məqsədi basqınlar törətmək, yəhudilərin, faşistlərə xoş gəlməyən digər millətlərin nümayəndələrini məhv etmək idi. Eyni zamanda, erməni legionu həbs düşərgələrində ölüm yürüşləri təşkil etmişdi. “Azad Ermənistan” uğrunda məhz bu “mübariz”, antisemit və faşist Dro bu gün Ermənistan rəhbərliyinə öz ekspansionist planlarına bəraət qazandırmaq və gənc nəsli digər millətlərə qarşı nifrət ruhunda tərbiyələndirmək üçün lazımdır.

Müasir Ermənistanda Dro və Njdeyə pərəstiş təbliğ edilir. Onların şərəfinə xatirə sikkələri zərb etdirir, bədii və sənədli filmlər çəkirlər. Ermənistan paytaxtında isə bir meydana Qaregin Njdenin adı verilib. A.Qut vurğulayıb: “Bu pərəstiş hansısa marginal siyasi qruplar tərəfindən həyata keçirilmir, bu fəaliyyətin arxasında dövlət dayanır. Bu yaxınlarda Moskvada keçirilən beynəlxalq konfransda iştirak etmişəm və tədbir iştirakçılarına bu haqda danışmışam. Əyani surətdə əmin oldum ki, dünya bu mətləblərdən xəbərsizdir. Zənnimcə, Ermənistanın indiki prezidenti Serj Sarkisyan və müdafiə naziri Seyran Ohanyanın simasında məhz erməni generalları Dro və Njdenin varisləri XX əsrin sonunda Azərbaycanın Xocalı şəhərində kütləvi qırğın törədiblər. Serj Sarkisyanın bu cümləsini xatırlamaq kifayətdir: “Xocalıya qədər azərbaycanlılar düşünürdülər ki, biz mülki əhaliyə əl qaldırmayacağıq, biz bu stereotipi sındıra bildik”. Bu, real şəkildə sübut edir ki, Serj Sarkisyan və onun Ermənistanda hakimiyyətdə olan bütün klanı Dro və Njdenin əsl və layiqli varisləridir”.

Arye Qut amerikalı tələbələrin diqqətinə çatdırıb ki, Ermənistanın hələ də davam edən təcavüzünə və münaqişəyə baxmayaraq, Azərbaycanda heç vaxt antisemitizm olmayıb və əslən bu ölkədən olan bir çoxları bu tolerantlıq amili ilə fəxr edirlər.

İsrailli ekspert çıxışını belə yekunlaşdırıb: “Azərbaycan rəhbərliyi ölkədəki yəhudi icmasının həyat tərzi və ənənələrinə qayğıkeş və səmimi münasibət bəsləyir. Qədim Qırmızı Qəsəbə dağ yəhudilərinin İsrail hüdudlarından kənarda kompakt yaşadığı yeganə və unikal məkan, Azərbaycanın əsl iftixarıdır. Qırmızı Qəsəbə Azərbaycanda dini icma təmsilçilərinin – müsəlmanlar və yəhudilərin sıx əməkdaşlığı və tərəfdaşlığının nəticəsidir. Bu gün müxtəlif dinlərin nümayəndələrinin dinc yanaşı yaşamasına və bir-birinə hörmət etməsinə real və əsl nümunə var”. (Azərtac)

Previous Post

Sarkisyan faşist Dro və Njdenin varisidir – İsrailli ekspert

Next Post

Tramp liderdir – İlk nəticələr (Yenilənib)

Bənzər yazılar

İranda dövlət qurumlarında xarici messencerlərdən istifadəyə qoyulan qadağa ləğv edilib

İranda dövlət qurumlarında xarici messencerlərdən istifadəyə qoyulan qadağa ləğv edilib

15 Sentyabr 2026 - 23:55

İran hakimiyyəti dövlət qurumlarında xarici messencerlərdən istifadəyə qoyulmuş qadağanı aradan qaldırıb. Elchi.az xəbər verir ki, bu barədə İran İslam Respublikası...

Prezidentin sosial şəbəkə hesablarında beynəlxalq konfransların iştirakçıların qəbuluna dair video paylaşılıb

Prezidentin sosial şəbəkə hesablarında beynəlxalq konfransların iştirakçıların qəbuluna dair video paylaşılıb

15 Sentyabr 2026 - 23:52

Azərbaycan Prezidenti İlham Əliyevin sosial media hesablarında Bakıda keçirilən beynəlxalq konfransların iştirakçıların qəbul etməsinə dair video paylaşılıb. Elchi.az paylaşımı təqdim...

Sabah Bakıda və bir neçə rayonda işıq kəsiləcək

Sabah Bakıda və bir neçə rayonda işıq kəsiləcək

15 Sentyabr 2026 - 23:37

Sentyabrın 16-da paytaxt ərazisində Yasamal rayonunun, eləcə də bir sıra regionların elektrik şəbəkələrində təmir işləri aparılacaq. Elchi.az  xəbər verir ki,...

Nepalda daşqınlar nəticəsində ölənlərin sayı 1400-ə yaxınlaşıb

Nepalda daşqınlar nəticəsində ölənlərin sayı 1400-ə yaxınlaşıb

15 Sentyabr 2026 - 21:59

Nepalda daşqınlar nəticəsində ölənlərin sayı 1 399 nəfərə çatıb. Elchi.az  yerli mediaya istinadən xəbər verir ki, bu barədə Nepal hakimiyyəti...

Next Post

Tramp liderdir - İlk nəticələr (Yenilənib)

Tramp liderdir - İlk nəticələr (Yenilənib)

Son xəbərlər

İranda dövlət qurumlarında xarici messencerlərdən istifadəyə qoyulan qadağa ləğv edilib

İranda dövlət qurumlarında xarici messencerlərdən istifadəyə qoyulan qadağa ləğv edilib

15 Sentyabr 2026 - 23:55
Prezidentin sosial şəbəkə hesablarında beynəlxalq konfransların iştirakçıların qəbuluna dair video paylaşılıb

Prezidentin sosial şəbəkə hesablarında beynəlxalq konfransların iştirakçıların qəbuluna dair video paylaşılıb

15 Sentyabr 2026 - 23:52
Sabah Bakıda və bir neçə rayonda işıq kəsiləcək

Sabah Bakıda və bir neçə rayonda işıq kəsiləcək

15 Sentyabr 2026 - 23:37
Nepalda daşqınlar nəticəsində ölənlərin sayı 1400-ə yaxınlaşıb

Nepalda daşqınlar nəticəsində ölənlərin sayı 1400-ə yaxınlaşıb

15 Sentyabr 2026 - 21:59
İranda “Boeing 737” texniki nasazlıq səbəbindən məcburi eniş edib

İranda “Boeing 737” texniki nasazlıq səbəbindən məcburi eniş edib

15 Sentyabr 2026 - 21:57
Fransa polisləri iş şəraitinə görə etiraz edirlər

Fransa polisləri iş şəraitinə görə etiraz edirlər

15 Sentyabr 2026 - 21:55
Tramp ABŞ Ali Məhkəməsini sərt tənqid edib

Tramp ABŞ Ali Məhkəməsini sərt tənqid edib

15 Sentyabr 2026 - 21:53
ABŞ ordusu SEPAH-ın iki katerini məhv edib

ABŞ ordusu SEPAH-ın iki katerini məhv edib

15 Sentyabr 2026 - 20:36
İsveçrə–Azərbaycan Biznes Forumu keçirilib

İsveçrə–Azərbaycan Biznes Forumu keçirilib

15 Sentyabr 2026 - 20:17
Sabah rayonlarda leysan yağacaq, dolu düşəcək – XƏBƏRDARLIQ

Sabah rayonlarda leysan yağacaq, dolu düşəcək – XƏBƏRDARLIQ

15 Sentyabr 2026 - 20:11
İlham Əliyev: Avropa Parlamenti rüşvətxorlar yuvasıdır

İlham Əliyev: Avropa Parlamenti rüşvətxorlar yuvasıdır

15 Sentyabr 2026 - 20:10
Allahşükür Paşazadə Prezident İlham Əliyevə təşəkkür edib

Allahşükür Paşazadə Prezident İlham Əliyevə təşəkkür edib

15 Sentyabr 2026 - 20:07
Ronaldo çıxış etdiyi klubu ala bilər

Ronaldo çıxış etdiyi klubu ala bilər

15 Sentyabr 2026 - 19:28
Qarabağın dirçəlişini və aparılan quruculuq işlərinierməni revanşist qüvvələr həzm edə bilmirlər

Qarabağın dirçəlişini və aparılan quruculuq işlərinierməni revanşist qüvvələr həzm edə bilmirlər

15 Sentyabr 2026 - 19:20
Mikayıl Cabbarov İsveçrədə: 10-cu iclas keçirildi

Mikayıl Cabbarov İsveçrədə: 10-cu iclas keçirildi

15 Sentyabr 2026 - 19:12
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.