"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Bəzi ərzaq məhsulları yenə bahalaşacaq

04 Noyabr 2016 - 09:54
in XƏBƏR LENTİ
FacebookVatsap

Bunu da oxuyun

“Bank of America”nın vitse-prezidenti Nyu-Yorkda bıçaqlı hücum nəticəsində ölüb

Paşinyan: Ermənistanın Rusiya ilə münasibətlərinə “yeni baxış” lazımdır

Bu il 89 uşaq övladlığa verilib

 Bəzi ərzaq məhsulları yenə bahalaşacaqYeni gömrük rüsumları qüvvəyə mindi; hökumət bahalaşmanın qarşısını almaq üçün monitorinqləri gücləndirməlidir

Noyabrın 3-dən Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının ərazisinə gətirilən mallar üzrə gömrük idxal rüsumlarının dərəcələri”ndə etdiyi dəyişikliklərlə bağlı qərar qüvvəyə minib. Yeni gömrük idxal rüsumları iki il müddətində qüvvədə olacaq. 
Dəyişikliyə əsasən, Azərbaycana idxal edilən 1 kq ev toyuğu əti üçün 1 dollar, 1000 ədəd toyuq yumurtası üçün 100 dollar, 1 kq soğan üçün 0,2 dollar, 1kq xiyar üçün 0,2 dollar, 1 kq qoz-fındıq üçün 1,5 dollar, 1 kq üzüm üçün 0,4 dollar, 1 kq alma (sidr istehsalı üçün, qalama (qabsız), sentyabrın 16-dan dekabrın 15-dək), armud (perrinin və ya armud sidrinin istehsalı üçün, qalama (qabsız), avqustun 1-dən dekabrın 31-dək), heyva üçün 0,3 dollar, 1 kq xurma üçün 0,3 dollar gömrük idxal rüsumu müəyyənləşdirilib.
 
O cümlədən meyvə şirələrinin, spirtli içkilərin 1 litri üçün 0,7 dollardan az olmamaqla gömrük idxal rüsumu alınacaq.

Gömrük rüsumlarının artması isə yuxarıda adıçəkilən  malların bahalaşması deməkdir. Hökumət rüsumları artırmaqla daxili bazarı xarici rəqabətdən qorumağa çalışsa da, bu qərar ilk olaraq əks təsir yaratdı və bahalaşmaya gətirib çıxartdı.
Çünki sözügedən məhsullarla bağlı yerli istehsal hələ daxili tələbatı ödəmək gücündə deyil. Yerli istehsal olunan bəzi məhsulların isə xammalı xaricdən gətirilir. Bu da bahalaşmanı qaçılmaz edir.
 “Yeni Müsavat”a açıqlamasında məsələyə münasibət bildirən iqtisadçı ekspert Natiq Cəfərli qeyd etdi ki, nəinki xaricdən gətirilən, eləcə də yerli məhsulların qiymətinin artacağı gözlənilir: “Xaricdən gətirilən toyuq ətinin qiymətinin qalxması bazara təsirini göstərəcək. Digər tərəfdən, bəzi məhsulların xammalı da xaricdən gətirilir. Məsələn, toyuq ətindən hazırlanan kolbasalar yerli məhsul olsa da, xammal kimi  xaricdən gətirilən toyuq ətindən istifadə olunurdu. O cümlədən dönərxanalarda, yeməkxanalarda xaricdən gətirilən toyuq əti istifadə edilirdi. Bu sahələrdə də təbii ki, qiymət artımları olacaq. Dolayı təsirləri isə ondan ibarətdir ki, yerli istehsalçılar bazarın tələbatını tam ödəmək qabiliyyətində  deyillər. Xarici analoqların qiyməti qalxdıqca, istehsalın artımına da uzun bir zaman lazım olduğunu nəzərə alsaq, yerli istehsalçılar da məhsullarının qiymətini qaldıracaqlar. Bu da nəticə etibarilə əhalinin büdcəsinə zərbə vuracaq. Daxili istehsalın artması üçün bu qərarın qısa zamanda effekt verəcəyini gözləmək əbəsdir”.
 
İqtisadçı ekspert Vüqar Bayramov isə “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, hökumət “Antidenpinq haqqında” Qanun qəbul edibsə, həmin qanuna uyğun olaraq idxal olunan məhsulların bir qisminin gömrük rüsumunun qaldırılması gözlənilən idi: “Hökumət o  məhsulların idxalına gömrük rüsumunu qaldırıb ki, onlar ölkədə ya tam, ya da qismən istehsal olunur. Məsələn, quş əti ölkədə istehsal olunur. Lakin bu heyvanların yemi , dərmanı və sair xaricdən idxal olunur. Lakin bazarda olan məhsulların böyük əksəriyyəti yerli məhsullardır. O baxımdan, sərəncam yerli istehsalın çox olduğu  məhsullara tətbiq olundu. Bu həm də ona görə idi ki, idxal yolu ilə xaricə gedən valyutanın həcmini azaltmaq mümkün olsun. Bu, hökumətin əsas məqsədi idi. Burada psixoloji tərəflər də var. Biz bu rüsumlar tətbiq edilən zaman bildirmişdik ki, xaricdən gətirilən məhsullar bahalaşarsa, bu, yerli istehsalın da bahalaşmasına gətirib çıxaracaq. Məsələn, yerli kolbasa istehsalında istifadə olunan xammalın əhəmiyyətli hissəsini xaricdən gətirilən  məhsullar təşkil edir”.
 
Vüqar Bayramov onu da vurğuladı ki, hökumət bahalaşmanın qarşısını almaq üçün monitorinqləri gücləndirməlidir: “Birmənalı şəkildə demək olmaz ki, yalnız xarici məhsulların qiyməti arta bilər, yerli məhsulların qiyməti artmamalıdır. O baxımdan, xərc strukturunun monitorinqi aparılmalıdır, yerli istehsal olunan məhsullarda xaricdən gətirilən xammalın çəkisinin nə qədər olması müəyyənləşdirilməlidir, daha sonra həmin məhsulun qiymətinin artması iqtisadi baxımdan əsaslandırılmalıdır”.
Previous Post

Bəzi ərzaq məhsulları yenə bahalaşacaq

Next Post

ABŞ Avropaya 6 minlik ordu göndərir

Bənzər yazılar

“Bank of America”nın vitse-prezidenti Nyu-Yorkda bıçaqlı hücum nəticəsində ölüb

“Bank of America”nın vitse-prezidenti Nyu-Yorkda bıçaqlı hücum nəticəsində ölüb

01 Sentyabr 2026 - 22:43

"Bank of America"nın vitse-prezidenti Erin Pyaçenti Nyu-Yorkun Tayms meydanında bıçaqlı hücum nəticəsində həyatını itirib. Elchi.az -ın xəbərinə görə, bu barədə...

Paşinyan: Ermənistanın Rusiya ilə münasibətlərinə “yeni baxış” lazımdır

Paşinyan: Ermənistanın Rusiya ilə münasibətlərinə “yeni baxış” lazımdır

01 Sentyabr 2026 - 22:20

Ermənistanın Baş naziri Nikol Paşinyan İrəvanın Rusiya ilə münasibətlərin daha da dərinləşdirilməsində və inkişafında maraqlı olduğunu bildirib, lakin onun fikrincə,...

Bu il 89 uşaq övladlığa verilib

Bu il 89 uşaq övladlığa verilib

01 Sentyabr 2026 - 21:58

Azərbaycanda 2026-cı ilin ötən dövründə 89 uşaq övladlığa verilib. Elchi.az  xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi...

Vüsal Şilderin qətlinin sifarişində təqsirləndirilən şəxsin məhkəməsi başlayır

Vüsal Şilderin qətlinin sifarişində təqsirləndirilən şəxsin məhkəməsi başlayır

01 Sentyabr 2026 - 21:55

Bakıda 13 il əvvəl qəsdən adam öldürülmə cinayətini təşkil etməkdə təqsirləndirilən şəxs barəsində cinayəti işi məhkəməyə göndərilib. Bu barədə Elchi.az...

Next Post

ABŞ Avropaya 6 minlik ordu göndərir

ABŞ Avropaya 6 minlik ordu göndərir

Son xəbərlər

Polşada ibtidai məktəblərdə telefon qadağası

Polşada ibtidai məktəblərdə telefon qadağası

02 Sentyabr 2026 - 10:34
“Barselona” 2 futbolçusu ilə yollarını ayırdı

“Barselona” 2 futbolçusu ilə yollarını ayırdı

02 Sentyabr 2026 - 10:27
Azərbaycan neftinin qiyməti 98 dollara yaxınlaşır

Azərbaycan neftinin qiyməti 98 dollara yaxınlaşır

02 Sentyabr 2026 - 10:15
Sumqayıtda maşın piyadanı vuraraq öldürüb

Sumqayıtda maşın piyadanı vuraraq öldürüb

02 Sentyabr 2026 - 10:09
Xaricdə ali təhsil almış şəxslər üçün peşə tanınması üzrə imtahan keçiriləcək

Xaricdə ali təhsil almış şəxslər üçün peşə tanınması üzrə imtahan keçiriləcək

02 Sentyabr 2026 - 09:58
Tramp: “İranla razılaşmaya can atmıram”

Tramp: “İranla razılaşmaya can atmıram”

02 Sentyabr 2026 - 09:45
Bu günün valyuta məzənnələri

Bu günün valyuta məzənnələri

02 Sentyabr 2026 - 09:37
“Bitcoin”in qiyməti yenidən 78 min dollardan aşağı düşüb

“Bitcoin”in qiyməti yenidən 78 min dollardan aşağı düşüb

02 Sentyabr 2026 - 09:24
ABŞ-İran gərginliyi fonunda neftin qiyməti 95 dolları ötüb

ABŞ-İran gərginliyi fonunda neftin qiyməti 95 dolları ötüb

02 Sentyabr 2026 - 09:16
FHN-dən əhaliyə müraciət – VİDEO

Goranboyda sursat anbarında yanğınla müşayiət olunan partlayış baş verib, xəsarət alan olmayıb – YENİLƏNİB

02 Sentyabr 2026 - 09:13
Qlobal fond bazarlarında kəskin eniş qeydə alınıb

Qlobal fond bazarlarında kəskin eniş qeydə alınıb

02 Sentyabr 2026 - 09:06
“Bank of America”nın vitse-prezidenti Nyu-Yorkda bıçaqlı hücum nəticəsində ölüb

“Bank of America”nın vitse-prezidenti Nyu-Yorkda bıçaqlı hücum nəticəsində ölüb

01 Sentyabr 2026 - 22:43
Paşinyan: Ermənistanın Rusiya ilə münasibətlərinə “yeni baxış” lazımdır

Paşinyan: Ermənistanın Rusiya ilə münasibətlərinə “yeni baxış” lazımdır

01 Sentyabr 2026 - 22:20
“Xatəm əl-Ənbiya” ABŞ-ni cavab zərbəsi ilə hədələyib

“Xatəm əl-Ənbiya” ABŞ-ni cavab zərbəsi ilə hədələyib

01 Sentyabr 2026 - 22:14
Bu il 89 uşaq övladlığa verilib

Bu il 89 uşaq övladlığa verilib

01 Sentyabr 2026 - 21:58
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.