"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Fransa həmsədrini dəyişdi – münaqişənin həllinə yanaşma isə dəyişməz qalır – ŞƏRH

21 Oktyabr 2016 - 17:45
in XƏBƏR LENTİ
FacebookVatsap

ABŞ və Rusiya təmsilçilərinin son bəyanatları ATƏT-in Minsk qrupunun səmərəsiz fəaliyyət göstərdiyini bir daha təsdiqləyir

Fransa ATƏT-in Minsk qrupundakı həmsədr dəyişdirilib. Diplomat Pyer Andryönü Stefan Viskonti əvəz edib.

Bunu da oxuyun

Qaradağın iki qəsəbəsinin yollarında hərəkət qismən məhdudlaşdırılacaq

Avropa Komissiyası Aİ-yə üzvlüyə namizəd ölkələrin irəliləyişini qiymətləndirib

Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər

S.Viskonti əvvəl Fransanın Latviyadakı səfiri olub.

Qeyd edək ki, Minsk qrupu Azərbaycanıın işğal altında olan Dağlıq Qarabağ bölgəsindəki münaqişənin ATƏT-in prinsipləri əsasında sülh yolu, danışıqlar vasitəsi ilə həlli üçün yaradılmış missiyadır. Qrup ATƏT-in Nazirlər Şurasının 1992-ci il martın 24-də Helsinkidə keçirilmiş görüşündə yaradılıb.

Azərbaycan, ABŞ, Almaniya, Belarus, Rusiya, Fransa, Polşa, Türkiyə, Finlandiya, İsveç və Ermənistan Minsk qrupun üzvləridirlər.

1996-cı ilin dekabrından isə ABŞ, Fransa və Rusiya diplomatlarından ibarət həmsədrlik yaradılıb.

ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik, Rusiya təmsilçisi isə İqor Popovdur. Yeri gəlmişkən, C.Uorlik 2013-cü ilin avqustundan, İqor Popov isə 2011-ci ildən bu vəzifəni daşıyırlar.

Minsk qrupunda fransalı həmsədri başqa bir fransız diplomatın əvəzləməsinin Azərbaycanın işğal altında olan torpaqlarının azad edilməsinə heç bir təsir göstərməyəcəyini qəti şəkildə bildirmək olar. Çünki münaqişənin həllində əsas söz sahibi onlar deyil. Sadəcə olaraq, bu əvəzləmə Dağlıq Qarabağın işğal altında olduğunu, onun azad edilməsinin vacibliyini bir daha xatırlamaq və baş verənlər haqda bir neçə kəlmə demək üçün imkan yaradıb.

Bu yaxınlarda Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ABŞ və Rusiya rəsmilərinin dediklərini xatırlatmaq istərdik.

ABŞ-ın dövlət katibi Con Kerri Vaşinqtonda Aspen Elmi Tədqiqat İnstitutu və “Atlantik” həftəlik dərgisinin təşkil etdiyi 8-ci illik forumda deyib: “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün şərait hələlik yaranmayıb. Müasir dünyada Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi kimi bir neçə dondurulmuş münaqişə var və onların nizamlanması hazırda mümkünsüz görünür”.

Problemin həlli ilə bağlı Rusiya prezidentinin köməkçisi Yuri Uşakov isə bildirib: “Moskva Dağlıq Qarabağ münaqişəsinin yaxın gələcəkdə həll oluna biləcəyini düşünmür və bu məsələnin yaxın gələcəkdə həllində böyük nikbinliyin olduğunu da deməzdim. Ancaq Rusiya münaqişənin sona çatması üçün səylərini əsirgəməyəcək. Biz tərəfdaşlarımızla əməkdaşlıq şəklində Bakı və Yerevanla işləməyə davam edəcəyik”.

Azərbaycan Prezidenti İlham Əliyev Con Kerrinin bəyanatına münasibət bildirərək deyib: “Bu, yumşaq desək, təəccüb doğuran bir bəyanatdır. Azərbaycanı münaqişənin həll olunmamasında günahlandırmaq ən azı insafsızlıqdır. Digər tərəfdən, bax, bu bəyanat o biri bəyanatlarla necə uzlaşır?! Axı, Amerika, Rusiya, Fransa prezidentlərinin dəfələrlə bəyan etdikləri bir tezis var: “Status-kvo qəbuledilməzdir”. Biz bunu alqışlayırıq. Düzdür, bu sözdən sonra heç bir praktik iş aparılmır. Amma hər halda bu sözün artıq ortaya çıxması bizim böyük uğurumuzdur. Belə bir ciddi bəyanat ola-ola, “hər iki tərəf günahkardır, tərəflər buna hazır deyil, bu məsələ Fələstin-İsrail münaqişəsindən də mürəkkəbdir” demək sadəcə olaraq Ermənistanın işğalçı siyasətinə dəstək verməkdir. Bunun başqa izahı ola bilməz. Düzdür, indi müxtəlif bəyanatlar verilir ki, bu ifadələr kontekstdən çıxarılıb, düzgün başa düşülməyib. Biz hər şeyi yaxşı başa düşürük və bu gün internet dövründə yaşayırıq. Haradasa bir kəlmə deyilirsə, dərhal onun əks-sədası olur. Biz belə bəyanatları qəbul etmirik. Hesab edirik ki, tezliklə bu ifadələrə ən yüksək səviyyədə düzəliş edilməlidir. Əks təqdirdə, burada vasitəçilik missiyası şübhə altına düşə bilər. Bu, ancaq rəsmi qaydada səslənən bir tezis idi. Amma bağlı qapılar arxasında nə qədər söhbətlər gedir, bizə nə qədər təzyiqlər göstərilir ki, Azərbaycan Dağlıq Qarabağın müstəqilliyinə razılıq versin. Biz indi bunları açıqlamırıq. Çünki diplomatiyanın öz qaydaları var. Ancaq həm Qərb mediasında, həm qeyri-hökumət təşkilatları tərəfindən bizə qarşı aparılan qarayaxma, şər-böhtan, təhqir kampaniyasının, həm də burada “beşinci kolon”a göstəriş verərək bunlardan istifadə etməyin əsas səbəbi bizi məcbur etməkdir ki, Dağlıq Qarabağın müstəqilliyinə razılığımızı verək. Bu, heç vaxt, olmayacaq”.

İki həmsədr ölkə təmsilçisinin belə çıxışı ATƏT-in Minsk qrupunun əhəmiyyətsiz olduğunu bir daha sübut edir. Çünki onun həmsədrləri münaqişənin həlli ilə bağlı öz məsuliyyətlərini yerinə yetirməkdən, işğalçının – Ermənistanın Azərbaycan torpaqlarından çıxmasına nail olmaqdansa, müxtəlif bəhanələrlə vəziyyətdən çıxmağa, mövcud status-kvonu uzatmağa çalışırlar. Digər tərəfdən isə hadisələrin gedişindən məlum oldu ki, Vaşinqton və Moskva bir-birinə qarşı hikkəsini Dağlıq Qarabağ məsələsində nümayiş etdirirlər.

Azərbaycanın bir haqlı tələbi var: Ermənistan işğal altında saxladığı torpaqlardan qoşunlarını çıxarsın. Minsk qrupu həmsədrləri isə bu istiqamətində fəaliyyət göstərməkdənsə, atəşkəsdən və s. münaqişənin həllinə ciddi təsir göstərməyən bu sayaq aidiyyəti olmayan işlərlə məşğul olur, bəyanatlar verməklə işlərini bitmiş sayırlar.

Bu baxımdan, 1915-ci ildə Osmanlı dövlətində ermənilərlə bağlı baş verən hadisəni “erməni soyqırımı” kimi tanıyan Fransadan da fərqli nəsə gözləmək doğru olmaz. Çünki Paris Moskva və Vaşinqtonun ağzına, erməni lobbisinin isə əlinə baxır. ATƏT-in Minsk qrupundakı fransalı yeni həmsədr də öz sələfindən heç nə ilə seçilməyəcək.

share-block__img

Sədrəddin İsmayılov

Previous Post

Fransa həmsədrini dəyişdi – münaqişənin həllinə yanaşma isə dəyişməz qalır – ŞƏRH

Next Post

II Avropa Oyunları Belarusda keçiriləcək – Qərar

Bənzər yazılar

Qaradağın iki qəsəbəsinin yollarında hərəkət qismən məhdudlaşdırılacaq

Qaradağın iki qəsəbəsinin yollarında hərəkət qismən məhdudlaşdırılacaq

04 Noyabr 2026 - 22:18

Qaradağ rayonunun Ələt və Səngəçal qəsəbələrində noyabrın 5-i saat 08:00-dan etibarən təmir işlərinə başlanılacaq. Elchi.az bu barədə Azərbaycan Avtomobil Yolları...

Avropa Komissiyası Aİ-yə üzvlüyə namizəd ölkələrin irəliləyişini qiymətləndirib

Avropa Komissiyası Aİ-yə üzvlüyə namizəd ölkələrin irəliləyişini qiymətləndirib

04 Noyabr 2026 - 22:17

Avropa Komissiyası Avropa İttifaqının genişlənməsi ilə bağlı illik sənədlər paketini təqdim edib, namizəd ölkələrin son bir ildəki irəliləyişini qiymətləndirib və...

Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər

Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər

04 Noyabr 2026 - 22:15

Heydər Əliyev Mərkəzində dünyaşöhrətli skripkaçı Devid Qarrett "Millennium Symphony - Crossover Programme" simfonik şousu ilə çıxış edib. Elchi.az xəbər verir...

Vens: Respublikaçılar seçkilərdə İranla müharibəyə görə məğlub olublar

Vens: Respublikaçılar seçkilərdə İranla müharibəyə görə məğlub olublar

04 Noyabr 2026 - 20:33

Respublikaçılar seçkilərdə Vaşinqton administrasiyası tərəfindən İrana qarşı başladılan hərbi əməliyyat səbəbindən məğlub olublar. Elchi.az xəbər verir ki, bu barədə ABŞ-nin...

Next Post

II Avropa Oyunları Belarusda keçiriləcək - Qərar

II Avropa Oyunları Belarusda keçiriləcək - Qərar

Son xəbərlər

Qaradağın iki qəsəbəsinin yollarında hərəkət qismən məhdudlaşdırılacaq

Qaradağın iki qəsəbəsinin yollarında hərəkət qismən məhdudlaşdırılacaq

04 Noyabr 2026 - 22:18
Avropa Komissiyası Aİ-yə üzvlüyə namizəd ölkələrin irəliləyişini qiymətləndirib

Avropa Komissiyası Aİ-yə üzvlüyə namizəd ölkələrin irəliləyişini qiymətləndirib

04 Noyabr 2026 - 22:17
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər

Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər

04 Noyabr 2026 - 22:15
Vens: Respublikaçılar seçkilərdə İranla müharibəyə görə məğlub olublar

Vens: Respublikaçılar seçkilərdə İranla müharibəyə görə məğlub olublar

04 Noyabr 2026 - 20:33
Sabah Azərbaycanda güclü külək əsəcək – Xəbərdarlıq

Sabah Azərbaycanda güclü külək əsəcək – Xəbərdarlıq

04 Noyabr 2026 - 20:31
İordaniya kralı və Tacikistan Prezidenti Qazaxıstana səfər edəcəklər

İordaniya kralı və Tacikistan Prezidenti Qazaxıstana səfər edəcəklər

04 Noyabr 2026 - 20:30
Tallində Estoniya–Azərbaycan Hökumətlərarası Komissiyasının iclası keçirilib

Tallində Estoniya–Azərbaycan Hökumətlərarası Komissiyasının iclası keçirilib

04 Noyabr 2026 - 19:22
ICESCO-nun Baş direktoru Prezident İlham Əliyevi təbrik edib

ICESCO-nun Baş direktoru Prezident İlham Əliyevi təbrik edib

04 Noyabr 2026 - 19:04
Estoniya XİN rəhbəri bu ayın sonunda Azərbaycana səfər edəcəyini bildirib

Estoniya XİN rəhbəri bu ayın sonunda Azərbaycana səfər edəcəyini bildirib

04 Noyabr 2026 - 18:44
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04 Noyabr 2026 - 18:31
Bakıda sıxlıq olan yollar açıqlanıb

Bakıda sıxlıq olan yollar açıqlanıb

04 Noyabr 2026 - 18:23
Tbilisidə müxalif “Formula” telekanalının ofisində yanğın baş verib

Tbilisidə müxalif “Formula” telekanalının ofisində yanğın baş verib

04 Noyabr 2026 - 18:19
Agentlik soyutma avadanlıqlarına kiberhücum riskləri barədə xəbərdarlıq edib

Agentlik soyutma avadanlıqlarına kiberhücum riskləri barədə xəbərdarlıq edib

04 Noyabr 2026 - 17:59
BŞTİ: Müəllimlərin vakant yerə seçilməsi MİQ-də topladıqları balların ardıcıllığı üzrə təmin ediləcək

BŞTİ: Müəllimlərin vakant yerə seçilməsi MİQ-də topladıqları balların ardıcıllığı üzrə təmin ediləcək

04 Noyabr 2026 - 17:46
Bakıda və bəzi bölgələrdə küləyin sürəti 28.4 m/san-dək güclənəcək – XƏBƏRDARLIQ

Bakıda və bəzi bölgələrdə küləyin sürəti 28.4 m/san-dək güclənəcək – XƏBƏRDARLIQ

04 Noyabr 2026 - 17:34
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
« Okt    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.