"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

ABŞ prezidentliyi uğrunda döyüşə 3-cü namizəd atılır…

26 Sentyabr 2016 - 12:13
in XƏBƏR LENTİ
FacebookVatsap

Bunu da oxuyun

Ermənistandan gələn məhsullara rüsumu ləğv etdilər

Xaricdən gətirilən maşınlarla bağlı prosedurlar sadələşdirilir

Ali məktəblərin boş qalan plan yerlərinə qəbulun nəticələri elan olunub

ABŞ prezidentliyi uğrunda döyüşə 3-cü namizəd atılır...Geri Conson seçicilərə marixuananı leqallaşdırcağına söz verir

ABŞ tarixinin ən qəribə və təxmin edilməsi çətin olan prezident seçkiləri uğrunda yarışa hazırlaşır.
Siyasi ekspertlərin ümumi rəyinə əsasən amerikalılar sevmədikləri iki namizəd arasından birini ölkəni 1-ci şəxsi etmək məcburiyyətində qalacaq.
Siyasi müşahidəçilərə görə, həm Donald Trampın, həm də Hillari Klintonun seçkiqabağı kampaniyada istədikləri dəstəyi görməməsi 3-cü şəxslərin də yolunu aça bilər.
Hamı seçkidə yarışın əsasən Tramp və Klinton arasında baş verəcəyinə köklənərkən 3-cü namizədlər də öz varlıqlarını göstərə bilərlər.
Musavat.com-un xarici mətbuata istinadən verdiyi xəbərə görə, bunlardan biri də özünü libertarian (ultra-liberal-red.) hesab edən Nyu-Meksko ştatının keçmiş qubernatoru Geri Consondur (Gary Johnson).
Qeyd olunur ki, Geri Consonun adı əsas iki namizədlə birlikdə 50 ştatın hamısında seçki bülletenlərinə artıq salınıb.
Tərəfdarları onun indidən ən azı 7%-dən çox səs toplayacağını söyləyirlər.
Ümumiyyətlə ABŞ tarixində ənənəvi hakim partiyalardan (Respublikaçılar və Demokrat-red.) başqa 3-cü namizədlərin heç vaxt şansı olmayıb.
Əlbəttə, “3-cülər” arasında rekord sayda səs alanlar da tapılıb. Məsələn, 1912-ci ildə Respublikaçılar partiyasından ayrılan Tərəqqi partiyasının lideri  Teodor Ruzvelt 27% səs toplayaraq hətta ikinci ola bilmişdi. Müasir tarixdə isə 1992-ci ildə texaslı milyarder Ross Peronun 19%-lik müvəffəqiyyətini yada salmaq olar. Peronun bu uğuru həmin vaxt ata Corc Buşun seçkilərdə Hillari Klintonun əri Bill Klinton qarşısında məğlubiyyətə uğramasına səbəb olmuşdu.
İndi keçmiş qubernatorun tərəfdarları eyni müvəffəqiyyətə nail olacaqlarına böyük ümid bəsləyirlər.
Geri Consonun reytinqlərdə göstərdiyi nəticələr bunu söyləməyə əsas verir. Belə ki, libertarian namizədin ümummilli səviyyədə reytinq göstəriciləri 7-9%, bəzi ştatlarda isə hətta 20% arasında dəyişir. Bu libertarianlar arasında rekord göstərici sayılır.
Bütün bunları əsas göstərərək keçmiş qubernator bu gün Nyu-York şatatının Hempsted şəhərində Donald Tramp və Hillari Klinton arasında keçirilən debatda 3-cü tərəf olaraq qatılmaq istədiyini söyləyib.
Consonun qərargahı Ross Peronun 1992-ci ildə reytinqinin daha aşağı olduğunu, lakin ona debatlarda iştirak etmək şansının verildiyini xatırladırlar.
Lakin Geri Consonun Hillari Klinton və Donald Tramp arasında keçiriləcək debatlara qatılmaq şansı olduqca azdır. Buna təşklatçıların izn vermədiyi deyilir.
Belə ki, debatlarla bağlı oyun qaydaları daha öncədən müəyyən edilib. Bu qaydalar isə nə prezidnet administrasiyası, nə də namizədlərin özləri tərəfindən nəzarət edilən xüsusi komissiya tərəfindən qoyulub. Bir il öncədən müəyyənləşdirilən qaydaya görə sosioloji sorğularda 15%-dən yuxarı nəticə göstərməyən namizəd debatlara qatıla bilməzlər.
Geri Conson isə komissiyanın qərarını kəskin surətdə tənqid edib. Qəzetlərin yazdığına görə, onun debatlarda qatılaraq öz sözünü deməsini Mitt Romni, Arnold Şvartsnegger kimi nüfuzlu respublikaçılar da dəstəkəyir.
Libertarian namizəd debatların ilk raundunda olmasa da, oktyabrın 9-da keçirilməsi planlanan 2-ci debatda iştirak etmək istədiyini bildirib. Geri Conson bu istəyini sosial şəbəkədə bu sözlərlə ifadə edib: Hillari Donaldı “egomərkəzçi manyak”, Donald isə onu “fırıldaqçı qarı” adlandıracaq. Biz yeganə gücük ki, bu nifrət festivalında şərəfli və pozitiv alternativi təqdim edə bilərik”.
Geri Consonun ambisiyaları təkcə teledebatlarla bitmir. O, prezidentliyə əsas  namizədlər üçün təşkil edilən milli təhlükəsizlik məsələləri ilə bağlı birifinqlərə buraxılmasını tələb edib. Consonun tərəfdarları onun bunun üçün bütün meyarlara sahib olduğunu söyləyirlər. Qeyd olunur, ki 3-cü namizədin milli təhlükəsizliklə bağlı keçrilən birifinqlərə buraxılması halı sonuncu dəfə 36 il bundan öncə baş verib.
“Amrerikalıların bir çoxu libertariandır. Sadəcə özləri bu haqda bilmirlər. Əgər gəncliyində demokrat olmamısansa ürəyin yoxdur, sonra respublikaçıya çevrilmədinsə ağlın çatmır. Libertarianlıq ürəklə ağlın birləşməsidir”, – deyə Geri Conson bildirib.
Geri Consonun siyasi karyerası əslində Respublika partiyası ilə bağlı olub. 1995-ci ildə o, Nyu-Meksiko ştatında qubernatorluğa namizədlyini irəli sürərək qalib gəlib və bu vəzifəni 8 il boyunca icra edib. Qubernatorluğu dövründə Geri Conson ştatın qanunvericiləri tərəfindən qəbul edilən qanunlara rekord sayda veto qoyması (424 qanundan 200-ü!) ilə yadda qalıb.
Geri Conson dövlət apparatında çalışanların ixtisar edilməsinin, sosial proqramların kəsilməsini və iqtisadiyyata dövlətin müdaxiləsinin mümkün qədər az olmasına tərəfdar olduğunu bildirib.
Buna rəğmən Geri Consonun proqramında digər sosial məsələlər barədə müddəalar diqqəti cəlb edir. Məsələn, Geri Conson eyni cinsli nikahlar və abort hüquqlarına tərəfdar olduğunu bildirir. Bundan başqa libertarian namizəd marixuananın (xalq arasında anaşa kimi tanınır-red.) leqallaşdırılmasına nail olacağını da bəyan edib.
Geri Conson hətta marixuana məhsulları istehsal edən Cannabis Sativa Inc. şirkətini baş derektoru vəzifəsini də icra edir.
Geri Consonun təbliğatı əsasən daxli siyasətə köklənib. Libertarian namizəd xarici siyasi gəlişmələr haqqında danışmağı sevmir. Hətta MSNBC kanalına verdyiyi müsahibədə müxbirin “Prezident olsaydınız Hələblə nə edərdiniz” sualına onun cavabı belə olub: “Hələb nədir?”
Mütəxəssislərin rəyinə görə, Geri Consona əsasən  Donald Trampın namizədliyi ilə barışmayan respublikaçılar səs verə bilər.
Respublikaçı namizədin ABŞ KİV-i içərisindəki neqativ obrazı da bunu söyləməyə əsas verir.
Məsələn “Vaşinqton Post” onu seçkiqabağı söyədiyi yalanlara görə burnu uzanan “Pinokkio” adlandırıb.
“Nyu-York Tayms” qəzetinin yazarı və “Təhlükəli səsvermə ili: ABŞ siyasəti ağlını itirir” adlı kitabın müəllifi Motin Daud isə Trampın “respublikaçılıq ənənələrini şəxsi eqosuna qurban etdiyini” bildirir.
 Demokratlardan isə Geri Conson Hillari Klintonun ilkin seçkilərdəki əsas rəqibi Berni Sandersin tərəfdarlarının dəstəyinə ümid edə bilər.
Previous Post

ABŞ prezidentliyi uğrunda döyüşə 3-cü namizəd atılır…

Next Post

Türkiyə səfiri azərbaycanlılara yuxarıdan aşağı baxıb…

Bənzər yazılar

Ermənistandan gələn məhsullara rüsumu ləğv etdilər

Ermənistandan gələn məhsullara rüsumu ləğv etdilər

04 Sentyabr 2026 - 15:42

Avropa Parlamentinin Beynəlxalq Ticarət Komitəsi (INTA) Ermənistandan Avropa İttifaqına idxal olunan geniş çeşiddə məhsullara gömrük rüsumlarının müvəqqəti ləğv edilməsini təsdiqləyib....

Xaricdən gətirilən maşınlarla bağlı prosedurlar sadələşdirilir

Xaricdən gətirilən maşınlarla bağlı prosedurlar sadələşdirilir

04 Sentyabr 2026 - 14:16

Azərbaycana gətirilən nəqliyyat vasitələri üzərində gömrük nəzarəti və rəsmiləşdirilmənin güzəştli, sadələşdirilmiş qaydası müəyyənləşib. Elchi.az Trend-ə istinadla xəbər verir ki, bununla...

Ali məktəblərin boş qalan plan yerlərinə qəbulun nəticələri elan olunub

Ali məktəblərin boş qalan plan yerlərinə qəbulun nəticələri elan olunub

03 Sentyabr 2026 - 21:12

Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə qəbulun nəticələri elan olunub. Bu barədə Elchi.az a Dövlət İmtahan Mərkəzindən məlumat verilib....

Floridada təyyarə qəzasında 2 nəfər ölüb

Floridada təyyarə qəzasında 2 nəfər ölüb

03 Sentyabr 2026 - 20:59

ABŞ-nin Florida ştatının Hillsboro qraflığında kiçik "Lancair Evolution" təyyarəsinin qəzaya uğraması nəticəsində 2 nəfər ölüb. Elchi.az  "Fox 29"a istinadən xəbər...

Next Post

Türkiyə səfiri azərbaycanlılara yuxarıdan aşağı baxıb…

Türkiyə səfiri azərbaycanlılara yuxarıdan aşağı baxıb…

Son xəbərlər

Sabah bəzi rayonlarda leysan olacaq – XƏBƏRDARLIQ

Sabah bəzi rayonlarda leysan olacaq – XƏBƏRDARLIQ

04 Sentyabr 2026 - 21:55
ABŞ Uitkoffla Kuşnerin səfəri müddətində Ukrayna və Rusiyanı qarşılıqlı zərbələri dayandırmağa çağırıb

ABŞ Uitkoffla Kuşnerin səfəri müddətində Ukrayna və Rusiyanı qarşılıqlı zərbələri dayandırmağa çağırıb

04 Sentyabr 2026 - 21:53
Xalq artisti Murad Adıgözəlzadənin müalicəsi nəzarətə götürülüb

Xalq artisti Murad Adıgözəlzadənin müalicəsi nəzarətə götürülüb

04 Sentyabr 2026 - 21:09
MİDA modeli: təhlükəsiz seçimlə əlçatan mənzil

MİDA modeli: təhlükəsiz seçimlə əlçatan mənzil

04 Sentyabr 2026 - 21:05
Azərbaycanda son bir həftədə yaşıllıqlara 200 min manata yaxın ziyan vurulub

Azərbaycanda son bir həftədə yaşıllıqlara 200 min manata yaxın ziyan vurulub

04 Sentyabr 2026 - 21:03
Meloni vəzifəsində rekord müddət qalması münasibətilə təbrikə görə İlham Əliyevə təşəkkür edib

Meloni vəzifəsində rekord müddət qalması münasibətilə təbrikə görə İlham Əliyevə təşəkkür edib

04 Sentyabr 2026 - 20:59
Məhkəmə Qaqik Tsarukyanın həbs müddətini daha iki ay uzadıb

Məhkəmə Qaqik Tsarukyanın həbs müddətini daha iki ay uzadıb

04 Sentyabr 2026 - 19:26
Xalq artisti Murad Adıgözəlzadənin müalicə prosesi nəzarətə götürülüb

Xalq artisti Murad Adıgözəlzadənin müalicə prosesi nəzarətə götürülüb

04 Sentyabr 2026 - 19:12
Qazaxıstanda Azərbaycanın sağlamlıq turizmi potensialı təqdim edilib

Qazaxıstanda Azərbaycanın sağlamlıq turizmi potensialı təqdim edilib

04 Sentyabr 2026 - 18:53
Bakı, Sumqayıt və Abşeronda ağaclar kəsildi: Dəyən zərər…

Yaşıllıqlara 200 min manat ziyan vuruldu

04 Sentyabr 2026 - 18:45
Sahibə Qafarova Cenevrə Universitetində çıxış edib

Sahibə Qafarova Cenevrə Universitetində çıxış edib

04 Sentyabr 2026 - 18:36
Nepaldakı daşqın qurbanlarının sayı təxminən 1,3 min nəfərə çatıb

Nepaldakı daşqın qurbanlarının sayı təxminən 1,3 min nəfərə çatıb

04 Sentyabr 2026 - 18:22
Bakı metrosunda ötən ay 18 milyondan çox səfər qeydə alınıb

Bakıda yeni metro stansiyanın adı “20 Sentyabr” olacaq

04 Sentyabr 2026 - 18:14
Bakıda 32 müntəzəm marşrutun hərəkət sxemi dəyişdirilir

Bakıda 32 müntəzəm marşrutun hərəkət sxemi dəyişdirilir

04 Sentyabr 2026 - 17:59
Məleykə Abbaszadə: Bu il cəmi 1393 plan yeri boş qalıb

Məleykə Abbaszadə: Bu il cəmi 1393 plan yeri boş qalıb

04 Sentyabr 2026 - 17:47
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.