"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home aktual-banner

Ukraynada soydaşlarımızın qətlini kim sifariş edir?

19 Sentyabr 2016 - 09:29
in aktual-banner, Banner
FacebookVatsap

Bunu da oxuyun

Odessa yaxınlığında dronla vurulan gəmidən xilas edilən azərbaycanlılar Vətənə yola salınıb

İran ABŞ-la razılaşmaya əməl etmək üçün əsas görmür

Zelenski: Rusiya Ukraynanın siyasi və hərbi mərkəzlərinə zərbələr endirməyə hazırlaşır

Ukraynada soydaşlarımızın qətlini kim sifariş edir?Diaspor nümayəndəsi prosesin Azərbaycandan idarə olunduğunu iddia edir; politoloq: “Məsələ odur ki, öldürülən, oğurlanan azərbaycanlılarla bağlı ciddi faktlar ortaya qoyulmur”

Ukraynada azərbaycanlı iş adamlarına qarşı istintaqa bəlli olmayan cinayətkar qrupun törətdiyi qətllər, adam oğurluğu halları geniş müzakirələrə səbəb olub. 
Cinayətkar qruplaşma hələlik ifşa olmasa da, bu hadisələri ermənilərin törətməsi, onların isə arxasında Ukraynanın erməni əsilli daxili işlər naziri Arsen Avakovun olduğu bildirilir…
Bunu sübut edən faktlar da az deyil. Məsələn, Ukraynanın Xerson şəhərində azərbaycanlı iş adamı Vüqar Nuruşovun qətli ilə əlaqədar  keçirilən məhkəmədə Ermənistan vətəndaşı, 1974-cü il təvəllüdlü Sergey Karapetyan, Ukrayna vətəndaşı, 1980-ci il təvəllüdlü Xaçik Montiyan və bu şəxslərin himayədarı sabiq polis polkovniki,  erməni biznesmen Anton Luqasyan onu öldürməkdə ittiham olunublar. Eyni zamanda orada bir il öncə qətlə yetirilən diaspor rəhbəri İlham Tağıyevin də öldürülməsində bu şəxslərin adları hallanır.  Ukraynada yaşayan soydaşlarımızdan aldığımız məlumata görə, Anton Luqasyan azərbaycanlılara qarşı xüsusi nifrəti ilə seçilir. Eyni zamanda iddia olunur ki, o, daxili işlər naziri Avakovun da yaxın adamıdır. Bu baxımdan məlum hadisələrdə Avakovun əlinin olması istisna deyil.
 
Belə bir iddia da səslənir ki, oradakı azərbaycanlılardan da bu hadisələrlə və ermənilərlə əlaqələri olanlar var. Həmin şəxslərin adları konkret olaraq açıqlanmasa da, belə bir faktın olmasına şübhələr mövcuddur. 
Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporunun sədri Hikmət Cavadov da femida.az saytına açıqlamasında bildirib ki, insanları oğurlayan qrup azərbaycanlılardan ibarətdir. O, azərbaycanlıların Ukrayna Daxili İşlər Nazirliyinin qarşısında aksiya keçirməsinin məntiqə sığmadığını söyləyib: “Mənim rəhbərlik etdiyim təşkilat bu mitinqə qatılmadı. Həmin mitinqin təşkilinə səbəb kimi o göstərilir ki, Arsen Avakov azərbaycanlılara qarşı törədilən cinayətlərin üstünü açmır. Mənim qənaətim isə tamamilə fərqlidir. Fikrimcə, insanları oğurlayan qrup azərbaycanlılardan ibarətdir. Daha dəqiq desək, Azərbaycandan bu cinayətkar qruplaşmalara rəhbərlik edən şəxslər var. Əgər bu gün hansısa qrup zərərsizləşdirilsə, Azərbaycanda olan rəhbərləri başqa bir qruplaşma yaradacaq. Məsələ köklü şəkildə həll olunmalıdır. Cinayətkar dəstənin Azərbaycandakı kökünü qazıb çıxarmaq lazımdır. Oğurlanan azərbaycanlılarla bağlı polisə heç ərizə belə yazılmayıb. Bunun da səbəbləri var. Belə ki, bu zaman oğurlanan şəxslərin həyatı təhlükəyə girə bilərdi. Azərbaycanlıların Rusiyada və Ukraynada oğurlanması şəbəkə şəklində qurulub. İki gün bundan əvvəl Rusiyada bir cinayətkar qruplaşmanı saxladılar, bütün üzvlər azərbaycanlılardan ibarət idi”.
Bu açıqlama Ukraynadakı azərbaycanlılar tərəfindən birmənalı qarşılanmayıb. H. Cavadovun azərbaycanlıları suçlayan açıqlaması təəccüb doğurub.
“Yeni Müsavat”a danışan Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin Ali Məclisinin sədri Akif Gülməmmədov söyləyib ki, azərbaycanlılar mitinq keçirdikdən sonra onlara işin ciddi şəkildə araşdırılacağı bildirilib: “Bizə bildirdilər ki, nazir işin ciddi şəkildə araşdırılması ilə bağlı göstəriş verib və cinayət işləri araşdırılır. Biz sentyabrın 19-da yenə Daxili İşlər Nazirliyinə gedəcəyik, məsələnin nə yerdə olduğu ilə maraqlanacağıq. Hadisəni kimlərin törətməsi ilə bağlı hər hansı bir məlumata sahib deyilik. Buna görə də konkret şəkildə deyə bilmərik ki, bunu ermənilər törədib, yoxsa qeyriləri. Bizim istədiyimiz elə budur ki, azərbaycanlılara qarşı cinayət hadisələrini kimlər törədirsə, həmin adamlar məsuliyyətə cəlb olunsun”.
“Yeni Müsavat”a danışan politoloq Elxan Şahinoğlu  isə bildirib ki, azərbaycanlılar haqlı olaraq bu cinayətləri ermənilərin törətməsindən şübhələnirlər: “Ukraynada 500 minə yaxın azərbaycanlı yaşayır. Onların arasında müxtəlif dünya görüşlü insanlar var və içərilərində cinayətkarların olması da istisna deyil. Rusiyada da belə hallar olmuşdu.  Belə ki, azərbaycanlıların qətlini araşdıran zaman məlum olmuşdu ki, onları elə azərbaycanlılar öldürüblər. Müxtəlif cinayətkar qruplar yaradaraq, onları girov götürüb, pullarını alıblar. Əsas tələbimiz cinayətkarın tapılmasıdır. Məsələ odur ki, Ukraynada öldürülən, oğurlanan azərbaycanlılarla bağlı ciddi faktlar ortaya qoyulmur. Əsas narazılığın da səbəbi məhz budur. Qətlin sifarişçisi kimdirsə, bu, məhkəmə prosesinə aid  işdir. Hazırda orada azərbaycanlı iş adamları qorxu içərisindədirlər. Bunun qarşısını almaq lazımdır. Bir nəfər diaspor nümayəndəsi bunun azərbaycanlıların işi olduğunu deyirsə, bu, onun öz şəxsi fikridir. O demək deyil ki, hamı belə düşünür”.
Previous Post

Ukraynada soydaşlarımızın qətlini kim sifariş edir?

Next Post

Rayon icra hakimiyyətləri ləğv edilir – 9 vilayət yaradılır

Bənzər yazılar

Odessa yaxınlığında dronla vurulan gəmidən xilas edilən azərbaycanlılar Vətənə yola salınıb

Odessa yaxınlığında dronla vurulan gəmidən xilas edilən azərbaycanlılar Vətənə yola salınıb

15 İyul 2026 - 23:26

Odessa şəhəri yaxınlığında dron hücumuna məruz qalan gəmidən xilas edilən 10 Azərbaycan vətəndaşı bu gün Ukraynadan Vətənə yola salınıb. Elchi.az...

İran ABŞ-la razılaşmaya əməl etmək üçün əsas görmür

İran ABŞ-la razılaşmaya əməl etmək üçün əsas görmür

15 İyul 2026 - 23:22

ABŞ-la qarşılıqlı anlaşma memorandumu onun müddəalarına əməl edildiyi zaman məna daşıyır, əks halda İranın ona riayət etməsi üçün heç bir...

Zelenski: Rusiya Ukraynanın siyasi və hərbi mərkəzlərinə zərbələr endirməyə hazırlaşır

Zelenski: Rusiya Ukraynanın siyasi və hərbi mərkəzlərinə zərbələr endirməyə hazırlaşır

15 May 2026 - 20:32

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi Rusiya Silahlı Qüvvələrinin Ukraynaya, xüsusilə "qərar qəbuletmə mərkəzləri"nə yeni raket-dron zərbələri endirməyə hazırlaşması barədə...

KİV: ABŞ Çinin hərbi fəaliyyətinin izlənilməsini təkmilləşdirmək üçün 12 milyard dollardan çox vəsait xərcləyəcək

KİV: ABŞ Çinin hərbi fəaliyyətinin izlənilməsini təkmilləşdirmək üçün 12 milyard dollardan çox vəsait xərcləyəcək

25 Fevral 2026 - 23:25

ABŞ hakimiyyəti Çinin hərbi fəaliyyətini izləmə sistemini gücləndirmək məqsədilə daha 12,6 milyard dollar xərcləyə bilər. Elchi.az xəbər verir ki, bu...

Next Post

Rayon icra hakimiyyətləri ləğv edilir - 9 vilayət yaradılır

Rayon icra hakimiyyətləri ləğv edilir - 9 vilayət yaradılır

Son xəbərlər

Dövlət qurumu adı ilə zəng edib pulları ələ keçirirlər – DİN-dən xəbərdarlıq

DİN-in yeni vəzifəsi müəyyənləşib

09 Sentyabr 2026 - 19:26
Fransa FİFA prezidentliyinə İnfantinonu dəstəkləməyəcək

Fransa FİFA prezidentliyinə İnfantinonu dəstəkləməyəcək

09 Sentyabr 2026 - 19:12
Azərbaycanla Özbəkistan arasında qərargah danışıqları keçirilib

Azərbaycanla Özbəkistan arasında qərargah danışıqları keçirilib

09 Sentyabr 2026 - 19:04
“Yaşıl Teatr” və Bakı Şəhər Bələdiyyə Teatrı Mədəniyyət Nazirliyinin tabeliyinə verilib

“Yaşıl Teatr” və Bakı Şəhər Bələdiyyə Teatrı Mədəniyyət Nazirliyinin tabeliyinə verilib

09 Sentyabr 2026 - 18:52
Bakının bu yollarında sıxlıq var – SİYAHI/YENİLƏNDİ

Bakının bu yollarında sıxlıq var – SİYAHI/YENİLƏNDİ

09 Sentyabr 2026 - 18:44
Konqoda dəhşətli statistika: Ebola epidemiyasında ölüm faizi 48%-ə çatdı

Konqoda dəhşətli statistika: Ebola epidemiyasında ölüm faizi 48%-ə çatdı

09 Sentyabr 2026 - 18:32
Azərbaycanda kök hüceyrə köçürülməsinə başlanılır – Tibb müəssisələrinin rəsmi siyahısı yeniləndi

Azərbaycanda kök hüceyrə köçürülməsinə başlanılır – Tibb müəssisələrinin rəsmi siyahısı yeniləndi

09 Sentyabr 2026 - 18:27
“Mançester Yunayted”in baş məşqçisi: “Sabah”ın necə oynadığını bilirik”

“Mançester Yunayted”in baş məşqçisi: “Sabah”ın necə oynadığını bilirik”

09 Sentyabr 2026 - 18:13
FHN-də “Ən yaxşı manqa” adı uğrunda müsabiqə keçirildi

FHN-də “Ən yaxşı manqa” adı uğrunda müsabiqə keçirildi

09 Sentyabr 2026 - 17:59
Bakıda Mərakeş İrsi Günləri keçiriləcək

Bakıda Mərakeş İrsi Günləri keçiriləcək

09 Sentyabr 2026 - 17:45
Merz Trampla danışıqdan imtina edib

Merz Trampla danışıqdan imtina edib

09 Sentyabr 2026 - 17:38
Mərhum jurnalist Nəcəf Nəcəfovun məzarındakı barelyefi oğurlayan şəxs tutulub

Mərhum jurnalist Nəcəf Nəcəfovun məzarındakı barelyefi oğurlayan şəxs tutulub

09 Sentyabr 2026 - 17:26
The Economist: Ukraynanın “Patriot” raket ehtiyatları tükənir

The Economist: Ukraynanın “Patriot” raket ehtiyatları tükənir

09 Sentyabr 2026 - 17:19
Valideyn-dövlət-özəl əməkdaşlığı əsasında özəl bağçalara uşaqların qeydiyyatı başlayır – VİDEO

Valideyn-dövlət-özəl əməkdaşlığı əsasında özəl bağçalara uşaqların qeydiyyatı başlayır – VİDEO

09 Sentyabr 2026 - 17:10
Suraxanıda növbəti səyyar görüşlər keçirildi

Suraxanıda növbəti səyyar görüşlər keçirildi

09 Sentyabr 2026 - 16:57
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.