"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Eldar Mahmudov ikinci cəbhə açır: oyuna “vəzir” dən sonra “fil” qoşulur…

10 Sentyabr 2016 - 10:39
in XƏBƏR LENTİ
FacebookVatsap
Eldar Mahmudov ikinci cəbhə açır: oyuna “vəzir” dən sonra “fil” qoşulur...

Öz xanasını qorumaq üçün güclü fiqurları qurban verən Eldar Mahmudovun bu taktika ilə həbsdən qurtulduğunu demək olar; Cahangir Hacıyevi danışdıran sabiq nazir indi ortaya Çovdarovu çıxarır; Mahmudov təslim olub, imperiyası başına uçurulub, amma onun missiyası indi tam fərqlidir…

Bunu da oxuyun

AHİK könüllüləri Prezident Kitabxanasını ziyarət ediblər

Azərbaycan və Estoniya XİN-ləri arasında konsulluq məsləhətləşmələri keçirilib

Azad edilmiş ərazilərdə daha 86 şəxs üçün kiçik ailə biznesləri yaradılıb

Gələn həftə milli təhlükəsizlik naziri Eldar Mahmudovun vəzifədən çıxarılmasının 11 ayı tamam olur. Ötən il oktyabrın 17-də gözlənilmədən vəzifəsindən uzaqlaşdırılan sabiq nazirin rəhbərlik etdiyi strukturda baş vermiş cinayətlər bütün çılpaqlığı ilə üzə çıxsa da, ən yaxın adamları qandallansa da, özü azadlıqdadır.
Şahmatda şah öz xanasını  qorumaq üçün güclü fiqurları qurban verdiyi kimi Eldar Mahmudov bu taktika ilə özünü həbsdən qorudu demək olar. İndi onun ən yaxınında olmuş general Akif Çovdarovun məhkəməsi başlamaq üzrədir, qudası Cahangir Hacıyev isə mühakiməsi davam etməkdədir. E. Mahmudov hakimiyyətdə  itirilmiş mövqelərinin bir daha bərpa edə bilməyəcəyinin fərqindədir, eləcə də ən yaxın adamlarının dəmir barmaqlıqdan qurtara bilməyəcəyini də yaxşı bilir.
E.Mahmudovun niyə toxunulmaz qaldığı barədə ən ağlasığmaz versiyalar var. Şantaj məqsədi ilə topladığı pornokasetlərdən tutmuş arxasında güclü dövlətlərin kəşfiyyatının dayanmasına qədər versiyalar səslənib. Mahmudovu həbs etmək bir dəqiqənin işidir, onu birinci şəxsin qəzəbindən qoruya biləcək qüvvə yoxdur. Nə xarici kəşfiyyat, nə bildikləri sirlər onu xilas edə bilməz.
İmperiyası başına uçurdulsa da, “Mahmudov qorxusu” hələ də var. Ondan bəziləri hələ də çəkinir, adı çəkiləndə danışmağa ehtiyat edir, çoxları isə Çovdarov kimi onun qandallanmış fotosunu görmək arzusu ilə yaşayır, amma çifayda…Ehtimal var ki, Mahmudovu məhz o mifini davam etməsinə görə həbs etmirlər. İddialara görə, Mahmudovun biznesi də, əmlakı da qorunur, bağ evlərində ailəvi yemək-içməklər də öz yerində…Hətta oğlu da şəhərdə rahat gəzir, maşınının saxlayan DYP əməkdaşı ilə əvvəlki statusunda danışmaqdan belə çəkinmir. Mahmudov sanki “Domokl qılıncı” kimi bəzi adamların başının üzərində asılıb.
Image result for Cahangir Hacıyev
Diqqət edək: Cahangir Hacıyev məhkəmədə mənimsədiyi pulların hesabatını vermək əvəzinə maliyyə naziri ilə vuruşur.  Onu ittiham edir, onu devalvasiyada günahlandırır, onu Beynəlxalq Bankda baş vermiş qanunsuzluqlara şərik etmək istəyir. Bundan əvvəl Eldar Mahmudovun xaricdən təşkil etdiyi deyilən “üçqat” agent Samir Şərifovla Cahangir Hacıyevin köhnə hesabları var, elə Eldar Mahmudovla da. Amma bankirin demək olar ki, hər prosesdə Maliyyə Nazirliyini hədəf göstərməsi yalnız özünü qorumaq niyyəti ola bilməz. Cahangir Hacıyevə uzun “srok” görünür, onu hansısa nazirliyi hədəf göstərməsi onun cəzasını azaltmayacaq, əksinə bəlkə də artıracaq.
Image result for Samir Şərifov
Amma Cahangir Hacıyev susmur. Maliyyə Nazirliyi indiyədək mediada ünvanına səslənən yüzlərlə müxtəlif səpkili ittihamlara bir cümləlik  cavab verməyə ərinərdi, indi isə səhifə-səhifə cavablar gəlir. Samir Şərifov ağıllı maliyyəçi olmaqla bərabər, təcrübəli menecer , texnoloqdur. O atılan daşın kim(lər) tərəfindən atıldığını yaxşı bilir, ona görə də müdafiəsini təşkil etmək, qarşı tərəfi susdurmaq üçün hələ heç yerdə səslənməyən Beynəlxalq Bankdan mənimsənilən 5 milyardın ofşor zonalarda gizlədilməsini yada salır, o da mesaj verir…
Image result for Eldar mahmudov
Mümkündür ki, C.Hacıyev  ona “dil verən”in cızdığı sədlərdən arada kənara da çıxır, ittihamları sərtləşdirir, bəlkə də yaxınlarda daha “güclü bomba” da partladacaq. Qarşıda onun və vəkillərinin məhkəmə çıxışı, son sözü var…
Əsil “bomba” isə Akif Çovdarovdadır. Sentyabrın 20-də məhkəmə qarşısına çıxarılacaq general indidən nələri danışa biləcəyini anons edir. Belə xəbərlər var ki A.Çovdarovun məhkəməsi qapalı deyil, açıq olacaq. Çovdarov bütün hakimiyyətin stixiyasını  bilən  beş-altı  generaldan biridir.  O, Cahangir Hacıyevdən daha  “çərt qoz” olduğunu artıq sübut edib. Hətta siyasi dustaqların mübarizə metodlarından istifadə edərək aclıq aksiyası keçirib.  Üstəlik, məlum olur ki, onun sosial-klan dayaqları da var: Borçalı kökənli Çovdarovun arxasında bu mahalın bir sıra tanınan isimləri dururlar. Deyilən budur ki, Akif Çovdarov proqnozlaşdırılmayan adamdır, yəni o, Cahangir Hacıyevin çıxışlarından daha çox kənara çıxa bilər, hədəfi daha çox məmur, onlarla əməkdaşlıq edən şok agent isimləri ola bilər. Amma  istənilən halda, Çovdarov da Eldar Mahmudovun cızdığı plana uyğun olaraq danışacağı gözlənilir. Təsadüfi deyil ki, Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri, keçmiş MTN əməkdaşı Ərəstun Oruclu Akif Çovdarovun agentura şəbəkəsini ifşa edə biləcəyi ilə bağlı anonsuna “görünür ki, o, yalnız öz adından deyil, həm də keçmiş şefi Eldar Mahmudovun adından bu cür çıxışlar edir… Nə qədər ki, Eldar Mahmudov həbs edilməyəcək, Akif Çovdarov və onun başqa şərikləri belə çirkin işlərlə məşğul olmağa davam edəcəklər. Bütün bunlar o vaxt qurtaracaq ki, Eldar Mahmudov layiq olduğu yerdə – dəmir barmaqlıqlar arxasında əyləşəcək” deyərək, münasibət bildirib.
Eldar Mahmudov təslim olub, müqavimət göstərmək gücündə də deyil. Amma onun missiyası yuxarıdada deyildiyi kim, indi tam fərqlidir. Bir vaxtlar  taxtada fiqurları düzən MTN şefi indi özü bu oyunda adi bir fiqur kimi görünür.  Ortaya indi Çovdarovun simasında “fil” çıxarılsa da…
Previous Post

Eldar Mahmudov ikinci cəbhə açır: oyuna “vəzir” dən sonra “fil” qoşulur…

Next Post

“Eldar Sabiroğlu məhkəmədə dedi ki, məni boğazımdan asmaq lazımdır”

Bənzər yazılar

AHİK könüllüləri Prezident Kitabxanasını ziyarət ediblər

AHİK könüllüləri Prezident Kitabxanasını ziyarət ediblər

17 Sentyabr 2026 - 20:35

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) "AHİK könüllüləri" layihəsinin iştirakçıları Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasında olublar. AHİK könüllüləri kitabxananın...

Azərbaycan və Estoniya XİN-ləri arasında konsulluq məsləhətləşmələri keçirilib

Azərbaycan və Estoniya XİN-ləri arasında konsulluq məsləhətləşmələri keçirilib

17 Sentyabr 2026 - 20:33

Azərbaycan və Estoniya Respublikasının Xarici İşlər nazirlikləri (XİN) arasında ikinci konsulluq məsləhətləşmələri keçirilib. Elchi.az xəbər verir ki, bu barədə Azərbaycan...

Azad edilmiş ərazilərdə daha 86 şəxs üçün kiçik ailə biznesləri yaradılıb

Azad edilmiş ərazilərdə daha 86 şəxs üçün kiçik ailə biznesləri yaradılıb

17 Sentyabr 2026 - 16:58

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi işğaldan azad edilmiş ərazilərimizdə özünüməşğulluq proqramının icrasını davam etdirir. Nazirlikdən...

Xəzər dənizində partlayışlar gözlənilir

Xəzər dənizində partlayışlar gözlənilir

17 Sentyabr 2026 - 15:51

Qazaxıstan neft kəmərlərinin çəkilməsi planlaşdırılan Xəzər dənizinin ərazisində sualtı axtarış və partlayış işləri aparacaq. Elchi.az xəbər verir ki, bu barədə...

Next Post

“Eldar Sabiroğlu məhkəmədə dedi ki, məni boğazımdan asmaq lazımdır”

“Eldar Sabiroğlu məhkəmədə dedi ki, məni boğazımdan asmaq lazımdır”

Son xəbərlər

AHİK könüllüləri Prezident Kitabxanasını ziyarət ediblər

AHİK könüllüləri Prezident Kitabxanasını ziyarət ediblər

17 Sentyabr 2026 - 20:35
Azərbaycan və Estoniya XİN-ləri arasında konsulluq məsləhətləşmələri keçirilib

Azərbaycan və Estoniya XİN-ləri arasında konsulluq məsləhətləşmələri keçirilib

17 Sentyabr 2026 - 20:33
Əli Nağıyev Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının iclasında iştirak edib

Əli Nağıyev Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının iclasında iştirak edib

17 Sentyabr 2026 - 19:26
Prezident Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olub – YENİLƏNİB – FOTO

Prezident Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olub – YENİLƏNİB – FOTO

17 Sentyabr 2026 - 19:17
Səudiyyə HHK-nin bombardmanı nəticəsində yeniyetmələr həlak olub

Səudiyyə HHK-nin bombardmanı nəticəsində yeniyetmələr həlak olub

17 Sentyabr 2026 - 19:08
Bu il Bakı Limanında 5,5 mln. tondan çox yük aşırılıb

Bu il Bakı Limanında 5,5 mln. tondan çox yük aşırılıb

17 Sentyabr 2026 - 18:52
“Trabzonspor” – “Qalatasaray” matçının hakimi müəyyənləşib

“Trabzonspor” – “Qalatasaray” matçının hakimi müəyyənləşib

17 Sentyabr 2026 - 18:45
Bakıda 21 istiqamətdə sıxlıq var – YENİLƏNDİ

Bakıda 21 istiqamətdə sıxlıq var – YENİLƏNDİ

17 Sentyabr 2026 - 18:34
Almaniyanın şərqində terror aktı planlaşdıran İraq vətəndaşı saxlanılıb

Almaniyanın şərqində terror aktı planlaşdıran İraq vətəndaşı saxlanılıb

17 Sentyabr 2026 - 18:21
Ceyhun Bayramov: Azərbaycan TRACECA çərçivəsində əməkdaşlığa xüsusi önəm verir

Ceyhun Bayramov: Azərbaycan TRACECA çərçivəsində əməkdaşlığa xüsusi önəm verir

17 Sentyabr 2026 - 18:13
“Kəpəz” 15 yaşlı futbolçu ilə peşəkar müqavilə imzaladı

“Kəpəz” 15 yaşlı futbolçu ilə peşəkar müqavilə imzaladı

17 Sentyabr 2026 - 17:59
Tailandda ölümcül gənə virusu həyəcanı

Tailandda ölümcül gənə virusu həyəcanı

17 Sentyabr 2026 - 17:47
Qazaxda bədii gimnastika üzrə “Grace of Nature” turniri keçiriləcək

Qazaxda bədii gimnastika üzrə “Grace of Nature” turniri keçiriləcək

17 Sentyabr 2026 - 17:36
Ceyhun Bayramov: Azərbaycan TRACECA çərçivəsində əməkdaşlığa xüsusi önəm verir

Ceyhun Bayramov: Azərbaycan TRACECA çərçivəsində əməkdaşlığa xüsusi önəm verir

17 Sentyabr 2026 - 17:28
Prezident Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olub – YENİLƏNİB – FOTO

Prezident Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olub – YENİLƏNİB – FOTO

17 Sentyabr 2026 - 17:22
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.