"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Əli İnsanov yenə meydan oxudu

26 Avqust 2016 - 09:32
in XƏBƏR LENTİ
FacebookVatsap
Əli İnsanov yenə meydan oxudu

Prokuror sabiq nazirlə bağlı açıqlama verdi; “O, protokolu cırdı”; politoloq İnsanova qarşı yeni ittihamların səbəbləri barədə ilginc versiyalar açıqladı

Bunu da oxuyun

Əmir Sultanov: “Əbədi dostluq haqqında Müqavilə” Bakı və Daşkəndin əməkdaşlığı genişləndirmək niyyətini təsdiqləyir

İlham Əliyev Özbəkistan üçün bərə tikintisini sürətləndirməyə çağırıb

Zelenski Ukraynanın “Şimal axını” boru kəmərinin partladılmasında iştirakını təkzib edib

11 ildir həbsdə olan sabiq səhiyyə naziri Əli İnsanova qarşı yeni cinayət işinin açılması gündəmdə olan məsələlərdən biridir. Azadlığa çıxmasına 57 gün qalmış Cinayət Məcəlləsinin 3 maddəsi ilə təqsirləndirilən sabiq nazir artıq 1 saylı Bakı İstintaq Təcridxanasına köçürülüb.
Bu barədə “Trend”ə Ə.İnsanovun vəkili Toğrul Babayev məlumat verib.
Vəkil bildirib ki, Ə.İnsanov barəsində avqustun 24-də Qaradağ Rayon Məhkəməsi qərar çıxarıb. Məhkəmənin qərarı ilə sabiq nazir barəsində başlanmış cinayət işi ilə bağlı Penitensiar Xidmətin 13 saylı Cəzaçəkmə Müəssisəsindən 1 saylı Bakı İstintaq Təcridxanasına köçürülüb. Qaldırılmış cinayət işinin istintaqını Qaradağ Rayon Prokurorluğu aparır.
“Heç bir ittiham, təzyiq, təsir məni mövqeyimdən və mübarizəmdən çəkindirə bilməz. Mən nikbinəm və sakitəm. Mübarizəmi sonadək davam etdirəcəm”. Bu bəyanatı “Amerikanın Səsi”nə sabiq səhiyyə naziri Əli İnsanov vəkili Toğrul Babayev vasitəsi ilə verib.
Vəkilin sözlərinə görə, İnsanov psixoloji cəhətdən bu ittihamlara hazır idi: “Səhhətində də heç bir problem yoxdur. Əli İnsanov ittihamları qəbul etmir və istintaqa ifadə verməkdən imtina edib. O ittihamı qurama adlandırır və həbsdən azad edilməməsinə yönəldiyini bildirib. İnsanovun həbsdən buraxılmasına cəmi 57 gün qalmışdı”.
Penitensiar Xidmətin sözçüsü Mehman Sadıqov İnsanovla bağlı məsələyə münasibət bildirərkən  Azadlıq Radiosuna deyib ki, bu haqda hər hansı açıqlama verə bilməz, çünki təfsilatı bilmir.
Avqustun 25-də Ə.İnsanov barəsində cinayət işinin başlanması ilə bağlı məsələyə rəsmi münasibət açıqlanıb.
Qaradağ rayon prokuroru Natiq Abdullayev APA-ya açıqlamasında bildirib ki, Ədliyyə Nazirliyinin Penitensiar xidmətindən daxil olmuş məlumata görə, 23 avqust 2016-cı il tarixdə Qaradağ rayonunda yerləşən 13 saylı cəzaçəkmə müəssisəsində rejim qaydalarına riayət olunması ilə bağlı müvafiq, həmçinin baxış tədbirləri keçirilərkən bir sıra məhkumlarda qanunsuz əşyalar, o cümlədən Ə.İnsanovda şübhəli dərman preparatları aşkar olunub: “Burada söhbət psixotrop maddə hesab edilən, tərkibində “Diazepamın” təsiredici maddəsi olan külli miqdarda dərman həblərindən, həmçinin cəzaçəkmə müəssisələrində qadağan olunmuş güclü təsiredici dərman vasitəsi olan “Tramadol” dərman kapsullarından gedir. Məlumatda həmçinin qeyd olunurdu ki, faktla bağlı Xidmətin əməkdaşları tərəfindən protokol tərtib edilərkən Ə.İnsanov onlara mane olmağa cəhd göstərərək protokolu cırıb, hakimiyyət nümayəndəsinə qarşı zor tətbiq edib və sağlamlığı üçün təhlükəli xəsarətlər yetirib. Bununla əlaqədar rayon prokurorluğu tərəfindən ilkin yoxlama aparılıb və faktla bağlı başlanmış cinayət işi üzrə Ə.İnsanova ittiham elan olunub. Hazırda zəruri istintaq tədbirləri davam etdirilir”.
İnsanovla bağlı cərəyan edən prosesə dair müxtəlif iddialar var. Məsələ ətrafında siyasi çalarlar axtaranlar çoxluq təşkil edirlər. Belə iddialar var ki, sabiq nazir hakimiyyət üçün təhlükəli bir şəxs olduğundan ona qarşı siyasi qərəz var. Daha bir versiya isə İnsanovun vaxtı ilə təmsil olunduğu komandaya qarşı sərt mövqeyi ilə bağlıdır. Üçüncü əsas fikir isə həbsdə olduğu müddət ərzində sabiq nazirin azadlığa çıxmaq üçün hökumətə müraciət etməməsi ilə əlaqədardır.
Bir maraqlı məqam da odur ki, bu informasiya hələ iyunun 7-də yayılmışdı. Ancaq xəbərin onun vəkilləri tərəfindən təkzib olunması ətrafında yaranan müəmmalar çözülmək bilmir. Bu xəbərin iyunun 7-də ortaya atılması ilə iqtidarın keçmiş kadrına mesaj verdiyi, lakin İnsanovun əvvəlki mövqeyində qalmasının sonda belə halla üzləşməsinə səbəb olduğu versiyaları da səslənir…
Politoloq Qabil Hüseynli İnsanovla bağlı olan versiyalarla razı deyil: “Cəmiyyət arasında müəyyən hörməti olsa da, amma hakimiyyətə qarşı problem yaradacaq heç bir şansı yoxdur. Müxalifətdə lidersizlik probleminin olduğu doğrudur, amma onun müxalif camiənin liderinə çevriləcəyini zənn etmirəm. Hakimiyyətdə təmsil olunmuş bir şəxsin müxalifət liderinə çevrilməsi elə də asan məsələ deyil. Xüsusilə də, həbsxanadan çıxan bir şəxsin. Bu çox ağır və çətin bir işdir. Buna böyük fiziki güc, külli miqdarda pul, əhali ilə mütəmadi çalışmaq tələb olunur. Bunları İnsanovun bacaracağına o qədər də inamım yoxdur. Sadəcə  ona qarşı yeni cinayət işi açmaqla onu daha da populyarlaşdırır, məşhur edirlər. Onun əzabkeş obrazını yaradırlar ki, bu da cəmiyyətdə hakimiyyətin xeyrinə olmayan rezonanslar yarada bilər. İnsanova qarşı irəli sürülən maddələrə gəlincə, deyə bilərəm ki, onun ali təhsil alarkən içdiyi Hippokrat andına uyğundur. Resept yazıb, insanlara kömək əlini uzadıb. Əsəb dərmanlarının içərisində azacıq olsa da, nikotin xarakterli maddələr ola bilər. Amma bu zavodlar tərəfindən istehsal olunur, özü də xüsusi rəylər əsasında. Dərmanı Əli İnsanov istehsal etmir ki. Belə bir cinayət işinin qaldırılmasını, xüsusisən də, referendum öncəsinə təsadüf etməsini məqsədəuyğun hesab etmirəm. Güman edirəm ki, bu, İnsanovun ətrafındakı söz-söhbətləri, dedi-qoduları daha da artıracaq. Bu da Azərbaycan hakimiyyətinə müsbət hallar gətirməyəcək”.
Politoloq sabiq nazirə qarşı yeni cinayət işinin açılmasına səbəb olan ehtimallarını açıqladı: “Zənnimcə, o, hakimiyyətə bəzi bəhanələr verdi. Bu da ondan ibarət idi ki, onun yenidən məhkəməsi keçirilərkən məhkəmədə müəyyən kobud hərəkətlərə yol verdi. Dövlət başçısının ünvanına müəyyən fikirlər səsləndirdi. Düşünürəm ki, həbsxanada məhbuslara yardım edərkən bunu təbliğat vasitəsinə çevirməməli idi. Halbuki bunları etməyə bilərdi. Nazir işləmiş, akademik olan bir şəxsin məhkəmədə özünü daha korrekt aparmasını arzu edərdim. Təəssüf ki, bu, onda məhkəmələr zamanı alınmadı. Nəticədə belə insidentlər yarandı. İki ay öncə ona cinayət işi açılacağı barədə xəbərlər yayıldı. Sonradan təkzib olundu. Ola bilsin ki, həmin vaxt ona bəzi mesajlar ötürülmüşdü. Onunla bağlı indiki iddialar, irəli sürülən üç cinayət maddəsi İnsanovun həkimlik fəaliyyətində olan borcu, içdiyi Hippokrat andı ilə bağlıdır. Həbsxanada məhbus olan həkimlərin hamısı səhhətində problemlər yaranan məhbuslara yardımçı olmağa çalışırlar. Bunun cinayət tərkibi yaradıb-yaratmadığı hüquqçuların işidir. Yaxud həkim olub həbsxanaya düşən şəxsə xüsusi lisenziya verilib-verilməməsi də hüquqçuların işidir. Qanunvericilikdə belə halın olduğunu deməyə çətinlik çəkirəm. Həkim olan məhbusun problemi olan bir şəxsə kömək əlini uzatmasında kriminal heç nə görmürəm”.
Q.Hüseynli sabiq nazirin azadlığa çıxmaq üçün etməli olduğu işlərə də toxundu: “İlk növbədə, dilinə sahiblik etməlidir. Yeri gəldi-gəlmədi onu-bunu tənqid etməklə məşğul olmasın. Yaşının bu həddində çalışıb azadlığa çıxmalı, öz sağlamlığının qeydinə qalmaq haqqında düşünməlidir. Onu-bunu təftiş etməkdən əl çəkməlidir”.
Əli İnsanovla bağlı məsələyə və iddialara dair iqtidar təmsilçiləri ilə də danışmaq istədik. Lakin onlar bu mövzu barədə danışmaqdan imtina etdilər.
Xatırladaq ki, sabiq nazirə qarşı Cinayət Məcəlləsinin 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama), 315.2 (Hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən həyat və sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etməklə müqavimət göstərmə, xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar ona və ya onun yaxın qohumlarına qarşı belə zor tətbiq etmə və ya zor tətbiq etmə hədəsi ilə hədələmə, bu maddədə göstərilən şəxslərə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) və 317-2.1-ci (Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi, eyni əməllər təkrar törədildikdə) maddələri üzrə yeni ittiham irəli sürülüb.
Əli İnsanov 2005-ci ilin oktyabrında parlament seçkiləri öncəsi dövlət çevrilişinə cəhdə hazırlıq ittihamı ilə həbs edilib. Sonradan ittiham iqtisadi cinayətlərlə əvəz olunub. Sabiq nazir 2007-ci ilin aprelində rüşvət almaq, vəzifə səlahiyyətlərini aşmaq, bir sıra iqtisadi cinayətlər törətmək ittihamı ilə 11 il azadlıqdan məhrum edilib.
O, hüquq müdafiə təşkilatları tərəfindən siyasi məhbus kimi tanınıb.
2013-cü il martın 14-də Avropa İnsan Hüquqları Məhkəməsi sabiq nazirin ədalətli mühakimə olunmadığı haqda qərar çıxarıb. Həmin qərara əsaslanan Azərbaycan Ali Məhkəməsinin Plenumu Əli İnsanovun işini yenidən baxılması üçün apelyasiya instansiyasına göndərib.
2014-cü ilin fevralında Bakı Apellyasiya Məhkəməsi Əli İnsanov barəsində çıxarılmış 11 illik həbs qərarını qüvvədə saxlayıb.
İnsanov hazırda iqtidarda olan Yeni Azərbaycan Partiyasının yaradıcılarından biridir. O 1993-2005-ci illərdə səhiyyə naziri olub.
İnsanov məhkəmə iclaslarında hökumətin və yüksək hökumət rəhbərlərinin fəaliyyətini kəskin tənqidlərə məruz qoyub.
Previous Post

Əli İnsanov yenə meydan oxudu

Next Post

Türkiyədə dəhşətli terror: 9 ölü, 64 yaralı – VİDEO

Bənzər yazılar

Əmir Sultanov: “Əbədi dostluq haqqında Müqavilə” Bakı və Daşkəndin əməkdaşlığı genişləndirmək niyyətini təsdiqləyir

Əmir Sultanov: “Əbədi dostluq haqqında Müqavilə” Bakı və Daşkəndin əməkdaşlığı genişləndirmək niyyətini təsdiqləyir

23 Avqust 2026 - 21:23

Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana dövlət səfəri tarixi əhəmiyyət kəsb edir. Elchi.az  xəbər verir, bunu Özbəkistan Xarici İşlər Nazirliyinin Hüquq...

İlham Əliyev Özbəkistan üçün bərə tikintisini sürətləndirməyə çağırıb

İlham Əliyev Özbəkistan üçün bərə tikintisini sürətləndirməyə çağırıb

23 Avqust 2026 - 21:16

Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistan üçün bərə inşasının sürətləndirilməsinin və layihəyə prioritet xarakter verilməsinin zəruriliyini bildirib. Dövlət başçısı bu barədəAzərbaycan...

Zelenski Ukraynanın “Şimal axını” boru kəmərinin partladılmasında iştirakını təkzib edib

Zelenski Ukraynanın “Şimal axını” boru kəmərinin partladılmasında iştirakını təkzib edib

23 Avqust 2026 - 21:13

Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin "Şimal axını" boru kəmərinin partladılması əməliyyatının planlanması və ya həyata keçirilməsində iştirakı yönündəki iddianı təkzib...

FT: ABŞ Fars körfəzində hərbi kontingentini azaltmaq imkanını nəzərdən keçirir

FT: ABŞ Fars körfəzində hərbi kontingentini azaltmaq imkanını nəzərdən keçirir

23 Avqust 2026 - 17:06

İranın ABŞ bazalarına zərbələrindən sonra ABŞ Fars körfəzindəki hərbi mövcudluğunu azaltmaq imkanını nəzərdən keçirir. Elchi.az -ın verdiyi məlumata görə, bu...

Next Post

Türkiyədə dəhşətli terror: 9 ölü, 64 yaralı - VİDEO

Türkiyədə dəhşətli terror: 9 ölü, 64 yaralı - VİDEO

Son xəbərlər

Əmir Sultanov: “Əbədi dostluq haqqında Müqavilə” Bakı və Daşkəndin əməkdaşlığı genişləndirmək niyyətini təsdiqləyir

Əmir Sultanov: “Əbədi dostluq haqqında Müqavilə” Bakı və Daşkəndin əməkdaşlığı genişləndirmək niyyətini təsdiqləyir

23 Avqust 2026 - 21:23
İlham Əliyev Özbəkistan üçün bərə tikintisini sürətləndirməyə çağırıb

İlham Əliyev Özbəkistan üçün bərə tikintisini sürətləndirməyə çağırıb

23 Avqust 2026 - 21:16
Zelenski Ukraynanın “Şimal axını” boru kəmərinin partladılmasında iştirakını təkzib edib

Zelenski Ukraynanın “Şimal axını” boru kəmərinin partladılmasında iştirakını təkzib edib

23 Avqust 2026 - 21:13
FT: ABŞ Fars körfəzində hərbi kontingentini azaltmaq imkanını nəzərdən keçirir

FT: ABŞ Fars körfəzində hərbi kontingentini azaltmaq imkanını nəzərdən keçirir

23 Avqust 2026 - 17:06
Azərbaycan ilə Özbəkistan prezidentləri və birinci xanımlar “Kuksaroy” Dövlət İqamətgahında birgə foto çəkdiriblər

Azərbaycan ilə Özbəkistan prezidentləri və birinci xanımlar “Kuksaroy” Dövlət İqamətgahında birgə foto çəkdiriblər

23 Avqust 2026 - 17:03
Sabah Azərbaycanda 40 dərəcə isti olacaq

Sabah Azərbaycanda 40 dərəcə isti olacaq

23 Avqust 2026 - 16:58
Azərbaycan və Özbəkistan Ali Dövlətlərarası Şuranın 3-cü iclası keçirilib

Azərbaycan və Özbəkistan Ali Dövlətlərarası Şuranın 3-cü iclası keçirilib

23 Avqust 2026 - 16:57
Məktəb direktoru müavinlərinin işə qəbulu üzrə elektron qeydiyyat başlayır

Məktəb direktoru müavinlərinin işə qəbulu üzrə elektron qeydiyyat başlayır

23 Avqust 2026 - 12:40
Sumqayıtda internat yataqxanasında yanğın olub, ana və oğlu tüstüdən zəhərlənib

Sumqayıtda internat yataqxanasında yanğın olub, ana və oğlu tüstüdən zəhərlənib

23 Avqust 2026 - 12:39
Çin bitkiləri qorumaq üçün süni intellektdən istifadə edəcək

Çin bitkiləri qorumaq üçün süni intellektdən istifadə edəcək

23 Avqust 2026 - 12:37
Bloomberg: Tramp iyunda birjada mindən çox əməliyyat həyata keçirib

Bloomberg: Tramp iyunda birjada mindən çox əməliyyat həyata keçirib

23 Avqust 2026 - 12:36
İran XİN Pakistan nümayəndə heyətinin Tehrana səfərinin tarixini açıqlayıb

İran XİN Pakistan nümayəndə heyətinin Tehrana səfərinin tarixini açıqlayıb

23 Avqust 2026 - 12:31
Vətən müharibəsi iştirakçısı kapitan Zahir Fətəliyevin vəfatından bir il ötür

Vətən müharibəsi iştirakçısı kapitan Zahir Fətəliyevin vəfatından bir il ötür

23 Avqust 2026 - 00:28
Astarada dənizdə batdığı deyilən kişinin xaricə getdiyi məlum oldu

Astarada dənizdə batdığı deyilən kişinin xaricə getdiyi məlum oldu

22 Avqust 2026 - 15:57
Azərbaycan-Özbəkistan: Yüksəksəviyyəli münasibətlərdəyeni mərhələ

Azərbaycan-Özbəkistan: Yüksəksəviyyəli münasibətlərdəyeni mərhələ

22 Avqust 2026 - 15:16
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.