"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Karl Marksın qardaşı nəvəsi – Böyük bakılı

20 Avqust 2016 - 09:02
in XƏBƏR LENTİ
FacebookVatsap

Rixard Zorge Sovet Baş Kəşfiyyat İdarəsinin əməkdaşı olub. O, İkinci Dünya müharibəsində ən mühüm məlumatların əldə edilməsində böyük rol oynayıb.

Bunu da oxuyun

Rusiya lideri İrana humanitar yardımın çatdırılmasında köməyə görə Azərbaycan rəhbərliyinə minnətdarlıq edib

Sabah Bakı və Lənkəranın bir sıra ərazilərində işıq olmayacaq

ABŞ dövlət katibi və Küveytin XİN rəhbəri İran ətrafındakı vəziyyəti müzakirə ediblər

 

Bakılı Rixard Zorgenin həyat yolu və İkinci Dünya müharibəsində xidmətləri haqda yazını Samirə Əşrəfin tərcüməsində təqdim edir:

 

Moskvaya gəlişi və müxbirlik həyatı…

 

Rixard Zorge (təxəllüsü İka Zonter) 1895-ci il oktyabrın 4-də Bakının Sabunçu qəsəbəsində anadan olub. Milliyyətcə alman olan atası Adolf Zorge Rotşildin neft mədənlərinin birində sıravi texnik işləyirdi. Anası Nina Semyonovna Kobelyeva yoxsul fəhlə ailəsindən idi.

 

Rixard Karl Marksın şagirdi və dostu Fridrix Zorgenin qardaşı nəvəsi idi. Zorgenin üç yaşı olanda valideynləri Rusiyadan Almaniyaya köçüb. Onun atası Berlinin yaxınlığında ev alıb və onlar kayzer Almaniyasına xas olan tipik meşşan həyatı ilə yaşamağa başlayıb. Kayzer Almaniyası, Avstriya-Macarıstan və Antanta ölkələri tərəfindən Birinci Dünya müharibəsi başlananda gənc Zorge alman ordusunun sıravi əsgəri olub.

 

Müharibədə aldığı ağır yaralar nətcəsində Zorge xəstəxanaya düşür. Şahidi olduğu ağır müharibə dəhşətləri onun yaddaşında dərin izlər buraxır. Və bu, onun gələcək taleyinin həllində əsas amil olur.

 

Zorge deyirdi: “Əgər mənim heç bir əqidəm olmasaydı da, bircə müharibəyə nifrətim kommunist olmağım üçün tamamilə kifayət idi”.

 

1917-ci ildə Zorge Müstəqil Sosial Demokrat Partiyasının üzvü olur. 1919-cu ilin əvvəlindən isə partiya işlərinə keçir. Həmçinin Hamburq Universitetində təhsil almağa başlayır. Dövlət hüquq elmləri doktoru elmi dərəcəsi də alır. 1920-21-ci illərdə Zorge Zolihendə kommunist qəzetinin redaktoru oldu. Burada o, eyni zamanda Frankfurt Universitetində  də elmi işlə məşğul olur.

 

1921-ci ildə Zorge rəhbərliyin razılığı ilə Moskvaya gəlir və sovet vətəndaşlığını qəbul edir. Moskvada Zorge bütün qüvvəsi ilə partiya işinə girişir. Həmçinin tez-tez mətbuatda çıxış edir, siyasi jurnallarda mühüm məqalələr dərc etdirir.

 

1929-cu ildə beynəlxalq vəziyyət çox gərginləşir. Almaniyada faşistlər hakimiyyət başına can atırlar. Yaponiya militaristləri birinci növbədə Rusiyanı hədələyən təcavüzkar planlar hazırlayır.

 

Çin səfəri və Yaponiyadakı böyük işlərin başlanğıcı…

 

1930-cu ilin əvvəllərində Rixard Çinə gəlir və üç ən çətin şəraitdə ona tapşırılmış vəzifələri yerinə yetirir. 33-cü ildə isə komandanlıq onu Yaponiyaya göndərməyi qərara alır. Həmin ərəfədə Zorgenin şəxsi həyatında da dəyişikliklər olur. Birinci arvadı Kristina Qerladan ayrılan Zorge 1933-cü ildə ikinci dəfə Yekaterina Maksimova ilə ailə həyatı qurur.

 

Yaponiyada Zorge nüfuzlu alman qəzetləri “Berzen kurir” və “Frankfurter seytunq”də müxbir kimi işə başlayır. Elə həmin ərəfədə Yaponiyada ezamiyyətdə olan polkovnik-leytenant Ott ilə tanışlığı Zorgenin alman səfirinin əməkdaşları ilə sıx əlaqə yaratmasına kömək olur. Ott hərbi attaşe təyin olunduqdan sonra Zorge ona qeyri-rəsmi köməkçi kimi daha çox lazım olur. Həmçinin alman səfiri Dirksen də ona dərindən inanır və Berlinə göndərdiyi məruzələrində onun məlumatlarından istifadə edir.

 

Beləliklə, Zorge həm mövqeyini gücləndirir, həm də kəşfiyyat təşkilatını təsis edir. Həmin təşkilatın özülünü yapon dostları – Odzaki, Miyagi, Klauzen, onun arvadı Anna və yuqoslaviyalı jurnalist Vukeliç təşkil edirlər. Bununla da dünyanın ən geniş miqyaslı kəşfiyyat komandası – “Qızıl beşlik” yaranır.

 

Zorgenin köməyi ilə Ott Almaniyanın Yaponiyada səfiri olandan sonra ondan bacarıqla istifadə edib çox qiymətli məlumatlar alır. Zorge faşist Almaniyasının İkinci Dünya müharibəsinə hazırlıq görməsi haqqında və Polşaya, daha sonra İngiltərə və Fransaya qarşı müharibəyə başlayacağı barədə mərkəzə xeyli məlumatlar yollayır.

 

II Dünya müharibəsini bilən ilk insanlar…

 

Rixard Zorgenin və onun təşkilatının fəaliyyətində mühüm dövr 1939-cu  və 41-ci illər olur. Bu zaman o, Almaniyanın Sovet İttifaqına hücum planının üstünü açmağa nail olur.

 

Belə ki, Zorge 1940-cı il dekabrın axırında mərkəzə xəbər verir ki, Rusiya sərhədlərinə 80 alman diviziyası yığılıb və faşistlər Xarkov-Moskva-Leninqrad xətti ilə Rusiya ərazisini zəbt etmək niyyətindədirlər. 1941-ci ilin aprelində isə o, xəbər verdi ki, Almaniya baş qərargahı İngiltərə ilə müharibəni sona çatdırmamış Rusiya ilə müharibəyə başlayacaq və 1941-ci il iyunun 20-də Almaniya 150 faşist diviziyası ilə hücuma keçəcək. Zorge həmçinin onu da bildirir ki, Moskva altında almanların qarşısı alınsa, Yaponiya Rusiyaya hücum etməyəcək.

 

Bir çox mənbələrdə verilən məlumatlara görə, Zorgenin əleyhinə dəlillər toplayan Yaponiya rəqqasəsi Kiomi ilə sevgi münasibəti Zorgenin təqib olunaraq həbs olunmasına səbəb olub. Əslində isə bu, tamamilə yanlış fikirdir. Yaponiyanın əks-kəşfiyyat orqanları uzun müddət idi ki, Zorgenin kəşfiyyat təşkilatını tapmaq üçün tədbirlər görürdü.

 

Zorge də dəfələrlə hiss etmişdi ki, onu izləyirlər. Lakin məsuliyyət hissi onu işini yarımçıq qoymağa imkan vermirdi. Zorge tez-tez öz yoldaşlarına deyirdi: “Olsun ki, biz buradan sağ-salamat çıxmayaq. Ancaq biz qələbəyə qədər mübarizə aparmalıyıq. Həlak olsaq da, bilərik ki, xeyirli iş üçün mübarizə aparmışıq”.

 

Təqiblər və həbslər

 

1941-ci il oktyabrın 18-də səhər Rixard Zorge və onun ən yaxşı köməkçiləri həbs olundular. Əvvəlcə ciyərləri xəstə olduğuna görə çox zəifləmiş Miyagi ifadə verməyə başladı. İkiaylıq psixoloji hücumdan sonra o, təslim oldu. Bu işdə onun səhhətinin pisləşməsi az rol oynamamışdı. Miyagi Zorgenin qrupundakı işindən danışdı. Yaponlar onun ifadəsindən qrupun başqa üzvlərinin əleyhinə dəlil kimi istifadə etdilər. Müvəfəqiyyətdən qızışmış polkovnik Osaki təkcə Miyaginin adını çəkdiyi adamları yox, həm də onların bütün qohumlarının, dostlarının həbs olunması əmrini verdi. 1942-ci ilin mayında Zorge qrupu ilə əlaqələrindən şübhələnən 100-ə yaxın adam həbs edilmişdi.

 

Klauzen də işgəncəyə dözməyib, Çində Zorge ilə ilk görüşünü, daha sonra Yaponiyaya göndərilməsini və Zorgenin Qızıl beşliyindən biri olaraq işləməsi barədə ifadələr verdi.

 

O, bir çox məlumatları radio vasitəsilə balıqçı gəmilərindən yolladıqlarını tez-tez radio dalğalarının yerini və parollarını dəyişdiyini dedi.

 

Klauzen göndərdikləri məlumatların sayını dedikdə müstəntiqlər heyrətə gəldi. Təkcə Zorgenin özü 1941-ci ildə 40 min qrup həcmində böyük miqdarda məlumat göndərmişdi.

 

Vukileç isə bütün əzablara mərdliklə davam gətirdi. Hətta ən ağır işgəncələr belə onu yoldaşlarını ələ verməyə məcbur edə bilmədi.

 

Zorge və Odzakini isə təkadamlıq kamerada saxlayırdılar. Klauzen və Miyaginin ifadələrindən sonra onlar susmağın mənasız olduğu başa düşdülər.

 

Yaponlar bir neçə jurnalistə həbsxanada Zorge ilə görüşməyə icazə vermişdi. Zorge qrupun bütün məsuliyyətini öz üzərinə götürmüşdü və o, əmin idi ki, onu öldürməyəcəklər. O, hesab edirdi ki, Stalin onun işini yüksək qiymətləndirir və onun xilas edilməsi üçün tədbir görəcək. Zorge əmin idi ki, onu Rusiyada saxlanılan görkəmli siyasi dustaqların biri ilə dəyişəcəklər.

 

1110-cü gün

 

Lakin gözləntilər özünü doğrultmadı. 1943-cü ilin sentyabrında həbs olunduqları vaxtdan iki il sonra məhkəmə Zorge və Odzakini ölüm cəzasına məhkum etdi. Onlar bir neçə dəfə özlərini müdafiə üçün məhkəməyə müraciət etsələr də, gətirdikləri özünümüdafiə dəlilləri yetərsiz olduğundan məhkəmə bu müraciətləri rədd etdi.

 

Nəhayət, 1944-cü il noyabrın 6-da Odzaki dar ağacından asıldı. Zorge isə ondan bir gün sonra məhkumluq həyatının 1110-cü günündə, səhər saat 10:36-da edam olundu.

 

Onun arvadı Yekaterina Maksimova isə hələ müharibənin ikinci ilində həbs olunmuşdu. Daha sonra isə o, casusluqda günahlandırılaraq beş illik Krasnoyarsk vilayətinə sürgün edildi və elə oradaca zəhərlənib öldürüldü.

 

Previous Post

Karl Marksın qardaşı nəvəsi – Böyük bakılı

Next Post

Gimnastımız finala yüksəldi

Bənzər yazılar

Rusiya lideri İrana humanitar yardımın çatdırılmasında köməyə görə Azərbaycan rəhbərliyinə minnətdarlıq edib

Rusiya lideri İrana humanitar yardımın çatdırılmasında köməyə görə Azərbaycan rəhbərliyinə minnətdarlıq edib

04 İyun 2026 - 23:32

Rusiya İrana humanitar yardımın göndərilməsinə göstərdiyi köməyə görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdardır. Elchi.az TASS-a istinadən xəbər verir ki, bu...

Sabah Bakı və Lənkəranın bir sıra ərazilərində işıq olmayacaq

Sabah Bakı və Lənkəranın bir sıra ərazilərində işıq olmayacaq

04 İyun 2026 - 23:28

Sabah Bakı və Lənkəranın bir sıra ərazilərində işıq olmayacaq. Bu barədə Elchi.az "Azərişıq" ASC-yə istinadən xəbər verir. İyunun 5-də Nizami...

ABŞ dövlət katibi və Küveytin XİN rəhbəri İran ətrafındakı vəziyyəti müzakirə ediblər

ABŞ dövlət katibi və Küveytin XİN rəhbəri İran ətrafındakı vəziyyəti müzakirə ediblər

04 İyun 2026 - 23:25

Küveytin xarici işlər naziri şeyx Cərrah Cabir əl-Əhməd əs-Sabah və ABŞ dövlət katibi Marko Rubio Vaşinqtonda görüş keçiriblər. Elchi.az Küveyt...

Milatoviç: Bizim vəzifəmiz vətəndaşların Avropa dəyərlərinə uyğun bir dövlətdə yaşamasıdır

Milatoviç: Bizim vəzifəmiz vətəndaşların Avropa dəyərlərinə uyğun bir dövlətdə yaşamasıdır

04 İyun 2026 - 22:12

Monteneqronun məqsədi vətəndaşlarının ədalətli, nizamlı və Avropa dəyərlərinə uyğun bir dövlətdə yaşamasıdır. Elchi.az  xəbər verir ki, bu barədə Monteneqro Prezidenti...

Next Post

Gimnastımız finala yüksəldi

Gimnastımız finala yüksəldi

Son xəbərlər

Rusiya lideri İrana humanitar yardımın çatdırılmasında köməyə görə Azərbaycan rəhbərliyinə minnətdarlıq edib

Rusiya lideri İrana humanitar yardımın çatdırılmasında köməyə görə Azərbaycan rəhbərliyinə minnətdarlıq edib

04 İyun 2026 - 23:32
Sabah Bakı və Lənkəranın bir sıra ərazilərində işıq olmayacaq

Sabah Bakı və Lənkəranın bir sıra ərazilərində işıq olmayacaq

04 İyun 2026 - 23:28
ABŞ dövlət katibi və Küveytin XİN rəhbəri İran ətrafındakı vəziyyəti müzakirə ediblər

ABŞ dövlət katibi və Küveytin XİN rəhbəri İran ətrafındakı vəziyyəti müzakirə ediblər

04 İyun 2026 - 23:25
Milatoviç: Bizim vəzifəmiz vətəndaşların Avropa dəyərlərinə uyğun bir dövlətdə yaşamasıdır

Milatoviç: Bizim vəzifəmiz vətəndaşların Avropa dəyərlərinə uyğun bir dövlətdə yaşamasıdır

04 İyun 2026 - 22:12
Rusiyanın Sumı vilayətinə hücumu nəticəsində 2 nəfər ölüb, 4 nəfər yaralanıb

Rusiyanın Sumı vilayətinə hücumu nəticəsində 2 nəfər ölüb, 4 nəfər yaralanıb

04 İyun 2026 - 22:07
Dominikanda ilk dəfə Azərbaycanın Müstəqillik Günü qeyd edilib

Dominikanda ilk dəfə Azərbaycanın Müstəqillik Günü qeyd edilib

04 İyun 2026 - 22:05
CENTCOM İran limanlarının blokadası çərçivəsində 127 gəminin istiqamətini dəyişdirib

CENTCOM İran limanlarının blokadası çərçivəsində 127 gəminin istiqamətini dəyişdirib

04 İyun 2026 - 22:03
Azərbaycanda Monteneqronun viza müraciət mərkəzi fəaliyyətə başlayıb

Azərbaycanda Monteneqronun viza müraciət mərkəzi fəaliyyətə başlayıb

04 İyun 2026 - 21:59
Beynəlxalq axtarışda olan şəxs BƏƏ-də tutularaq Azərbaycana ekstradisiya edilib

Beynəlxalq axtarışda olan şəxs BƏƏ-də tutularaq Azərbaycana ekstradisiya edilib

04 İyun 2026 - 21:51
Azərbaycan və İran XİN rəhbərləri regionda təhlükəsizlik məsələlərini müzakirə edib

Azərbaycan və İran XİN rəhbərləri regionda təhlükəsizlik məsələlərini müzakirə edib

04 İyun 2026 - 19:25
Hirkan Milli Parkında narkoplantasiya aşkarlanıb

Hirkan Milli Parkında narkoplantasiya aşkarlanıb

04 İyun 2026 - 19:18
Tatarıstanda həkimlər üçün süni intellekt köməkçisi yaradılacaq

Tatarıstanda həkimlər üçün süni intellekt köməkçisi yaradılacaq

04 İyun 2026 - 19:11
BŞTİ: Sabah bəzi məktəblərdə tədris distant olacaq – SİYAHI

BŞTİ: Sabah bəzi məktəblərdə tədris distant olacaq – SİYAHI

04 İyun 2026 - 19:02
Ceyhun Bayramov Braziliyanın yeni səfirinin etimadnaməsinin surətini qəbul edib

Ceyhun Bayramov Braziliyanın yeni səfirinin etimadnaməsinin surətini qəbul edib

04 İyun 2026 - 18:56
Leonid Kuçma İlham Əliyevi təbrik etdi

Leonid Kuçma İlham Əliyevi təbrik etdi

04 İyun 2026 - 18:47
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  
« May    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.