"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Eldar Mahmudovun həbsinə hazırlıqlar başladı-ifadələr toplanır

16 Avqust 2016 - 08:29
in XƏBƏR LENTİ
FacebookVatsap
Eldar Mahmudovun həbsinə hazırlıqlar başladı-ifadələr toplanır

Sabiq nazirin əleyhinə şahid ifadələrini rəsmiləşdirməyə başlayıblar; Mahmudovu bu günlərdə qandallaya bilərlər

Bunu da oxuyun

Qaradağın iki qəsəbəsinin yollarında hərəkət qismən məhdudlaşdırılacaq

Avropa Komissiyası Aİ-yə üzvlüyə namizəd ölkələrin irəliləyişini qiymətləndirib

Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər

Ötən ilin oktyabrında Milli Təhlükəsizlik Nazirliyində (MTN) nazir Eldar Mahmudovun qovulması ilə başlanan “təmizləmə”lər davam edir. Ötən müddət ərzində Milli Təhlükəsizlik Nazirliyi bir qurum olaraq ləğv olunub, bazasında yeni 2 qurum yaradılıb. Bu gün MTN generallarının, idarə rəislərinin bir çoxu həbsdədir.  “Təmizləmə”lər başlanan ilk gündən Eldar Mahmudovun taleyi haqda rəsmi məlumat verilmir. 
Qeyri-rəsmi məlumatlara görə, sabiq nazir işdən çıxarılandan dərhal sonra telefonları əlindən alınaraq nəzarət altında Badamdardakı dəbdəbəli imarətinə aparılıb. Bir neçə gün sonra isə Bilgəhdəki bağına köçürülüb. Sabiq nazirin bu gün də orada saxlanıldığı bildirilir. E.Mahmudovun statusu haqda da rəsmi məlumat verilmir. Qeyri-rəsmi məlumatlara görə, sabiq nazirin barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.      
Onun “MTN işi” üzrə istintaqa cəlb ediləcəyi işdən çıxarıldığı ilk gündən söylənilsə də, hələlik bu məsələ də konkretləşməyib. Eldar Mahmudovun nazir işlədiyi  dövrdə MTN-də yüksək vəzifə tutan generalların həbsindən sonra belə xəbərlər yayılmışdı ki, sabiq naziri əlindəki kompromatların yayılacağı qorxusu qarşısında həbs etmirlər. Çox keçmədi ki, sabiq təhlükəsizlik zabiti Ərəstun Oruclu mətbuata açıqlama verərək bildirdi ki, Eldar Mahmudovun əlində 2800 ədəd seks videosu var.
 
Bugünlərdə isə Eldar Mahmudov üçün gizli çəkilişlər edən şirkətin adı da açıqlanıb. Gununsesi.info son illər ərzində MTN rəhbərliyi ayrı-ayrı vəzifəli adamları, biznesmenləri seks videoları ilə şantaj edib, onlardan külli miqdarda pul aldığını qeyd etməklə Eldar Mahmudovun “video əməliyyatları” ilə bağlı sensasion  məlumat yayıb. 
 
Sayta daxil olan məlumatda qeyd olunur ki, bir neçə il əvvəl Bakıdakı restoran, hotel və milyonçuların villasında elektrikləşməni aparan məşhur türk şirkəti “Babil Elektirik”in ölkəmizdəki rəhbərliyi MTN-in “toruna düşüb”. Şirkətin Azərbaycanda qalıb fəaliyyət göstərməsi isə yalnız MTN rəhbərliyinin şərtləri daxilində mümkün olub. Bundan sonra şirkət MTN-dən gələn siyahı əsasında həmin obyektlərin elektrikləşməsi zamanı gizli kameraları quraşdırıb. Bundan sonra MTN asanlıqla imkanlı adamların şəxsi həyatını nəzarətə götürə bilib. Saytımızı bilgiləndirən mənbə onu da qeyd edib ki, “Babil Elektirik” hazırda Bakıda fəaliyyətini dayandırıb.
 
Bu məlumat E.Mahmudovun əlində gizli şəkildə çəkilmiş, kompromat xarakterli 2800 ədəd seks videosunun olması haqda məlumatları bir daha təsdiqləyir. E.Mahmudovun belə kompromatların üzərindən həbsdən kənar qala bildiyi nəticəsinə gəlməyə yol açır. 
Bununla belə, “Yeni Müsavat”a sabiq nazirin həbsi üçün müəyyən hazırlıqların görülməsi xəbərləri də gəlməkdədir. İstintaqa yaxın mənbənin sözlərinə görə, “MTN işi” istintaq olunandan son günlərə qədər həbsdəki MTN-çilərin, şahidlərin, zərərçəkənlərin Eldar Mahmudovun əleyhinə ifadələri protokollaşdırılmayıb, qeydə alınmayıb. Artıq vəziyyət dəyişib və sabiq nazirin əleyhinə olan ifadələr də qeydə alınmağa başlayıb. Cinayət işinin yeni mərhələyə keçdiyi qeyd olunur. Bildirilir ki, istintaq qısa müddətdə sabiq nazirin əleyhinə olan, onun qollarına qandal vurulması üçün bəs edəcək qədər ifadələr toplanıb, rəsmiləşdirib.
Bu arada MTN-in Əməliyyat-Texniki İdarəsinin sabiq rəisi, general-mayor Natəvan Mürvətova istintaq tərəfindən dindirilib. Xanım general istintaqa ifadəsində sabiq nazir Eldar Mahmudov və onun müavini olmuş Hilal Əsədovun əleyhinə ifadə verib. Natəvan Mürvətova rəisi olduğu idarənin vəzifəli şəxsləri qanunsuz dinləməsi barədə suallara cavab verərkən, tapşırığı nazir və onun müavini olmuş Hilal Əsədovdan aldığını deyib. 
Öz işçilərinin ifadələrindən başqa sabiq nazirin əleyhinə olan, onun həbsi üçün ciddi əsaslar yaradan şikayətlər də araşdırılmaqdadır. Azərbaycanda məşhur olan AER dondurma şirkətinin faktiki sahibi Adil Şərifovun şikayəti də bu qəbildəndir. İş adamının MTN tərəfindən müflis edilməsi isə AER dondurma fabrikinin yerləşdiyi mülkün özəlləşdirilməsi prosesi ilə başlayıb.
Fabrikin faktiki rəhbəri Dövlət Əmlak Komitəsinin rəsmisi Rafiq Cəlilovla ilkin razılaşma zamanı obyektin 100 min manata özəlləşdirilməsi barədə razılıq əldə edib. Sonradan bu rəqəm 3 dəfə dəyişib. Qiyməti 300 min manata  qaldıran Əmlak Komitəsinin rəhbərliyi şirkətdən daha sonra 650 min manat alıb.
Özəlləşmə bitəndən bir neçə gün sonra iş adamı MTN-ə, odioz general Akif Çovdarovun qəbuluna çağırılıb. Ehtimallara görə, iş adamının imkanları barəsində informasiyanı MTN-ə Əmlak Komitəsinin rəhbərliyi ötürüb. Adil Şərifovu MTN-də Akif Çovdarovun otağına aparıblar. Kabinetində Adil Şərifovu ağır söyüşlərlə qarşılayan A.Çovdarov “sən qudurmusan, 650 minə obyekt özəlləşdirirsən” deməklə ondan bu pulları haradan almasını soruşub. 1 gün iş adamını MTN-də saxlatdıran Akif Çovdarov çıxış yolu kimi ona “Nikoil” banka getməsini və mənzillərini, avtomobillərini girov qoyub kredit almasını tələb edib. Həbs hədəsindən çəkinən Adil Şərifov Akif Çovdarovla razılaşmalı olub və banka gələrkən bütün sənədlərin hazır olduğunu görüb. 500 min manatlıq kreditə imza atan iş adamı həmin pulların bankdan elə Akif Çovdarovun adamları tərəfindən aparıldığının şahidi olub.
 
İşçilərinin bir-birinin ardınca Eldar Mahmudun üzünə dayanması, onun 11 il rəhbərlik etdiyi qurumdan şikayətçilərin isə saysız-hesabsız olması yaxın perspektivdə sabiq nazirin həbsi ehtimalını artırır.
Musavat.com
Previous Post

Eldar Mahmudovun həbsinə hazırlıqlar başladı-ifadələr toplanır

Next Post

Dünya universitetlərinin yeni reytinqi açıqlandı

Bənzər yazılar

Qaradağın iki qəsəbəsinin yollarında hərəkət qismən məhdudlaşdırılacaq

Qaradağın iki qəsəbəsinin yollarında hərəkət qismən məhdudlaşdırılacaq

04 Noyabr 2026 - 22:18

Qaradağ rayonunun Ələt və Səngəçal qəsəbələrində noyabrın 5-i saat 08:00-dan etibarən təmir işlərinə başlanılacaq. Elchi.az bu barədə Azərbaycan Avtomobil Yolları...

Avropa Komissiyası Aİ-yə üzvlüyə namizəd ölkələrin irəliləyişini qiymətləndirib

Avropa Komissiyası Aİ-yə üzvlüyə namizəd ölkələrin irəliləyişini qiymətləndirib

04 Noyabr 2026 - 22:17

Avropa Komissiyası Avropa İttifaqının genişlənməsi ilə bağlı illik sənədlər paketini təqdim edib, namizəd ölkələrin son bir ildəki irəliləyişini qiymətləndirib və...

Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər

Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər

04 Noyabr 2026 - 22:15

Heydər Əliyev Mərkəzində dünyaşöhrətli skripkaçı Devid Qarrett "Millennium Symphony - Crossover Programme" simfonik şousu ilə çıxış edib. Elchi.az xəbər verir...

Vens: Respublikaçılar seçkilərdə İranla müharibəyə görə məğlub olublar

Vens: Respublikaçılar seçkilərdə İranla müharibəyə görə məğlub olublar

04 Noyabr 2026 - 20:33

Respublikaçılar seçkilərdə Vaşinqton administrasiyası tərəfindən İrana qarşı başladılan hərbi əməliyyat səbəbindən məğlub olublar. Elchi.az xəbər verir ki, bu barədə ABŞ-nin...

Next Post

Dünya universitetlərinin yeni reytinqi açıqlandı

Dünya universitetlərinin yeni reytinqi açıqlandı

Son xəbərlər

Qaradağın iki qəsəbəsinin yollarında hərəkət qismən məhdudlaşdırılacaq

Qaradağın iki qəsəbəsinin yollarında hərəkət qismən məhdudlaşdırılacaq

04 Noyabr 2026 - 22:18
Avropa Komissiyası Aİ-yə üzvlüyə namizəd ölkələrin irəliləyişini qiymətləndirib

Avropa Komissiyası Aİ-yə üzvlüyə namizəd ölkələrin irəliləyişini qiymətləndirib

04 Noyabr 2026 - 22:17
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər

Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər

04 Noyabr 2026 - 22:15
Vens: Respublikaçılar seçkilərdə İranla müharibəyə görə məğlub olublar

Vens: Respublikaçılar seçkilərdə İranla müharibəyə görə məğlub olublar

04 Noyabr 2026 - 20:33
Sabah Azərbaycanda güclü külək əsəcək – Xəbərdarlıq

Sabah Azərbaycanda güclü külək əsəcək – Xəbərdarlıq

04 Noyabr 2026 - 20:31
İordaniya kralı və Tacikistan Prezidenti Qazaxıstana səfər edəcəklər

İordaniya kralı və Tacikistan Prezidenti Qazaxıstana səfər edəcəklər

04 Noyabr 2026 - 20:30
Tallində Estoniya–Azərbaycan Hökumətlərarası Komissiyasının iclası keçirilib

Tallində Estoniya–Azərbaycan Hökumətlərarası Komissiyasının iclası keçirilib

04 Noyabr 2026 - 19:22
ICESCO-nun Baş direktoru Prezident İlham Əliyevi təbrik edib

ICESCO-nun Baş direktoru Prezident İlham Əliyevi təbrik edib

04 Noyabr 2026 - 19:04
Estoniya XİN rəhbəri bu ayın sonunda Azərbaycana səfər edəcəyini bildirib

Estoniya XİN rəhbəri bu ayın sonunda Azərbaycana səfər edəcəyini bildirib

04 Noyabr 2026 - 18:44
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04 Noyabr 2026 - 18:31
Bakıda sıxlıq olan yollar açıqlanıb

Bakıda sıxlıq olan yollar açıqlanıb

04 Noyabr 2026 - 18:23
Tbilisidə müxalif “Formula” telekanalının ofisində yanğın baş verib

Tbilisidə müxalif “Formula” telekanalının ofisində yanğın baş verib

04 Noyabr 2026 - 18:19
Agentlik soyutma avadanlıqlarına kiberhücum riskləri barədə xəbərdarlıq edib

Agentlik soyutma avadanlıqlarına kiberhücum riskləri barədə xəbərdarlıq edib

04 Noyabr 2026 - 17:59
BŞTİ: Müəllimlərin vakant yerə seçilməsi MİQ-də topladıqları balların ardıcıllığı üzrə təmin ediləcək

BŞTİ: Müəllimlərin vakant yerə seçilməsi MİQ-də topladıqları balların ardıcıllığı üzrə təmin ediləcək

04 Noyabr 2026 - 17:46
Bakıda və bəzi bölgələrdə küləyin sürəti 28.4 m/san-dək güclənəcək – XƏBƏRDARLIQ

Bakıda və bəzi bölgələrdə küləyin sürəti 28.4 m/san-dək güclənəcək – XƏBƏRDARLIQ

04 Noyabr 2026 - 17:34
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
« Okt    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.