"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Ən çox “iki” alınan rayon: Səbəb nədir? – Reportaj + Fotolar

04 Avqust 2016 - 16:13
in XƏBƏR LENTİ
FacebookVatsap

 

Bunu da oxuyun

“MS Now”: Ağ Evin yeni mətbuat katibi ilk brifinqdən sonra işdən çıxarılmaqla hədələnib

SEPAH: Hörmüzdən icazəsiz keçən neft tankerində yanğın baş verib

Böyük Britaniyanın səfiri İran XİN-ə çağırılıb

Bu il keçirilən imtahanlarda Ana dili və Riyaziyyatdan ən çox “2” alan rayonların ilk beşliyinə Cəlilabad, Kürdəmir, Sabirabad, İmişli, Yardımlı daxildirlər. Cəlil Məmmədquluzadə kimi görkəmli maarifçi, yazıçı-dramaturqun adını daşıyan Cəlilabad rayonu siyahıya liderlik edir. Səbəb nədir?

– Uşaqlarımız gündüzlər məktəbə, axşam isə molla yanına gedirlər. İndi dinin arxasınca gedənlər çörək tapır. Bizim hamımız şiə müsəlmanlarıyıq. Amma bəzi gənclərimiz də var ki, əhli-sünnədilər. Ötən gün eşitdik ki, dörd gəncimiz vəhabi olub, saqqal saxlayırlar, bu yolla pul qazanırlar. Məktəbdə müəllimlər dərs keçmirlər. Ona görə də uşaqlarımızın çoxu bizimlə birlikdə sahədə kartof əkib, heyvan otarırlar,- bu sözləri AzVision.az-ın müxbirilə söhbətində Cəlilabadın Günəşli kəndinin sakinləri deyiblər.

…Cəlilabad şəhərinin mərkəzi, “İran bazarı” adlanan yerdəyik. Bir ay öncə iki uşaq rayonundan oğurladıqları çörək və qəndi məhz bu bazarda satan zaman polis tərəfindən qollarına qandal vurulmuşdu. Yəni Cəlilabadın “İran bazarı” cəmiyyətimizin yaddaşında belə qalıb. Burada bizi qızmar günəş, toz qalxan kələ-kötür yollar, ətrafda nizamsız düzülən vitrinlər və satıcılıq edən azyaşlı məktəblilər qarşıladı. Bizi görən uşaqlar satıcı olduqlarını unudub, üstümüzə qaçdılar ki, şəkillərini çəkək.

– Adın nədir?

– İslam. Bu malları mən satıram. Əmi, hansı “şəpşəpi”ni istəyirsən, götür. Cırılmaz, gələn yayda da geyinərsən. Çox ucuzdur. 5-ci sinifdə oxuyuram. İndi tətildi. Səhərdən axşama qədər burada satıcılıq edirəm. Məktəbə də gedirdim. Allaha şükür ki, məktəb bağlanıb, bazara gəlib satıcılıq edirəm.

Ətrafda oturan yaşlı satıcılar da söhbətə qarışırlar:

– Bu bazarda çalışan uşaqların çoxu imkansız ailələrdəndir. Onlar böyüklərdən yaxşı işləyirlər. Müştərilər də bizdən çox onların mallarına maraq salırlar. Şirin dilllərinə salıb müstəriləri cəlb eləyirlər. Bəzilərinin valideynləri sağ-salamatdır, amma özlərini əziyyətə salmırlar. Uşaqları bazara göndərirlər ki, həm gözü açılsın, həm də yaxşı müştəri cəlb etsin.

Bazara nəzarət edən polislər də bununla razıdır: “O, uşaqların hamısını yaxşı tanıyırıq. İmkansızlıq səbəbindən satıcılıq edirlər. Biz onlara heç nə deyə bilmərik. Azan verilən kimi bazarın arxasındakı məscidə gedirlər”.

Bazarda işləyən uşaqlar daha çox İran istehsalı olan ləvazimatlar, oyuncaqlar satırlar. Dönər satan, arabada yük daşıyanlar da var.

– Məktəbə nə vaxt getdik ki, “beş” qiyməti də alaq? Qardaş “iki” almaq bizim alnımıza yazılıb. Heç olmasa şəklimizi çəkin, – deyirlər bizimlə söhbət zamanı.

– Bura İran bazarıdır,- yaşlı sakinlər danışır, – Burada əvvələr İran malları satardılar. Uşaqlar isə təhsili atıb ya molla arxasınca gedir, ya da ki, gəlib bazarda satıcılıq edirlər. İndi Cəlilabadda ən gözəl peşə mollalıqdır. Gəliri də çoxdur. Hər molla bir meyidi 500 manata dəfn edir. Yeməyin də yaslardan çıxır. Elə boş-boşuna da molla olmurlar. İndi hamı uşağını məktəbə yox, mədrəsəyə göndərir ki, ərəb dilini öyrənsin. Daha sonra uşaq böyüyən kimi Tehrana, Təbrizə göndərirlər ki, gedib orda mollalığı daha mükəmməl öyrənsinlər. Getdikləri həmin məktəblərdə uşaqları evlə və bütün şəraitlə təmin edilər.

Bizi kənardan dinləyən, hamının “Kərbəlayi” dediyi molla əsəbləşib söhbətə qarışır:

– Onlar mollalara şər atırlar. Bunlar cahil adamlardılar, Allahı tanımırlar. Biz insanları düz yolla, haqqın yoluna çəkirik. Heç kəsin uşağını da məcburən molla etmirik. Valideynlər özləri övladlarının molla olmasını istəyirlər. Uşaqlarını dəfn mərasimlərində bizim yanımıza göndərirlər ki, həvəslənsinlər. İrana da övladlarını valideynlər göndərir, biz yox!

…Bazarın qadın paltarları satılan hissəsində satıcılar və alıcıların əksəriyyəti başlarına hicab bağlamışdılar.

– Oğlum, Cəlilabad yaman dəyişib,- satıcı qadınlardan biri danışır, – İki-üç il olar ki, burada çoxları qapalı geyimlər geyinirlər. And olsun Allaha ki, keçən il gətirdiyim qısaqol donu heç kəs almırdı. Axırda Bakıda yaşayan qohuma hədiyyə etdim. Ən çox satdığımız geyim hicablardır. Qiymətləri də çox da baha deyil, cəmi beş manatdır. Əsasən qız uşaqları, gəlinlər hicab alırlar.

…“İran bazarı”ndan çıxıb, Cəlilabad şəhərinin mərkəzində yerləşən Cümə məscidinə üz tuturuq. İki azyaşlı məktəbli əyinlərində qara geyim kölgədə oturub, namaz vaxtını gözləyirdilər. Həmsöhbət olmağa çalışdıq:

– 11-ci sinifdə oxuyuruq. Hər kəs kimi bura namaz qılmağa gəlmişik.

– İmtahan vermisiniz?
– Bizi yalnız Allah imtahana çəkə bilər.
– Siz də molla olma istəyirsiniz?
– Allah izin versə, niyə də olmayaq ki? Mollallıq gözəl sənətdir. Biz təkcə pul qazanmaq üçün molla olmaq istəmirik. Həm də dinimizi təbliğ etmək istəyirik. Haqqın buyurduqlarını camaata öyrədəcəyik. Təhsil almaq da gözəldir. Amma hazırlıq qiymətləri çox bahadır. Allaha dua edirik ki, qəlbimiz, əməllərimiz saf olsun. Günahlarımızı bağışlasın. Bizi buna görə heç kəs qınaya bilməz.

…Biz söhbət edərkən ətrafımıza uşaqlar toplaşdılar. Onların dini təhsil almaq üçün mədrəsəyə gəldiklərini öyərəndik. Hamısı ibtidai sinif şagirdləri olan bu uşaqlar bizimlə söhbət edib, maraqla şəkil çəkdirdilər.

Məscidə nəzarət edən şəxslər isə bildirdilər ki, artıq bura şəhər sakinləri üçün darlıq edir. Həyətdə yeni bir məscid də inşa edilir.

Cəlilabad şəhərinin ən məşhur yeri isə “Stəkan-nəlbəki” adlanan tarixi məkandır. Rayonun siması kimi təqdim olunan məkan indi çayxana olub, 50 qəpikdən müştərilərə çay təqdim edir. Bura sovet dövründə inşa edilib. Rayonun keçmiş icra başçısı bir gün əlində stəkan-nəlbəki tutub və heykəltaraşa deyib ki, bunu yarat. O da belə bir şey hazırlayıb. Bu gün Cəlilabada gələn bütün qonaqlar buranı ziyarət edirlər. Bura gənclərin, uşaqların vaxt keçirmək yeridir.

…Cəlilabadın Şiləvəngə və Dələli kəndlərində insanların əsas məşğuliyyəti taxılçılıq, heyvandarlıqdır. Kartof əkənlər də çoxluq təşkil edir. Sakinlərin sözlərinə görə, bu kəndlərdə də gənclərin əsas məşğuliyyəti taxıl əkmək, heyvan saxlamaqdır. Uşaqlar məktəbə getmirlər, örüşə heyvan aparırlar.

İranla sərhəddə yerləşən Dələli kəndində “Üç İmam Məzarı” ziyarətgahı yerləşir. Sakinlərin sözlərinə görə, müqəddəs aylarda bütün kənd ziyarətçi axınına məruz qalır. Burada Kürdəmir rayonundan gələnlərlə söhbətləşdik:

– Bura çox inandığımız bir yerdir. Havlar bir az sərinləşən kimi balaca nəvlərimi də bu ziyarətə gətirəcəyəm. Onlar dinimizi sevməli, Allahımıza ibadət etməlidirlər. Mən və dostlarım Azərbaycanda, İranda olan bütün pir, ziyarətgahlara getmişik. Bəzən bir-birimizə “pirpərəst” də deyirik. Bura çox müqəddəs yerdir. Bura həmişə gələndə bir rahatlıq tapıram.

Kənd sakinləri deyirlər ki, əvvəllər İranla sərhədlər açıq idi: “Hər kəs gedib İrandan istədiyi malı gətirirdi. Bəzi adamlar bunu fürsət bilib İrandan narkotik maddələr gətirib, uşaqlarımızı zəhərləyirdilər. Daha sonra isə sərhədlər bağlandı. İndi əsgərlərimiz sərhədə nəzarət edir”.

Previous Post

Ən çox “iki” alınan rayon: Səbəb nədir? – Reportaj + Fotolar

Next Post

AZAL-ın təyyarəsi rekord vurdu

Bənzər yazılar

“MS Now”: Ağ Evin yeni mətbuat katibi ilk brifinqdən sonra işdən çıxarılmaqla hədələnib

“MS Now”: Ağ Evin yeni mətbuat katibi ilk brifinqdən sonra işdən çıxarılmaqla hədələnib

13 Oktyabr 2026 - 23:56

Ağ Evdə ABŞ Prezidentinin yeni mətbuat katibi Keti Zakariyanın ilk brifinqindən narazı qalıblar və onun tezliklə işdən çıxarıla biləcəyini mümkün...

SEPAH: Hörmüzdən icazəsiz keçən neft tankerində yanğın baş verib

SEPAH: Hörmüzdən icazəsiz keçən neft tankerində yanğın baş verib

13 Oktyabr 2026 - 23:19

İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri (HDQ) Hörmüz boğazının şərqində qaydaları (Tehranın elan etdiyi qaydalar-red.) pozan bir...

Böyük Britaniyanın səfiri İran XİN-ə çağırılıb

Böyük Britaniyanın səfiri İran XİN-ə çağırılıb

13 Oktyabr 2026 - 22:55

Böyük Britaniyanın İrandakı səfiri Hüqo Şorter Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb. Elchi.az  IRIB-yə istinadən xəbər verir ki, buna səbəb "RAF...

Laos Prezidenti BDU-nun tələbələri ilə görüşüb

Laos Prezidenti BDU-nun tələbələri ilə görüşüb

13 Oktyabr 2026 - 21:31

Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulit Bakı Dövlət Universitetinin (BDU) tələbələri ilə görüşüb. Bu barədə Elchi.az - a BDU-nun...

Next Post

AZAL-ın təyyarəsi rekord vurdu

AZAL-ın təyyarəsi rekord vurdu

Son xəbərlər

“MS Now”: Ağ Evin yeni mətbuat katibi ilk brifinqdən sonra işdən çıxarılmaqla hədələnib

“MS Now”: Ağ Evin yeni mətbuat katibi ilk brifinqdən sonra işdən çıxarılmaqla hədələnib

13 Oktyabr 2026 - 23:56
SEPAH: Hörmüzdən icazəsiz keçən neft tankerində yanğın baş verib

SEPAH: Hörmüzdən icazəsiz keçən neft tankerində yanğın baş verib

13 Oktyabr 2026 - 23:19
Böyük Britaniyanın səfiri İran XİN-ə çağırılıb

Böyük Britaniyanın səfiri İran XİN-ə çağırılıb

13 Oktyabr 2026 - 22:55
Laos Prezidenti BDU-nun tələbələri ilə görüşüb

Laos Prezidenti BDU-nun tələbələri ilə görüşüb

13 Oktyabr 2026 - 21:31
Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası olacaq

Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası olacaq

13 Oktyabr 2026 - 21:29
“Gəncə” FIBA Avropa Kubokundakı ilk ev oyununda uduzub

“Gəncə” FIBA Avropa Kubokundakı ilk ev oyununda uduzub

13 Oktyabr 2026 - 21:26
Tramp: ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını bölüşməyi dayandırmayıb

Tramp: ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını bölüşməyi dayandırmayıb

13 Oktyabr 2026 - 21:24
KİV: Polşa Starlink stansiyasına hücumun arxasında Rusiyanın dayandığını iddia edir

KİV: Polşa Starlink stansiyasına hücumun arxasında Rusiyanın dayandığını iddia edir

13 Oktyabr 2026 - 19:23
Venesuela xarici işlər naziri Uruqvayı daxili işlərinə müdaxilə etməkdə günahlandırdı

Venesuela xarici işlər naziri Uruqvayı daxili işlərinə müdaxilə etməkdə günahlandırdı

13 Oktyabr 2026 - 19:12
Niderlandın xarici işlər naziri Azərbaycana səfər edəcək

Niderlandın xarici işlər naziri Azərbaycana səfər edəcək

13 Oktyabr 2026 - 18:53
Azərbaycan HDQ komandanı İtaliyaya səfər edib

Azərbaycan HDQ komandanı İtaliyaya səfər edib

13 Oktyabr 2026 - 18:45
Özbəkistan Prezidenti AQEM sammitində iştirak etmək üçün Bakıya gələcək

Özbəkistan Prezidenti AQEM sammitində iştirak etmək üçün Bakıya gələcək

13 Oktyabr 2026 - 18:34
Yaponiya silah ixracı üzrə vahid struktur yaradacaq

Yaponiya silah ixracı üzrə vahid struktur yaradacaq

13 Oktyabr 2026 - 18:31
Prezidentin sosial şəbəkə hesablarında Laos Prezidentinin Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşılıb

Prezidentin sosial şəbəkə hesablarında Laos Prezidentinin Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşılıb

13 Oktyabr 2026 - 18:25
Azərbaycan Laos münasibətləri yeni mərhələdə

Azərbaycan Laos münasibətləri yeni mərhələdə

13 Oktyabr 2026 - 18:24
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.