"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Sərkisyan Jirinovskinin tüpürcəyini necə yaladı…

04 Avqust 2016 - 09:00
in XƏBƏR LENTİ
FacebookVatsap
Sərkisyan Jirinovskinin tüpürcəyini necə yaladı...

Kremlin danışan dilinin Ermənistan haqda alçaldıcı sözlərinə İrəvanın susqun reaksiyasının ilginc səbəbi; rusiyalı siyasətçinin dediklərinə heç bir rəsmi təpkinin olmamasına daxildən etirazlar gəldi…

Bunu da oxuyun

Qəribabadi: İran həm diplomatiya, həm də müdafiəyə hazırdır

İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin Azərbaycana səfərinə dair videoçarx paylaşılıb

UKMTO: Hörmüz boğazında tanker atəşə tutulub

Rusiya Liberal-Demokrat Partiyasının sədri, Dövlət Dumasının vitse-spikeri V.Jirinovskinin life.ru kanalına sensasion müsahibəsi haqda məlumat verilib. Kremlin danışan dillərindən sayılan Jirinovski müsahibədə işğalçı Ermənistan haqda sərt, aşağılayıcı sözlər işlədib.
Həmin dialoqu bir daha yada salaq:  
“Aparıcı: Vladimir Volfoviç, Amerika uzaqdır, Ermənistan isə yaxın. Ermənistanda baş verənləri xarakterizə edin…
V.Jirinovski: Tüpürüm Ermənistana…
 
Aparıcı: Nə danışırsınız?
V.Jirinovski: …Orada müntəzəm olaraq çıxışlar olacaq. Balaca ölkədir, dağlıq ölkədir, dağların arasında, Türkiyə və Azərbaycanın arasında sıxışıb, heç bir perspektiv, heç bir iqtisadiyyat yoxdur. Orada artıq bir milyon erməni qalıb. Dünyada isə cəmi 6 milyondurlar. Hamısı qaçıb. Livan, İran, Rusiya, Fransa, Ştatlar-hər yerdə gəzirlər. Ermənistanda yaşamağa yer yoxdur – dağlardır. Təbii ki, orada müxtəlif qruplaşmalar bir-birinə qarşı nəsə edəcək.
Aparıcı: Yaxşı, axı orada bizim baza var, o, bizim strateji partnyorumuzdur, yəni strateji partnyora necə tüpürmək olar?
V.Jirinovski: Siz Allah bəsdirin! Bax budur, bizə tüpürəcəklər – bazamızı götürəcəyik. Diz çöküb yalvaracaqlar ki, bazanı qaytaraq. Bu baza onların xilasıdır, əks halda, iki tərəfdən türklərlə azərbaycanlılar onları yer üzündən siləcək. Ona görə də Ermənistan haqda narahat olmağa dəyməz. Onlar bizdən heç yana qaçan deyil, çünki bu halda onların sonu çatacaq, tam sonu çatacaq. Azərbaycanlılar dərhal Qarabağı götürəcəklər, türklər kömək edəcək. Üç yüz il əvvəl erməniləri II Yekatrina xilas edib”.
***
 
Maraqlıdır ki, Jirinovskinin bu təhqiramiz fikirlərinə rəsmi İrəvan heç bir reaksiya, etiraz bildirməyib. Halbuki o, qeyd olunduğu kimi, sıradan biri deyil, Rusiya Dövlət Dumasının sədr müavinidir, üstəlik, Kremlin sözçülərindən sayılır. 
Reaksiya həm də ona görə vacib idi ki, LDPR sədri faktiki surətdə Ermənistanın Rusiyanın bir quberniyası, vassalı olduğunu xüsusi qeyd edib, bu adda dövlətin Rusiyasız mövcud ola bilməyəcəyini vurğulayıb. Və təbii ki, həqiqəti söyləyib – hansını ki, hamı bilir. Həmçinin də erməni ictimaiyyəti.
Məsələ ilə bağlı müxalifyönlü lragir.am portalında erməni siyasi şərhçi Akop Badalyan hiddətlə yazıb: “Rusiya Dövlət Dumasının deputatı Vladimir Jirinovski bəyan edib ki, ”Tüpürüm Ermənistana, Ermənistan Rusiyasız keçinə bilməz və o, Rusiyanın ayağına düşəcək ki, hərbi bazanı qaytarsın – əgər birdən həmin bazanı çıxarsalar… Faktiki surətdə bununla Rusiyanın Ermənistan haqda, “Sosna tsrer”in oğlanları haqda (polis binasını tutan terrorçular nəzərdə tutulur -red.) nə düşündüyü ortaya qoyulur. Yəni bizə demək istəyirlər ki, Rusiyadan ayrılıb hara qaça bilərsiz ki? Üstəlik, bu zaman Ermənistana tüpürülür”.
Şərhçi ardınca məsələyə Ermənistan rəhbərliyinin passiv münasibətini tənqid edərək bildirir: “Jirinovski Dumanın deputatıdır, dövlət xadimidir və o, Ermənistanı təhqir edib. Ermənistan XİN isə bəyan edir ki, belə şəxslərin fikirlərini şərh eləməyə dəyməz. Bəs dövlət xadimlərinin də bəyanatlarını şərh eləmək lazım deyilsə, kimin bəyanatlarına reaksiya vermək gərəkdir? Ermənistan Rusiyaya rəsmi nota təqdim edərək, ondan Duma deputatını intizama dəvət etməyə çağırmağı tələb eləməlidir ki, növbəti dəfə o, öz həddini bilsin. Bu, özünə hörmət edən dövlətin görməli olduğu minimum işdir”.
***
 
Elə iş də ondadır ki, Ermənistan adında dövlət çoxdan yalnız xəritədə, simvolik olaraq mövcuddur. Belə vassal-dövlətin özünə hörmət qoyması, kiməsə etiraz nota verməsi qeyri-mümkündür. Dövlətin özünə hörmət qoyması üçün də ilk növbədə o, müstəqil olmalı, müstəqil xarici siyasət kursu yürütməlidir. Ermənistanın isə hətta xarici sərhədlərini də, hava məkanını da ruslar qoruyur. 
 
Vassalın, köləlin qüruru, etiraz hüququ olmaz. Bir tanınmış rusiyalı ekspertin sərrast vurğuladığı kimi, Qarabağ məsələsi qaldıqca ermənilərin Moskvadan asılılığı, başqa sözlə, köləliyi qalacaq və güclənəcək. Buna görə bədxah qonşular özlərini qınamalıdırlar. Ermənistan, erməni xalqı ona hörmət qoyulmasını istəyirsə, öncə bu asılılıqdan və köləlikdən qurtulmalıdır.
 
Yolu bəlli: Azərbaycana qarşı işğalçılıq siyasətinə son qoymaq, Qarabağı sahibinə qaytarmaq, bütün qonşulara qarşı əsassız ərazi iddialarından əl çəkmək. Bu, olmayınca, jirinovskilər Ermənistana hələ çox tüpürəcəklər, Ermənistanın Sərkisyan kimi marionet liderləri də rus tüpürcəyini yalamalı olacaqlar…
Previous Post

Sərkisyan Jirinovskinin tüpürcəyini necə yaladı…

Next Post

Ermənistanı gözləyən təhlükə yaxınlaşır

Bənzər yazılar

Qəribabadi: İran həm diplomatiya, həm də müdafiəyə hazırdır

Qəribabadi: İran həm diplomatiya, həm də müdafiəyə hazırdır

12 Oktyabr 2026 - 23:40

İran həm diplomatiya, həm də ölkəni müdafiə etmək üçün hazırdır. Elchi.az ISNA-ya istinadən xəbər verir ki, bu barədə İran xarici...

İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin Azərbaycana səfərinə dair videoçarx paylaşılıb

İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin Azərbaycana səfərinə dair videoçarx paylaşılıb

12 Oktyabr 2026 - 23:38

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Kamboca Krallığının Baş naziri Hun Manetin Azərbaycana rəsmi səfərinə dair videoçarx paylaşılıb. Elchi.az paylaşımı...

UKMTO: Hörmüz boğazında tanker atəşə tutulub

UKMTO: Hörmüz boğazında tanker atəşə tutulub

12 Oktyabr 2026 - 23:35

Bazar günü Hörmüz boğazından keçən tanker atəşə tutulub. Elchi.az xəbər verir ki, bu barədə bazar ertəsi Böyük Britaniya Hərbi Dəniz...

İran XİN Böyük Britaniyanın ittihamlarını pisləyib

İran XİN Böyük Britaniyanın ittihamlarını pisləyib

12 Oktyabr 2026 - 23:31

İran Xarici İşlər Nazirliyi (XİN) Böyük Britaniyanın Tehrana qarşı ittihamlarını pisləyib. Elchi.az IRIB-yə istinadən xəbər verir ki, bu barədə İran...

Next Post

Ermənistanı gözləyən təhlükə yaxınlaşır

Ermənistanı gözləyən təhlükə yaxınlaşır

Son xəbərlər

Qəribabadi: İran həm diplomatiya, həm də müdafiəyə hazırdır

Qəribabadi: İran həm diplomatiya, həm də müdafiəyə hazırdır

12 Oktyabr 2026 - 23:40
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin Azərbaycana səfərinə dair videoçarx paylaşılıb

İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin Azərbaycana səfərinə dair videoçarx paylaşılıb

12 Oktyabr 2026 - 23:38
UKMTO: Hörmüz boğazında tanker atəşə tutulub

UKMTO: Hörmüz boğazında tanker atəşə tutulub

12 Oktyabr 2026 - 23:35
İran XİN Böyük Britaniyanın ittihamlarını pisləyib

İran XİN Böyük Britaniyanın ittihamlarını pisləyib

12 Oktyabr 2026 - 23:31
“Liverpul”un sabiq baş məşqçisi Arne Slot UEFA-da yeni vəzifəyə təyin edilib

“Liverpul”un sabiq baş məşqçisi Arne Slot UEFA-da yeni vəzifəyə təyin edilib

12 Oktyabr 2026 - 22:54
İran səfiri Böyük Britaniya XİN-in iddiasını rədd edib

İran səfiri Böyük Britaniya XİN-in iddiasını rədd edib

12 Oktyabr 2026 - 22:53
Bəhreynin “Gulf Air” şirkəti Ər-Riyada uçuşları dayandırıb

Bəhreynin “Gulf Air” şirkəti Ər-Riyada uçuşları dayandırıb

12 Oktyabr 2026 - 22:00
Sabah Nizami rayonunun bəzi ərazilərində qaz olmayacaq

Sabah Nizami rayonunun bəzi ərazilərində qaz olmayacaq

12 Oktyabr 2026 - 21:58
Masazırda avtomobilləri yandıran şəxslər həbs edilib

Masazırda avtomobilləri yandıran şəxslər həbs edilib

12 Oktyabr 2026 - 21:57
Dövlət ümumi təhsil müəssisələrində geyim qaydalarının icrasına dair monitorinqlərə başlanılıb

Dövlət ümumi təhsil müəssisələrində geyim qaydalarının icrasına dair monitorinqlərə başlanılıb

12 Oktyabr 2026 - 21:05
Prezident təqaüdçülərinin universitetlər üzrə bölgüsü açıqlanıb

Prezident təqaüdçülərinin universitetlər üzrə bölgüsü açıqlanıb

12 Oktyabr 2026 - 20:59
“Dövlətimizi sevməyən qüvvələr məqsədlərinə çata bilməyəcəklər”

“Dövlətimizi sevməyən qüvvələr məqsədlərinə çata bilməyəcəklər”

12 Oktyabr 2026 - 20:44
Əli Əsədov Mərakeşin hökumət başçısı təyin olunması münasibətilə Fatimə Əl-Mənsurini təbrik edib

Əli Əsədov Mərakeşin hökumət başçısı təyin olunması münasibətilə Fatimə Əl-Mənsurini təbrik edib

12 Oktyabr 2026 - 20:41
Media və Yayım Şurası: Vahid məktəbli forması qərarını qərəzli şəkildə siyasiləşdirmə cəhdləri müşahidə olunur

Media və Yayım Şurası: Vahid məktəbli forması qərarını qərəzli şəkildə siyasiləşdirmə cəhdləri müşahidə olunur

12 Oktyabr 2026 - 20:39
Böyük Britaniya İrana qarşı sanksiyalar elan edib

Böyük Britaniya İrana qarşı sanksiyalar elan edib

12 Oktyabr 2026 - 20:35
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.