"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Mətbuat Şurası şikayətlərə baxdı

03 Avqust 2016 - 22:01
in XƏBƏR LENTİ
FacebookVatsap

Azərbaycan Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının bu gün iclası keçirilib

Bunu da oxuyun

Azad edilmiş ərazilərdə daha 86 şəxs üçün kiçik ailə biznesləri yaradılıb

Xəzər dənizində partlayışlar gözlənilir

İlham Əliyev: Regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət daşıyır

 

Şuradan  bildirilib ki, MŞ sədrinin müavini, Jurnalistlərin Həmkarlar İttifaqının (JUHİ) sədri Müşfiq Ələsgərlinin başçılıq etdiyi komissiyanın üzvləri 5 məsələ ilə bağlı müraciətləri müzakirə ediblər. Əvvəlcə Azərbaycan Respublikasının Dəniz Administrasiyasının «Haqqınsesi.com» saytı barədə şikayəti araşdırılıb. Komissiya rəyə gəlib ki, həmin kütləvi informasiya vasitəsinin narazılıq doğuran yazını oradan götürməsi müsbət haldır. Lakin bu materialda administrasiya rəhbərliyi əsassız olaraq cinayət əməlində suçlandırılsa da sayt qarşı tərəfdən üzr istəməyib, onun mövqeyinin öyrənilməsinə və təqdim olunmasına cəhd göstərməyib.

Komissiya məsələyə belə məsuliyyətsiz yanaşmanın, həmçinin həmin KİV-in “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozaraq rekvizitləri göstərməməsini, orada yayımlanan materialların əksəriyyətində etik pozuntulara yol verilməsini “reket jurnalistika”ya xas cəhətlər kimi dəyərləndirib. Bütün bunlar əsas götürülərək “Haqqın səsi” saytına Mətbuat Şurasının ciddi xəbərdarlığının edilməsi, məsələnin MŞ-nin “Reket jurnalistika”ya qarşı mübarizə Komissiyasında da müzakirə olunması məqsədə müvafiq sayılıb.
Komissiya “Dünyaxeber.com” saytı barədə də eyni ölçünü götürüb. Bildirilib ki, bu KİV-in Bakı şəhər 275 saylı orta məktəb barədə yayımladığı yazıda “reket jurnalistika”ya xas dəst-xətt aydın nəzərə çarpır. Saytın təlim-tərbiyə işləri üzrə direktor müavini Arzu Əliyeva barədə yayımladığı fikirlərdə qərəz, sifariş icrası diqqəti çəkməkdədir. Bu materiallardakı onlarla qrammatik, orfoqrafik səhvlər isə “Dünyaxeber.com”da jurnalistikaya aid olmayan insanların çalışdığını göstərir.
Komissiya rəyə gəlib ki, sayt Arzu Əliyevadan üzr istəməli, təkzib verməli, şikayət doğuran fikirləri yazıdan götürməli, eyni zamanda özünün gələcək fəaliyyətinin davam etdirməsinin nə dərəcədə məntiqə uyğunluğunu nəzərdən keçirməlidir.
“Anaxeber.az” saytı ilə bağlı məsələnin də həmin komissiyada baxılması barədə razılığa gəlinib.

İclasda vurğulanıb ki, bu KİV-in Kürdəmir rayon icra hakimiyyətinin başçısı Ceyhun Cəfərov barədə yayımladığı materialda “Azərbaycan Jurnalistikanın Peşə Davranış Qaydaları”nın bir sıra prinsip və bəndlərinin tələbləri pozulub. Qeyd edilib ki, Mətbuat Şurasının qərarının çıxarılmasında MŞ-nin “Reket jurnalistika”ya qarşı mübarizə Komissiyasının da rəyinə istinad olunmalıdır.

İclasda “Discoveri Azerbaycan” jurnalının əməkdaşı Aida Eyvazovanın və “Femida.az” saytının müxbiri Mircəlal Məcidovun “Aztehsil.com” saytının plagiata yol verməsi barədə müraciətlərinin müzakirəsində cavabdeh tərəfin hər iki jurnalistin müəlliflik hüququnu pozduğunu müəyyənləşdirilib. Belə ki, sayt onların vətənpərvərlik mövzusunda yazdığı publisistik materialların bir qismini nöqtəsinə, vergülünə toxunmadan əməkdaşı Leyla Həsənovanın imzası ilə yayımlayıb.
Komissiya plagiat faktını ciddi irad kimi “Aztehsil.com”un rəhbərliyinin nəzərinə çatdırıb. Sayta yazıların hər iki müəllifindən üzr istənilməsi, təkzib verilməsi, həmin nümunələrin oradan götürülməsi tövsiyə olunub.

Previous Post

Mətbuat Şurası şikayətlərə baxdı

Next Post

Fəhlə mərcə girdi, qəbul imtahanında 532 bal topladı

Bənzər yazılar

Azad edilmiş ərazilərdə daha 86 şəxs üçün kiçik ailə biznesləri yaradılıb

Azad edilmiş ərazilərdə daha 86 şəxs üçün kiçik ailə biznesləri yaradılıb

17 Sentyabr 2026 - 16:58

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi işğaldan azad edilmiş ərazilərimizdə özünüməşğulluq proqramının icrasını davam etdirir. Nazirlikdən...

Xəzər dənizində partlayışlar gözlənilir

Xəzər dənizində partlayışlar gözlənilir

17 Sentyabr 2026 - 15:51

Qazaxıstan neft kəmərlərinin çəkilməsi planlaşdırılan Xəzər dənizinin ərazisində sualtı axtarış və partlayış işləri aparacaq. Elchi.az xəbər verir ki, bu barədə...

İlham Əliyev: Regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət daşıyır

İlham Əliyev: Regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət daşıyır

17 Sentyabr 2026 - 15:08

Ətrafımızda müharibələr gedir və bu müharibələrin nə sonu, nə də qurtaracağı görünür. Müharibələrin coğrafiyası genişlənir. Elchi.az xəbər verir ki, bu...

Prezident: TDT-yə üzv ölkələrin potensialı kifayət qədər böyükdür

Prezident: TDT-yə üzv ölkələrin potensialı kifayət qədər böyükdür

17 Sentyabr 2026 - 14:21

Təşkilata üzv ölkələrin rəhbərlərinin ümumi mövqeyi məhz ondan ibarətdir ki, beynəlxalq arenada TDT-nin rolunu və yerini gücləndirək. Bunun üçün bütün...

Next Post

Fəhlə mərcə girdi, qəbul imtahanında 532 bal topladı

Fəhlə mərcə girdi, qəbul imtahanında 532 bal topladı

Son xəbərlər

Almaniyanın şərqində terror aktı planlaşdıran İraq vətəndaşı saxlanılıb

Almaniyanın şərqində terror aktı planlaşdıran İraq vətəndaşı saxlanılıb

17 Sentyabr 2026 - 18:21
Ceyhun Bayramov: Azərbaycan TRACECA çərçivəsində əməkdaşlığa xüsusi önəm verir

Ceyhun Bayramov: Azərbaycan TRACECA çərçivəsində əməkdaşlığa xüsusi önəm verir

17 Sentyabr 2026 - 18:13
“Kəpəz” 15 yaşlı futbolçu ilə peşəkar müqavilə imzaladı

“Kəpəz” 15 yaşlı futbolçu ilə peşəkar müqavilə imzaladı

17 Sentyabr 2026 - 17:59
Tailandda ölümcül gənə virusu həyəcanı

Tailandda ölümcül gənə virusu həyəcanı

17 Sentyabr 2026 - 17:47
Qazaxda bədii gimnastika üzrə “Grace of Nature” turniri keçiriləcək

Qazaxda bədii gimnastika üzrə “Grace of Nature” turniri keçiriləcək

17 Sentyabr 2026 - 17:36
Ceyhun Bayramov: Azərbaycan TRACECA çərçivəsində əməkdaşlığa xüsusi önəm verir

Ceyhun Bayramov: Azərbaycan TRACECA çərçivəsində əməkdaşlığa xüsusi önəm verir

17 Sentyabr 2026 - 17:28
Prezident Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olub – YENİLƏNİB – FOTO

Prezident Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olub – YENİLƏNİB – FOTO

17 Sentyabr 2026 - 17:22
Azərbaycan Basketbol Liqasında yeni mövsümün ilk oyununun tarixi açıqlandı

Azərbaycan Basketbol Liqasında yeni mövsümün ilk oyununun tarixi açıqlandı

17 Sentyabr 2026 - 17:15
Ərdoğanın Nyu-York səfəri: Trampla təkbətək görüş planlaşdırılır

Ərdoğanın Nyu-York səfəri: Trampla təkbətək görüş planlaşdırılır

17 Sentyabr 2026 - 17:08
Azad edilmiş ərazilərdə daha 86 şəxs üçün kiçik ailə biznesləri yaradılıb

Azad edilmiş ərazilərdə daha 86 şəxs üçün kiçik ailə biznesləri yaradılıb

17 Sentyabr 2026 - 16:58
İsveçin baş naziri istefa verib

İsveçin baş naziri istefa verib

17 Sentyabr 2026 - 16:44
Lerikdə zəlzələ olub

Lerikdə zəlzələ olub

17 Sentyabr 2026 - 16:37
Azərbaycan Prezidenti: BMT sistemi normal fəaliyyət göstərsəydi ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq

Azərbaycan Prezidenti: BMT sistemi normal fəaliyyət göstərsəydi ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq

17 Sentyabr 2026 - 16:29
Famil Mustafayev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib

Famil Mustafayev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib

17 Sentyabr 2026 - 16:25
Prezident İlham Əliyev: Azərbaycanla Türkiyənin birgə fəaliyyəti bölgəmizdə və dünyada sabitliyi daha da gücləndirir

Prezident İlham Əliyev: Azərbaycanla Türkiyənin birgə fəaliyyəti bölgəmizdə və dünyada sabitliyi daha da gücləndirir

17 Sentyabr 2026 - 16:20
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.