"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

İsraildə yaşayan veteranlardan Ermənistana etiraz

22 İyun 2016 - 18:43
in XƏBƏR LENTİ
FacebookVatsap

Mk.ru-izrail xəbər portalında “Böyük Vətən müharibəsinin İsraildə yaşayan veteranları faşistlərlə əməkdaşlıq etmiş erməni millətçisinə heykəlin açılışını pisləyiblər” sərlövhəli material dərc olunub.  AZƏRTAC həmin materialı təqdim edir.

Bunu da oxuyun

Naxçıvanın inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir

Ermənistan Kəlbəcər istiqamətində yeni yol çəkir

4 icra hakimiyyətinə 9 milyon manat ayrıldı

Hitler Almaniyasının SSRİ üzərinə xaincəsinə hücum etdiyi 22 iyun ərəfəsində İkinci Dünya müharibəsinin İsraildə yaşayan veteranları Ermənistanda “erməni milli azadlıq hərəkatının qəhrəmanı” adlandırılan Qaregin Njdenin Yerevanda heykəlinin təntənəli açılışı barədə xəbərdən şoka düşüblər.

Böyük Vətən müharibəsi dövründə Njdenin nasistlərlə əməkdaşlıq etməsi sirr deyil. Njde 1942-ci ilin dekabr ayında Berlində yaradılmış Erməni Milli Şurasının yeddi üzvündən biri olub. O, hərbi əsir düşmüş ermənilərin qarşısında dəfələrlə təbliğat xarakterli çıxışlar edir, onları SSRİ-yə qarşı silahlı mübarizəyə çağıraraq deyirdi: “Almaniya uğrunda həlak olanlar Ermənistan uğrunda həlak olur”. Faşist Almaniyası darmadağın ediləndən sonra Njde SMERŞ (Smert şpionam – Casuslara ölüm) təşkilatı tərəfindən həbs edilib, hərbi cani kimi mühakimə olunaraq 25 il həbs cəzasına məhkum edilib. Sonradan o, Vladimir həbsxanasında ölüb.

Sovet ordusu sıralarında nasistlərə qarşı vuruşmuş israilli müharibə veteranları bir şeyi başa düşə bilmirlər: necə olub ki, faşist Almaniyası ilə əməkdaşlıq etmiş adamın şərəfinə Ermənistanda heykəl qoyulub?! Hətta o, erməni milli ideyası uğrunda mübarizə aparmış olsa belə, “yəhudi məsələsini birdəfəlik həll etməyi”, yəni yəhudiləri tamamilə məhv etməyi öz qarşısına məqsəd qoymuş hitlerçilərə necə kömək etmək olardı?

Fikirləşəndə dəhşətə gəlirsən: əgər İkinci dünya müharibəsində faşistlər qalib gəlsəydi, SSRİ-də yaşayan milyonlarla insanın və ümumiyyətlə, bütün azad dünyanın taleyi necə olardı?! Təəssüf ki, nasistlərin əlaltıları çox idi. Lakin bu gün nasistlərin əlaltılarını qəhrəman kimi təqdim etmək, Ermənistan paytaxtının mərkəzində onlara heykəl qoymaq nə deməkdir?!

Rişon le-Siona Veteranlar İttifaqının sədri, İsrail Veteran Təşkilatının Mərkəzi Şurasının üzvü İosif Zeldisin sözlərinə görə, “faşistlərlə əməkdaşlıq edənlərə heykəllər qoymaq əxlaqa ziddir”.

Yerusəlim Dairə Veteranlar İttifaqının sədri Yuri Periç heyrətlənir: “Faşistlərə kömək etmiş adama necə heykəl qoymaq olar? Mən erməni xalqını başa düşmürəm. Faşistpərəst element milli qəhrəman ola bilməz. Əgər o faşistlər dəstəsinə daxil olubsa onu qəhrəmana çevirmək və ona heykəl qoymaq olarmı?! Bu, heç bir əndazəyə sığmır. Biz, yerusəlimli veteranlar üçün o adam faşistdir, amma kimlər üçünsə milli qəhrəmandır? Axı faşistlər bütün dünyanın düşməni olublar, bunu hamı başa düşür. Digər tərəfdən, faşistlərin əlaltısını milli qəhrəman elan edir və ona heykəl qoyurlar. Biz, yerusəlimli veteranlar üçün bu, qəbuledilməzdir. O, faşizmin qələbəsi uğrunda mübarizə aparıb və indi qəhrəman olub? Bir var millətçilər, bir də var nasistlər. Millətçi öz millətini sevən və başqa millətlərə hörmət edən adamdır. Nasistlər isə öz millətini, öz irqini sevir, amma başqa millətləri, başqa irqləri məhv edirlər. Bizim üçün nasist qəhrəman ola bilməz”.

Ümumisrail İkinci Dünya müharibəsi veteranları – nasizmə qarşı mübarizlər ittifaqının rəhbəri Avraam Qrinzayd: “Nasistlərin əlaltılarının hər hansı şəkildə qəhrəman kimi qələmə verilməsi qəbuledilməzdir. Biz hətta Qələbənin yetmiş illiyində keçmiş SSRİ məkanındakı bəzi ölkələrdən xatirə medalları almaqdan imtina etmişik, çünki həmin medallarla həm nasistlərə qarşı vuruşanları, həm də faşistlərin tərəfində vuruşanları təltif edirdilər. Bu problemin heç bir müzakirəyə ehtiyacı yoxdur. Bunu yalnız pisləmək olar, bu, kədərli və anlaşılmaz haldır”.

Aşdod şəhəri Veteranlar İttifaqının sədri Mixail Dendze də təəccüblənir: almanlarla əməkdaşlıq etmək xəyanətdir, faşistlərə kömək etməkdir. Onun bunu etməyə haqqı yox idi. Yaddaş əbədi qalmalıdır. Heykəllər qəhrəmanlara ucaldılmalıdır. “Ölməz alay” – insanlar həlak olub, onlar bu gün də yaralardan ölürlər… Biz onları yox, faşistlərin əlaltılarını məşhurlaşdırırıq… Tarixi yenidən yazmaq olmaz. Faşistlərə kömək edənlərə yox, “Ölməz alaya” heykəllər qoyulmalıdır…”

Njde, Bendera, Vlasov, Şaxnoviç kimilərin vəcdə gəlmiş pərəstişkarları bu gün də çoxdur. Bizə nə olub? Doğrudanmı faşistlərin əlaltılarının qəhrəmanlar kimi qələmə verilməsi və onların milli qəhrəmanlara çevrilməsi yol verilə biləndir? Bunun harada olmasının fərqi yoxdur – istər Ukraynada, istər Ermənistanda, Baltikyanı bölgədə, ya Çexiyada olsun. Müharibədə faşistlərin qələbə qazanmasına kömək etməyə çalışanlara haqq qazandırmaq olarmı?

Bu xəbərin müzakirəsində iştirak edən Ümumisrail İkinci Dünya müharibəsi veteranları – nasizmə qarşı mübarizlər ittifaqının rəhbəri Avraam Qrinzayd deyib: “Mən İkinci Dünya müharibəsi tarixinə yenidən baxılmasının qəti əleyhinəyəm. Mənim üçün ən vacibi bizim insanların qəhrəmanlıq tarixidir. Tarixi dəyişmək olmaz. Nə qədər ki, biz sağıq, bizə imkan verin, dünyamıza qaliblər kimi gəlmişik. Bizim nə ömrümüz qalıb ki…”

Söhbət zamanı veteranlardan biri qəzəblənərək qışqırdı: “Bu heykəli söküb rədd etmək lazımdır”. Lakin sonra xahiş etdi ki, onun sözlərini sitat gətirməyək. Axı, Ermənistanın harasında və kimlərə heykəllər qoymaq suveren Ermənistanın, Ermənistan rəhbərliyinin və ölkə prezidentinin işidir. Qoy, Böyük Vətən müharibəsi cəbhələrində igidliklə vuruşmuş Ermənistan oğullarına heykəllər qoymaq, yoxsa “Almaniyanın qələbəsi Ermənistanın qələbəsidir” deyən insanı qəhrəman kimi qələmə vermək məsələsini onlar həll etsinlər. Ola bilsin, onun üçün məhz belə idi… Bəs sizin üçün, dostlar, bu, belədirmi?

Previous Post

İsraildə yaşayan veteranlardan Ermənistana etiraz

Next Post

`Putin Qarabağa görə Ermənistana təzyiq göstərir` – Tofiq Zülfüqarov

Bənzər yazılar

Naxçıvanın inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir

Naxçıvanın inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir

12 Avqust 2026 - 16:35

Əsrarəngiz təbiəti, qədim dövlətçilik ənənələri və zəngin tarixi ilə seçilən Azərbaycan torpağı Naxçıvana Prezident İlham Əliyevin və birinci xanım Mehriban...

Ermənistan Kəlbəcər istiqamətində yeni yol çəkir

Ermənistan Kəlbəcər istiqamətində yeni yol çəkir

12 Avqust 2026 - 14:28

Ermənistanda dövlət büdcəsinin vəsaiti hesabına Kəlbəcərlə sərhədə yaxın ərazidən keçən M-10 avtomobil yolunun 9 kilometrlik hissəsinin yenidən qurulmasına başlanılıb. Elchi.az...

4 icra hakimiyyətinə 9 milyon manat ayrıldı

4 icra hakimiyyətinə 9 milyon manat ayrıldı

12 Avqust 2026 - 13:14

Naxçıvan, Şərur, Culfa və Ordubad şəhərlərində 45 istilik qazanxanasının əsaslı təmiri üçün müvafiq şəhər (rayon) icra hakimiyyətlərinə 9 milyon manat...

Ağdamda Mərkəzi parkın tikintisi davam etdirilir

Ağdamda Mərkəzi parkın tikintisi davam etdirilir

11 Avqust 2026 - 14:52

İşğaldan azad edilmiş Ağdam şəhərində yeni ictimai və istirahət məkanlarının yaradılması istiqamətində layihələr həyata keçirilir. Elchi.az-ın məlumatına görə, şəhərdə inşa...

Next Post

`Putin Qarabağa görə Ermənistana təzyiq göstərir` - Tofiq Zülfüqarov

`Putin Qarabağa görə Ermənistana təzyiq göstərir` - Tofiq Zülfüqarov

Son xəbərlər

Naxçıvanda vergi daxilolmaları 4%-ə yaxın artıb

Əhaliyə yeddi ayda 6 milyard manatdan çox sosial ödəniş edilib

13 Avqust 2026 - 10:27
NASA Marsda təəccüblü kəşf edib

NASA Marsda təəccüblü kəşf edib

13 Avqust 2026 - 10:04
DYP piyadalara müraciət edib

DYP piyadalara müraciət edib

13 Avqust 2026 - 09:52
“Brent” nefti 7%-dən çox bahalaşdı

Azərbaycan nefti 95.5 dollara satılır

13 Avqust 2026 - 09:44
Azərbaycan, Gürcüstan, Türkiyə və Bolqarıstan elektroenergetika sahəsində yeni layihə üzrə danışıqlar aparır

Azərbaycan, Gürcüstan, Türkiyə və Bolqarıstan elektroenergetika sahəsində yeni layihə üzrə danışıqlar aparır

13 Avqust 2026 - 09:35
Yasamalda yaşayış evində partlayış oldu: Ölən və yaralanan var

Bakının mərkəzində obyektdə və mənzillərdə yanğın olub

13 Avqust 2026 - 09:27
Səudiyyə Ərəbistanı Asiya bazarı üçün neftin qiymətini endirdi

Dünya bazarlarında neft ucuzlaşıb

13 Avqust 2026 - 09:13
Lökbatanda dənizdə batan iki qadının meyiti tapıldı

Mingəçevirdə Kür çayında 21 yaşlı gənc batıb – VİDEO

12 Avqust 2026 - 19:23
“Qarabağ”ın bəlli bir sistemi var – Kostyuk

“Qarabağ”ın bəlli bir sistemi var – Kostyuk

12 Avqust 2026 - 19:06
Suqovuşanda mina partladı – Xəsarət alan var

Xocavənddə buldozer minaya düşüb, xəsarət alanlar var

12 Avqust 2026 - 18:55
Bakıda oğurluq edən şəxslər saxlanıldı

Yasamalda oğurluq edən şəxslər saxlanılıblar

12 Avqust 2026 - 18:31
“Starlink” qalmaqalı: Polşadan Maska sərt reaksiya

“Starlink” qalmaqalı: Polşadan Maska sərt reaksiya

12 Avqust 2026 - 18:23
“DOST Müfəttiş” layihəsi üzrə daha 4 müəssisədə diaqnostik qiymətləndirmə aparılıb

“DOST Müfəttiş” layihəsi üzrə daha 4 müəssisədə diaqnostik qiymətləndirmə aparılıb

12 Avqust 2026 - 18:15
Bakıda 16 istiqamətdə sıxlıq var

Bakıda 16 istiqamətdə sıxlıq var

12 Avqust 2026 - 18:00
Magistraturaya qəbul olunanlar üçün qeydiyyat prosesi uzadıldı

Magistraturaya qəbul olunanlar üçün qeydiyyat prosesi uzadıldı

12 Avqust 2026 - 17:49
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.