"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

“Məmurların jurnalistlərə münasibəti qənaətbəxş deyil”

06 İyun 2016 - 13:11
in XƏBƏR LENTİ
FacebookVatsap

“Məmurların jurnalistlərə münasibəti qənaətbəxş deyil”

Bunu da oxuyun

SEPAH Küveyt aeroportunun ABŞ-nin “Patriot” HHM sistemi tərəfindən vurulduğunu iddia edir

Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub

ABŞ və Çin 30 milyard dollar dəyərində mallara rüsumları qarşılıqlı ləğv edə bilər

Asəf Rzayev: “Təəssüflər olsun ki, məmurlarımızın əksəriyyəti jurnalist görəndə elə bil qutuda diri ilan görürlər”

Bu gün “Unikal” qəzetinin və unikal.org saytının altı yaşı tamam olur. Ad günü ərəfəsində sözügedən media qurumunun qurucusu Asəf Rzayevlə söhbətləşdik.

“Unikal”ın kapitanı ilə söhbətə ötən altı ilin xatirəsindən başladıq.

-Asəf müəllim, hər iki media qurumunun rəhbəri kimi fikirlərinizi bilmək maraqlı olardı. Arxada qoyduğunuz altı ili necə xatırlayırsınız?

– Əvvəlla, təşəkkür edirəm ki, önəmli bir gündə bizi diqqətdə saxlamısız. Bu günün mənim üçün özəlliyi böyükdür. Çünki “Unikal”ın media cəmiyyətində özünə məxsus yer tutması üçün xeyli əziyyətli yol keçmişik. Bu illər ərzində çalışmışam ki, qəzet ayaq üstə qalsın, kollektiv dağılmasın. Açığı, bu günün özəlliyini redaksiya kollektivində də hiss edirəm. Bu illəri bir yerdə addımlayıb, sevincimizi və acımızı birgə bölüşmüşük. Bilirsiniz, mən hiss edirəm və əminliklə deyə bilərəm ki, mənim üçün bu gün nə qədər sevinclidirsə, oxucular üçün də o qədər sevinclidir. Çünki onlar “Unikal”ı sevə-sevə oxuyurlar. “Unikal” qəzet olaraq öz oxucu aditoriyasını artıq qazanıb, çap mediasında öz yeri var. Unikal.org saytı olaraq isə on qat oxucu aditoriyası qazanmışıq. Onu da qeyd edim ki, sutka ərzində sayt mütəmadi yenilənir. “Unikal” qəzeti altı il bundan öncə həftəlik çıxıb. O vaxt qəzetin baş redaktoru dostum, yaradıcılığına, istedadına hörmət etdiyim Eldəniz Elgün olub. Qəzetin ilk sayı çapdan çıxan günü indi də xatırlayıram. İlk nömrəmiz çox maraqla qarşılandı. Artıq qəzetin bir neçə sayından sonra bazarda öz yerinin olduğunu gördük və qərara gəldik ki, gündəlik rejimə keçək. Elə o vaxtdan gündəlik rejimdə yolumuza davam edirik. Bilirsiniz, o vaxtlar siyasi proseslərdə canlanma var idi, xəbər qıtlığı da yaşamırdıq. İstədiyimiz siyasi açıqlamanı alıb, istədiyimiz xəbəri verirdik. Artıq get-gedə hiss olundu ki, siyasi proseslər aktivliyini itirir. Və qəzetlərdə də siyasi mövzularda geriləmə hiss olunur. Ancaq bunun çıxış yolunu fikirləşdik və qərara gəldik ki, analitik yazılara, reportajlara, müsahibələrə və sosial mövzulara daha çox üstünlük verək. Açığı, elə oxucular da bu mövzulara daha çox maraq göstərdilər. Mən deyərdim ki, oxucular da daha yalançı siyasi söhbətlərdən yoruldular.

Altı ildir ki, “ Unikal”la bir yerdə addımlayırıq. Bu illər ərzində çalışmışam ki, oxuculara yeni nəsə çatdırım. Bizim işimiz xəbər alıb, xəbəri cəmiyyətə çatdırmaqdır ki, onun da öhdəsindən gəlirik. Hiss edirəm ki, inkişaf etmək üçün daim çalışmalıyıq.

– Dediyiniz kimi, ağır iş rejimində çalışırsınız. Yəqin ki, ad gününüzü qeyd edəcəksiz? Tədbir harada baş tutacaq, kimlərlə bir yerdə olacaqsınız?

– Dəqiq analiz aparsaq, jurnalistikanı ən ağır peşələrdən hesab etmək olar. Bunu ancaq bu peşənin sahibləri bilərlər. Amma kənardan kimlərəsə asan görünə bilər ki, qəzetdi də yazdın, verdin çapa vəssalam. Açığı, bir qəzetin ərsəyə gəlməsi üçün çox ağır bir mərhələlərdən keçirsən. Gündəlik qəzetin işi isə daha ağırdır. Bunu məmur təbəqəsi, papasının, mamasının gül balaları heç vaxt anlaya bilməz. Demək olar ki, mən günün 10-12 saatını işləyirəm. Bir tərəfdən gündəlik qəzet, o biri yandan isə sayt. İşdən sonra da oturursan evdə, yaxud hər hansı bir başqa məkanda, yenə xəbər barədə düşünürsən. Qəzet səhifələrinə baxırsan, onu çapa verdin, yenidən sayta qayıdırsan. Bir də ayılırsan ki, gecə saat 12-dir. Bu da sənin iş günün. Mənimlə bərabər, bəlkə də məndən çox “Unikal” komandası əziyyət çəkir. Bilirsiniz, hazırkı zaman çox işləməyi tələb edir. Çünki qəzet və saytın gündəmdə qalması üçün çalışmalıyam. Qaldı ki qəzetin ziyafət məsələsinə, belə bir fikrim yoxdur. Hansısa restoran bağlatdırmaq və ya dəbdəbəli mərasim təşkil etmək bizə uyğun deyil. Hökm deyil ki, restoran olsun, biz ad günündə də redaksiyada olacağıq. Bir tort kəsib ad gününü qeyd etmək də olar. Yəni, adgünündə də “Unikal”çılar iş başında olacaq.

– Bu gün fəalliyət göstərən mətbuat orqanları arasında hansıları müstəqil hesab edirsiz?

– Ölkədə fəaliyyət göstərən media qurumları çoxdur. Təbii ki, onun bir qismi dövlət qəzetləri və saytlarıdır, bir qismi isə müxalifət partiyasının mətbu orqanıdır. Mən deyərdim müstəqil mətbu orqan az saydadır. Bu gün Azərbaycanda söz və mətbuat azadlığı var. İstənilən media qurumunu nəzərdən keçirəndə orada hansısa dövlət məmurunun sərt şəkildə tənqid olunduğunu görmək olar. Bu da ölkədə azad mətbuatın olduğunu göstərir. “Unikal”ın hansı nömrəsinə baxsan, tənqidi məqalələrə rast gələrsən. Deməli, ölkədə demokratiya və söz azadlığı var ki, mətbuat hakimiyyətin nazirlərini, icra başçılarını, komitə sədrlərini tənqid edir. Mən həmişə haqsız danışan insanlara sübut etmişəm ki, Azərbaycanda müstəqil mətbuat var. Müstəqillik olmasa, hansısa məmurdan yaza bilərsənmi? Bu azadlıq olmasaydı, ya “Kürdəxanılıq”, ya da qəbiristanlıq olardıq. Deməli, sözün əsl mənasında cənab prezident İlham Əliyevə minnətdar olmalıyıq ki, müstəqiliyimizi qoruyub saxlayır. Bilirsiniz, kimlər belə fikir bildirirlər ki, guya müstəqil media yoxdur? O şəxslər ki, yazısına görə yox, törətdiyi əməlinə görə cəzalanıblar. Hansı jurnalist yazısına görə cəzalandırılıb? Kimsə gedib hansısa şəxsin çətiri altında qəzet çıxarıb və yaxud xarici dövlətin dəstəyi ilə agentlik işlədib dövlətini satacaqsa, sonra da hansısa problemlə üzləşəcəksə, onun mətbuata və müstəqilliyə nə aidiyyatı var? Ona görə də gedib cəzalarını çəkirlər. Sonra da deyirlər ki, müstəqil deyilik. Qardaşım, qəzet və yaxud sayt varsa, medianın müstəqiliyindən istifadə edib bildiyini etməlisənmi? Unutmayaq ki, dövlətini satan adam hər şeyni belə fikirləşmədən satar.

-Son dövrlər bir neçə nazirlə müsahibəniz mətbuatda müzakirə mövzusu olub. Daha hansı dövlət məmurlarından müsahibə götürmək istəyərsiniz? Ümumiyyətlə, məmurların mətbuata olan münasibəti sizi qane edirmi?

-Bəzi nazirlər var ki, onlara yaxın düşmək çox çətindir. Elə bil kreslolarını dədələrinin pensiyası ilə alıblar. Fikirləşmirlər ki, ölkə başçısı mediaya necə diqqət göstərir. Cənab prezident özü də deyir ki, ölkədə baş verənlər barədə məlumatı mediadan alır. Amma bəzi məmurlar bunu nəzərə almırlar. Doğrudur, çətin olsa da, birdən elə olur ki, təsadüfən qısa müsahibə alınır. Bax, elə mənim də bir neçə nazirdən müsahibələrim sırf təsadüfən alınıb və yaxşı effekt verib. Əslində, belə müsahibələr tez-tez olmalıdır ki, cəmiyyət həmin nazirin dediklərini özündə analiz etsin. Amma təəssüflər olsun ki, bizdə tərsinədir. Müsahibə vermirlər, açıqlama almaq olmur. Məndə hansısa nazirin telefonu olsa, yenə müsahibə götürərəm. Danışmaq istəməsə belə, bir neçə cümlə danışdıraram. Bir neçə dəfə olub ki, nazirlərdən müsahibə almışam. Amma çox danışmayıblar. Bir gün hörmətli Ziya Məmmədovla qısa müsahibə alındı, yaxşı da oxundu. Hətta bütün media həmin müsahibəni istinadla yayımladı, gündəm mövzusu oldu. O vaxt götürdüyüm müsahibəylə bağlı maraqlı bir məqam oldu. Mənə bir tanıdığım adam zəng etdi və dedi ki, müsahibəni verməyim, verəcəyimi bildi və dedi ki, Ziya Məmmədov deyir ki, onda Elton Məmmədovun adından versin. Mən də götürdüyüm müsahibəni elə Ziya müəllimin adından verdim və nəticəsi də dediyim kimi, əla alındı. Mənim üçün hər şeydən öncə xəbərdir. Son aylarda Ziya Məmmədovun səlahiyyətlərinin əlindən alınmasıyla bağlı münasibət öyrənmək üçün bir neçə dəfə cəhd göstərdik, amma müsahibə vermədi. Deyəsən, o söhbətdən sonra “Unikal”dan küsüb. Qaldı hansısa nazirlə müsahibəyə, kim mənimlə müsahib olmaq istəsə, dərhal götürərəm. Çünki məmurların müsahibəsi hər zaman olduğu kimi bu gün də cəlbedicidir. Çox istəyərəm ki, nazirlərdən, spikerdən, müdafiə nazirindən müsahibə alım. Bəzi deputatlar var ki, mediadan qaçırlar, danışmırlar. Bu da normal hal deyil. Bir media qurumunun sahibi kimi deyərdim ki, deputat hər zaman jurnalistlərə açıq olmalıdır, çünki ən azındın onları xalq seçib. Bu gün bunların müsahibələri cəmiyyət üçün də cox maraqlıdır, təkcə jurnalistlər üçün yox. Bilirsiniz, barmaqla sayılası məmur var ki, jurnalistə açıqdır, münasibət bildirirlər, müsahibə verirlər. Amma təəssüflər olsun ki, məmurlarımızın əksəriyyəti jurnalist görəndə elə bil qutuda diri ilan görürlər. İnformasiya verməkdən yayınırlar, münasibətlərini kobud şəkildə ifadə edirlər. Daha bilmirlər ki, sabah vəzifədən gedəndə və yaxud etdiyi saxtakarlığa görə həbs olunanda jurnalistlərə möhtac olacaqlar. Misal üçün Əli İnsanov. Mən elə fürsətdən istifadə edib həmin məmurlara səslənərək, demək istəyirəm ki, mətbuata açıq olmaq lazımdır, cənablar!

– Məmurlar arasında dostluq etdiyiniz, yaxın münasibət qurduğunuz şəxslər varmı?

– Ümumiyyətlə, dostu, ətrafı olmayan insan həyatda bayquş kimi bir şeydir. Mənim dostlarım, ətrafım böyükdür. Onların arasında məmur dostlarım da var. Bəziləri üçün ola bilsin, məmurla dostluğu böyük bir iş bilirlər. Amma mənim münasibətim olan vəzifəli şəxslər də sadə dostlarım kimidir. Mən həyatda necəyəmsə, onlarla o cür rəftar edirəm. Daha fikirləşmirəm ki, bu kimdir, vəzifəsi nədir. Belə şeylər mənə yaddır. Əgər dostluq edirsənsə, səmimi olmalısan, yox əgər səmimi deyilsənsə, deməli, dostluqdan söhbət gedə bilməz. Mən bilən belə olmaq lazımdır ki, möhkəm dostluq olsun. Elə şəxslər var ki, məmurla münasibət qurur, az qalır görüşəndə onun əlindən öpsün.

– Mətbuata dövlət qayğısını necə qiymətləndirirsiniz və gələcək planlarınız?

– Bu gün cənab Prezident hər sahəyə diqqət ayırdığı kimi, mətbuata da diqqət və qayğısını əsirgəmir. Son illər KİVDF-nin yaradılması və qəzetlərə yardım ayrılması, jurnalistlərə mənzillərin verilməsi, onların fəxri adla təltif olunması ölkə başçısının xüsusi diqqətinin nəticəsidir. Qaldı gələcək planlara, təbii ki, insan həyatı planlar üzərində qurulur. Mən, ümümiyyətlə, yeniliyi xoşlayan adamam. Sözsüz ki, yeni planlarımız var, perspektivdə yeni layihələrin icrasını planlaşdırıram. İnşallah planlarımızın necə baş tutacağını zaman göstərəcək.

-Hansı media orqanını özünüzə rəqib görürsünüz?

– Təbii ki, rəqibsiz həyat yoxdur. Əgər həyatda yaşayırsansa, sənin də rəqibin var. Biz informasiya rəqabətinin içindəyik. Bu gün fəaliyyət göstərən qəzət və yaxud sayt xəbər rəqibiylə işləyirsə, deməli, bizim də rəqimiz var və olacaq.

Previous Post

“Məmurların jurnalistlərə münasibəti qənaətbəxş deyil”

Next Post

Ermənistan sürətlə dağılır – Sarkisyandan acı etiraf

Bənzər yazılar

SEPAH Küveyt aeroportunun ABŞ-nin “Patriot” HHM sistemi tərəfindən vurulduğunu iddia edir

SEPAH Küveyt aeroportunun ABŞ-nin “Patriot” HHM sistemi tərəfindən vurulduğunu iddia edir

03 İyun 2026 - 23:18

İran Küveyt Beynəlxalq Hava Limanına zərbə endirməsi ilə bağlı iddiaları təkzib edib və bildirib ki, zədələr ABŞ-nin "Patriot" hava hücumundan...

Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub

Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub

03 İyun 2026 - 23:11

Slovakiyada keçirilən minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub. Elchi.az  xəbər verir ki, ilk yarımfinal oyununda Ukrayna millisi Macarıstanı...

ABŞ və Çin 30 milyard dollar dəyərində mallara rüsumları qarşılıqlı ləğv edə bilər

ABŞ və Çin 30 milyard dollar dəyərində mallara rüsumları qarşılıqlı ləğv edə bilər

03 İyun 2026 - 23:00

ABŞ və Çin 30 milyard dollar dəyərində mallara rüsumların qarşılıqlı ləğvi imkanını nəzərdən keçirir. Elchi.az  xəbər verir ki, bu barədə...

Qırğızıstan ilk dəfə BMT Təhlükəsizlik Şurasının üzvü seçilib

Qırğızıstan ilk dəfə BMT Təhlükəsizlik Şurasının üzvü seçilib

03 İyun 2026 - 21:40

Qırğızıstan tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib. Elchi.az Rusiya mediasına istinadən xəbər verir ki, Baş Assambleya ölkənin...

Next Post

Ermənistan sürətlə dağılır – Sarkisyandan acı etiraf

Ermənistan sürətlə dağılır – Sarkisyandan acı etiraf

Son xəbərlər

Tramp etiraf edir: Netanyahunun iddiaları bu sözlərlə təsdiqləndi

Tramp etiraf edir: Netanyahunun iddiaları bu sözlərlə təsdiqləndi

04 İyun 2026 - 11:27
Mülki PUA-lara nəzarət olacaq, yoxlamalar aparılacaq

Mülki PUA-lara nəzarət olacaq, yoxlamalar aparılacaq

04 İyun 2026 - 11:24
ÜST ölümcül Ebola virusu barədə xəbərdarlıq edir!

ÜST ölümcül Ebola virusu barədə xəbərdarlıq edir!

04 İyun 2026 - 11:15
Tramp: İranla razılaşma bu həftəsonu əldə edilə bilər

Tramp: İranla razılaşma bu həftəsonu əldə edilə bilər

04 İyun 2026 - 11:04
Geomaqnit qasırğası olacaq

Geomaqnit qasırğası olacaq

04 İyun 2026 - 10:58
ABŞ: İsrail və Livan atəşkəs barədə razılığa gəldilər

ABŞ: İsrail və Livan atəşkəs barədə razılığa gəldilər

04 İyun 2026 - 10:51
NASA, MAVEN kosmik gəmisinin Mars missiyası başa çatdı

NASA, MAVEN kosmik gəmisinin Mars missiyası başa çatdı

04 İyun 2026 - 10:43
İran müharibəsi Yaponiyada plastik torba böhranına səbəb oldu

İran müharibəsi Yaponiyada plastik torba böhranına səbəb oldu

04 İyun 2026 - 10:36
Humanoid robot bazarında investisiya yarışı qızışır

Humanoid robot bazarında investisiya yarışı qızışır

04 İyun 2026 - 10:29
2026 Dünya Kuboku heyətləri: Statistik təhlil: Ən yaşlı, ən gənc və ən Yaxşı liqalar

2026 Dünya Kuboku heyətləri: Statistik təhlil: Ən yaşlı, ən gənc və ən Yaxşı liqalar

04 İyun 2026 - 10:17
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda, arpa və gübrə göndəriləcək

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda, arpa və gübrə göndəriləcək

04 İyun 2026 - 10:08
İsrail Qəzzada əməliyyatların ikinci mərhələsinə başlayıb

Doktoranturaya xarici dil üzrə qəbul və fəlsəfə doktoru imtahanlarının tarixləri müəyyənləşib

04 İyun 2026 - 10:00
“Brent” nefti 7%-dən çox bahalaşdı

Azərbaycan nefti bahalaşıb

04 İyun 2026 - 09:45
“Çelsi”nin ikinci ən çox qol vuran futbolçusu vəfat edib

“Çelsi”nin ikinci ən çox qol vuran futbolçusu vəfat edib

04 İyun 2026 - 09:33
Bu günün valyuta məzənnələri

Bu günün valyuta məzənnələri

04 İyun 2026 - 09:26
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  
« May    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.