"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Generalların həbsi: Serj Sarqsyan aprel məğlubiyyətini mərhələ-mərhələ etiraf edir – ŞƏRH

31 May 2016 - 21:46
in XƏBƏR LENTİ
FacebookVatsap

Bunu da oxuyun

“MS Now”: Ağ Evin yeni mətbuat katibi ilk brifinqdən sonra işdən çıxarılmaqla hədələnib

SEPAH: Hörmüzdən icazəsiz keçən neft tankerində yanğın baş verib

Böyük Britaniyanın səfiri İran XİN-ə çağırılıb

Ermənistan prezidenti generalları işdən azad edib, onlar barəsində cinayət işi qaldırmaqla hakimiyyətinin ömrünü uzatmağa çalışır

Azərbaycanın işğal altında olan Dağlıq Qarabağbölgəsində dördgünlük döyüşlər Ermənistanın gücünü, daha doğrusu gücsüzlüyünü, o cümlədən işğalçı ordunun vəziyyətini gün işığına çıxardı, ermənilər barədə yaradılan mifləri dağıtdı. Aprel döyüşlərindən sonra Ermənistan hakimiyyəti və onun havadarları erməni ictimaiyyətində ruh yüksəkliyi yaratmaq üçün müxtəlif üsullardan istifadə edirlər.

Bu məsələdə ilk növbədə ordu rəhbərliyi tənqid olunur. Ermənistan rəhbəri Serj Sarqsyanın son zamanlar yüksək rütbəli zabitləri işdən azad etməsi və onlar barədə cinayət işinin başladılması bunu təsdiq edir.

Mayın 30-da Ermənistan ordusunun Silahlandırma İdarəsinin rəisi, general Mels Çilingəryan, polkovniklər Mqer Papyanla Armen Marqaryan da həbs olunublar. Onlar barəsində ordu üçün aşağı keyfiyyətli malların alınması və bir sıra hallarda isə alınan malların qiymətinin şişirdilməsi faktları üzrə iki cinayət işi başladılıb. Mayın 12-də isə Ermənistan İstintaq Komitəsinin Hərbi istintaq idarəsi rəhbər vəzifəli şəxslərə qarşı səhlənkarlıq faktı üzrə cinayət işi açaraq, Silahlı Qüvvələrin Avtomobil xidməti bölməsinin başçısı, polkovnik David Abramyan həbs edilib.

Qeyd edək ki, S.Sarqsyanın aprelin 26-da imzaladığı fərmana əsasən, Ermənistan müdafiə nazirinin maddi-texniki təminat üzrə müavini Alik Mirzabekyan, rabitə xidmətlərinin rəisi, general-mayor Komitas Muradyan və Baş Qərargahın kəşfiyyat idarəsinin başçısı Arşak Karapetyan vəzifəsindən azad edilib.

Ermənistan mətbuatı həmin həbsləri ölkənin baş prokuroru Gevorq Kostanyanın antikorrupsiya sxemi üzrə həyata keçirildiyini yazıb. Erməni KİV-ləri bunu S.Sarqsyanın orduda “sanitar təmizliyi” adlandırıb. Prosesin Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində baş verən aprel döyüşlərindən əvvəl başladığı ehtimal olunur. Bu baxımdan baş prokurorun sxemi üzrə həbs həm də S.Sarqsyanın müdafiə naziri Seyran Ohanyana etibar etməməsi kimi dəyərləndirilir.

Qeyd edək ki, bu il fevralın 19-da “Transparency International”ın Antikorrupsiya Mərkəzi Ermənistanın Müdafiə Nazirliyində yoxlama aparıb.

Mərkəzin yaydığı hesabatda bildirilib: “Müdafiə naziri və nazirliyin ayrı-ayrı əməkdaşları maliyyə fəaliyyəti şəffaf olmayan bir sıra ticarət mərkəzlərinin sahibidir, yaxud səhmlərdə payları var”. Qurum vurğulayıb ki, nazir S.Ohanyanın ailə üzvləri, yaxınları və nazirliyin başqa məsul işçiləri yoxlama aparan məmurları “dilə tutur”, onlardan qanun pozuntularına göz yummalarını istəyirlər.

Mayın 16-də Vyanada Azərbaycan Prezidenti İlham Əliyevlə Serj Sarqsyan arasında keçirilən görüşdən iki gün əvvəl Yerevanda keçirilən etiraz aksiyasında xarici işlər naziri Edvard Nalbandyan, müdafiə naziri Seyran Ohanyan, Silahlı Qüvvələrin Baş Qərargah rəisi Yuri Xaçaturyan, onun müavini Aykaz Baqmanyanın istefası tələb edilmişdi.

Bundan başqa, Ermənistan müdafiə naziri Seyran Ohanyan dörgünlük döyüşün nəticələrindən danışanda “Azərbaycanın heç bir strateji mövqeni almadığını” söyləmişdi.

Belə bir ölkənin Azərbaycan torpaqlarını özbaşına, təkbaşına işğal altında saxlamağa maddi-mənəvi gücünün olmaması bir daha təsdiqlənir.

Daha bir neçə nümunə göstərmək istərdik.

Ermənistanda hərbçilərə ayrılan 72 min dram (220 manat) məbləğində sosial müavinətin hamısı verilmir. Onlara bu məbləğin yarısı çatır.

Ermənistan ordusunda yağışdan qorunmaq üçün istifadə edilən çadır-plaş çatışmır.

Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovannisyan özünün “Facebook” səhifəsində etiraf edib ki, aktiv fəaliyyət zamanı plaş-çadır islanır, növbəti növbətçiliyədək isə onlar qurumur: “Biz artıq bir neçə gündür bu vəsaitin sayının artırılması və ordunun təchizatındakı başqa bu kimi çatışmazlıqların aradan qaldırılması ilə məşğuluq”.

Ermənistan KİV-i istefada olan general, parlamentin deputatı, “Yerkrapa” Könüllülər Birliyinin İdarə Heyətinin sədri Manvel Qriqoryanın da böyük məbləğdə varidat sahibi olduğu haqda məlumatlar yayıb.

Beləliklə, baş verənlər bir daha bunları təsdiqləyir:

– Ermənistan adlı bir dövlət mövcud deyil;

– Başqaları yardım etməzsə, ermənilərin Azərbaycan torpaqlarını işğal altında saxlamağa qüdrəti çatmaz;

– Dağlıq Qarabağdakı ermənilər xarici qüvvələrin və Ermənistandakı “hakimiyyət”in girovudur;

– Azərbaycan vətəndaşı olan həmin ermənilərdən xarici qüvvələr və rəsmi Yerevan bölgədə öz hikkə və maraqlarını təmin etmək üçün alət kimi istifadə edir;

– Serj Sarqsyan generalları işdən azad edib, onlar barəsində cinayət işi qaldırmaqla hakimiyyətinin ömrünü uzatmağa çalışır, bununla da sudan quru çıxmağa səy göstərir, başqa sözlə, həbs edilən və işdən qovulan yüksək rütbəli zabitlər “günah keçisi”dir;

– Ermənistanda hazırda iqtidarda olanlar bununla ölkədə islahat apardıqları görüntüsü yaradırlar;

– Serj Sarqsyan onun hakimiyyəti üçün problem yaradanları aradan götürür;

– Azərbaycanın Dağlıq Qarabağ bölgəsindən olub, Ermənistanda hakimiyyətdə təmsil olunanların xərclənməsi mərhələsi başlayır, yaxud Sarqsyan öz yerlilərini satır və s.

share-block__img

Sədrəddin İsmayılov

Previous Post

Generalların həbsi: Serj Sarqsyan aprel məğlubiyyətini mərhələ-mərhələ etiraf edir – ŞƏRH

Next Post

`Ermənistan Qarabağın işğalına son qoymalıdır` – Martin Şults

Bənzər yazılar

“MS Now”: Ağ Evin yeni mətbuat katibi ilk brifinqdən sonra işdən çıxarılmaqla hədələnib

“MS Now”: Ağ Evin yeni mətbuat katibi ilk brifinqdən sonra işdən çıxarılmaqla hədələnib

13 Oktyabr 2026 - 23:56

Ağ Evdə ABŞ Prezidentinin yeni mətbuat katibi Keti Zakariyanın ilk brifinqindən narazı qalıblar və onun tezliklə işdən çıxarıla biləcəyini mümkün...

SEPAH: Hörmüzdən icazəsiz keçən neft tankerində yanğın baş verib

SEPAH: Hörmüzdən icazəsiz keçən neft tankerində yanğın baş verib

13 Oktyabr 2026 - 23:19

İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri (HDQ) Hörmüz boğazının şərqində qaydaları (Tehranın elan etdiyi qaydalar-red.) pozan bir...

Böyük Britaniyanın səfiri İran XİN-ə çağırılıb

Böyük Britaniyanın səfiri İran XİN-ə çağırılıb

13 Oktyabr 2026 - 22:55

Böyük Britaniyanın İrandakı səfiri Hüqo Şorter Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb. Elchi.az  IRIB-yə istinadən xəbər verir ki, buna səbəb "RAF...

Laos Prezidenti BDU-nun tələbələri ilə görüşüb

Laos Prezidenti BDU-nun tələbələri ilə görüşüb

13 Oktyabr 2026 - 21:31

Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulit Bakı Dövlət Universitetinin (BDU) tələbələri ilə görüşüb. Bu barədə Elchi.az - a BDU-nun...

Next Post

`Ermənistan Qarabağın işğalına son qoymalıdır` - Martin Şults

`Ermənistan Qarabağın işğalına son qoymalıdır` - Martin Şults

Son xəbərlər

“MS Now”: Ağ Evin yeni mətbuat katibi ilk brifinqdən sonra işdən çıxarılmaqla hədələnib

“MS Now”: Ağ Evin yeni mətbuat katibi ilk brifinqdən sonra işdən çıxarılmaqla hədələnib

13 Oktyabr 2026 - 23:56
SEPAH: Hörmüzdən icazəsiz keçən neft tankerində yanğın baş verib

SEPAH: Hörmüzdən icazəsiz keçən neft tankerində yanğın baş verib

13 Oktyabr 2026 - 23:19
Böyük Britaniyanın səfiri İran XİN-ə çağırılıb

Böyük Britaniyanın səfiri İran XİN-ə çağırılıb

13 Oktyabr 2026 - 22:55
Laos Prezidenti BDU-nun tələbələri ilə görüşüb

Laos Prezidenti BDU-nun tələbələri ilə görüşüb

13 Oktyabr 2026 - 21:31
Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası olacaq

Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası olacaq

13 Oktyabr 2026 - 21:29
“Gəncə” FIBA Avropa Kubokundakı ilk ev oyununda uduzub

“Gəncə” FIBA Avropa Kubokundakı ilk ev oyununda uduzub

13 Oktyabr 2026 - 21:26
Tramp: ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını bölüşməyi dayandırmayıb

Tramp: ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını bölüşməyi dayandırmayıb

13 Oktyabr 2026 - 21:24
KİV: Polşa Starlink stansiyasına hücumun arxasında Rusiyanın dayandığını iddia edir

KİV: Polşa Starlink stansiyasına hücumun arxasında Rusiyanın dayandığını iddia edir

13 Oktyabr 2026 - 19:23
Venesuela xarici işlər naziri Uruqvayı daxili işlərinə müdaxilə etməkdə günahlandırdı

Venesuela xarici işlər naziri Uruqvayı daxili işlərinə müdaxilə etməkdə günahlandırdı

13 Oktyabr 2026 - 19:12
Niderlandın xarici işlər naziri Azərbaycana səfər edəcək

Niderlandın xarici işlər naziri Azərbaycana səfər edəcək

13 Oktyabr 2026 - 18:53
Azərbaycan HDQ komandanı İtaliyaya səfər edib

Azərbaycan HDQ komandanı İtaliyaya səfər edib

13 Oktyabr 2026 - 18:45
Özbəkistan Prezidenti AQEM sammitində iştirak etmək üçün Bakıya gələcək

Özbəkistan Prezidenti AQEM sammitində iştirak etmək üçün Bakıya gələcək

13 Oktyabr 2026 - 18:34
Yaponiya silah ixracı üzrə vahid struktur yaradacaq

Yaponiya silah ixracı üzrə vahid struktur yaradacaq

13 Oktyabr 2026 - 18:31
Prezidentin sosial şəbəkə hesablarında Laos Prezidentinin Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşılıb

Prezidentin sosial şəbəkə hesablarında Laos Prezidentinin Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşılıb

13 Oktyabr 2026 - 18:25
Azərbaycan Laos münasibətləri yeni mərhələdə

Azərbaycan Laos münasibətləri yeni mərhələdə

13 Oktyabr 2026 - 18:24
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.