"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

“İmtahana nə ehtiyac var ki, oxumaq istəyir, buyursun” – Sabiq təhsil naziri – VİDEO

04 May 2016 - 09:06
in XƏBƏR LENTİ
FacebookVatsap

 

Bunu da oxuyun

SEPAH Küveyt aeroportunun ABŞ-nin “Patriot” HHM sistemi tərəfindən vurulduğunu iddia edir

Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub

ABŞ və Çin 30 milyard dollar dəyərində mallara rüsumları qarşılıqlı ləğv edə bilər

“Vaxtiylə mənim yaratdığım Ali Attestasiya Komissiyası, mənim  təhsilə gətirdiyim test üsulu, bu gün xalqın, millətin ziyanına işləyir. Bu, məni çox ağrıdır”.

Cebhe.info xəbər verir ki, bu sözləri Talk TV-yə Azərbaycanda təhsil sisteminin mövcud durumunu dəyərləndirən sabiq təhsil naziri, professor Firudin Cəlilov deyib. TQDK-nın ləğv edilməsinə, eyni zamanda test üsulunun da ləğv ediləcəyi ilə bağlı gəzən fikirlərə münasibət bildirən sabiq nazir qeyd edib ki, rəhbərlikdə təmsil olunanlar sistemi yalnış yönləndirirlər:

“Yəni buna analoji bir örnək çəkim. Məsələn, biri bıçaq hazırlayır və o məqsədlə hazırlayır ki, bu, bir alətdir, cərrah götürüb xəstələri müalicə edəcək, qəssab ət kəsəcək, çörəkçi çörək doğrayacaq. indi bir başqası həmin bıçağı götürüb cinayət törədirsə, bu, bıçaq düzəldənin günahı deyil. Bu test imtahanları da belədir. Çünki onu mən gətirmişəm, mənim ideyamdır. Tək test yox, deyək ki,  Ali Attestasiya Komissiyasını da mən yaratmışam. Mən yaratmışam deyəndə ki, bu tarixi olan şeydir, sənədlər var, fakt var. Mən baş nazirin müavini işləyəndə bu sahələrə baxırdım, humanitar sahələrə. Uzun bir kabinetim vardı, ora Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına çevrilmişdi. Sonra “Təhsil haqqında” qanunu hazırlayan komissiyanın otağına çevrildi. Yəni bunlar hamısı mənim nəzarətim altında olub, mənim ideyam olaraq, mən rəhbərlik etmişəm, yaranıb. Amma bu gün o yaratdığım şeylərin çoxu millətin xalqın əleyhinə işləyir. Bu, məni bir az ağrıdır. Sizin sual mənə daha yaxındır və bir az da mənimçün həssas bir mövzudur. Deyək ki, o, Ali Attestasiya Komissiyasını yaradanda məqsədimiz o idi ki, bir müddət işləsin, Elmi Şuraları formalaşdırsın və öz yükünü aşağılara versin. Şuraların məsuliyyəti artsın, diplomu onlar versin, elmi dərəcələri onlar təsdiq eləsin. Bu sadəcə bir koordinasiyaya, yəni ki, bir quruma çevrilsin. Amma nə oldusa, əksinə oldu, ora elə adamlar qoydular ki, get-gedə onu bir canavara çevirdi. İndi Ali Attestasiya Komissiyası gənclərin elm dalınca getməyinin qarşısında böyük bir maneəyə çevrilib. Görürsünüz, mən yaratmışam, amma bu gün millətin ziyanına işləyir. Mənim vəziyyətimi təsəvvür edin”.

Test imtahanlarını Azərbaycan təhsil sisteminə gətirmə səbəblərini açıqlayan Firudin Cəlilov bildirib ki, məqsəd təhsildə ədalət prinspilərinə nail olmaq idi:

“Test imtahanını biz niyə gətirdik? Mən universitetin müəllimi olmuşam, 20 il o test üsulundan əvvəlki qəbul imtahanlarını görmüşəm. Mənə həmişə savadlı müəllim kimi o biri universitetlərə də aparırdılar. Biz o zaman nə edirdik? Bir ziyalının uşağı imtahan verir məsəl üçün, 3-lük danışır, 4 verirdik, 4-lük danışır 5 verirdik ki, getsin, bu, filan müəllimin oğlu, filan müəllimin qızıdır, bəli, bunu edirdik, etiraf edim, mən də etmişəm. Amma bir vaxt gəldi çatdı ki,artıq siyahılar tutulurdu ki, bunlar girməlidir, bunlar qıraqda qalmalıdır. O, qıraqda qalanlar kasıb uşaqlar idi, onun qarşısını almaq üçün test imtahanları gətirdim ki, qoy, ədalət prinsipi işləsin. Savadlı girsin, savadlı olmayan getsin özünə ayrı sənəd seçsin. Yəni, testin bir nömrəli məqsədi odur ki, ədalət prinsipini bərpa edir. Kasıb uşaqları, savadlı uşaqlar qıraqda qalmır. Necə edirsən et, o, mütləq girə bilir, qapı onun üçün açılır. Bu yaxşıdır, amma testin axı ziyanlı tərəfləri də var. Mən bunu gətirəndə fikirləşirdim ziyanlı tərəfi nədir? Deməli, yuxarı siniflərdə artıq valideynlər müəyyənləşdirir ki, bu, artıq hansı ixtisasa gedəcək, ancaq o sahəyə aid müəllim tutur. Müəllim də bunu hazırlaşdırır, deməli, uşaq digər dərslərdən yayınır, o biri fənlərə fikir vermir və getdikcə cırlaşma gedir. Bu cür imtahana hazırlaşma prosesi əzbərçiliyə aparır, sərbəst düşünmə, yaradıcılıq qabiliyyəti get-gedə sıxılır. Buna görə də testi gətirəndə mən fikirləşirdim bu mənfi tərəflərini, qabaqlayıcı planlar da var idi, lakin həmin birinci ili biz çatdıra bilmədik. Vurğunu gətirib qoyduq ora, Vurğun da insafən yaxşı işlədi, prinsipial adam idi, gecə-gündüz işləyirdi. Amma vaxt çatmırdı”.

Firudin Cəlilov bildirib ki, hazırda test üsulu şagirdlərin təhsil səviyyəsini, dünyagörüşünü məhdud çərçivəyə salır. Sabiq nazir belə bir problemin olacağını hələ test üsulunun tətbiqi zamanı bildiklərini, qarşısını almaq üçün tədbirlər planladıqlarını, lakin həyata keçirməyə zamanlarının çatmadığını deyib:

“Biz fikirləşirdik ki, növbəti ildə iki mərhələ olsun. Yəni orta məktəbdə buraxılış imtahanı instituta qəbul imtahanına salınsın. Amma qəbul imtahanı əvəzinə də yerləşdirmə testi olsun. Yəni abituriyent hansı ixtisasdan yaxşı qiymətlər alıbsa, ona uyğun yerə verilsin, orda yerləşdirilsin. Həm də buraxılış imtahanını testlə verdiyi üçün o biri fənləri də oxumaq məcburiyyətindədir. Onu edə bilmədik, çünki hakimiyyət dəyişdi, insanlar dəyişdi və hətta o test imtahanlarının, qəbul komissiyasının ilk əsasnaməsini hazırlayanda, mən ora Elmi Şura yaratmışdım. Yəni tanınmış pedaqoqlardan, alimlərdən, müəllimlərdən ibarət bir şura vardı ki, o şuranın nəzarəti altında işləyəcəydi. Lakin məni ki, ordan götürüb vəzifədən atdılar Təhsil Nazirliyinə, mən artıq üzülüşdüm, məndən çıxdı onun məsuliyyəti. Qarışmadım o işlərə. Elə ona görə də get-gedə o şuranı da ləğv etdilər. O bayaqkı bıçaq məsələsi, bunu millətin xeyrinə etmişdim, artıq başladı onun ziyanına işlənməyə. Bu mənada dəfələrlə mən demişəm ki, baxmayaraq ki, testi mən gətirmişəm, müəyyən dövrlərdə bunun əhəmiyyəti də olub, amma bu islah olunmalıdır. Ya da ümumiyyətlə, sistem oturandan sonra imtahan ləğv olunmalıdır. İmtahana nə ehtiyac var ki, oxumaq istəyir buyursun bir semestr, 2 semestr oxusun. Sonra görürlər ki, oxuya bilmir, o balı yığa bilmir, götürür papağını qoyur başına, gedir başqa sənəd axtarır. Yəni universitetdə deyək bir fakultəyə 150 adam gedirsə, vacib deyil onun  hamısı diplom alsın. 50-si ala bilir. 50-si ora qədər gələ bilir. Yəni oxumaq çətin olmalıdır, amma ora qədərki dövr asan olmalıdır. Bu sistem dünyada var. Çox təəssüf edirəm ki, mənim gətirdiyim Ali Təhsil Komissiyası millətin ziyanına işləyir. Bu gün test imtahanları da ziyana işləyir. Bu mənada suala qayıdıram ki, bu son islahat ki, müxtəlif qurumları birləşdiriblər, əslində biz testi gətirəndə onu da fikirləşirdik. Düşünürdük ki, TQDK ancaq tələbə qəbulu ilə məşğul olmamalıdır. Harda imtahan, seçim varsa, o qurum bunlara sifariş verir. Yəni bu qurum sifariş almalıdır, Təhsil Nazirliyinin işinə qarışmamalıdır. Təhsil Nazirliyi buna sifariş verməlidir,o da sifariş qəbul edən qurum olmalıdır. Görürsünüz, gəldi o yerə çatdı ki, artıq bunlar tələbəni də yerləşdirirlər, Gəncədə oxumaq istəyəni aparıb Lənkərana, Lənkəranda oxumaq istəyəni Naxçıvana salırlar. Əsl xeyirxah məqsədlə qurulan bu iş gəlib indi fəsadlar verir. Bilirsiniz burda məsələ necədir? Bu gün mövcud sistemdə çox böyük qüsurlar var. Deməli, nədən istifadə edirlər. Ali Attestasiya Komissiyasıdır, tələbə qəbuludur – bunlar heç kimə tabe deyillər, “Burda mənəm, Bağdadda kor xəlifə” prinsipi ilə işləyirlər. Adını da qoyurlar ki, biz birbaşa Prezidentə tabeyik. Bəyəm prezident gəlib tələbə qəbulu ilə məşğul olacaq ki, burda nə var, nə yaxşıdır, nə pisdir? Və yaxud, Ali Attestasiya Komissiyası kimə professor deyir? Sadəcə, məqsəd o idi ki, heç kim bunlara nəzarət edə bilməsin. Onlar mən yaratdıqlarımı da dağıtdılar. İndi heç olmasa, bir Direktorlar Şurası yaradıblar, görək onlar necə işləyəcəklər. Yəni bu son islahat bir az ziyanın yarısından geri qayıtmaq kimi bir işdir, indi işləsinlər görək necə olacaq”.

 

Previous Post

“İmtahana nə ehtiyac var ki, oxumaq istəyir, buyursun” – Sabiq təhsil naziri – VİDEO

Next Post

BBC-nin cəbhədən hazırladığı reportaj – VİDEO

Bənzər yazılar

SEPAH Küveyt aeroportunun ABŞ-nin “Patriot” HHM sistemi tərəfindən vurulduğunu iddia edir

SEPAH Küveyt aeroportunun ABŞ-nin “Patriot” HHM sistemi tərəfindən vurulduğunu iddia edir

03 İyun 2026 - 23:18

İran Küveyt Beynəlxalq Hava Limanına zərbə endirməsi ilə bağlı iddiaları təkzib edib və bildirib ki, zədələr ABŞ-nin "Patriot" hava hücumundan...

Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub

Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub

03 İyun 2026 - 23:11

Slovakiyada keçirilən minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub. Elchi.az  xəbər verir ki, ilk yarımfinal oyununda Ukrayna millisi Macarıstanı...

ABŞ və Çin 30 milyard dollar dəyərində mallara rüsumları qarşılıqlı ləğv edə bilər

ABŞ və Çin 30 milyard dollar dəyərində mallara rüsumları qarşılıqlı ləğv edə bilər

03 İyun 2026 - 23:00

ABŞ və Çin 30 milyard dollar dəyərində mallara rüsumların qarşılıqlı ləğvi imkanını nəzərdən keçirir. Elchi.az  xəbər verir ki, bu barədə...

Qırğızıstan ilk dəfə BMT Təhlükəsizlik Şurasının üzvü seçilib

Qırğızıstan ilk dəfə BMT Təhlükəsizlik Şurasının üzvü seçilib

03 İyun 2026 - 21:40

Qırğızıstan tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib. Elchi.az Rusiya mediasına istinadən xəbər verir ki, Baş Assambleya ölkənin...

Next Post

BBC-nin cəbhədən hazırladığı reportaj - VİDEO

BBC-nin cəbhədən hazırladığı reportaj - VİDEO

Son xəbərlər

Tramp etiraf edir: Netanyahunun iddiaları bu sözlərlə təsdiqləndi

Tramp etiraf edir: Netanyahunun iddiaları bu sözlərlə təsdiqləndi

04 İyun 2026 - 11:27
Mülki PUA-lara nəzarət olacaq, yoxlamalar aparılacaq

Mülki PUA-lara nəzarət olacaq, yoxlamalar aparılacaq

04 İyun 2026 - 11:24
ÜST ölümcül Ebola virusu barədə xəbərdarlıq edir!

ÜST ölümcül Ebola virusu barədə xəbərdarlıq edir!

04 İyun 2026 - 11:15
Tramp: İranla razılaşma bu həftəsonu əldə edilə bilər

Tramp: İranla razılaşma bu həftəsonu əldə edilə bilər

04 İyun 2026 - 11:04
Geomaqnit qasırğası olacaq

Geomaqnit qasırğası olacaq

04 İyun 2026 - 10:58
ABŞ: İsrail və Livan atəşkəs barədə razılığa gəldilər

ABŞ: İsrail və Livan atəşkəs barədə razılığa gəldilər

04 İyun 2026 - 10:51
NASA, MAVEN kosmik gəmisinin Mars missiyası başa çatdı

NASA, MAVEN kosmik gəmisinin Mars missiyası başa çatdı

04 İyun 2026 - 10:43
İran müharibəsi Yaponiyada plastik torba böhranına səbəb oldu

İran müharibəsi Yaponiyada plastik torba böhranına səbəb oldu

04 İyun 2026 - 10:36
Humanoid robot bazarında investisiya yarışı qızışır

Humanoid robot bazarında investisiya yarışı qızışır

04 İyun 2026 - 10:29
2026 Dünya Kuboku heyətləri: Statistik təhlil: Ən yaşlı, ən gənc və ən Yaxşı liqalar

2026 Dünya Kuboku heyətləri: Statistik təhlil: Ən yaşlı, ən gənc və ən Yaxşı liqalar

04 İyun 2026 - 10:17
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda, arpa və gübrə göndəriləcək

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda, arpa və gübrə göndəriləcək

04 İyun 2026 - 10:08
İsrail Qəzzada əməliyyatların ikinci mərhələsinə başlayıb

Doktoranturaya xarici dil üzrə qəbul və fəlsəfə doktoru imtahanlarının tarixləri müəyyənləşib

04 İyun 2026 - 10:00
“Brent” nefti 7%-dən çox bahalaşdı

Azərbaycan nefti bahalaşıb

04 İyun 2026 - 09:45
“Çelsi”nin ikinci ən çox qol vuran futbolçusu vəfat edib

“Çelsi”nin ikinci ən çox qol vuran futbolçusu vəfat edib

04 İyun 2026 - 09:33
Bu günün valyuta məzənnələri

Bu günün valyuta məzənnələri

04 İyun 2026 - 09:26
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  
« May    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.