"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home SEÇMƏ XƏBƏRLƏR

Ermənistan ağılsız addım atsa, bir ölkə kimi yer üzündən silinər – hərbi ekspertdən şok xəbərdarlıq

24 Aprel 2016 - 00:46
in SEÇMƏ XƏBƏRLƏR
FacebookVatsap

reshad Ermənistan ağılsız addım atsa, bir ölkə kimi yer üzündən silinər - hərbi ekspertdən şok xəbərdarlıqRəşad Süleymanov: “Ermənilərin hər hansı səfeh addımı Azərbaycana Ermənistanla birdəfəlik haqq-hesab çəkməyə və Cənubi Qafqazı bu xəstəlikdən xilas etməyə əvəzsiz imkan verəcək”

Bunu da oxuyun

Rusiya Ermənistanla NƏ edəcəyini bilmir, Azərbaycanla isə…

Audiovizual Şura: Proqramların bağlanması, aparıcının efirdən uzaqlaşdırılması bizim səlahiyyətimizdə deyil

İlham Əliyev: Biz artıq uzun müddətdir ki, dəhlizlərin yaradılmasının təşəbbüskarıyıq

“Azərbaycan genişmiqyaslı hərbi əməliyyatlara başlayarsa, ermənilərin Mingəçevir SES-i, Səngəçal neft rezervuarlarını və əsas ixrac neft-qaz boru kəmərlərini strateji silahların tətbiqi ilə vuracağı barədə hədələri əslində yeni deyil. On ildən çoxdur ki bu bəyanatlar səsləndirilir”. 
Hərbi ekspert, “Azeridefence” hərbi jurnalının baş redaktoru Rəşad Süleymanov bu fikirləri düşmən ölkənin son hədələri barədə “Yeni Müsavat”a danışarkən bildirdi. Onun sözlərinə görə, cavab olaraq strateji, həyati əhəmiyyətli mülki obyektlərə zərbələrin endirilməsi üçün qərarı qəbul edən adam gərək başıxarab olsun, öz ölkəsinin gələcəyini belə düşünməsin: “Belə bir hadisə baş verərsə, Ermənistan öz məhvinə qərar vermiş olacaq. Nəinki Qarabağ istiqamətindən, həm də Naxçıvandan Ermənistan Respublikasındakı bütün hərbi və mülki, strateji əhəmiyyət daşıyan obyektlərinin dəqiq və böyük dağıdıcı gücə malik silahlarla məhv edilməsi gerçəkləşəcək”.
Hərbi ekspert işğalçı ölkənin hərbi infrastrukturuna diqqət yetirməyi vacib sayır: “Birinci baxaq görək, Ermənistanın əlində strateji obyektləri vurmaq üçün hansı silahlar var: R-17 ”Scud-B” taktik ballistik raketdir ki, sovet ordusundan qalıb. Mənzili 300 km-ə qədərdir, kerosin yanacaqla işləyir və 1964-cü ildən istehsal olunur. İran-İraq, Əfqanıstandakı vətəndaş müharibəsi, son olaraq Liviyada, Suriyada və Yəməndə gedən döyüşlərdə istifadə edilib. Onun dəqiqliyi azdır. Hansı ki, Liviyada atılan hədəfləri vura bilməmişdi. Yəməndən atılan raketlərin bir neçəsini Səudiyyə Ərəbistanının hava hücumundan müdafiə sistemi hədəfə çatmadan məhv edib”.
 
R.Süleymanov qeyd etdi ki, Ermənistanın əlində bir qismi istismar ömrünü başa vurmuş, utulizasiya olunmalı 28 ədəd “Scud”un olduğuna dair məlumatlar var: “”Scud” batareyaları Noyemberyan yaxınlığında və Gorusda yerləşir. Qarabağda “Scud” kompleksi yalnız Xankəndindəki paradlarda sərgilənib və onlar Gorusdan gətirilib, sonra isə geri qaytarılıb. Ermənistanın əlində 4 “Toçka-U” operativ-taktiki raket kompleksinin olmasına dair məlumatlar var. Bəzi məlumatlara görə, Ermənistan silahlı qüvvələrinin ehtiyatı sayılan bu komplekslər də Ermənistan Respublikası ərazisindədir. “Toçka-U” kompleksinin məsafəsi 120 km-dir. Son olaraq Ukraynada və Yəməndə gedən döyüşlərdə tətbiq olunub. WM-80 və AR-1A- çin istehsalı olan uzun mənzilli reaktiv yaylım atəş sistemi. Ermənistanın əlində 8 ədəd WM-80 və 6 ədəd AR-1A kompleksi mövcuddur. WM-80-in dörd maşını Qarabağda yerləşdirilib. Mənzili müvafiq olaraq 80-140 km təşkil edir. Son olaraq iki il əvvəl Ermənistan Rusiyadan əldə etdiyi 2S7 “Pion” özüyeriyən haubitsalarını təlimdə nümayiş etdirib. Atış mənzili 45-50 km təşkil edir”.
Hərbi ekspertə görə, Ermənistanın hərbi rəhbərliyinin “vuraram” təhdidləri də yuxarıda qeyd olunan sistemlərə dayanır: “Lakin bu sistemlərin – reaktiv yaylım atəş sistemi və özüyeriyən haubitsalar istisna olunmaqla, digərlər ikisinin – ”Scud-B” və “Toçka-U” raket atışlarının qarşısının alınması üçün Azərbaycanın hava hücumundan müdafiə sisteminin bütün imkanları mövcuddur. Ermənilərin bu sistemlərinin bütün bazaları və çıxış məntəqələri nəzarət altında saxlanılır və onların startdan qısa müddət ərzində havada və ya çıxış rayonunda preventiv zərbələrlə məhv edilməsi mümkündür. Qeyd edək ki, Mingəçevir SES və su anbarının hava zərbələrindən müdafiəsinə hələ SSRİ dövründən xüsusi diqqət yetirilib. Eləcə də Səngəçal rezervuarlarının, dənizdəki neft platformalarınadək hava hücumundan müdafiəsi ən yüksək səviyyədə və müasir texnologiyaların tətbiqi ilə həyata keçirilir. Bütün bu təhdidləri nəzərə alan Azərbaycan 2005-ci ildən “başdanxarab addımların” acı nəticəsi ilə üzləşməmək üçün HHM sistemini əhəmiyyətli şəkildə modernizə edib. Yeni sistemlərin alınması, silahlanmaya qəbulu ilə yanaşı, keçmişdən qalan HHM sistemləri, zenit-raket kompleksləri əsaslı şəkildə modernizasiya olunub. Müdafiə Nazirliyinin yaydığı məlumatlarda da mütəmadi olaraq keçirilən təlimlərdə düşmənin bu və digər təhdidlərinin önlənməsi ssenarilərinin nəzərdən keçirildiyini görmək olur. Bu gün bir faktı qeyd etmək kifayət edər ki, Azərbaycanın HHM sistemi 1000 km-dək məsafədə hədəfləri aşkarlamağa, 5 metrdən 250 km-dək mənzildə, 5 metrdən 30000 metrədək yüksəklikdəki bütün təhdidləri məhv etməyə imkan verən müasir sistemlərlə təchiz olunub. O ki qaldı Azərbaycanın düşmənin cəbhənin dərinliyindəki strateji hədəflərinə zərbə endirmək üçün imkanının olub-olmamasına, bunun üçün Azərbaycanın əlində daha güclü, dəqiqliyi yüksək, dağıdıcı qüvvəsi böyük raket və zərbə aparatları mövcuddur. Hansıların ki, məsafəsi 700-1000 km civarındadır”.
 
R.Süleymanov düşmənin acınacaqlı sonluğunu gətirə biləcək məqamlara da toxundu: “Qarabağdakı düşmən qüvvələrini sıradan çıxarmaq, onları əsas qüvvələrdən təcrid etmək üçün Ermənistan və Dağlıq Qarabağı birləşdirən Laçın dəhlizinə və Zod-Ağdərə yoluna iki üç tutarlı zərbə endirmək yetərlidir. Digər tərəfdən, Naxçıvan Muxtar Respublikasındakı Əlahiddə Ümumqoşun Ordusunun imkanları oradan nəinki Ermənistan qüvvələrinə arxadan, hətta muxtar respublikadan cəmi 80 km məsafədə yerləşən İrəvana dağıdıcı zərbələr endirməyə kifayət edir. Bunun qarşılığında ermənilərin Qarabağdakı HHM sisteminin mümkün qarşıdurmasına gəlincə, onların Qarabağda hazırda HHM-ə S-125, ”Kub”, “Kruq”, “Osa” və kiçik döyüş radiusuna malik “Strela-10″ sistemləri daxildir. Xankəndi yaxınlığında S-300 kompleksləri üçün çıxış mövqeyi yaradılsa da ermənilər bu kompleksləri Ermənistanda saxlayır, yalnız nümayiş üçün bölgəyə gətirirlər. Yəni Qarabağda S-300 mövcud deyil. Ermənistanın Qarabağdakı HHM sistemi 4 günlük müharibədə özünü demək olar ki, doğrulda bilmədi. Onların özlərinin müdafiənin ikinci eşelonuna zərbə endirən Azərbaycana məxsus Mi-24 helikopterinin RPQ-7 qumbaraatanından açılan atəşlə vurulmasını etiraf etməsi hər şeyi deyir. Digər tərəfdən, Qarabağdakı HHM sistemi güclü olsaydı, o zaman Azərbaycana məxsus kamikadze PUA-lar Xankəndi şəhərinin qısa məsafəsində yerləşən aeroporta zərbə endirə bilməzdi. Bütün bunlardan gəlinən nəticə: Ermənilərin açıqlamaları – bütün hallarda bu millətin xislətinə bələd olduğumuzdan heç zaman nəzərdən kənarda saxlamaq, tədbirsizlik olmaz – yalnız hədələrə və öz daxillərində ruhu qaldırmağa hesablanıb. Ermənilərin hər hansı bir belə səfeh addımı Azərbaycana Ermənistanla birdəfəlik haqq hesab çəkməyə və Cənubi Qafqazı bu xəstəlikdən xilas etməyə əvəzsiz imkan verəcək. Ermənilər bunu yaxşı bilir və belə bir səhv addımla Ermənistanı minanın üstündə əyləşdirməzlər”.
Previous Post

Ermənistan ağılsız addım atsa, bir ölkə kimi yer üzündən silinər – hərbi ekspertdən şok xəbərdarlıq

Next Post

İsrailli ekspert Rusiyanın Qarabağ planının üstünü açdı: “Hərbi əməliyyatlar bərpa olunacaq, ermənilər terror törədəcək”

Bənzər yazılar

Rusiya Ermənistanla NƏ edəcəyini bilmir, Azərbaycanla isə…

Rusiya Ermənistanla NƏ edəcəyini bilmir, Azərbaycanla isə…

07 Aprel 2026 - 22:09

Ermənistan parlamentinin sədri Alen Simonyanın Rusiyaya ünvanlı dünənki şantaj-xəbərdarlığı şimal qonşuda maraqlı reaksiyalar doğurub. Erməni spiker demişdi ki, əgər Moskva...

Audiovizual Şura: Proqramların bağlanması, aparıcının efirdən uzaqlaşdırılması bizim səlahiyyətimizdə deyil

Audiovizual Şura: Proqramların bağlanması, aparıcının efirdən uzaqlaşdırılması bizim səlahiyyətimizdə deyil

25 Fevral 2026 - 20:17

Audiovizual Şura "Tarixin bir günü", "Elgizlə izlə" və s. televiziya proqramlarının aparıcıları və ora dəvət olunan qonaqların tənqid olunması ilə...

Prezident İlham Əliyev Münxendə Azərbaycan telekanallarına müsahibə verib

İlham Əliyev: Biz artıq uzun müddətdir ki, dəhlizlərin yaradılmasının təşəbbüskarıyıq

13 Fevral 2026 - 23:40

"Biz artıq uzun müddətdir ki, dəhlizlərin yaradılmasının təşəbbüskarıyıq – enerji dəhlizlərindən başlayaraq, nəqliyyat dəhlizləri ilə davam edərək, hazırda isə artıq...

CAREC Azərbaycanın iştirakı ilə ticarət və investisiyaların sadələşdirilməsi üzrə danışıqlara başlayır

CAREC Azərbaycanın iştirakı ilə ticarət və investisiyaların sadələşdirilməsi üzrə danışıqlara başlayır

09 Fevral 2026 - 23:17

Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) proqramı 2026-cı ilin əvvəlində Azərbaycan da daxil olmaqla, region ölkələrinin dövlət sərhədlərindən malların, xidmətlərin...

Next Post

İsrailli ekspert Rusiyanın Qarabağ planının üstünü açdı: "Hərbi əməliyyatlar bərpa olunacaq, ermənilər terror törədəcək"

İsrailli ekspert Rusiyanın Qarabağ planının üstünü açdı: "Hərbi əməliyyatlar bərpa olunacaq, ermənilər terror törədəcək"

Son xəbərlər

Azərbaycan və İran XİN rəhbərləri regionda təhlükəsizlik məsələlərini müzakirə edib

Azərbaycan və İran XİN rəhbərləri regionda təhlükəsizlik məsələlərini müzakirə edib

04 İyun 2026 - 19:25
Hirkan Milli Parkında narkoplantasiya aşkarlanıb

Hirkan Milli Parkında narkoplantasiya aşkarlanıb

04 İyun 2026 - 19:18
Tatarıstanda həkimlər üçün süni intellekt köməkçisi yaradılacaq

Tatarıstanda həkimlər üçün süni intellekt köməkçisi yaradılacaq

04 İyun 2026 - 19:11
BŞTİ: Sabah bəzi məktəblərdə tədris distant olacaq – SİYAHI

BŞTİ: Sabah bəzi məktəblərdə tədris distant olacaq – SİYAHI

04 İyun 2026 - 19:02
Ceyhun Bayramov Braziliyanın yeni səfirinin etimadnaməsinin surətini qəbul edib

Ceyhun Bayramov Braziliyanın yeni səfirinin etimadnaməsinin surətini qəbul edib

04 İyun 2026 - 18:56
Leonid Kuçma İlham Əliyevi təbrik etdi

Leonid Kuçma İlham Əliyevi təbrik etdi

04 İyun 2026 - 18:47
Qətər Əmiri İlham Əliyevə təbrik məktubu ünvanladı

Qətər Əmiri İlham Əliyevə təbrik məktubu ünvanladı

04 İyun 2026 - 18:35
Voleybol millimiz Avropa Liqası öncəsi məşqdə – FOTOLAR

Voleybol millimiz Avropa Liqası öncəsi məşqdə – FOTOLAR

04 İyun 2026 - 18:23
Xorvatiyada təyyarə qəzaya uğrayıb: Həlak olanlar var

Xorvatiyada təyyarə qəzaya uğrayıb: Həlak olanlar var

04 İyun 2026 - 18:14
“Qəbələ” kapitanı ilə yolları ayırdı

“Qəbələ” kapitanı ilə yolları ayırdı

04 İyun 2026 - 18:00
“Karvan-Yevlax” legioneri ilə vidalaşdı

“Karvan-Yevlax” legioneri ilə vidalaşdı

04 İyun 2026 - 17:49
Rusiyadan yeni təklif: Azərbaycan istəsə, biz hazırıq

Rusiyadan yeni təklif: Azərbaycan istəsə, biz hazırıq

04 İyun 2026 - 17:35
İran XİN: ABŞ-la razılaşma mətninin üzərində işlər hələ də davam edir

İran XİN: ABŞ-la razılaşma mətninin üzərində işlər hələ də davam edir

04 İyun 2026 - 17:28
Ukraynada yenidən nüvə silahı iddiası: “Biz bunu edə bilərik”

Ukraynada yenidən nüvə silahı iddiası: “Biz bunu edə bilərik”

04 İyun 2026 - 17:20
Anar Əliyev BƏT-in Baş direktoru ilə görüşüb

Anar Əliyev BƏT-in Baş direktoru ilə görüşüb

04 İyun 2026 - 17:11
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  
« May    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.