"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Supermarket rəhbərlərinin müraciəti iki nazirliyi üz-üzə qoyub

22 Aprel 2016 - 10:01
in XƏBƏR LENTİ
FacebookVatsap

Bunu da oxuyun

Bu gün Azərbaycanda 38 dərəcə isti olacaq

Bu gün abituriyentlər I və IV ixtisas qrupları üzrə imtahan verəcəklər

Bakıda dənizdə batma təhlükəsi ilə üzləşən şəxs xilas edilib

Supermarket rəhbərlərinin müraciəti iki nazirliyi üz-üzə qoyubEkspert: “Görünən odur ki, birbaşa İqtisadiyyat Nazirliyinə müraciət olunması Vergilər Nazirliyinin xoşuna gəlməyib və bu addıma “cavab” olaraq yoxlamalar başlayıb”

İqtisadiyyat Nazirliyinə müraciət edən supermarket rəhbərlərinin nazirlə görüşünün ardından Vergilər Nazirliyinin həmin marketlərdə yoxlamalara başlaması cəmiyyətdə birmənalı qarşılanmadı. Bu iki hadisə arasında bağlılıq axtaranlar sahibkarların ƏDV-nin faiz dərəcəsinin azaldılması ilə bağlı Vergilər Nazirliyinə deyil, məhz İqtisadiyyat Nazirliyinə müraciət etməsinin nazir Fazil Məmmədovu qıcıqlandırdığını deyirlər. 
Marketlərdə yoxlamaların başladılması da məhz bu müraciətə “cavab olaraq” atılmış bir addım hesab olunur. Bəs görəsən, iki qurumu üz-üzə qoyan bu prosesin, İqtisadiyyat Nazirliyindəki müzakirələrin, Vergilər Nazirliyindəki yoxlamaların nəticələri necə olacaq? 
 
İqtisadçı ekspert Natiq Cəfərli “Yeni Müsavat”a açıqlamasında öncə sahibkarları bu müraciəti etməyə vadar edən səbəblərdən danışdı: “Çox qəribə bir durum yaranıb. Vergilərin yüksək olması səbəbindən böyük ticarət şəbəkələrinin ziyanla işləməsi ehtimalı öncədən məlum idi. Çox maraqlı məqam odur ki, bunun səbəblərindən biri gömrüyün getdikcə daha şəffaf işləməyə başlaması ilə əlaqədardır. Çünki bundan öncə gömrükdən keçən məhsulların böyük əksəriyyəti rəsmiləşdirilmirdi və marketlərin marjalarında – gəlir səviyyələrinə müəyyən dərəcədə təsir göstərirdi. 18 faiz ƏDV-nin ödənilməsi çox zaman lazım olmurdu. Açıq desək, satılan məhsulların böyük əksəriyyəti rəsmiləşdirilmədən marketlərə daxil olurdu. İndi rəsmiləşdirmə yüksəldikcə, gömrükdən keçərkən 18 faiz ƏDV-nin ödənilməsi həyata keçirildikcə, bunun sonradan əvəzləşdirilməsi problemi yaranır. Marketlər sonradan həmin vəsaiti əvəzləşdirə bilmirlər və avtomatik olaraq 18 faiz ƏDV ödəyicisinə çevrilirlər. ƏDV-nin yüksək olması isə onların gəlirlərinə birbaşa təsir edir”.
 
İqtisadçının fikrincə, bunlar əvvəldən hesablanmalı idi və ən azından gömrük rüsumlarında, vergi dərəcələrində müəyyən azalmalara gedilməli idi: “Bu, təkcə supermarketlərə aid deyil. Ümumiyyətlə, ticarət dövriyyəsinin zəifləməsi sübut edir ki, burada problemlər var. Azərbaycanın müxtəlif yerlərində, Bakıda, o cümlədən mərkəzi hissələrdə dükanların bağlanması da dolayısı ilə bunu sübut edir. İnsanların alıcılıq qabiliyyəti aşağı düşür, dükanların dövriyyəsi azalır və buna baxmayaraq, iş adamlarının vergi və gömrük rüsumlarında ödənişlər artır. Burada bir disbalans yaranıb və supermarket sahiblərinin belə bir şikayətlə çıxış etməsinə səbəb olub. Əslində onları ilk növbədə Vergilər Nazirliyi qəbul etməli, danışıqlar aparmalı idi. Vergilərin azaldılması ilə bağlı ancaq bu nazirlik çıxış edə bilərdi. Biz məsələnin detallarından xəbərsizik. Ola bilər ki, Vergilər Nazirliyinə müraciət olunub, qəbul olunmayıb. Və ya Vergilər Nazirliyinin başı üzərindən birbaşa İqtisadiyyat Nazirliyinə  müraciət olunub və nazirlə görüş keçirilib. Açığı, bu detalları mən bilmirəm. Ancaq görünən odur ki, Vergilər Nazirliyinin başı üzərindən birbaşa İqtisadiyyat Nazirliyinə müraciət olunması çox güman ki, həmin nazirliyin xoşuna gəlməyib və bir növ supermarket sahiblərinin atdığı bu addıma ”cavab” olaraq, bu yoxlamaları başladıb”.
Natiq Cəfərli onu da vurğuladı ki, yoxlamaların genişləndirilməsi onsuz da ağır durumda olan iqtisadi subyektləri daha çətin vəziyyətə salır: “Azərbaycan reallığı sübut edir ki, yoxlamaların olması iqtisadi xərcləri daha da artıracaq.
Ona görə də bu vəziyyətin davam etməsi indiki ağır iqtisadi böhran şəraitində anlaşılan deyil. Əksinə, bütün hökumət qurumları iş adamları ilə bir yerdə birgə fəaliyyət planı, “yol xəritəsi” hazırlamalı idilər və buna uyğun olaraq da islahatlar aparılmalı idi. Hökumət vergi və gömrük faizlərinin aşağı salınmasından qorxmamalıdır. Vergi dərəcələrinin aşağı salınması ola bilər ki, qısa müddət ərzində büdcəyə daxilolmalarda müəyyən aktivliyə səbəb olsun. Çünki iqtisadi aktivliyin və dövriyyənin artması bir neçə aydan sonra effekt verəcək və büdcəyə daxilolmaların artması da mümkün olacaq. Ona görə də İqtisadiyyat Nazirliyi, Vergilər Nazirliyi, Maliyyə Nazirliyi bir yerdə birləşib proqram hazırlamalıdır. Biz dəfələrlə bununla bağlı müraciət etmişik. Lakin hökumətdə heç bir ortaq proqram yoxdur. Belə çıxır ki, hər nazirlik öz maraqlarına uyğun olaraq, öz sözünün daha keçərli olmasını sübut etmək üçün hərəsi ayrı-ayrılıqda fəaliyyət göstərir. Bu da ümumi iqtisadi vəziyyətə daha ciddi mənfi təsirlər vurur”.
Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov  isə sahibkarların müraciətini haqlı sayıb:“Vergilər Nazirliyinin supermarketlərdə yoxlamalara başlaması haqda mənim də məlumatım var. Ümumi götürəndə bu nazirliyin hüququdur. Ancaq digər tərəfdən, iqtisadiyyat naziri onları qəbul edib, mənim aldığım məlumata görə, müəyyən razılıqlar da əldə olunub. Bu məsələni biz uzun müddətdir ki, Milli Məclisdə qaldırmışıq. Əsas təklifimiz ƏDV-ni diferensial qaydada tətbiq etməkdir. Yəqin ki, hökumət bu yaxınlarda öz mövqeyini bildirəcək”.
Previous Post

Supermarket rəhbərlərinin müraciəti iki nazirliyi üz-üzə qoyub

Next Post

ABŞ-dan Qarabağla bağlı növbəti Açıqlama

Bənzər yazılar

Bu gün Azərbaycanda 38 dərəcə isti olacaq

Bu gün Azərbaycanda 38 dərəcə isti olacaq

12 İyul 2026 - 10:07

Bakıda və Abşeron yarımadasında iyulun 12-də hava şəraiti əsasən yağmursuz olacaq. Bu barədə Elchi.az - a Milli Hidrometeorologiya Xidmətindən məlumat...

Bu gün abituriyentlər I və IV ixtisas qrupları üzrə imtahan verəcəklər

Bu gün abituriyentlər I və IV ixtisas qrupları üzrə imtahan verəcəklər

12 İyul 2026 - 10:05

Dövlət İmtahan Mərkəzi (DİM) bu gün I və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı (ikinci cəhd) keçirəcək....

Bakıda dənizdə batma təhlükəsi ilə üzləşən şəxs xilas edilib

Bakıda dənizdə batma təhlükəsi ilə üzləşən şəxs xilas edilib

12 İyul 2026 - 10:03

Bakıda dənizdə batma təhlükəsi ilə üzləşən şəxs Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları tərəfindən xilas edilib. Bu barədə Elchi/az - a...

Bakıda küləyin maksimal sürəti 17 m/s-yə çatır – FAKTİKİ HAVA

Bakıda küləyin maksimal sürəti 17 m/s-yə çatır – FAKTİKİ HAVA

12 İyul 2026 - 10:00

Azərbyacan ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin gecə saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda arabir şimşək çaxıb, qısamüddətli az...

Next Post

ABŞ-dan Qarabağla bağlı növbəti Açıqlama

ABŞ-dan Qarabağla bağlı növbəti Açıqlama

Son xəbərlər

ABŞ Hörmüzü qorumağa hazırdır – CENTCOM

ABŞ Hörmüzü qorumağa hazırdır – CENTCOM

12 İyul 2026 - 19:30
“Qarabağ” DÇ-2026-nın iştirakçısını transfer edir

“Qarabağ” DÇ-2026-nın iştirakçısını transfer edir

12 İyul 2026 - 19:14
“Şmidtin Bosniya və Herseqovinada heç bir səlahiyyəti yoxdur” – Zaxarova

“Şmidtin Bosniya və Herseqovinada heç bir səlahiyyəti yoxdur” – Zaxarova

12 İyul 2026 - 19:00
Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir?

Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir?

12 İyul 2026 - 18:45
Fransada Zelenski rejiminin devrilməsi ilə bağlı çağırışlar…

Fransada Zelenski rejiminin devrilməsi ilə bağlı çağırışlar…

12 İyul 2026 - 18:30
Ukraynada “Patriot”un istehsalına başlama tarixləri açıqlandı

Ukraynada “Patriot”un istehsalına başlama tarixləri açıqlandı

12 İyul 2026 - 18:18
Azərbaycan və 3 ölkə AB-yə müraciət etdi

Azərbaycan və 3 ölkə AB-yə müraciət etdi

12 İyul 2026 - 18:09
Bugünkü imtahanda 12 nəfərdə telefon aşkarlandı

Bugünkü imtahanda 12 nəfərdə telefon aşkarlandı

12 İyul 2026 - 18:00
Azərbaycan bu ölkəni təbrik etdi

Azərbaycan bu ölkəni təbrik etdi

12 İyul 2026 - 17:53
Messi yeni rekorda imza atdı

Messi yeni rekorda imza atdı

12 İyul 2026 - 17:49
Sabah Abşeron çimərliklərində hava küləkli olacaq

Sabah Abşeron çimərliklərində hava küləkli olacaq

12 İyul 2026 - 17:29
FHN “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ilə birgə təlim keçirib – FOTO – VİDEO

FHN “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ilə birgə təlim keçirib – FOTO – VİDEO

12 İyul 2026 - 17:17
“Sülhə və əmin-amanlığa xidmət edən bu cür konfransların keçirilməsi alqışlanmalıdır” – Qüdrət Həsənquliyev

“Sülhə və əmin-amanlığa xidmət edən bu cür konfransların keçirilməsi alqışlanmalıdır” – Qüdrət Həsənquliyev

12 İyul 2026 - 17:15
Azərbaycan Prezidenti Qətər Əmirinə başsağlığı verib

Azərbaycan Prezidenti Qətər Əmirinə başsağlığı verib

12 İyul 2026 - 17:10
Bu gün Azərbaycanda 38 dərəcə isti olacaq

Bu gün Azərbaycanda 38 dərəcə isti olacaq

12 İyul 2026 - 10:07
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyul 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
« İyn    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.