"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home SEÇMƏ XƏBƏRLƏR

Kərəm Həsənovun “xaç atası” – Mohuma Heraçiyev müəmması

13 Aprel 2016 - 08:33
in SEÇMƏ XƏBƏRLƏR
FacebookVatsap

keremÇovdarovun yaxın dostu nə qədər sahibkarı güdaza verib?

“MTN işi”ndə Heraçiyev izi; Əmlak Məsələləri Dövlət Komitəsininboz kardinalı komitədəki korrupssiya və rüşvət sisteminində dönən hər bir manata nəzarət edir; Kərəm Həsənov Əli Abbasovun taleyini yaşaya bilər; Kərəm Həsənovun qızının toyunda güc nümayişi…

Bunu da oxuyun

Rusiya Ermənistanla NƏ edəcəyini bilmir, Azərbaycanla isə…

Audiovizual Şura: Proqramların bağlanması, aparıcının efirdən uzaqlaşdırılması bizim səlahiyyətimizdə deyil

İlham Əliyev: Biz artıq uzun müddətdir ki, dəhlizlərin yaradılmasının təşəbbüskarıyıq

Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov və ətrafı haqqında son bir neçə həftədə mətbuatda mütəmadi olaraq müxtəlif məlumatlar yayılmaqda davam edir. Komitə sədrinin gündəmə gəlməsi isə MTN naziri Eldar Mahmudovun vəzifəsindən uzaqlaşdırılması və komandasının həyata keçirdtiyi qanunsuzluqlar, dövlət əmlakını mənimsəmək, vəzifələrindən sui istifadə etməklə məmurları iş adamlarını şantaj, təhdid edərək külli miqdarda vəsaitləri ələ keçirmələri ilə ittiham olunurlar.

Mətbuatda adı “MTN işi” olan prosesdə Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovun gündəmə gəlməsi isə onun qardaşı Şahin Həsənovun MTN-nin Beynəlxalq şöbəsinin rəisi olması və sabiq nazir Eldar Mahmudovla sıcaq əlaqələrinin üzə çıxması ilə baş verib. Son 3 gündə Kərəm Həsənovun komitəsi mətbuatda yayılan xəbərlələ bağlı 2 açıqlama yayaraq məlumatların həqiqətləri əks etdirmədiyini və kimlərinsə Kərəğ Həsənovun və Dövlət Əmlak Komitəsini ləkələmək məqsədi ilə bu məlumatları mətbuata ötürüldüyünü bildiriblər.

Ancaq hər kəsə məlumdur ki, Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovun rəhbərlik etdiyi qurum ölkənin ən dərin korrupsiya bataqlığı içində olan strukturulardan biridir. Bu qurumun rüşvətin mənbəyinə çevrilməsini isə birbaşa Kərəm Həsənovun rəhbərliyi altında baş verməsi barədə məlumatlar isə ictimaiyyətlə bərabər, iqtidar mənsublarında bəllidir.

AzMedia.info Əmlak Məsələləri Dövlət Komitəsində baş alıb gedən korrupsiya və qanunsuz hərəkətlərlə bağlı araşdırmalara başlayıb. Bu araşdırmalarda komitə sədri Kərəm Həsənova bağlı olan idarə, xidmət rəislərinin sahibkarlardan, vətəndaşlardan qanunsuz olaraq milyonlarla manat rüşvət alaraq mənimsəmələri ilə bağlı silsiləli məlumatları oxucularımız a təqdim etməyə çalışacağıq. Qeyd edək ki, Əmlak Məsələləri Dövlət Komitəsindəki etibarlı mənbənin verdiyi məlumatlar doğurdan da bu qurumda kütləvi korrupsiya hallarının baş verdiyini göstərir.

Əmlak Komitəsinin boz kardinalı

Hər kəs ƏMDK-da Kərəm Həsənovdan sonra söz sahibi olaraq Rüstəm Şahbazovu hesab eləsə də, bu heç də belə deyil. Əmlak Məsələləri Dövlət Komitəsinin boz kardinalı və komitədə bütün qaranlıq işlərin arxasında duran şəxs ƏMDK yanında Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyinin direktoru Mohuma Heraçiyevdir.

Kərəm Həsənovun ümumi kotyolunun haqq hesabına baxan şəxs ƏMDK yanında Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyinin direktoru Mohuma Heraçiyevdir. Kənardan baxanda bu vəzifə k o qədər də cəlb etdici görünmür. Lakin dərinliyə gedəndə məlum olur ki, ölkədə bütün özəlləşdirilən toraqlar, obyektlər, strukdturlar, əmlkalar məhz Mohuma Heraçiyevin masasından keçir. Əmlak Məsələləri Dövlət Komitəsinin rəsmi saytında bu qurum Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyi kimi göstərilsə də, Nazirlər Kabinetinin saytında şöbənin adı Əmlak Məsələləri Dövlət Komitəsinin dövlət torpaqlarının idarə edilməsi və özəlləşdirilməsinin təşkili şöbəsi qeyd olunub.

Aldığımız məlumata görə Dövlət Resyter Xidmətinin rəisi Məhəmməd İmanovun və digər şöbələrin özəlləşdirilmək, alqı satqı və sair işlərin son nöqtəsi məhz Mohuma Heraçiyevdə dayanır. Komitə sədri Kərəm Həsənov qurumda elə bir labirint düzəldib ki, bütün əməliyyatlar sonda onun əsas adamlarının əlinin altında toplanır. Bu şəxs isə uzun illərdir Kərəm Həsənova sadiq biri olan Mohuma Heraçiyevdir.

Komitədədki mənbəmizin iddiasına görə qurumdakı şöbələrdən yığılan bütün korrupsiya pullarını da, yəni “ümumi kassanı” da Kərəm Həsənov Mohuma müəllimə etibar edib. Hazırda Mohuma Heraçiyevin komitə sədrindən başqa heç kəsi dinləmədiyi və bütün məsələləi birbaşa Kərəm Həsənova hesabat verdiyi deyilir. Şöbə müdirinin aylıq qazancının isə, milyonlarla manat olduğunu deyən mənbəmiz iddia edir ki, Kərəm Həsənov məhz özünün rüşvət və korrupsiya sisteminə Mohuma Heraçiyev vasitəsi ilə nəzarət edir. Çünki öılkənin bütün özəlləşdirilən, icaryə verilən, ikinci dəfə qeydiyyata gedən obyektlərdən, evlərdən nə qədər “gəlirin” əldə edilməsini yalnız Mohumanın rəhbrəlik etdiyi şöbənin sayəsində bilgi əldə etmək olar.

Məhz buna görədə Kərəm Həsənov komitəədki əsas maliyyə işlərini özünə yaxın müavinləri Rüstəm Şahbazova, aparat rəhbəi Azər Bəşirova deyil, Mohumaya tapşırırb. İnformasiya mənbəmiz bildirir ki, Mohuma Heraçiyevin aylıq şəxsi qazancı orta hesabla 500 min manatdan artıqdır. Bu qədər pulun ona yedizdirilməsi ilk başdan inadırcı gəlməsə də, sonucda Kərəm Həsənov Mohuma Heraçiyevin əli ilə milyardalara nəzarət etdiyini gördükdə əslində o qədərdə çox “hesab” deyil.

Mənbə bildirir ki, Mohuma Heraçiyevin razılığı olmadan heç bir şöbə rəisi heç bir məsələdə geç kimə güzəştə gedə bilməz. Yalnız Mohuma Heraçiyevin razılığı ilə hansısa işlərdə hansısa güzəştlər ola bilər.

“MTN işi”ndə Heraçiyev izi

Məlumatlı şəxs qeyd edir ki, “MTN işi” məsələsinin bir ucu da Mohuma Heraçiyevi də vura bilər. Çünki dünən həbs edilən MTN -nin keçmiş generalı və idarə rəisi Akif Çovdarovun milyonluq obyektləri, torpaq sahələri, istixanaları, binaları, mağazaları, restoranlaır birbaşa Mohuma Heraçiyevin sayəsində sənədləşdirilib. Bundan başqa ölkədəki bütün dövlət torpaqlarının məlumatlarını da, Mohuma Heraçiyev vasitəsi ilə MTN generallarına çatdırıldığı qeyd olunur.

İddiaya görə Mohumanın göstərişi ilə Dövlət Resyter Xidmətinin rəisi Məhəmməd İmanov Akif Çovdarovun milyardlıq mal mülkünün səndələrini qısa müddətdə reysterdən keçirilməsini təmin edib. Düzdür, Akif Çovdarovun Məhəmməd İmanovla da əlaqləri olub. Lakin Mohuma Heraçiyevlə Kərəm Həsənovun MTN-nin Beynəlxal Əlaqələri şöbəsinin rəisi işləyən qardaşı Şahin Həsənov çox yaxın dost olduqları bildirilir və bu üzdən də, MTN-nin sifarişləri də məhz Əmlak Məsələləri Dövlət Komitəsinin boz kardinalı vasitəsi ilə həyata keçirilib. Şahin Həsənovun MTN-dəki şöbəyə gətirilməsi isə Mahmudov- Çovdarov planının bir parçası olub.

Mənbə bildirir ki, Eldar Mahmudov Əmlak Komitəsinin bir neçə əsas adamını ilişdirməklə Kərəm Həsənova “kurçoq” atıb. Məhz Eldar Mahmudovla Kərəm Həsənov yaxınlaşması sonda Şahin Həsənovun MTN -də mühüm bir posta rəhbər gətirilməsi ilə nəticələnib.

İnformasiya mənbəmiz bildirir ki, Eldar Mahmodov və komandasının ölkəni talan etməsi, milyardları ələ keçirməsi işlərində birbaşa Kərəm Həsənov və komandasınında “mühüm xidmətləri” olub. MTN-çilərin cinayətlərini araşdıran istintaq qrupu artıq bu məsələdə bir çox ilginc iddaları üzə çıxardıb. Lakin bu hələ başlanğıcdır və mənbə bildirir ki,proses aylarla davam edə bilər.

Kərəm Həsənov Əli Abbasovun taleyini yaşaya bilər

Məlumatlı mənbəmiz qeyd edir ki, hazırkı durumda Kərəm Həsənovun taleyi sabiq Rabitə və Yüksək Texnologiyalar naziri Əli Abbasovla oxşarlıq təşkil edir. Belə ki, Rabitə nazirliyində MTN banditlərinin əsas fiqurantı Aparat rəhbəri Vidadi Zeynalov idisə, Əmlak Komoitəsində də eyni fkunksiyanı Mohuma Heraçiyev daşıyıb. Məhz buna görə də həbs olunan MTN generallarının əmlakları ilə bağlı aparılan araşırmalarda Kərəm Həsənovun əsas “kilid adamı”, komitənin “xaç atası” Mohuma hədəfə gələcək. Çünki məsuliyyətə cəlb olunan general, idarə rəislərinin, hətta sabiq nazir Eldar Mahmovun əmlaklarına verilən sənədlərin əksəriyyəti qanunsuzdur.

MTN banditlərinin hakimiyyət cilovlarını əllərində saxladıqları zaman Mohuma Heraçiyev və Məhəmmd İmanov üçün dövlətin qanunlaır yox, Eldar Mahmudovun, Akif Çovdarovun qanunları keçirli olub və bu da hazırda Kərəm Həsənov başda olmaqla digərlərinin də bu üzdən başı qalldadır. Mənbəmizin iddiasına görə Akif Çovdarov, Şahin Həsənov və Mohuma Heraçiyev üçlüyü o qədər yaxın olublar ki, sabiq MTn generalının özünün və ailəsinin xaricdəki yüksək səviyyəli istirahətlərini Mohuma Heraçiyevlə Məhəmmdə İmanov təşkil edib. Bu üçlüyə Məhəmməd İmnaovun məcburi qoşulduğunu deyən mənbəmiz bildirir ki, Dövlət Reyster Xidmətinin rəisi özünün qanunsuzluqlarını ört basdır eləmək və toxunulmazlığını qorumaq üçün tez tez Şahin Həəsnov, ya da Mohuma Heraçiyev vasitəsi ilə Akif Çovdarovla görüşərdi və bu görüş onu bir xeyli məst edərdi.

Mənbəmiz qeyd edir ki, dəfələrlə bir çox işa damları ilə Mohuma Heraçiyevin arasıdna yaranmış problemləri Akif Çovdarovun bir zəngi ilə yoluna qoyulub. Yəni Akif Çovdarov zəng edərək problem yaradanı qorxutmaqla Mohuma Heraçiyevin problemlərini yoluna qoyub. Həbs edilən generalın paytaxdakı yüzlərlə evinə verilən sənədlər isə, Heraçiyevlə İmanovun ona hədiyyələri olub.

Kərəm Həsənovun qızının toyunda güc nümayişi

Mənbəmiz onu da bildirdi ki, 2 il öncə Kərəm Həsənovun qızının toyunda komitə sədri ilə Eldar Mahmudov yana-yana oturublar və həmin masada Akif Çovdarovla Şahin Həsənovla yanaşı Mohuma Heraçiyev və Məhəmmdə İmanov da oturub. Bu isə Kərəm Həsənovu bəzi rəqiblərinə öz gücünü nümayiş etdirməsi kimi anlaqşılıb. Həmin toyda MTN generalları ilə Kərəm Həsənovun və ətrafının necə də, isti münasibətlər nümayiş etdirmələri hələ də toyda iştirak edənlərin xatirindədir.

Hazırda isə maraqlı məqamlardan biri isə, Kərəm Həsənov MTN-də işləyən qardaşı Şahin Həəsnovu necə qoruyacağı ilə bağlıdır. İddialara görə Eldar Mahmudovun ev dustaqlığı məsələsinin ortaya çıxmasından sonra Kərəm Həsənov qardaşı Şahin Həsənovun işə çıxmamasını və ümumiyyətlə gözə görünməməsi tapşırğını verib. Komitə sədri qardaşını proseslərdən uzaq tutmaqla hədəfdən yayınmağı düşündüyü qeyd olunur.

Yazıda adı keçən bütün vəzifəli şəxslərin mövqeyini dərc etməyə hazırıq. /AzMedia.info

Previous Post

Kərəm Həsənovun “xaç atası” – Mohuma Heraçiyev müəmması

Next Post

Bu gün İrəvanda böyük mitinq olacaq

Bənzər yazılar

Rusiya Ermənistanla NƏ edəcəyini bilmir, Azərbaycanla isə…

Rusiya Ermənistanla NƏ edəcəyini bilmir, Azərbaycanla isə…

07 Aprel 2026 - 22:09

Ermənistan parlamentinin sədri Alen Simonyanın Rusiyaya ünvanlı dünənki şantaj-xəbərdarlığı şimal qonşuda maraqlı reaksiyalar doğurub. Erməni spiker demişdi ki, əgər Moskva...

Audiovizual Şura: Proqramların bağlanması, aparıcının efirdən uzaqlaşdırılması bizim səlahiyyətimizdə deyil

Audiovizual Şura: Proqramların bağlanması, aparıcının efirdən uzaqlaşdırılması bizim səlahiyyətimizdə deyil

25 Fevral 2026 - 20:17

Audiovizual Şura "Tarixin bir günü", "Elgizlə izlə" və s. televiziya proqramlarının aparıcıları və ora dəvət olunan qonaqların tənqid olunması ilə...

Prezident İlham Əliyev Münxendə Azərbaycan telekanallarına müsahibə verib

İlham Əliyev: Biz artıq uzun müddətdir ki, dəhlizlərin yaradılmasının təşəbbüskarıyıq

13 Fevral 2026 - 23:40

"Biz artıq uzun müddətdir ki, dəhlizlərin yaradılmasının təşəbbüskarıyıq – enerji dəhlizlərindən başlayaraq, nəqliyyat dəhlizləri ilə davam edərək, hazırda isə artıq...

CAREC Azərbaycanın iştirakı ilə ticarət və investisiyaların sadələşdirilməsi üzrə danışıqlara başlayır

CAREC Azərbaycanın iştirakı ilə ticarət və investisiyaların sadələşdirilməsi üzrə danışıqlara başlayır

09 Fevral 2026 - 23:17

Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) proqramı 2026-cı ilin əvvəlində Azərbaycan da daxil olmaqla, region ölkələrinin dövlət sərhədlərindən malların, xidmətlərin...

Next Post

Bu gün İrəvanda böyük mitinq olacaq

Bu gün İrəvanda böyük mitinq olacaq

Son xəbərlər

Ali Məhkəmə müsabiqə elan edir

Ali Məhkəmə: Qanunsuz məqsədlə verilən pul geri qaytarılmır

04 İyun 2026 - 12:27
Nazir müavini: Ət qiymətləri istehsalın artması və maya dəyərinin azalması hesabına sabitləşə bilər

Nazir müavini: Ət qiymətləri istehsalın artması və maya dəyərinin azalması hesabına sabitləşə bilər

04 İyun 2026 - 12:14
ADSEA: Xankəndidə sakinlər fasiləsiz içməli su ilə təmin olunur

ADSEA: Xankəndidə sakinlər fasiləsiz içməli su ilə təmin olunur

04 İyun 2026 - 12:06
Nazir müavini: Fermerlər üçün modul elektron rəqəmsal platforma istifadəyə veriləcək

Nazir müavini: Fermerlər üçün modul elektron rəqəmsal platforma istifadəyə veriləcək

04 İyun 2026 - 11:57
Xankəndidə yağış sularının yığılması üçün kollektor tikiləcək

Xankəndidə yağış sularının yığılması üçün kollektor tikiləcək

04 İyun 2026 - 11:50
Bir ayda sərhəddə 5.6 milyon manatlıq qaçaqmal tutulub

Bir ayda sərhəddə 5.6 milyon manatlıq qaçaqmal tutulub

04 İyun 2026 - 11:42
Bakıda Milli Qurtuluş Gününə həsr olunan konsert keçiriləcək

Bakıda Milli Qurtuluş Gününə həsr olunan konsert keçiriləcək

04 İyun 2026 - 11:30
Tramp etiraf edir: Netanyahunun iddiaları bu sözlərlə təsdiqləndi

Tramp etiraf edir: Netanyahunun iddiaları bu sözlərlə təsdiqləndi

04 İyun 2026 - 11:27
Mülki PUA-lara nəzarət olacaq, yoxlamalar aparılacaq

Mülki PUA-lara nəzarət olacaq, yoxlamalar aparılacaq

04 İyun 2026 - 11:24
ÜST ölümcül Ebola virusu barədə xəbərdarlıq edir!

ÜST ölümcül Ebola virusu barədə xəbərdarlıq edir!

04 İyun 2026 - 11:15
Tramp: İranla razılaşma bu həftəsonu əldə edilə bilər

Tramp: İranla razılaşma bu həftəsonu əldə edilə bilər

04 İyun 2026 - 11:04
Geomaqnit qasırğası olacaq

Geomaqnit qasırğası olacaq

04 İyun 2026 - 10:58
ABŞ: İsrail və Livan atəşkəs barədə razılığa gəldilər

ABŞ: İsrail və Livan atəşkəs barədə razılığa gəldilər

04 İyun 2026 - 10:51
NASA, MAVEN kosmik gəmisinin Mars missiyası başa çatdı

NASA, MAVEN kosmik gəmisinin Mars missiyası başa çatdı

04 İyun 2026 - 10:43
İran müharibəsi Yaponiyada plastik torba böhranına səbəb oldu

İran müharibəsi Yaponiyada plastik torba böhranına səbəb oldu

04 İyun 2026 - 10:36
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  
« May    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.