"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home aktual-banner

Rusiyalı politoloq: “3:1 Azərbaycanın xeyrinə…”

11 Aprel 2016 - 18:03
in aktual-banner, Banner
FacebookVatsap
 Rusiyalı politoloq: “3:1 Azərbaycanın xeyrinə...”

Dörd günlük müharibənin yekunlarını şərh edən tanınmış moskvalı ekspert: “Bakı istəyinə artıqlaması ilə çatdı…”; Andrey Yepifantsev: “Qarabağ – artıq alınmaz qala deyil…, Azərbaycanın daha bir uğuru Ermənistanla Rusiya və KTMT-nin arasını vurmasıdır”

Bunu da oxuyun

Erkən nikahlar sosial bəladır: Sosioloqdan ÇAĞIRIŞ

Odessa yaxınlığında dronla vurulan gəmidən xilas edilən azərbaycanlılar Vətənə yola salınıb

İran ABŞ-la razılaşmaya əməl etmək üçün əsas görmür

Rusiyanın nüfuzlu analitiklərindən sayılan Andrey Yepifantsev “Vzqlyad” qəzetində Dağlıq Qarabağdakı 4 günlük müharibənin nəticələrini şərh edib. Onun qənaətincə, azərbaycanlılar göstərdilər ki, döyüş meydanında təşəbbüs bütünlüklə onlara məxsusdur – nə vaxt istəsələr sərhədi yarar və düşmənin dayaq məntəqələrini ələ keçirərlər, nə vaxt istəsələr də çıxıb gedərlər. Yazının aktuallığını nəzərə alıb tərcümə variantını təqdim edirik.
“Dağlıq Qarabağ ətrafında növbəti alışma dayandırıldı. Bununla belə o, açıq-aşkar sıradan biri də olmadı. Onun gedişində əvvəllər müşahidə edilməmiş bir neçə məqam özünü göstərdi. Əgər öncələr həm qeyri-hərbi, həm də hərbi qarşıdurma zamanı, uğur, təşəbbüs və status-kvo ümumən erməni tərəfində qalırdısa, bu dəfə “hesab” açıqca Azərbaycanın xeyrinədir.
Birincisi, aydındır ki, atəşin bərpa edilməsində əsas hədəf müharibəyə başlamaq yox, konflikti aktuallaşdırmaq, ona beynəlxalq birliyin diqqətini cəlb eləmək, Dağlıq Qarabağ münaqişəsinin həll olunmadığını, hələ də qan verdiyini nümayiş etdirmək idi.
Məsələ ondadır ki son bir neçə ildə dünya birliyinin diqqəti başqa problemlərə – Liviyaya, Suriyaya, Türkiyəyə, Ukraynaya, miqrantlara və s. köklənmişdi. Nəticə etibarilə Qarabağ münaqişəsinin mövcudluğu sanki unudulmuşdu. Bu isə 1992-94-cü il müharibəsini uduzan və Ermənistanın imtinası üzündən danışıq yolu ilə problemi həll edə bilməyən Azərbaycana qətiyyən sərf eləmirdi. Əvəzində status-kvonu saxlamaqla konfliktin olmadığı görüntüsünü yaradan Ermənistana tamamilə sərf idi.
Döyüş əməliyyatlarının budəfəki qızışmasına çox böyük ölçüdə verilən beynəlxalq rezonansı nəzərə alsaq, deyə bilərik ki, Bakı istəyinə artıqlaması ilə çatıb. Üstəlik, əgər bəyan edildiyi kimi, Minskdə Qarabağ konfransı toplansa, o zaman informasiya effekti Azərbaycanın gözlədiyindən də artıq olacaq.
İkincisi, Azərbaycan ordusunun heç də genişmiqyaslı müharibəyə çevrilməyəcək kiçik bir hərbi qarşıdurmada göstərdiyi güc hamı üçün gözlənilməz oldu. Əldə olunan uğur isə əvvəllər gördüklərimizdən kardinal şəkildə fərqlənir. Hələ 2014-cü ilin yayında – atəşkəs dövrünün ən aktiv hərbi fazası zamanı Azərbaycan ordusu ermənilərin birinci müdafiə xəttini keçə bilməmişdi. İndi isə onun öncül dəstələri asanca və sürətlə rəqibin iki müdafiə xəttini yararaq, ermənilərin 20 ildir möhkəmləndirdikləri 7 dayaq və iki yaşayış məntəqəsini götürüb.
Azərbaycanlılar nümayiş etdirdilər ki, döyüş meydanında təşəbbüs bütünlüklə onlara məxsusdur – nə vaxt istəsələr sərhədi yarar və dayaq məntəqələrini ələ keçirər, nə vaxt istəsələr də çıxıb gedərlər. Onlar həmçinin, çox təhlükəli silah növlərinin tətbiqini nümayiş etdirdilər. Məsələn, müdafiə qurğularına aman tanımayan TOS “Solnsepek” kimi. Nəticədə ermənilər sadəcə, geri çəkilməli oldular. Digər silahların, misal üçün, İsrail istehsallı pilotsuz uçaqların (kamikadze-dronlar – red.) tətbiqi isə əsl sürpriz oldu, çünki çox az adam bilirdi ki, Azərbaycan ordusunda belə silahlar da var.
Əlbəttə ki, azərbaycanlıların döyüş meydanında tam üstünlüyündən danışmaq olmaz, – hər halda onların çoxlu tank itirməsi buna sübutdur, – amma bütövlükdə baş verənlərin hamısı şübhəsiz ki, gözlənilməz oldu: əgər öncələr hesab olnurdusa ki, Qarabağ – mühəndis anlamında mükəmməl alınmaz qaladır, indi artıq heç kim buna əmin ola bilməz.
Bakının üçüncü şəksiz uğuru Ermənistanın Rusiya və KTMT ilə arasını vurmasıdır. Xatırladım ki, Dağlıq Qarabağda Ermənistanın özü-özünü müdafiə edəcəyi haqda mif, Ermənistan üçün status-kvonun saxlanması doktrinası daima Moskva və KTMT-nin səyləri ilə Azərbaycanın ən müxtəlif sahələrdə neytrallaşdırılması üzərində qurulmuşdu, o sırada Azərbaycana silah imtinası və Ermənistanın maksimum, havayı silahlandırılıması, Bakıya informasiya və başqa təzyiqlər üzərində, Rusiyanı konfliktə cəlb etməyə məcbur etmək üçün Qarabağ münaqişəsini Ermənistan ərazisinə keçirmək ideyası və s. üzərində formalaşmışdı.
Lakin mövcud situasiya göstərir ki, bunların heç biri işləməyib: Bakıya Rusiyadan silah satışını dayandırmaq təşəbbüsü fiasko olub, nə Rusiya, nə də başqa kimsə Ermənistanın xeyrinə seçim etməyib, ən yaxşı halda bərabər məsafə saxlamaq siyasəti yürüdülüb. İrəvan üçün ən pis hal isə Belarusun məlum bəyanatı, Qazaxıstanın təşəbbüsü ilə isə Avrasiya Birliyinin İrəvan toplantısının  ləğvidir. Bununla onlar açıqca göstəriblər ki, heç bir halda Azərbaycanla münasibətləri korlamayacaqlar.
Bundan əlavə, ekspert ictimaiyyətində söhbətlər başlayıb ki, qonşusu ilə ərazi mübahisəsi olan Ermənistanın KTMT hərbi blokuna qəbul edilməsi ümumiyyətlə, yanlış olub və belə hallarda NATO prinsiplərinə söykənmək lazımdır – necə ki, alyans Gürcüstan və Ukraynanın üzvlüyünü eyni səbəblə israrla rədd edir. Bütün bunlar mütəşəkkil şəkildə Rusiyaya üsyan püskürən və indi də Rusiya əleyhinə kampaniya aparan, Vladimir Putinə təhqiramiz sözlər yağdıran erməni KİV-lərində yarım-panika, yarım-isterika vəziyyəti doğurub.
Şübhəsiz, təkcə o fakt ki, Ermənistan Dağlıq Qarabağ məsələsinin həllində Moskvanın və KTMT-nin ona kömək eləmək qabiliyyətinə inamını itirir və İrəvanın müttəfiqləri ilə münasibətləri gərginləşir, Azərbaycana sərfdir və Bakı üçün ciddi uğurdur. Bakı üçün yeganə ciddi minus odur ki, beynəlxalq birlik xeyli dərəcədə onu konflikti qızışdıran tərəf adlandırır.
Lakin indiki şərtlərdə bu, kardinal əhəmiyyət daşımır və bir çox səbəblərdən Azərbaycan üçün əsas təhlükə deyil. Əvvəla, ona görə ki, Rusiya siyasi reallıqlarında əsas qızışdırıcılar kimi Türkiyə və ABŞ-ın adı çəkilib. Bu, əlbəttə, yanlışdır və bizim daxili siyasi təbliğatın, “əcinnə ovu”nun tərkib hissəsidir, lakin bununla belə, Bakının xeyrinə işləyir.
Qərb də bu məqamı körükləyəsi olmazdı, nədən ki: 1. Onun anlamında Qarabağ Azərbaycanın tərkib hissəsidir, Ermənistan isə əksinə, qoşunların geri çəkilməsi haqda BMT qətnamələrini yerinə yetirməkdən imtina edir. 2. Qərbin özü Bakı ilə İrəvan arasında seçim etmir, demək, kimisə günahkar təyin etməyə hazır deyil. 3. Qərbin Qarabağ məsələsinə çox vaxt ayırmağa nə istəyi, nə də imkanı var.
Beləcə, bütün təfərrüatlar nəzərə alınarsa, münaqişədə hesab hələlik 3:1 Azərbaycanın xeyrinədir.
Previous Post

Rusiyalı politoloq: “3:1 Azərbaycanın xeyrinə…”

Next Post

Roqozin yenə silah satışından danışdı

Bənzər yazılar

Erkən nikahlar sosial bəladır: Sosioloqdan ÇAĞIRIŞ

Erkən nikahlar sosial bəladır: Sosioloqdan ÇAĞIRIŞ

22 Sentyabr 2026 - 13:39

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Vətəndaş” Tədqiqat və İnkişaf İctimai Birliyi tərəfindən “Əvvəl bilik, sonra...

Odessa yaxınlığında dronla vurulan gəmidən xilas edilən azərbaycanlılar Vətənə yola salınıb

Odessa yaxınlığında dronla vurulan gəmidən xilas edilən azərbaycanlılar Vətənə yola salınıb

15 İyul 2026 - 23:26

Odessa şəhəri yaxınlığında dron hücumuna məruz qalan gəmidən xilas edilən 10 Azərbaycan vətəndaşı bu gün Ukraynadan Vətənə yola salınıb. Elchi.az...

İran ABŞ-la razılaşmaya əməl etmək üçün əsas görmür

İran ABŞ-la razılaşmaya əməl etmək üçün əsas görmür

15 İyul 2026 - 23:22

ABŞ-la qarşılıqlı anlaşma memorandumu onun müddəalarına əməl edildiyi zaman məna daşıyır, əks halda İranın ona riayət etməsi üçün heç bir...

Zelenski: Rusiya Ukraynanın siyasi və hərbi mərkəzlərinə zərbələr endirməyə hazırlaşır

Zelenski: Rusiya Ukraynanın siyasi və hərbi mərkəzlərinə zərbələr endirməyə hazırlaşır

15 May 2026 - 20:32

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi Rusiya Silahlı Qüvvələrinin Ukraynaya, xüsusilə "qərar qəbuletmə mərkəzləri"nə yeni raket-dron zərbələri endirməyə hazırlaşması barədə...

Next Post

Roqozin yenə silah satışından danışdı

Roqozin yenə silah satışından danışdı

Son xəbərlər

ABŞ-də inflyasiyaya görə qızıl ucuzlaşır

ABŞ-də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 - 23:23
Fransada etirazlar başlayandan bəri polis 8 minə yaxın şəxsi saxlayıb

Fransada etirazlar başlayandan bəri polis 8 minə yaxın şəxsi saxlayıb

14 Oktyabr 2026 - 23:20
Albaniyada tələbələr Təhsil Nazirliyinin binasına od vurublar

Albaniyada tələbələr Təhsil Nazirliyinin binasına od vurublar

14 Oktyabr 2026 - 22:19
Azərbaycanın Özbəkistanda aldığı bankın rəhbərliyi yenidən formalaşdırılıb

Azərbaycanın Özbəkistanda aldığı bankın rəhbərliyi yenidən formalaşdırılıb

14 Oktyabr 2026 - 22:17
Tramp Alyaska tarixində ən böyük enerji layihəsinin işə salındığını elan edib

Tramp Alyaska tarixində ən böyük enerji layihəsinin işə salındığını elan edib

14 Oktyabr 2026 - 22:08
“Real”ın futbolçusu Vinisius 4 oyunluq diskvalifikasiya edilib

“Real”ın futbolçusu Vinisius 4 oyunluq diskvalifikasiya edilib

14 Oktyabr 2026 - 22:05
“Reuters”: Hörmüz boğazı yaxınlığında vurulan yük gəmisi batı

“Reuters”: Hörmüz boğazı yaxınlığında vurulan yük gəmisi batı

14 Oktyabr 2026 - 22:03
Lavrov və Van İ AQEM çərçivəsində əməkdaşlığı müzakirə ediblər

Lavrov və Van İ AQEM çərçivəsində əməkdaşlığı müzakirə ediblər

14 Oktyabr 2026 - 20:58
İtaliya A Seriyası klubu uğursuzluğa görə baş məşqçisini qovub

İtaliya A Seriyası klubu uğursuzluğa görə baş məşqçisini qovub

14 Oktyabr 2026 - 20:56
Kiyevə hava hücumu zamanı azərbaycanlı ailənin mənzili dağılıb

Kiyevə hava hücumu zamanı azərbaycanlı ailənin mənzili dağılıb

14 Oktyabr 2026 - 20:53
İstanbulda leysan səbəbindən dərslər distant formada keçiriləcək

İstanbulda leysan səbəbindən dərslər distant formada keçiriləcək

14 Oktyabr 2026 - 20:50
Qətər Əmiri Azərbaycana səfərə gəlib

Qətər Əmiri Azərbaycana səfərə gəlib

14 Oktyabr 2026 - 19:30
Prezident İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub

Prezident İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub

14 Oktyabr 2026 - 19:23
Prezident Bəhreynin xarici işlər nazirini qəbul edib

Prezident Bəhreynin xarici işlər nazirini qəbul edib

14 Oktyabr 2026 - 19:21
Prezident İlham Əliyev Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvünü qəbul edib

Prezident İlham Əliyev Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvünü qəbul edib

14 Oktyabr 2026 - 19:20
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.