"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Azərbaycan ABŞ-dan istədiyi dəstəyi aldı

06 Aprel 2016 - 10:44
in XƏBƏR LENTİ
FacebookVatsap
 Azərbaycan ABŞ-dan istədiyi dəstəyi aldı

Nüvə sammitinin ölkəmiz üçün müsbət nəticələri olacaq; politoloq: “Azərbaycan və Türkiyənin Qərb üçün əhəmiyyəti ölçüyə gəlməyəcək dərəcədə artır”

Bunu da oxuyun

Həsənzadə: ABŞ SEPAH və “Bəsic” qərargahlarına hücumla heç nəyə nail olmayıb

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Azərbaycanla Ukrayna arasında hökumət rabitəsi sazişi dəyişir

Aprelin 1-də Vaşinqtonda keçirilən IV Nüvə Təhlükəsizliyi Sammiti geniş müzakirələrə yol açıb. Sammitdə Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı, keçirdikləri görüşlər ciddi diqqət çəkib. 
Ölkə başçısının ABŞ-da yüksək səviyyədə görüşlərini  ekspertlər Azərbaycan-ABŞ münasibətlərində dönüş nöqtəsi kimi dəyərləndirərək, sammitin gələcək acısından ölkəmiz üçün müsbət sonuclarının olacağını proqnozlaşdırırlar. Eyni zamanda Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində də nüvə sammitinin müsbət nəticələrinin olacağına inananlar az deyil.
Azərbaycan prezidentinin ABŞ səfəri ilə bərabər Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın da sammitdə iştirakı və Barak Obama ilə görüşü günlərdir mətbuatın gündəmindən düşmür. Politoloqlar sammitin qardaş ölkəyə Rusiya ilə gərgin münasibətlərdə dəstək olacağını hesab edirlər.
 
Politoloq Qabil Hüseynli nüvə sammitinin Azərbaycan üçün böyük əhəmiyyətinin olduğunu qeyd etdi:“Azərbaycan tərəfinin sammitdə kütləvi qırğın silahlarına olan münasibəti özünü açıq şəkildə göstərdi. Bu, Azərbaycanın sülhməramlı siyasətinin açıq ifadəsi idi. Biz nəinki nüvə silahını əldə etmək istəyirik, eyni zamanda bu cür silahların ölkə ərazindən keçirilməsinə imkan verilməyəcəyini bəyan etdik. Azərbaycanın imzaladığı beynəlxalq konvensiyalarda bunlar öz əksini tapıb. Bir neçə il bundan əvvəl iki İran vətəndaşı tərkibində radioaktiv maddələr olan təhlükəli maddəni sərhəddən keçirərkən gömrük işçilərimiz tərəfindən yaxalanmışdılar. Radioaktiv maddənin daşıyıcısını Azərbaycan Beynəlxalq Atom Enerjisi Mərkəzinə təslim etmişdi. Nüvə sammitində Azərbaycanın bu hərəkəti Barak Obamanın çıxışında nümunəvi addım kimi hamıya göstərildi. Sammitdə Azərbaycanın beynəlxalq nüfuzunu gücləndirəcək bir sıra görüşlər keçirildi. Xüsusilə Barak Obama, vitse-prezidentlə, dövlət katibi və digər şəxslərlə görüşlər sözün həqiqi mənasında Azərbaycan üçün prinsipal əhəmiyyət daşıyan müsbət rol oynadı. Onu da nəzərə almaq lazımdır ki, cənab İlham Əliyevə Amerikada yüksək səviyyədə qarşılanma mərasimi təşkil olundu. Bu, Azərbaycanın regionda lider dövlət olduğunu təsdiq edən amillərdən biridir. Prezidentin sammitdə iştirak etmək üçün ABŞ-a dəvət olunması onu göstərdi ki, Azərbaycanın xarici siyasətində qərbyönlü siyasət əsas yer tutmağa başlayıb. Azərbaycan-Qərb münasibətlərində mühüm addımlar atıldı. Azərbaycan özünə ciddi müttəfiqlər əldə edə bildi. Bütün bunlar Azərbaycanın inkişafı üçün böyük əhəmiyyətə malik olacaq”.
 
Politoloq Ərdoğan-Obama görüşünü region acısından təhlil etdi: “Ərdoğan əvvəlki çıxışında Rusiyaya çağırış etdi. Münasibətlərin bərpa olunması təklifini etdi. Türkiyə rəhbəri münasibətlərin bərpa olunmasının regiondakı problemlərin həllində vacib mərhələ olduğunu söylədi. Rusiya tərəfi özünü naza çəkdi. Amma Obama Ərdoğanla görüşdə Türkiyənin yanında daim olduqlarını bəyan etdi. Rusiyada gerçəkliyi indiyə qədər qəbul etməyən başlar artıq anladılar ki, Türkiyəyə qarşı münasibət NATO-ya yönəlmiş münasibətdir. Qarabağ münaqişəsinin həlli istiqamətindəki işlər müəyyən bir mərhələyə çatdıqdan sonra Türkiyə-Rusiya münasibətlərində də bir açılım olacaq. Kiçik şəkildə olsa da, bu açılımın müəyyən izləri görünməkdədir. Gələcəkdə daha irimiqyaslı acılıma çevrilə bilər. Türkiyə-Rusiya münasibətlərinin düzəlməsi Dağlıq Qarabağ probleminin həllinə də kömək edə bilər”.
Q.Hüseynli İlham Əliyev-Obama və Ərdoğan-Obama görüşlərinin dünya gündəminə oturmasına da münasibət bildirdi. Müsahibimiz Azərbaycan prezidentinin ermənilərlə döyüşlərdə, Türkiyə prezidentinin isə kürd problemində ABŞ-ın dəstəyini aldıqlarını da qeyd etdi: “Hər iki dövlət başçısı Amerikanın dəstəyini güman edirəm ki, aldılar. Əvvəla, ABŞ çoxdan PKK-nı terror təşkilatı elan edib. Son zamanlarda ABŞ-ın beynəlxalq siyasətində terrorizmə qarşı münasibət başlıca siyasətə çevrilib. Ona görə çətinlik çəkmədən Ərdoğan bu məsələdə Amerikanın dəstəyinə nail ola bildi. Avropada da PKK məsələsi ilə bağlı ciddi dönüş var. Azərbaycan da həmçinin. Əfqanıstan məsələsində ABŞ-la birlikdə etdiyimiz hərəkət bu gün öz müsbət nəticələrini verir. Bu baxımdan Ərdoğan və İlham Əliyevin nüvə sammitində Amerikadan istədikləri dəstəyi aldıqlarını düşünürəm”.
Previous Post

Azərbaycan ABŞ-dan istədiyi dəstəyi aldı

Next Post

“Lələ təpə”dən son görüntülər – VİDEO

Bənzər yazılar

Həsənzadə: ABŞ SEPAH və “Bəsic” qərargahlarına hücumla heç nəyə nail olmayıb

Həsənzadə: ABŞ SEPAH və “Bəsic” qərargahlarına hücumla heç nəyə nail olmayıb

30 Sentyabr 2026 - 19:48

ABŞ ordusu müharibə zamanı İranın təhlükəsizlik mərkəzlərinə hücumla heç nəyə nail olnmayacağını anlayanda, İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) və "Bəsic"in...

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

30 Sentyabr 2026 - 19:44

Oktyabrın 2-3-də bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib. Bu barədə Elchi.z - a...

Azərbaycanla Ukrayna arasında hökumət rabitəsi sazişi dəyişir

Azərbaycanla Ukrayna arasında hökumət rabitəsi sazişi dəyişir

30 Sentyabr 2026 - 13:52

Azərbaycanla Ukrayna arasında hökumət rabitəsi sahəsində əməkdaşlıq haqqında sazişə dəyişiklik edilməsi nəzərdə tutulur. Elchi.az xəbər verir ki, bununla bağlı protokolun...

Rəqəmsal səyyahlara işgüzar səfər vizası veriləcək

Rəqəmsal səyyahlara işgüzar səfər vizası veriləcək

30 Sentyabr 2026 - 13:30

Rəqəmsal səyyahlara işgüzar səfər vizası veriləcək. Elchi.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Miqrasiya...

Next Post

“Lələ təpə”dən son görüntülər - VİDEO

“Lələ təpə”dən son görüntülər - VİDEO

Son xəbərlər

Azərbaycan məhsulları Minskdə beynəlxalq sənaye sərgisində vahid ölkə stendində nümayiş olunur

Azərbaycan məhsulları Minskdə beynəlxalq sənaye sərgisində vahid ölkə stendində nümayiş olunur

30 Sentyabr 2026 - 19:52
Yakutiyada yeniyetmə məktəbdə terror aktı törətmək istəyib

Yakutiyada yeniyetmə məktəbdə terror aktı törətmək istəyib

30 Sentyabr 2026 - 19:50
Həsənzadə: ABŞ SEPAH və “Bəsic” qərargahlarına hücumla heç nəyə nail olmayıb

Həsənzadə: ABŞ SEPAH və “Bəsic” qərargahlarına hücumla heç nəyə nail olmayıb

30 Sentyabr 2026 - 19:48
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

30 Sentyabr 2026 - 19:44
FHN kiçikhəcmli gəmi istifadəçiləri üçün tədbirlər keçirib

FHN kiçikhəcmli gəmi istifadəçiləri üçün tədbirlər keçirib

30 Sentyabr 2026 - 19:29
Azərbaycan MN ilə Türkiyə müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalanıb

Azərbaycan MN ilə Türkiyə müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalanıb

30 Sentyabr 2026 - 19:12
Uşaqla nikah bağlamadan ailə qurmaq erkən evlilik sayılacaq

Uşaqla nikah bağlamadan ailə qurmaq erkən evlilik sayılacaq

30 Sentyabr 2026 - 18:56
Bakıda və bölgələrdə külək güclənəcək

Külək güclənəcək – XƏBƏRDARLIQ

30 Sentyabr 2026 - 18:48
Rutte Rusiyaya NATO-nun müdafiə məqsədlərini xatırladıb

Rutte Rusiyaya NATO-nun müdafiə məqsədlərini xatırladıb

30 Sentyabr 2026 - 18:39
Prezidentin sosial şəbəkə hesablarında “ADEX 2026” sərgisi ilə bağlı paylaşım edilib

Prezidentin sosial şəbəkə hesablarında “ADEX 2026” sərgisi ilə bağlı paylaşım edilib

30 Sentyabr 2026 - 18:25
Oktyabrın ilk günlərində hava yağıntılı olacaq, temperatur 5-8 dərəcə enəcək – XƏBƏRDARLIQ

Oktyabrın ilk günlərində hava yağıntılı olacaq, temperatur 5-8 dərəcə enəcək – XƏBƏRDARLIQ

30 Sentyabr 2026 - 18:17
İsveç NATO-nun Polşadakı əməliyyatı üçün qırıcılar ayıracaq

İsveç NATO-nun Polşadakı əməliyyatı üçün qırıcılar ayıracaq

30 Sentyabr 2026 - 18:09
Netanyahu: Əlavə potensial təhlükələrə hazır olmalıyıq

Netanyahu: Əlavə potensial təhlükələrə hazır olmalıyıq

30 Sentyabr 2026 - 17:59
Zelenski Norveçin Baş naziri ilə telefon danışığı aparıb

Zelenski Norveçin Baş naziri ilə telefon danışığı aparıb

30 Sentyabr 2026 - 17:40
Azərbaycan və İran arasında hərbi sahədə əlaqələr müzakirə edildi

Azərbaycan və İran arasında hərbi sahədə əlaqələr müzakirə edildi

30 Sentyabr 2026 - 17:32
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.