"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

ABŞ-Azərbaycan münasibətlərində yeni dönəm başlayır

05 Aprel 2016 - 10:07
in XƏBƏR LENTİ
FacebookVatsap

Bunu da oxuyun

İtaliya hərbçiləri Azərbaycana səfər edib

ABŞ-də inflyasiyaya görə qızıl ucuzlaşır

Fransada etirazlar başlayandan bəri polis 8 minə yaxın şəxsi saxlayıb

ABŞ-Azərbaycan münasibətlərində yeni dönəm başlayırSülhəddin Əkbər: “3 məsələdə Azərbaycanın Amerikaya və Qərbə ehtiyacı var…”

ABŞ-Azərbaycan münasibətləri yeni mərhələyə qədəm qoyur. Politoloqlar Azərbaycan prezidenti İlham Əliyevin ABŞ-a səfərini və səfər çərçivəsində dünyanın super gücü olan ölkənin bir çox rəsmiləri ilə görüşlər keçirməsini belə qiymətləndirirlər. 
“Yeni Müsavat”a açıqlamasında ABŞ-Azərbaycan münasibətlərindəki irəliləyişləri dəyərləndirən Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər Azərbaycanın ABŞ-la yaxınlaşmaq istəyini regionda və dünyada yaranan  son durum və ölkənin iqtisadi vəziyyəti ilə əlaqələndirdi: “Ukrayna böhranından sonra Azərbaycan Rusiyaya doğru reveranslar etməyə başladı. Çünki Ukrayna böhranından bütün avtoritar hakimiyyətlər, o cümlədən Azərbaycan hakimiyyəti narahatlıq keçirirdi. Bir tərəfdən, Rusiyanın postsovet məkanında aqressivliyinin artması, digər tərəfdən, Yanukoviçin devrilməsində ABŞ-ın və Avropa Birliyinin dəstək verməsi İlham Əliyevi sövq etdi ki, Rusiya ilə daha yaxın münasibətlər qursun. Amerika və Qərblə isə məsafəli siyasət yürütməyə başladı. Xüsusən də 2014-cü  ilin sonlarına doğru o münasibətlər pozulmağa başladı. Artıq münasibətlər açıq şəkil aldı.
ABŞ əleyhinə mətbuatda yazılar yazılırdı. Azərbaycan hakimiyyətinin rəsmi şəxslərini Azərbaycanda dövlət çevrilişi hazırlamaqda ittiham etməyə qədər uzağa getdilər. Bu, təbii ki, məqsədyönlü şəkildə aparılan bir siyasət idi. Azərbaycanın ABŞ və Qərblə olan münasibətlərini korlamaq və Rusiya ilə yaxınlaşmaqdan ibarət idi. Buna görə də Azərbaycan hakimiyyəti həm müxalifətə qarşı, həm QHT-lərə qarşı, həm müstəqil media orqanlarına qarşı hücumlar və basqıları artırdı. Ancaq bir tərəfdən, dünyada və regionda yaranmış geopolitik vəziyyətin fərqli bir mərhələyə daxil olması, o cümlədən Azərbaycanın geopolitik durumunun həll olunması, həlledici mərhələdə saxlanılması, digər tərəfdən, Azərbaycanın böhrana girməsi və borca ehtiyacın olması, xarici maliyyə kreditlərinə ehtiyacın olması Azərbaycanı sövq edir ki, yenidən ABŞ, Avropa Birliyi və Türkiyə ilə yaxınlaşsın”.
 
S.Əkbərə görə, bu yaxınlaşmanın iki başlıca səbəbi var: “Birincisi, Azərbaycanın geopolitik mövqeyinin həll olunması, ikincisi isə xarici borca ehtiyacın olmasıdır. O baxımdan Azərbaycan indi məcburi olaraq, Qərblə yaxınlaşmaq ehtiyacı hiss edir və hökumətin atdığı son addımlar da bununla bağlıdır”. Amerikanın Azərbaycana qarşı siyasətinə gəldikdə isə S. Əkbər bildirdi ki, hazırda Amerikanın da buna ehtiyacı yaranıb: “Çünki Ukrayna böhranından sonra Amerika öz təhlükəsizlik strategiyasını dəyişdi və Rusiyanı durdurmağı başlıca strateji hədəf seçdi. İndi bu hədəfə çatmaq üçün Azərbaycana və regiona ehtiyac yaranıb. İndi Rusiyadan yan keçən bütün nəqliyyat və enerji xətləri əsasən Xəzər və Azərbaycan üzərindən keçir. Enerji və nəqliyyat sahəsində onsuz da Amerika ilə Azərbaycanın yaxın əməkdaşlığı var idi. İndi isə bu əməkdaşlıq daha da gücləndirilir. Rusiyadan yan keçən enerji və nəqliyyat yollarının dəstəklənməsi təbii ki, Rusiyanı qıcıqlandırır. Bu gün Azərbaycan-Ermənistan cəbhəsində baş verən həm də bununla bağlıdır.
Rusiya-Azərbaycan münasibətləri nə qədər yaxınlaşsa da 3 məsələ var ki, orada toqquşur. Bunların biri enerji məsələsidir, ikincisi, nəqliyyat yolları məsələsidir, üçüncü məsələ isə Qarabağ məsələsidir. Ona görə də bu 3 məsələdə Azərbaycanın Amerikaya və Qərbə ehtiyacı var.
İlham  Əliyev nə qədər siyasi münasibətlərdə məsafəli siyasət yürütməkdə davam etsə də, bu məsələlərdə ABŞ-la yaxınlaşmaq zorundadır”. 
ABŞ donanmasının Xəzərdə yerləşməsinə və Xəzərin təhlükəsizliyində 3-cü ölkə kimi iştirak etməsi məsələsinə gəlincə, Sülhəddin Əkbər bu haqda fikir bildirə bilməyəcəyini qeyd etdi: “Bu haqda eşitməmişəm. Mənbənin haradan olduğunu da bilmirəm. Amerikanın nə havada, nə quruda iştirakı olmadan birdən-birə Azərbaycanda dənizdə ciddi proyektlərə girməsi inandırıcı görünmür. Dediyim kimi, Amerika yalnız Rusiyanın imkanlarını məhdudlaşdırmaq üçün kompleks siyasət həyata keçirir. Bir tərəfdən, dünya bazarında neftin qiymətinin endirilməsi, sanksiyalar, digər tərəfdən də siyasi – diplomatik izolyasiyası, Rusiya ətrafında ABŞ və NATO-nun hərbi mövqelərinin gücləndirilməsi. Bu Arktikadan tutmuş, Baltik dənizi, Qara dəniz və Xəzər dənizi xəttinə kimi davam edir. Digər tərəfdən, Sakit okean hövzəsində, Mərkəzi Asiyada da davam edir. Bütün bu istiqamətlərdə hərbi-siyasi qarşıdurma gedir. Azərbaycan da bu qarşıdurma xəttində yerləşən ölkələrdən biridir”.
Previous Post

ABŞ-Azərbaycan münasibətlərində yeni dönəm başlayır

Next Post

Vaqif Dərgahlı: “Erməni tərəfi Xankəndiyə zərbə anını yaxınlaşdırır”

Bənzər yazılar

İtaliya hərbçiləri Azərbaycana səfər edib

İtaliya hərbçiləri Azərbaycana səfər edib

15 Oktyabr 2026 - 10:06

Bakıda "Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə İtaliya Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahı arasında 2026-cı il üçün imzalanmış ikitərəfli hərbi əməkdaşlıq...

ABŞ-də inflyasiyaya görə qızıl ucuzlaşır

ABŞ-də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 - 23:23

Çərşənbə günü ABŞ-də inflyasiyanın gözləniləndən daha çox sürətlənməsinin səbəb olduğu dolların möhkəmlənməsi fonunda qızılın qiymətləri kəskin şəkildə azalır. Elchi.az xəbər...

Fransada etirazlar başlayandan bəri polis 8 minə yaxın şəxsi saxlayıb

Fransada etirazlar başlayandan bəri polis 8 minə yaxın şəxsi saxlayıb

14 Oktyabr 2026 - 23:20

Fransada şagirdlərin ölkə üzrə etiraz aksiyalarına başladığı vaxtdan indiyədək hüquq-mühafizə orqanları əməkdaşları təxminən 8 min nəfəri saxlayıblar. Elchi.az -ın BFMTV...

Albaniyada tələbələr Təhsil Nazirliyinin binasına od vurublar

Albaniyada tələbələr Təhsil Nazirliyinin binasına od vurublar

14 Oktyabr 2026 - 22:19

Albaniyanın paytaxtı Tiranada etiraz aksiyasında iştirak edən tələbələr Təhsil Nazirliyinin binasına od vurublar. Elchi.az -ın "Politico" nəşrinə istinadən verdiyi məlumata...

Next Post

Vaqif Dərgahlı: "Erməni tərəfi Xankəndiyə zərbə anını yaxınlaşdırır"

Vaqif Dərgahlı: "Erməni tərəfi Xankəndiyə zərbə anını yaxınlaşdırır"

Son xəbərlər

Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir

Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir

15 Oktyabr 2026 - 11:40
İdeoloji təxribatlara cığır açan tikanlı mövzu

İdeoloji təxribatlara cığır açan tikanlı mövzu

15 Oktyabr 2026 - 11:31
Premyer Liqa: “Qarabağ” – “Neftçi” oyununun hakimləri açıqlandı

Premyer Liqa: “Qarabağ” – “Neftçi” oyununun hakimləri açıqlandı

15 Oktyabr 2026 - 11:20
Azərbaycan qaz ixracını artırıb

Azərbaycan qaz ixracını artırıb

15 Oktyabr 2026 - 11:15
Vatikan Papa XIV Leonun səhhəti ilə bağlı yeni məlumat yayıb

Vatikan Papa XIV Leonun səhhəti ilə bağlı yeni məlumat yayıb

15 Oktyabr 2026 - 11:08
Beş süni intellekt çatbotu dəqiqlik sınağından keçirildi: Nəticələr ürəkaçan deyil

Beş süni intellekt çatbotu dəqiqlik sınağından keçirildi: Nəticələr ürəkaçan deyil

15 Oktyabr 2026 - 10:51
AÇG və “Şahdəniz”dən indiyədək hasil olunan neft və qazın həcmi açıqlanıb

AÇG və “Şahdəniz”dən indiyədək hasil olunan neft və qazın həcmi açıqlanıb

15 Oktyabr 2026 - 10:42
Mask: Ukrayna dronlarının sürətinin azalmasının arxasında ABŞ hökuməti dayana bilər

Mask: Ukrayna dronlarının sürətinin azalmasının arxasında ABŞ hökuməti dayana bilər

15 Oktyabr 2026 - 10:34
Kreatin beyni bağırsaq iltihabından qoruya bilər

Kreatin beyni bağırsaq iltihabından qoruya bilər

15 Oktyabr 2026 - 10:27
Gəncə Filarmoniyasında yanğın-taktiki təlimi keçirilib

Gəncə Filarmoniyasında yanğın-taktiki təlimi keçirilib

15 Oktyabr 2026 - 10:13
İtaliya hərbçiləri Azərbaycana səfər edib

İtaliya hərbçiləri Azərbaycana səfər edib

15 Oktyabr 2026 - 10:06
XİN rəhbəri: Gürcüstan, Azərbaycan və Türkiyənin birgə layihələri möhkəm təməl rolunu oynayır

XİN rəhbəri: Gürcüstan, Azərbaycan və Türkiyənin birgə layihələri möhkəm təməl rolunu oynayır

15 Oktyabr 2026 - 09:58
Azərbaycan nefti 124 dollardan yuxarı satılıb

Azərbaycan nefti 124 dollardan yuxarı satılıb

15 Oktyabr 2026 - 09:45
Əmtəə bazarlarında qızıl və gümüşün qiyməti artır

Əmtəə bazarlarında qızıl və gümüşün qiyməti artır

15 Oktyabr 2026 - 09:36
Ceyhun Bayramov Çin xarici işlər naziri ilə görüşüb – YENİLƏNİB

Ceyhun Bayramov Çin xarici işlər naziri ilə görüşüb – YENİLƏNİB

15 Oktyabr 2026 - 09:24
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.