"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Sarkisyan bunu qəbul etməlidir – XİN-dən açıqlama

01 Aprel 2016 - 15:06
in XƏBƏR LENTİ
FacebookVatsap

“Ermənistan rəhbərliyi münaqişənin yalnız Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyi əsasında həll oluna biləcəyini qəbul etməlidir”

Bunu da oxuyun

Müdafiə naziri və müavinləri Zəfər abidəsini ziyarət ediblər

Adanada sərnişin avtobusu qəzaya uğrayıb, 10-dan çox şəxs xəsarət alıb

DİN-in şəxsi heyəti Zəfər parkında olub

 

Serj Sarkisyanın ABŞ-dakı kollecdə xunta rejimi başçıları üçün xarakterik olan və arxaizm, saxta tarix, qonşu dövlətlərə, xüsusilə Azərbaycana qarşı ərazi iddiaları, hədə və təhdid tezisləri üzərində qurulan çıxışı bir daha göstərir ki, Ermənistanın mürtəce rejimi bütün region üçün təhlükə mənbəyidir.

Bu sözləri  açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyev Ermənistan prezidenti Serj Sarkisyanın Harvard Universitetinin Kennedi adına İdarəetmə Kollecində çıxışını şərh edərkən deyib. O bildirib ki, çıxışda Ermənistanın qonşu dövlətlərlə sülh şəraitində yaşaması, ərazi iddialarından geri çəkilməsi və regionun gələcəyi barədə heç bir konstruktiv fikir yoxdur: “Göründüyü kimi, uydurma tarix və saxta hüquqi dəlillərə müraciət edərək Ermənistan rəhbərliyi bir daha Azərbaycana qarşı təcavüz, işğal və qanlı etnik təmizləmə siyasətini uğursuz şəkildə pərdələməyə cəhd edib. İnstitusional və tarixi yaddaş çatışmazlığından əziyyət çəkən Ermənistanın hərbi diktatura rejiminə bəzi tarixi faktları xatırlatmaq məcburiyyətindəyik”.

H. Hacıyev qeyd edib ki, XIX əsrin birinci yarısından etibarən ermənilərin tarixi Azərbaycan torpaqları və Qafqaza köçürülməsi və nəticə etibarilə, ermənilərin regionun yerli xalqlarına qarşı başlanan ərazi iddiaları bu günə qədər davam edən uzunmüddətli qeyri-sabitlik, gərginlik və münaqişələrin əsasını qoyub. O xatırladıb ki, ərazi iddiaları irqi ayrı-seçkilik və etnik nifrət hissləri ilə müşayiət olunan ermənilər 1905 və 1907-ci illərdə azərbaycanlılara qarşı qırğınlar törədib və 1918-ci ilin martında Bakı və ətraf rayonlarda on mindən artıq mülki Azərbaycan əhalisinin soyqırımını həyata keçiriblər: “Ermənilərin ərazi iddialarına son qoymaq və regionda sülhü bərqərar etmək naminə Azərbaycan Demokratik Cümhuriyyətinin güzəşti əsasında paytaxtı qədim Azərbaycan şəhəri İrəvan olmaqla, ermənilərin regionda ilk dövləti yalnız 1918-ci ildə yaradıldı. Ermənistan rəhbərliyinin növbəti tarixi yalanı 5 iyul 1921-ci il tarixli Qafqaz Bürosunun qərarının təhrif edilməsidir. Qafqaz Bürosunun həmin qərarında Dağlıq Qarabağın Azərbaycan SSR-in tərkibində qalması bildirilir. Bu qərar vasitəsilə guya Qarabağın idarəçiliyinin Azərbaycana verilməsi Ermənistanın uydurmasından başqa bir şey deyil. Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin 7 iyul 1923-cü il tarixli qərarı ilə Dağlıq Qarabağ Muxtar Vilayəti yaradıldığı halda, Ermənistan SSR-də tarixi torpaqlarında kompakt şəkildə yaşayan çoxsaylı azərbaycanlılara heç bir imtiyaz verilmədi və 80-ci illərin sonunda Ermənistan ərazisindən etnik təmizləmə nəticəsində tamamilə qovulana qədər bu əhali irqi ayrı-seçkilik və təzyiq altında yaşamağa məcbur oldu. “Qarabağa Azərbaycanın ərazi bütövlüyü çərçivəsində baxmaq Stalin siyasətini dəstəkləməkdir” deyən Ermənistan rəhbərliyi əslində dünya ictimaiyyətinə, beynəlxalq hüququn norma və prinsiplərinə hörmətsizliyini və sivil davranışdan kənar olduğunu bir daha nümayiş etdirir. Bundan əvvəl isə “Qarabağ Ermənistanın ayrılmaz hissədir deyən” Ermənistan rəhbərliyi rəsmən ölkəsinin işğal edilmiş Azərbaycan ərazilərinin ilhaqı siyasətini yürütdüyünü bir daha etiraf etdi”.

H. Hacıyevin sözlərinə görə, öz vətəndaşlarını kütləvi şəkildə öldürməkdən, müxalifət nümayəndələrinin siyasi qətlinin sifarişindən və xalqa qarşı repressiya, hərbi cinayət və insanlıq əleyhinə cinayət əməllərindən çəkinməyən Ermənistan rəhbərliyinin siyasəti daha çox stalinizmlə uyğunluq təşkil edir: “Ermənistan hərbi xuntasının yürütdüyü siyasətin nəticəsidir ki, Ermənistan bu gün dünyanın ən militarist ölkəsidir və dərin siyasi, iqtisadi, sosial və demoqrafik böhran şəraitindədir. Səhra komandiri təfəkküründən hələ də xilas ola bilməyən bu rejim məsuliyyətsiz hərbi avantüradan çəkinməyərək, qoşunların təmas xətti və Ermənistan-Azərbaycan sərhədi boyunca gərginliyi davam etdirmək və müharibə xofu vasitəsilə ölkə ictimaiyyətinin diqqətini ağır sosial-iqtisadi problemlərdən yayındırmağa çalışır. Ölkə daxilində etimadını itirən bu rejim hətta erməni diaspora dairələri tərəfindən də qeyri-ciddi qəbul olunur. ABŞ-da edilən bu radikal çıxış da əslində diasporanın etimadını yenidən qazanmaq və Ermənistan rejiminin cibinə axan ianələrin davamlılığını təmin etməkdir. Çıxışda Ermənistan rəhbərliyi özü də etiraf etmək məcburiyyətində qalıb ki, Azərbaycanın qəti əzmi və iradəsi olmasaydı, Qarabağ məsələsi çoxdan həll olunmuşdu”.

H. Hacıyev bəyan edib ki, Ermənistan rəhbərliyi münaqişənin yalnız Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyi əsasında həll oluna biləcəyini dərk etməlidir. O deyib ki, Azərbaycanın ərazi bütövlüyü müzakirə obyekti deyil, ola da bilməz və Azərbaycan heç vaxt ərazilərinin işğalı ilə barışmayacaq: “Vaxtı hədər vermək və naəlac formada tarixi və hüquqi saxtakarlıqla ilhaqçı siyasətinə əsassız bəraət qazandırmaq, öz xalqını və beynəlxalq ictimaiyyəti aldatmaq əvəzinə, Ermənistan işğalçılıq və etnik təmizləmə siyasətinə son qoymalı, BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinə uyğun olaraq, bütün işğal olunmuş Azərbaycan ərazilərindən öz qoşunlarını çıxarmalı, konstruktiv şəkildə münaqişənin həlli prosesində iştirak etməlidir. Harvard Universitetində olduğunu zənn edərək beynəlxalq münasibətlərin nəzəriyyəsindən danışmağa cəhd edən Ermənistan rəhbərliyinə münaqişələrin həllində “win-win” nəzəriyyəsini oxumağı tövsiyə edərdik. Əgər “win-win” nəzəriyyəsi ilə tanış olsaydı, Ermənistan rəhbərliyi başa düşərdi ki, münaqişənin həllinə və regionda davamlı sülhün təmin olunmasına dair Azərbaycanın baxışları bütün regionun inkişafını ehtiva edir və Ermənistan da bundan faydalana bilər”.

Previous Post

Sarkisyan bunu qəbul etməlidir – XİN-dən açıqlama

Next Post

Savçenko Kiyevdəki “yaxşı adamlar”a dəyişdirilə bilər – Rusiya rəsmisi

Bənzər yazılar

Müdafiə naziri və müavinləri Zəfər abidəsini ziyarət ediblər

Müdafiə naziri və müavinləri Zəfər abidəsini ziyarət ediblər

27 Sentyabr 2026 - 11:39

Müdafiə naziri Zakir Həsənov, onun müavinləri və rəhbər şəxslər Zəfər abidəsini ziyarət ediblər. Elchi.az xəbər verir ki, nazirlik əməkdaşları xatirə...

Adanada sərnişin avtobusu qəzaya uğrayıb, 10-dan çox şəxs xəsarət alıb

Adanada sərnişin avtobusu qəzaya uğrayıb, 10-dan çox şəxs xəsarət alıb

27 Sentyabr 2026 - 11:38

Türkiyənin Adana vilayətində sərnişin avtobusu yeraltı keçidin divarına çırpılıb. Elchi.az "TRT Haber"ə istinadən xəbər verir ki, hadisə nəticəsində 11 nəfər...

DİN-in şəxsi heyəti Zəfər parkında olub

DİN-in şəxsi heyəti Zəfər parkında olub

27 Sentyabr 2026 - 11:37

Daxili İşlər Nazirliyinin (DİN) şəxsi heyəti Zəfər parkında olub. Elchi.az xəbər verir ki, DİN əməkdaşları 44 günlük Vətən müharibəsində ölkənin...

Lerik rayonunda zəlzələ olub

Lerik rayonunda zəlzələ olub

27 Sentyabr 2026 - 11:36

Lerik rayonunda zəlzələ qeydə alınıb. Elchi.az xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu...

Next Post

Savçenko Kiyevdəki "yaxşı adamlar"a dəyişdirilə bilər - Rusiya rəsmisi

Savçenko Kiyevdəki "yaxşı adamlar"a dəyişdirilə bilər - Rusiya rəsmisi

Son xəbərlər

FHN-in kollektivi Zəfər parkını ziyarət edib

FHN-in kollektivi Zəfər parkını ziyarət edib

27 Sentyabr 2026 - 16:21
Azərbaycan investisiya gücü ilə yeni mərhələdə

Azərbaycan investisiya gücü ilə yeni mərhələdə

27 Sentyabr 2026 - 15:25
İki böyük panda Çindən ABŞ-yə aparılıb

İki böyük panda Çindən ABŞ-yə aparılıb

27 Sentyabr 2026 - 11:41
Müdafiə naziri və müavinləri Zəfər abidəsini ziyarət ediblər

Müdafiə naziri və müavinləri Zəfər abidəsini ziyarət ediblər

27 Sentyabr 2026 - 11:39
Adanada sərnişin avtobusu qəzaya uğrayıb, 10-dan çox şəxs xəsarət alıb

Adanada sərnişin avtobusu qəzaya uğrayıb, 10-dan çox şəxs xəsarət alıb

27 Sentyabr 2026 - 11:38
DİN-in şəxsi heyəti Zəfər parkında olub

DİN-in şəxsi heyəti Zəfər parkında olub

27 Sentyabr 2026 - 11:37
Lerik rayonunda zəlzələ olub

Lerik rayonunda zəlzələ olub

27 Sentyabr 2026 - 11:36
Əraqçi: Hörmüz boğazının açılması şərtlərin yerinə yetirilməsindən asılıdır

Əraqçi: Hörmüz boğazının açılması şərtlərin yerinə yetirilməsindən asılıdır

27 Sentyabr 2026 - 10:49
Türkiyə XİN: Qarabağ uğrunda şəhid olan azərbaycanlıları hörmət və rəhmətlə anırıq

Türkiyə XİN: Qarabağ uğrunda şəhid olan azərbaycanlıları hörmət və rəhmətlə anırıq

27 Sentyabr 2026 - 10:46
Ombudsman Anım Günü ilə əlaqədar bəyanat yayıb

Ombudsman Anım Günü ilə əlaqədar bəyanat yayıb

27 Sentyabr 2026 - 10:31
İlham Əliyev və Mehriban Əliyeva Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olublar

İlham Əliyev və Mehriban Əliyeva Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olublar

27 Sentyabr 2026 - 10:29
Vətən müharibəsinin başlamasından altı il ötür

Vətən müharibəsinin başlamasından altı il ötür

27 Sentyabr 2026 - 00:00
Rusiya ordusunun Sumının mərkəzinə endirdiyi zərbə nəticəsində ölən və yaralananlar var

Rusiya ordusunun Sumının mərkəzinə endirdiyi zərbə nəticəsində ölən və yaralananlar var

26 Sentyabr 2026 - 17:00
ASGA Praqada növbəti tədbirə imza atdı – AGENTLİYİN DƏSTƏYİ İLƏ (FOTOLAR)

ASGA Praqada növbəti tədbirə imza atdı – AGENTLİYİN DƏSTƏYİ İLƏ (FOTOLAR)

26 Sentyabr 2026 - 16:51
İlham Əliyev istilik təchizatı ilə bağlı fərman imzaladı

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışına baxırlar

26 Sentyabr 2026 - 16:37
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.