"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Azərbaycan prezidentinin ABŞ-a səfəri (RƏYLƏR)

31 Mart 2016 - 22:54
in XƏBƏR LENTİ
FacebookVatsap

Bunu da oxuyun

SEPAH: Hörmüzdən icazəsiz keçən neft tankerində yanğın baş verib

Böyük Britaniyanın səfiri İran XİN-ə çağırılıb

Laos Prezidenti BDU-nun tələbələri ilə görüşüb

Azərbaycan prezidentinin ABŞ-a səfəri (RƏYLƏR)

Azərbaycan prezidenti İlham Əliyev Vaşinqtonda keçirilən Nüvə Təhlükəsizliyi Sammitində iştirakı çərçivəsində ABŞ dövlət katibi Con Kerri, konqresmenlər və digər rəsmi şəxslərlə görüşlər keçirib. APA bu görüşlərin Azərbaycan-ABŞ ikitərəfli münasibətlərinə, Azərbaycanın beynəlxalq və regional siyasətdəki roluna, Dağlıq Qarabağ münaqişəsinin həllinə mümkün təsirləri barədə siyasi partiya nümayəndələri və politoloqların rəyini öyrənib.
Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa səfərin ABŞ-Azərbaycan münasibətlərinin inkişafında yeni mərhələ olduğunu deyib. O bildirib ki, bu səfər ikitərəfli münasibətlərin bir daha gözdən keçirilməsinə imkan yaradacaq: “Xüsusilə də Dağlıq Qarabağ problemi ilə bağlı Azərbaycan prezidentinin prinsipial mövqeyinin orada səslənməsi müəyyən məsələlərə öz təsirini göstərəcək. ABŞ rəsmiləri də açıqlamalarında Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşdıqlarını bildiriblər. Ancaq biz daha qəti mövqe gözləyirik. Çünki ABŞ-ın beynəlxalq hüquq normalarına uyğun hərəkət etməsi dünyada sülhün bərqərar olmasında əsas rol oynayır. Ona görə də hesab edirəm ki, bu görüşlər Azərbaycanın faydasınadır və bütövlükdə Azərbaycanın problemlərinin diqqət mərkəzinə gətirilməsi üçün bir fürsətdir. Ümid edirəm ki, görüşlərin nəticəsi ABŞ-Azərbaycan münasibətlərinin inkişafına şərait yaradacaq”.
F. Mustafa qeyd edib ki, ABŞ və Azərbaycan arasında ən mühüm məsələlərdən biri təhlükəsizlik və iqtisadi sahədə əməkdaşlıqdır: “Bu məsələlərdə də mövqelərin müəyyən dərəcədə uzlaşdırılması hər iki dövlətin ən azı iqtisadi baxımdan xeyirinədir. “Cənub Qaz Dəhlizi” və başqa layihələrin bir daha müzakirə olunması və gündəmə gətirilməsi, xüsusilə də Rusiya-Türkiyə münasibətlərinin gərginləşməsindən sonra yaranmış yeni situasiyaya uyğun qərarların qəbul olunması, hər halda, iki ölkənin iqtisadi maraqlarına uyğundur. Ümid edirik ki, bu iqtiqamətdə də hər iki tərəfi qane edən qərarların qəbuluna və ya anlaşmanın əldə edilməsinə imkan yaranacaq”.
Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı hesab edir ki, ölkə başçısının Nüvə Təhlükəsizliyi Sammitində iştirakı Azərbaycanın dünya miqyasında nüfuzlu ölkə olduğunu sübut edir. Onun fikrincə, prezident İlham Əliyevin Con Kerri ilə keçirdiyi görüşdə səslənən fikirlər onu göstərir ki, ABŞ Azərbaycana özünün strateji müttəfiqi kimi baxır: “ABŞ Azərbaycanla münasibətlərinin yüksək səviyyədə olmasında son dərəcə maraqlıdır. Azərbaycan da öz növbəsində ABŞ-la əlaqələrinin inkişafında maraqlı olduğunu nümayiş etdirib. Prezidentin ABŞ-da keçirdiyi bütün görüşlər gələcək münasibətlərin daha yüksək səviyyədə qurulması üçün yeni bir mərhələnin başlandığını göstərir. Bu baxımdan görüşləri və bütövlükdə səfəri yüksək qiymətləndirirəm”.
Politoloq Elxan Şahinoğlu da səfərin böyük əhəmiyyətinə toxunaraq bu səfərin iki ölkə arasında münasibətlərin inkişafına yeni impuls verəcəyini vurğulayıb: “Təkcə bir gün ərzində, yəni martın 30-da, ölkə başçısı həm Con Kerri, həm ticarət naziri, həm də konqresmenlərlə görüşlər keçirib. Con Kerri ilə görüşdə çox ciddi mesajlar verilib. İlk növbədə, Kerrinin fikirlərindən bu qənaətə gəlmək olar ki, ABŞ əvvəlki kimi Azərbaycanla əməkdaşlığa xüsusi önəm verir və təhlükəsizlik, enerji sahəsində əməkdaşlıq onlar üçün çox vacibdir. Azərbaycanda iqtisadi islahatların dərinləşməsini istəyirlər və bundan da məmnundurlar. Eləcə də, prezident İlham Əliyevin mesajlarından bu qənaətə gəlmək olar ki, Azərbaycan ABŞ-ı özünə əvvəlki kimi dost və strateji tərəfdaş sayır. ABŞ Azərbaycanın enerji layihələrinə dəstək verir və bu dəstəyi Azərbaycan 25 ildir ki, hiss edir. Bu mənada bu görüşlər çox əhəmiyyətlidir. Eyni zamanda, hesab edirəm ki, iqtisadi əməkdaşlıq da güclənəcək. Ölkə başçısı da görüşdə vurğulayıb ki, bu illər ərzində ABŞ Azərbaycana 10 milyard dollara yaxın investisiya yatırıb. Bu investisiyaların davamlı olmasında Azərbaycan maraqlıdır”.
E. Şahinoğlu əlavə edib ki, Vaşinqtonda aparılan danışıqlar Dağlıq Qarabağ münaqişəsinin həllinə də töhfə verə bilər: “Çünki ilk növbədə Ermənistana iki böyük dövlətin təsir var. Bunlardan biri Rusiyadırsa, digəri ABŞ-dır. ABŞ bu imkanlarından istifadə edərək, Ermənistana ən azı Dağlıq Qarabağ ətrafındakı rayonları boşaltması üçün təsir göstərə bilər”.
Politoloq Qabil Hüseynli də prezidentin ABŞ-a səfərini və Con Kerri ilə görüşünü yüksək qiymətləndirib. O, görüşdə mühüm məsələlərin müzakirə olunduğunu vurğulayaraq, tərəflərin ortaq qənaətə gəldiyini söyləyib: “Bu da onu göstərir ki, görüş səmimi və qarşılıqlı anlaşma şəraitində keçib. ABŞ tərəfi Azərbaycanın strateji əhəmiyyətini qiymətləndirərək, Azərbaycan prezidenti ilə bölgədəki bir sıra məsələlərə dair fikir mübadiləsi aparıb. Azərbaycan prezidentinin sözlərinə görə, görüşdə bölgədəki təhlükəsizlik kontekstində Dağlıq Qarabağ probleminə də toxunulub. Bu problemin müzakirəsinin əhəmiyyəti ondan ibarətdir ki, son zamanlar ABŞ tərəfi Dağlıq Qarabağ problemi ilə bağlı “status-kvo”nun dəyişdirilməsi istiqamətində səylər göstərir, amma bu səylər yalnız 7 rayonun azad edilməsi məsələsindən ibarətdir. Problem yaradan cəhətləri, ermənilərin riyakar rolunu Con Kerriyə bir daha xatırlatmaq və bu prosesi kimlərin pozduğunu onlara anlatmaq lazım idi. İnanıram ki, prezident Dağlıq Qarabağ münaqişəsi, Azərbaycan-Ermənistan münasibətləri haqqında Kerriyə çox ətraflı və tutarlı faktlara söykənən fikirlər çatdırıb və bu fikirlər yəqin ki, ABŞ-ın siyasətinin formalaşmasında öz rolunu oynayacaq. Bu görüşün məzmunu birbaşa prezident Barak Obamaya çatdırılacaq ki, bu da onun bölgəyə dair Azərbaycan prezidentinin fikirləri ilə tanış olacağı anlamına gəlir. Qarşıda hələ prezident İlham Əliyevin Barak Obamayla da qısamüddətli görüşü gözlənilir”.
Politoloq prezidentin ABŞ səfərinin çox məhsuldar olacağını və bunun bütövlükdə Azərbaycanın beynəlxalq münasibətlərdə oynadığı rola yeni bir dinamizm verəcəyinə əminliyini ifadə edib.
Previous Post

Azərbaycan prezidentinin ABŞ-a səfəri (RƏYLƏR)

Next Post

Yol polisi bu pozuntulara görə sürücülərə “hörmət edir” – SİYAHI

Bənzər yazılar

SEPAH: Hörmüzdən icazəsiz keçən neft tankerində yanğın baş verib

SEPAH: Hörmüzdən icazəsiz keçən neft tankerində yanğın baş verib

13 Oktyabr 2026 - 23:19

İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri (HDQ) Hörmüz boğazının şərqində qaydaları (Tehranın elan etdiyi qaydalar-red.) pozan bir...

Böyük Britaniyanın səfiri İran XİN-ə çağırılıb

Böyük Britaniyanın səfiri İran XİN-ə çağırılıb

13 Oktyabr 2026 - 22:55

Böyük Britaniyanın İrandakı səfiri Hüqo Şorter Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb. Elchi.az  IRIB-yə istinadən xəbər verir ki, buna səbəb "RAF...

Laos Prezidenti BDU-nun tələbələri ilə görüşüb

Laos Prezidenti BDU-nun tələbələri ilə görüşüb

13 Oktyabr 2026 - 21:31

Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulit Bakı Dövlət Universitetinin (BDU) tələbələri ilə görüşüb. Bu barədə Elchi.az - a BDU-nun...

Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası olacaq

Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası olacaq

13 Oktyabr 2026 - 21:29

Cəbrayıl rayonunun Şükürbəyli kəndində əmək yarmarkası keçiriləcək. Bu barədə  Elchi.az - a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində...

Next Post

Yol polisi bu pozuntulara görə sürücülərə "hörmət edir" – SİYAHI

Yol polisi bu pozuntulara görə sürücülərə "hörmət edir" – SİYAHI

Son xəbərlər

SEPAH: Hörmüzdən icazəsiz keçən neft tankerində yanğın baş verib

SEPAH: Hörmüzdən icazəsiz keçən neft tankerində yanğın baş verib

13 Oktyabr 2026 - 23:19
Böyük Britaniyanın səfiri İran XİN-ə çağırılıb

Böyük Britaniyanın səfiri İran XİN-ə çağırılıb

13 Oktyabr 2026 - 22:55
Laos Prezidenti BDU-nun tələbələri ilə görüşüb

Laos Prezidenti BDU-nun tələbələri ilə görüşüb

13 Oktyabr 2026 - 21:31
Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası olacaq

Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası olacaq

13 Oktyabr 2026 - 21:29
“Gəncə” FIBA Avropa Kubokundakı ilk ev oyununda uduzub

“Gəncə” FIBA Avropa Kubokundakı ilk ev oyununda uduzub

13 Oktyabr 2026 - 21:26
Tramp: ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını bölüşməyi dayandırmayıb

Tramp: ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını bölüşməyi dayandırmayıb

13 Oktyabr 2026 - 21:24
KİV: Polşa Starlink stansiyasına hücumun arxasında Rusiyanın dayandığını iddia edir

KİV: Polşa Starlink stansiyasına hücumun arxasında Rusiyanın dayandığını iddia edir

13 Oktyabr 2026 - 19:23
Venesuela xarici işlər naziri Uruqvayı daxili işlərinə müdaxilə etməkdə günahlandırdı

Venesuela xarici işlər naziri Uruqvayı daxili işlərinə müdaxilə etməkdə günahlandırdı

13 Oktyabr 2026 - 19:12
Niderlandın xarici işlər naziri Azərbaycana səfər edəcək

Niderlandın xarici işlər naziri Azərbaycana səfər edəcək

13 Oktyabr 2026 - 18:53
Azərbaycan HDQ komandanı İtaliyaya səfər edib

Azərbaycan HDQ komandanı İtaliyaya səfər edib

13 Oktyabr 2026 - 18:45
Özbəkistan Prezidenti AQEM sammitində iştirak etmək üçün Bakıya gələcək

Özbəkistan Prezidenti AQEM sammitində iştirak etmək üçün Bakıya gələcək

13 Oktyabr 2026 - 18:34
Yaponiya silah ixracı üzrə vahid struktur yaradacaq

Yaponiya silah ixracı üzrə vahid struktur yaradacaq

13 Oktyabr 2026 - 18:31
Prezidentin sosial şəbəkə hesablarında Laos Prezidentinin Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşılıb

Prezidentin sosial şəbəkə hesablarında Laos Prezidentinin Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşılıb

13 Oktyabr 2026 - 18:25
Azərbaycan Laos münasibətləri yeni mərhələdə

Azərbaycan Laos münasibətləri yeni mərhələdə

13 Oktyabr 2026 - 18:24
İqtisadi Şurada neft-qaz sənayesinin inkişaf perspektivləri müzakirə olunub

İqtisadi Şurada neft-qaz sənayesinin inkişaf perspektivləri müzakirə olunub

13 Oktyabr 2026 - 18:13
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.