"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Fazil Məmmədovun müşaviri Eldar Mahmudovun yolu ilə gedir

17 Mart 2016 - 09:48
in XƏBƏR LENTİ
FacebookVatsap
  Fazil Məmmədovun müşaviri Eldar Mahmudovun yolu ilə gedir

Bakı Vergilər Departamentinin rəisi prezidentin tapşırıqlarına məhəl qoymur; Habil Məmmədov sahibkarlardan “haqq” yığır; market sahibləri qarşısında elə bir tələb qoyulub ki…

Bunu da oxuyun

Zelenski NB8 ölkələrinin liderləri ilə Əbu-Dabidəki üçtərəfli görüşə hazırlığı müzakirə edib

Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Almaniyada təyyarə avtomagistrala çırpılıb, 2 nəfər ölüb

Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının yekunlarına dair iclasındakı çıxışında sahibkarlıq sahəsində yoxlamalardan çoxsaylı şikayətlərin daxil olmasını, yoxlamaların sayının, eləcə də lisenziyaların sayının həddindən artıq çox olmasını, göstərilən sahədə sui-istifadə hallarını qeyd edib, belə halların qarşısının alınacağını, nəticə çıxarmayanların cəzalandırılacağını bildirib.
Verilən tapşırıqlara uyğun olaraq 2015-ci oktyabrın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisə sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılmasını nəzərdə tutan qanun layihəsi göndərilib. Qanun layihəsi təsdiq edilib və 2015-ci il noyabrın 1-dən etibarən sahibkarlıq sahəsində aparılan yoxlamalar 2 il müddətinə dayandırılıb.
Eyni zamanda prezident İlham Əliyev tərəfindən imzalanmış fərmanla lisenziyaların sayının minimuma endirilməsi, lisenziya verilməsi qaydalarının sadələşdirilməsi və şəffaflığının təmin edilməsi, sahibkarlıq fəaliyyəti ilə bağlı bütün lisenziyaların İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən “ASAN xidmət” mərkəzlərində verilməsi nəzərdə tutulub. 
 
Ölkə rəhbərliyinin bu addımı sahibkarlığın inkişafına böyük təkan verəcək. Əlbəttə ki, bəzi dövlət qurumları sahibkarların fəaliyyətinə yersiz müdaxilə etməsələr…
Prezidentin çıxışından sonra dövlət qurumlarında qanunsuz yoxlamalar, süni əngəllər dayandırılsa da, cari ilin əvvəllərindən etibarən bəzi işbazlar yenidən köhnə adətlərinə qayıdıblar.
Ölkədə sahibkarların fəaliyyətinə ən çox əngəl yaradan nazirlik isə heç şübhəsiz ki, Vergilər Nazirliyidir.
Prezident İlham Əliyev dəfələrlə qanunsuz yoxlamalara, iş adamlarına qarşı haqsızlığa son qoymağı tələb edib. Dövlət başçısı həmçinin sahibkarları incidən məmurların ciddi şəkildə cəzalandırılacağını bildirib. Amma görünür, prezidentin tapşırığı Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin rəisi vəzifəsinin müvəqqəti icraçısı, büdcə proqnozlarının icrası üzrə nazirin müşaviri, nazirliyin audit departamentinin müdiri Habil Məmmədovun qulağına gedib çatmayıb.
Vergilər Nazirliyinin bütün işlərini idarə edən və nazir Fazil Məmmədovun “pulyığanı” hesab edilən Habil Məmmədovdan narazılıq pik həddə çatıb.
Görünən odur ki, dövlət başçısının “sahibkarlar qarşısında əsassız tələblər qoyulmamalıdır, yəni başqa sözlə, onlardan rüşvət, heç bir haqq tələb edilməməlidir. Belə olan halda bizim büdcəmiz daha da böyüyəcək, qeyri-neft sektorunun hesabına təmin ediləcək və bizim məqsədimiz bundan ibarətdir. Mən artıq müvafiq qurumlar qarşısında vəzifə qoymuşam. Bizim bütün cari xərclərimiz qeyri-neft sektorunun, vergi və gömrüyün hesabına formalaşdırılmalıdır”, – sözlərinin Vergilər Nazirliyinə heç bir dəxli yoxdur.
Habil Məmmədov ötən həftənin sonlarında market sahibləri ilə mövcud vəziyyətlə bağlı müzakirələr aparıb. Maraqlısı isə odur ki, H.Məmmədov sahibkarların problemlərini dinləmək əvəzinə, sahibkarlara əlavə “tas” qoyub. Market sahiblərinə bildirilib ki, bundan sonra ödədikləri vergidən əlavə ümumi dövriyyənin 6 faizini də “haqq” ödəyəcəklər.
Bu addım ölkə başçısının start verdiyi fəaliyyəti sabotaj etməklə yanaşı, sahibkarları ölkədən küsdürür.
 
Həmçinin Habil Məmmədovun əmri ilə sahibkarların şəxsi vərəqlərindən külli miqdarda pul silinib. Eyni zamanda bu yaxınlarda “kameralar”ın tətbiqi gözlənilir. 
Bu qanunsuz işdə Habil Məmmədova rəis müavini Nəsimi Cəfərov, Sənaye və tikinti materiallarının pərakəndə satışı üzrə audit idarəsinin rəisi Vüqar Rzayev, Digər pərakəndə ticarət sahəsi üzrə audit idarəsinin rəisi Emil Xanməmmədov yaxından yardım edib. Onlar market sahiblərinə qoyulan “xərac”ın vaxtı-vaxtında çatmasına nəzarət edirlər, əks halda, sahibkarların şəxsi vərəqlərindən pulları silib, öz qanunsuz gəlirlərini təmin edirlər.
Xatırladaq ki, ötən aylarda dövriyyənin 2 faizi tələb olunmuşdu və bir müddət sonra bu rəqəm 4 faizə qaldırılmışdı. İndi isə Habil Məmmədov keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun yolu ilə gedərək sahibkarları “tas”a otuzdurmaq qərarına gəlib, ona tabe olmayanları isə müxtəlif yollarla hədələyib, qorxutmaq istəyir. Bu ssenari Azərbaycan cəmiyyətinə heç də yad deyil. Ancaq bu praktika heç də hər zaman işə yaramır; bunu praktikaya tətbiq etmək istəyənlər bəzən çox pis cəzalandırılırlar… 
Son olaraq qeyd edək ki, devalvasiyadan sonra ölkədə onsuz da çətin vəziyyət yaranıb. Bakı və bölgələrdə çox sayda mağazalar bağlanıb, ticarət “ölü nöqtə”yə düşüb. Belə bir vaxtda market sahiblərinə əlavə “tas” qoymaq durumu daha da pisləşdirir. Bu tələb market sahiblərinin narazılığına səbəb olması ilə yanaşı, həm də qiymətlərin süni şəkildə artmasına gətirib çıxaracaq və nəticədə yenə sadə vətəndaşlar zərər çəkəcəklər. Eyni zamanda yüzlərlə vətəndaş işsiz qalacaq və ölkədə sosial narazılıq pik həddə çatacaq. Onu da qeyd edək ki, sahibkarlar bununla bağlı yaxın zamanlarda prezident İlham Əliyevə müraciət etməyə hazırlaşırlar.
Previous Post

Fazil Məmmədovun müşaviri Eldar Mahmudovun yolu ilə gedir

Next Post

İran Suriyaya xüsusi təyinatlılar göndərir

Bənzər yazılar

Zelenski NB8 ölkələrinin liderləri ilə Əbu-Dabidəki üçtərəfli görüşə hazırlığı müzakirə edib

Zelenski NB8 ölkələrinin liderləri ilə Əbu-Dabidəki üçtərəfli görüşə hazırlığı müzakirə edib

06 Noyabr 2026 - 22:18

Ukrayna Prezidenti Volodimir Zelenski Şimali Avropa–Baltikyanı (NB8) ölkələrinin liderləri ilə ABŞ və Rusiya ilə Əbu-Dabidə keçiriləcək üçtərəfli görüşə hazırlığı müzakirə...

Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

06 Noyabr 2026 - 21:33

Qırğız Prezidenti Sadır Japarov Azərbaycan Prezidenti İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib. Elchi.az xəbər verir ki, təbrikdə deyilir: "Azərbaycan...

Almaniyada təyyarə avtomagistrala çırpılıb, 2 nəfər ölüb

Almaniyada təyyarə avtomagistrala çırpılıb, 2 nəfər ölüb

06 Noyabr 2026 - 20:13

Almaniyanın Maqdeburq şəhərinin şimal-şərqində A2 avtomagistralına yüngül mühərrikli təyyarə çırpılıb, 2 nəfər ölüb. Elchi.az "Bild"ə istinadən xəbər verir ki, aviaqəza...

Ermənistan və Gürcüstan dövlət sərhədinin delimitasiyasını müzakirə ediblər

Ermənistan və Gürcüstan dövlət sərhədinin delimitasiyasını müzakirə ediblər

06 Noyabr 2026 - 20:12

İrəvanda Ermənistan və Gürcüstanın dövlət sərhədinin delimitasiyası və demarkasiyası məsələləri üzrə komissiyalarının görüşü keçirilib. Elchi.az Ermənistan mediasına istinadən xəbər verir...

Next Post

İran Suriyaya xüsusi təyinatlılar göndərir

İran Suriyaya xüsusi təyinatlılar göndərir

Son xəbərlər

Zelenski NB8 ölkələrinin liderləri ilə Əbu-Dabidəki üçtərəfli görüşə hazırlığı müzakirə edib

Zelenski NB8 ölkələrinin liderləri ilə Əbu-Dabidəki üçtərəfli görüşə hazırlığı müzakirə edib

06 Noyabr 2026 - 22:18
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

06 Noyabr 2026 - 21:33
Almaniyada təyyarə avtomagistrala çırpılıb, 2 nəfər ölüb

Almaniyada təyyarə avtomagistrala çırpılıb, 2 nəfər ölüb

06 Noyabr 2026 - 20:13
Ermənistan və Gürcüstan dövlət sərhədinin delimitasiyasını müzakirə ediblər

Ermənistan və Gürcüstan dövlət sərhədinin delimitasiyasını müzakirə ediblər

06 Noyabr 2026 - 20:12
“Tağıyev: Məktəb” filmi VI “Korkut Ata” Türk Dünyası Film Festivalında nümayiş edilib

“Tağıyev: Məktəb” filmi VI “Korkut Ata” Türk Dünyası Film Festivalında nümayiş edilib

06 Noyabr 2026 - 20:10
FHN-in strukturlarında Zəfər Gününə həsr olunmuş silsilə tədbirlər keçirilib

FHN-in strukturlarında Zəfər Gününə həsr olunmuş silsilə tədbirlər keçirilib

06 Noyabr 2026 - 19:24
Emre Belözoğlu “Fənərbaxça”nın baş məşqçisi təyin olunub, müqavilə imzalanıb

Emre Belözoğlu “Fənərbaxça”nın baş məşqçisi təyin olunub, müqavilə imzalanıb

06 Noyabr 2026 - 19:12
Rutte: Ukrayna sülh naminə ərazi güzəştlərinə getməli olacaq

Rutte: Ukrayna sülh naminə ərazi güzəştlərinə getməli olacaq

06 Noyabr 2026 - 19:00
Ağ Evə “Starlink” bağlantısı 1 milyon dollardan baha başa gəlib

Ağ Evə “Starlink” bağlantısı 1 milyon dollardan baha başa gəlib

06 Noyabr 2026 - 18:47
Dövlət Komitəsində Zəfər Günü münasibətilə tədbir keçirilib

Dövlət Komitəsində Zəfər Günü münasibətilə tədbir keçirilib

06 Noyabr 2026 - 18:38
Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər – YENİLƏNİB – FOTO

Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər – YENİLƏNİB – FOTO

06 Noyabr 2026 - 18:26
Misir Şotlandiyadan 4000 illik mumiyanın qaytarılmasını tələb edib

Misir Şotlandiyadan 4000 illik mumiyanın qaytarılmasını tələb edib

06 Noyabr 2026 - 18:16
Prezident İlham Əliyev: Bu Zəfər bizim qəlbimizdə əbədi yaşayacaq, gələcək nəsillər daim fəxr edəcəklər

Prezident İlham Əliyev: Bu Zəfər bizim qəlbimizdə əbədi yaşayacaq, gələcək nəsillər daim fəxr edəcəklər

06 Noyabr 2026 - 18:05
Prezident və xanımı Zəngilanda sakinlərlə görüşdülər

Prezident və birinci xanım Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər – YENİLƏNİB

06 Noyabr 2026 - 18:02
“Tesla” 2027-ci ildə “Cybertruck” istehsalını dayandıracaq

“Tesla” 2027-ci ildə “Cybertruck” istehsalını dayandıracaq

06 Noyabr 2026 - 17:59
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
« Okt    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.