"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

“Newsweek” jurnalı: “Ərdoğanın mövqeyi Putindən güclüdür”

14 Mart 2016 - 18:50
in XƏBƏR LENTİ
FacebookVatsap

Bunu da oxuyun

Netanyahu İsrail iqtisadiyyatını beynəlxalq sanksiyalara qarşı hazırlamağa çağırıb

Gəncədə beşaylıq körpə ölüb

Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub

“Newsweek” jurnalı: “Ərdoğanın mövqeyi Putindən güclüdür”

Sabiq ABŞ səfəri iki lider arasında barışığı mümkün sayır, ancaq..; Metyu Brayza: “Putin dilemma qarşısındadır…”
Türkiyə paytaxtındakı son qanlı terror aktı bəzi siyasi təhlilçilərin diqqətini yenidən Ankara-Moskva, Ərdoğan-Putin münasibətlərinə yönəldib.  Məsələn, o sırada Türkiyə iqtidarına yaxın “Haber 7” saytının köşə yazarı Sərkan Üstünər “Ankara terroru Rusiyanın planlı işidir?” adlı məqaləsində olayda “Rusiya izi”nə işarə vurub.
“Bütün dövlətlər gözünü bu regiona çevirib və planlarını həyata keçirir. Yenə terror, yenə ağrı… Bu, Ankaradakı üçüncü terrordur… Bundan öncəkinin oxşarıdır. Və yenə də Ərdoğanın Azərbaycan səfərindən öncə… Prezident Ərdoğan martın 15-də Azərbaycana getməli idi. Səfər zamanı “Şahdəniz” qaz yatağı və TANAP layihəsinin sürətləndirilməsi müzakirə olunacaqdı. Terrorun üslubu bundan öncəki ilə eynidir… Əsil sual budur: Rusiya Ərdoğanın Bakı səfərini nə vaxta qədər təxirə sala biləcək? Terror təşkilatlarına daha nə qədər yardım edib, əmr verə bilər?”, – deyə şərhçi yazısının sonunda sual edib.
Bəzi analitiklərə görə, Suriya böhranı davam etdikcə və prezidentlər Ərdoğan və Putun arasında soyuq münasibətlər qaldıqca Türkiyəyə qarşı terror hücumları da ara verməyəcək. Çünki belə hesab olunur ki, həm Suriya böhranı, həm də iki lider arasında gərginlik bölgədə Türkiyəni hədəf seçmiş terror qruplaşmalarının işinə daha çox yarayır, onların əlinə işləyir, çörəkləri üzərinə yağ sürtür. Eyni zamanda bu terror hörgütlərini Türkiyəni istəməyən xarici qüvvələr üçün asan “yem”ə çevirir (Bu yerdə qeyd edək ki, Rusiya prezidenti 13 mart terror aktı ilə bağlı dərhal Türkiyə xalqına başsağlığı verib).
*****
Bəs Əroğan-Putin ədavəti daha nə qədər sürə bilər, yoxsa iki dövlətin əlaqələrinin normal məcraya düşməsi üçün onlardan biri mütləq siyasi səhnəni tərk eləməlidir? Bu mövzuda ABŞ-ın Azərbaycandakı və ATƏT-in Minsk Qrupundakı sabiq səfəri Meyti Brayzanın Amerikanın “Newsweek” jurnalında dərc olunmuş yanaşması maraq kəsb edir.
“Putinlə Ərdoğanın xarakterləri arasında çoxlu oxşarlıq odluğundan, Rusiya və Türkiyə arasında hazırkı “gizlənpaç oyunu” bir neçə ay sürəcək”, – deyə sabiq səfir Brayza münasibətlərin mövcud durumunu şərh edərkən söyləyib. Onun fikrincə, Ərdoğanın mövqeyi Ptininkindən güclüdür : “Ərdoğan NATO-da sayına görə ikinci olan bir ordunun Ali Baş komandanıdır”.
 
Brayza hesab edir ki, hər iki lider şəxsi hakimiyyətlərini möhkəmlətmək üçün dəmir qətiyyət nümayiş etdirib: “Onların hər ikisi şəxsiyyətlərinə qarşı həqarətlərə dözümsüzdür və zəif siyasətçilər kimi göstərəcək istənilən addımdan qaçırlar. Bununla belə, Türkiyənin Rusiyadan kardinal fərqləri yekunda hər ikisini qarşıdurmanı dayandırmağa sövq edəcək”.
Eks-diplomat bu fərqləri belə sıralayıb: “1. Rusiya avtoritar ölkədir, Türkiyə isə – yetkin olmasa da, demokratik rejimə sahibdir. Ərdoğan parlament müxalifətini öz siyasi kursunun doğruluğuna inandırmaq zorundadır. Türkiyə hökuməti KİV-ə təzyiq edir. Ancaq türkiyəli jurnalistlər öldürülə biləcəklərindən narahat deyillər. Onların rusiyalı həmkarları isə daima belə bir qorxu içində yaşayırlar. 2. Türkiyə seçiciləri dinc həyat istəyirlər və çətin ki, Rusiya ilə uzunmüddətli çəkişməni bəyənsinlər”.
Brayzaya görə, Putin Türkiyə elektoratının məhz bu istəyi üzərində oynamağa çalışır: “O, iqtisadi sanksiyalar yolu seçib (Türkiyəyə qaz təchizatının məhdudlaşdırılması, AES tikintisinə dair anlaşmanının ləğvi hədəsi). Lakin uzunmüddətli perspektivdə bu, Rusiyaya daha güclü zərbə vuracaq, nəinki Türkiyəyə. Moskva hətta müxalif qüvvələri və dinc sakinləri bombalamaqla Suriyadan Türkiyəyə qaçqın axınının stimullaşdırıb. Ancaq bu, yalnız ona gətirib ki, Türkiyə və Avropa Birliyi daha yaxın əlaqələr qurmaq haqa anlaşma imzalayıb”.
Keçmiş səfirin qənaətincə, Kreml başçısı hazırda dilemma qarşısındadır: “O, bir yandan Türkiyəni cəzalandırmalıdır ki, rusiyalılar əziz olan əvəzolunmaz lider kimi qalsın. Fəqət, tətbiq elədiyi taktika Rusiyaya strateji ziyan hesabına başa gələ bilər. Elə ona görə də Putin ehtiyatlı danışır və Ərdoğanın üzrxahlığına nail olmağa çalışır”.
Lakin Brayza üfüqdə Ərdoğönın belə bir üzrxahlığını görmür: “Bunun əvəzində Ərdoğan Ukrayna və Avropa Birliyi ilə əlaqələri möhkəmlədəcək, Rusiya qazına alternativlər axtaracaq. Hərgah, Türkiyə prezidenti də ləyaqətini saxlamaq şərtilə gərginliyi azaltmağın yolunu axtarır”.
“Putin Ərdoğanın görüş təklifini qəbul edib, elə təsəvvür yarada bilər ki, bu, elə onun üzrxahlığıdır. O zaman bu iki liderin ortaq xüsusiyyətləri yenidən əməkdaşlıq üçün dayağa çevrilə bilər – necə ki, “Su 24” təyyarəsi vurulanadək elə belə idi” – sonda əlavə edib keçmiş diplomat.
Previous Post

“Newsweek” jurnalı: “Ərdoğanın mövqeyi Putindən güclüdür”

Next Post

“Teleqraf” bağlandı – Aynur Camalqızıdan açıqlama

Bənzər yazılar

Netanyahu İsrail iqtisadiyyatını beynəlxalq sanksiyalara qarşı hazırlamağa çağırıb

Netanyahu İsrail iqtisadiyyatını beynəlxalq sanksiyalara qarşı hazırlamağa çağırıb

23 Oktyabr 2026 - 20:57

İsrailin Baş naziri Benyamin Netanyahu ölkənin iqtisadiyyatını və bank sektorunu sərt beynəlxalq sanksiyaların tətbiq edilməsi ehtimalına qarşı hazırlamağa çağırıb. Elchi.az...

Gəncədə beşaylıq körpə ölüb

Gəncədə beşaylıq körpə ölüb

23 Oktyabr 2026 - 20:55

Gəncədə beşaylıq körpə ölümü qeydə alınıb. "Report"-ın məlumatına görə, Gədəbəy rayon sakini 2026-cı il təvəllüdlü X. Məmmədova ağır vəziyyətdə Gəncə Birləşmiş...

Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub

Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub

23 Oktyabr 2026 - 20:50

Daşkənddə keçirilən Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasının iclasında Fondun fəaliyyətinin genişləndirilməsi və üzv ölkələr arasında investisiya əməkdaşlığının gücləndirilməsi məsələləri müzakirə...

Zelenski “Starlink”in fəaliyyətinə qoyulan məhdudiyyətlərin hələ də qüvvədə qaldığını bildirib

Zelenski “Starlink”in fəaliyyətinə qoyulan məhdudiyyətlərin hələ də qüvvədə qaldığını bildirib

23 Oktyabr 2026 - 20:46

Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, ölkədə "Starlink" 161 km/saat sürətə çatdıqda əvvəlki kimi sönür. Elchi.az "RBK-Ukrayna"ya istinadən xəbər verir...

Next Post

“Teleqraf” bağlandı - Aynur Camalqızıdan açıqlama

Avropa İttifaqından açıqlama: “Türkiyənin və türk xalqının yanındayıq”

Son xəbərlər

Netanyahu İsrail iqtisadiyyatını beynəlxalq sanksiyalara qarşı hazırlamağa çağırıb

Netanyahu İsrail iqtisadiyyatını beynəlxalq sanksiyalara qarşı hazırlamağa çağırıb

23 Oktyabr 2026 - 20:57
Gəncədə beşaylıq körpə ölüb

Gəncədə beşaylıq körpə ölüb

23 Oktyabr 2026 - 20:55
Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub

Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub

23 Oktyabr 2026 - 20:50
Zelenski “Starlink”in fəaliyyətinə qoyulan məhdudiyyətlərin hələ də qüvvədə qaldığını bildirib

Zelenski “Starlink”in fəaliyyətinə qoyulan məhdudiyyətlərin hələ də qüvvədə qaldığını bildirib

23 Oktyabr 2026 - 20:46
Azərbaycan BMT Günü münasibətilə Aşqabadda xüsusi stendlə təmsil olunub

Azərbaycan BMT Günü münasibətilə Aşqabadda xüsusi stendlə təmsil olunub

23 Oktyabr 2026 - 20:43
Pakistanda avtobusların toqquşması nəticəsində 12 nəfər ölüb

Pakistanda avtobusların toqquşması nəticəsində 12 nəfər ölüb

23 Oktyabr 2026 - 20:34
Tramp seçkilərdə qələbə qazanacaqları təqdirdə demokratlara qarşı veto tətbiq edəcəyini deyib

Tramp seçkilərdə qələbə qazanacaqları təqdirdə demokratlara qarşı veto tətbiq edəcəyini deyib

23 Oktyabr 2026 - 20:31
Koşta Qara dənizdə Aİ ölkələrinin sahillərində artan hücumları pisləyib

Koşta Qara dənizdə Aİ ölkələrinin sahillərində artan hücumları pisləyib

23 Oktyabr 2026 - 20:28
Dünyanın ən böyük sərnişin təyyarəsi Moskvaya enə bilmir, Penza üzərində dövrə vurur

Dünyanın ən böyük sərnişin təyyarəsi Moskvaya enə bilmir, Penza üzərində dövrə vurur

23 Oktyabr 2026 - 19:24
XİN: Rumıniya sahilləri yaxınlığında vurulan gəmidəki Azərbaycan vətəndaşlarının hamısı xilas edilib

XİN: Rumıniya sahilləri yaxınlığında vurulan gəmidəki Azərbaycan vətəndaşlarının hamısı xilas edilib

23 Oktyabr 2026 - 19:08
Dörd rayonda yaşıllıqların qanunsuz kəsilməsi faktları aşkar olundu

Dörd rayonda yaşıllıqların qanunsuz kəsilməsi faktları aşkar olundu

23 Oktyabr 2026 - 18:56
Premyer Liqa klubları “Qalatasaray”ın futbolçusu üçün hərəkətə keçdi

Premyer Liqa klubları “Qalatasaray”ın futbolçusu üçün hərəkətə keçdi

23 Oktyabr 2026 - 18:47
Fransada etirazlar səbəbindən Luvr və metrolar bağlanır

Fransada etirazlar səbəbindən Luvr və metrolar bağlanır

23 Oktyabr 2026 - 18:34
Türkmənistanda BMT Günü münasibətilə Azərbaycan xüsusi stendlə təmsil olunub

Türkmənistanda BMT Günü münasibətilə Azərbaycan xüsusi stendlə təmsil olunub

23 Oktyabr 2026 - 18:26
Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi açıqlanıb – YENİLƏNİB

Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi açıqlanıb – YENİLƏNİB

23 Oktyabr 2026 - 18:13
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.