"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

“ƏNƏNƏVİ MEDİADA PEŞƏKARLIQ QALMAQDADIR”

10 Mart 2016 - 12:59
in XƏBƏR LENTİ
FacebookVatsap

Yadigar Məmmədli: “Çünki qəzetçilərin şüurunda belə bir məqam formalaşıb ki, yazılı mətbu orqanda səhv etmək olmaz, qəzet sənəd sayılır”

“Əgər kimsə iddia edirsə ki, Qərb mətbuatı informasiya verməklə kifayətlənir, o adam yanılır. Avropa mətbuatı maarifləndirmə işinə böyük önəm verir”

Azərbaycanda söz və mətbuat azadlığının təmin olunması, azad medianın inkişafı hər zaman prioritet istiqamətlərdən olub. Milli və bəşəri dəyərləri rəhbər tutan ölkə mətbuatı da bacardığı qədər dövlətimizə, cəmiyyətimizə xidmət göstərib. Bu baxımdan, əksər ekspertlər hesab edirlər ki, hər zaman dövlətçiliyə və xalqa xidmət edən medianın problemləri diqqətə alınmalı və aradan qaldırılmalıdır.
Mətbuatın ümumi durumu, medianın əsas funksiyaları və son dövrlər ortaya çıxan ciddi problemləri ilə bağlı suallarımızı cavablandıran Demokratik Jurnalistlər Liqasının sədri, tanınmış jurnalist Yadigar Məmmədli “Şərq”ə açıqlamasına dövlət qeydiyyatından keçən KİV-lərin sayının artmasından və bunun yaratdığı narahatlıqdan danışaraq başlayıb. O deyib ki, media orqanlarının 5100-ə çatması gündəm yaratsa da, əslində bu, gözlənilən idi. Çünki son bir neçə ilə qədər bu rəqəm artıq 3000-i keçmişdi: “5100 KİV deyəndə, sadəcə qəzetlər nəzərdə tutulmur. Əgər elə olsaydı, bunu ciddi problem və anormallıq hesab edərdik. Qeydiyyatdan keçənlərin yarısından çoxu internet portallar, xəbər saytlarıdır.
Təbii ki, internet medianın, qəzetlərin sayt variantının yaranması və inkişaf etməsi təqdirəlayiq haldır. Amma məsələ burasındadır ki, 5100-ün içində sadəcə 400-500 mətbu orqan gündəlik və aktiv fəaliyyət göstərir. Yerdə qalanlarının isə sadəcə adı var. Ona görə də açıqlanan rəqəmi faciə kimi dəyərləndirmək lazım deyil. Hamı bilir ki, ölkədə vur-tut 35 gündəlik qəzet çıxır. Əsas məsələ media orqanlarının sayı yox, real fəaliyyət göstərən KİV-lərin fəaliyyətinin gücləndirilməsidir. Media qurumlarının arasında inteqrasiya, birləşmə olmalıdır. Yalnız bu halda media quruluşlarının böyük gücə, holdinqə çevrilməsinə nail ola bilərik. Dünyanın hər yerində televiziya, radio, qəzet və internet saytları bir şirkət daxilində fəaliyyət göstərir. Bizdə müəyyən qədər “APA-Holding”i buna misal göstərmək olar. Amma APA tv internet televiziya kimi fəaliyyət göstərir. Ümumiyyətlə isə ölkə mediası birləşmə və böyümə prosesindən geridə qalır. Fikrimcə, mətbuatımızın kifayət qədər güclü ola bilməməsinin səbəblərindən biri budur.
– Zaman-zaman Azərbaycan mediası 1990-cı illərin mətbuatı ilə müqayisə edilir və deyilir ki, ovaxtkı jurnalistika daha maraqlı və peşəkar idi. Sizcə, əvvəlki media ortamı ilə indikini fərqləndirən nədir?
– Hər bir KİV biznes növü sayıldığı üçün iqtisadi bazası olmalıdır. 1990-cı, eyni zamanda 2000-ci illərin əvvəllərində Azərbaycanda reklam bazarı var idi. Ovaxtkı reklamların ən çoxu indi qadağan olunan tütün məmulatları, siqaretlərlə bağlıydı. Bundan başqa, böyük şirkətlər, banklar qəzetlərə çoxlu reklamlar verirdi. Həmçinin, ölkəmizdə maraqları olan nüfuzlu xarici neft şirkətləri mediaya daha çox maraq göstərirdi. Bütün bunlar qəzetlərin gəlirini artırır və onu daha güclü, müstəqil edirdi. Təəssüf ki, sonrakı dövrlərdə reklam bazarı azaldı və tədricən yoxa çıxdı. Bununla da mətbu orqanlarda ciddi fəsadlar yarandı, peşəkarlıq itdi. O dövrdə maaş yaxşı olduğu üçün təcrübəli jurnalistləri media qurumlarında saxlamaq mümkün olurdu. Amma vəziyyət çətinləşdikcə, KİV rəhbərləri həmin jurnalistlərə istədikləri məvacibi verə bilmədilər. Nəticədə xeyli peşəkar müxbir medianı tərk etmək məcburiyyətində qaldı. Bununla da mətbuatda peşəkarlığın səviyyəsi aşağı düşdü. Əgər peşəkar qələm sahibləri işlərində qalsaydılar və gənc jurnalistləri öyrətdikdən sonra getsəydilər, vəziyyət bu yerə gəlməzdi.
– Bütün problemlərə rəğmən mediamızın cəmiyyətə təsir imkanları varmı? Mətbuat ictimaiyyəti öz arxasınca apara bilirmi?
– Demək olmaz ki, media cəmiyyəti öz arxasınca aparmağı bacarır. Amma medianın təsir imkanları yoxdur demək də yanlışdır. Mətbuatın cəmiyyətdə baş verən proseslərə ciddi təsiri var. Media gündəm yaradır və müxtəlif problemlərin həllinə nail olur. Ancaq medianın ictimai əhəmiyyətli, yoxsa şou xarakterli mövzuları gündəmdə saxlaması tamamilə başqa məsələdir. Hesab edirəm ki, KİV-lərin maarifləndirici funksiyası xeyli axsayır. Ancaq istənilən halda etiraf etmək lazımdır ki, media güclü silahdır. Hətta ən zəif halda belə cəmiyyəti informasiya ilə təmin etmək, yönəltmək imkanına malikdir.
– Bəziləri hesab edirlər ki, media sadəcə xəbər daşıyıcısı funksiyasını yerinə yetirməlidir və istiqamətverici, yönləndirici olmamalıdır. Onların fikrincə, bu hal ziddiyyət yaradır. Bəs siz necə düşünürsüz?
– Burda heç bir ziddiyyət ola bilməz. Medianın işi, sadəcə informasiya yaymaq deyil. Əgər kimsə iddia edirsə ki, Qərb mətbuatı informasiya verməklə kifayətlənir, o adam yanılır. Avropa mətbuatı maarifləndirmə işinə böyük önəm verir. Xüsusən, milli və dövlətçilik məsələsində xarici media qurumları daha ciddi mövqe tuturlar. Bu mövqeyə görə onları heç kim qınamır. Sadəcə olaraq hər bir jurnalist anlayır ki, o, müxbir olmaqla yanaşı, hansısa bir ölkənin vətəndaşıdır. Həsən bəy Zərdabidən üzü bu yana Azərbaycan mediasının da əsas funksiyası xəbər yaymaq və maarifləndirmək olub. Bununla paralel “Əkinçi” qəzeti həm də biznes strukturu kimi fəaliyyət göstərməyə çalışıb. Qəzetdə mütəmadi olaraq reklamlar gedib. Medianın prinsipləri 140 il öncə necə qoyulubsa, indi də o cür qalmaqdadır. Əlavə şou düzəltmək lazım deyil. Məsuliyyətli və peşəkar jurnalist mövqeyini özü seçir və bununla bağlı heç kim ona təsir etmir. Müxbir tövsiyə gözləmədən vətəndaşlıq mövqeyini ortaya qoymalı, dövlətçiliyi müdafiə etməlidir.
– Onlayn və yazılı media arasında müqayisə aparsaq, peşəkarlığın hansında daha çox olduğunu deyə bilərik?
– Təbii ki, ənənəvi mediada peşəkarlıq qalmaqdadır. İndi çıxan qəzetlərdə həmin prinsiplərə riayət olunur. Çünki qəzetçilərin şüurunda belə bir şey formalaşıb ki, yazılı mətbu orqanda səhv etmək olmaz, qəzet sənəd sayılır. Burda hər hansı qüsur yolverilməzdir. Bəziləri düşünür ki, internet mediada istənilən səhvə yol vermək olar. Bu, tamamilə yanlışdır. İnternet saytlar medianın bir qolu sayılır. Deməli, qəzetlərdə nəyi yazmaq olmazsa, eyni şey saytlar üçün də keçərlidir. Təəssüflər olsun ki, bəzi media nümayəndələri bunu dərk etmirlər.
– Son dövrlər ölkə mediası, xüsusən çap mətbuatı ciddi problemlərlə üzləşib. Ona görə də dövlət tərəfindən KİV-lərə ayrılan vəsaitin artırılması təklif edilir. Amma bir sıra sayt rəhbərləri qəzetlərə maddi yardım edilməsini zəruri hesab etmirlər.
– Belə demək olmaz. Çünki qəzetlərin eyni zamanda saytları da var və onlayn fəaliyyət göstərirlər. Yəni internet portalları necə işləyirsə, yazılı media da eyni işi ortaya qoya, operativ informasiya yaya bilər. Bununla yanaşı, qəzetlərin sosial şəbəkələrdə xüsusi səhifələri var. Dövlət tərəfindən KİV-lərə ayrılan vəsaitin çoxaldılması təklifi medianın üzləşdiyi çətin durumdan çıxması üçün gündəmə gətirilir. Şübhəsiz ki, Prezidentin sərəncamı əsasında yaradılan KİVDF ötən müddət ərzində ölkə mediasının inkişafında mühüm rol oynayıb. Sadəcə, mövcud problemlərlə baş etmək üçün yardımın bir qədər artırılmasına ehtiyac duyulur.
– İqtisadi problemlərlə yanaşı, Azərbaycan mediasının ən ciddi problemləri nədir?
– Bilirsiz, medianın bütün sahələrində ciddi problemlər var. Ən böyük çatışmazlıq peşəkarlıq səviyyəsinin aşağı olmasıdır. Jurnalistikada peşəkarlığı artırmağın yeganə yolu universitetlərdə əlavə kursların təşkil olunmasıdır. Digər peşə sahələrində olduğu kimi, jurnalistlər üçün də ixtisas artırma kurslarının olması vacibdir. Dünya təcrübəsində pullu və pulsuz jurnalistika kursları fəaliyyət göstərir. Digər mühüm problem isə ixtisaslaşma ilə bağlıdır. Bir jurnalistin bütün sahələrdən yazması normal hal deyil. Ümumiyyətlə, KİV-lərin özünün tam şəkildə ixtisaslaşmasına ehtiyac var. Bizim mətbu orqanların hamısı “ümummillidir”. Demək olar ki, hamısında eyni material verilir. Müəllif məqalələri çox azdır. Qərb ölkələrində hər KİV-in 70-80 faiz informasiyası özünə məxsusdur. Azərbaycan mətbuatının problemləri çoxdur. Ancaq problemlərin obyektiv səbəbləri var. İqtisadi imkanlar zəifdir və reklam bazarı yoxdur. Bu baxımdan onları qınamaq olmur”.
İsmayıl

 

Bunu da oxuyun

Sabahdan Bakının marşrut xətlərinə 2 530 avtobus buraxılır

İngiltərədə yarımarafon zamanı iki gənc atlet ölüb

Netanyahu sentyabrın 23-də ABŞ-yə səfər edəcək

Previous Post

“ƏNƏNƏVİ MEDİADA PEŞƏKARLIQ QALMAQDADIR”

Next Post

34 prezident, 23 baş nazir Bakıda gəldi

Bənzər yazılar

Sabahdan Bakının marşrut xətlərinə 2 530 avtobus buraxılır

Sabahdan Bakının marşrut xətlərinə 2 530 avtobus buraxılır

14 Sentyabr 2026 - 22:41

Bakıda marşrut xətlərinə sentyabrın 15-dən cəlb edilən avtobusların sayı rekord həddə – 2 530-a çatdırılacaq. Bu barədə Elchi.az -a Azərbaycan...

İngiltərədə yarımarafon zamanı iki gənc atlet ölüb

İngiltərədə yarımarafon zamanı iki gənc atlet ölüb

14 Sentyabr 2026 - 22:38

İngiltərədəki "Great North Run" yarımarafonunun 25 yaşlı iki iştirakçısı qaçış zamanı vəziyyətləri pisləşdikdən sonra ölüblər. Elchi.az  xəbər verir ki, bu...

Netanyahu sentyabrın 23-də ABŞ-yə səfər edəcək

Netanyahu sentyabrın 23-də ABŞ-yə səfər edəcək

14 Sentyabr 2026 - 22:36

İsrailin Baş naziri Benyamin Netanyahu sentyabrın 23-də Nyu-Yorka (ABŞ) üçgünlük səfər edəcək. Elchi.az xəbər verir ki, bu barədə hökumət başçısının...

Bərdədə yol qəzası nəticəsində 1 nəfər ölüb, xəsarət alanlar var

Bərdədə yol qəzası nəticəsində 1 nəfər ölüb, xəsarət alanlar var

14 Sentyabr 2026 - 22:33

Bərdədə yol qəzası nəticəsində 1 nəfər ölüb, 3 daha nəfər xəsarət alıb. Elchi.az -ın xəbərinə görə, hadisə Alpout kəndində qeydə...

Next Post

34 prezident, 23 baş nazir Bakıda gəldi

34 prezident, 23 baş nazir Bakıda gəldi

Son xəbərlər

Sabah Bakıda 32 dərəcə isti olacaq

Sabah Bakıda 33 dərəcə isti olacaq

15 Sentyabr 2026 - 12:29
Prezident İlham Əliyev Bakıda keçirilən beynəlxalq konfransların iştirakçılarını qəbul edib

Prezident İlham Əliyev Bakıda keçirilən beynəlxalq konfransların iştirakçılarını qəbul edib

15 Sentyabr 2026 - 12:27
CQD üzrə avrobondların geri alınması Azərbaycanın xarici öhdəliklərini azaldıb

CQD üzrə avrobondların geri alınması Azərbaycanın xarici öhdəliklərini azaldıb

15 Sentyabr 2026 - 12:16
Azərbaycan və Özbəkistan arasında ümumi ixrac potensialı 1 mlrd. dolları üstələyir

Azərbaycan və Özbəkistan arasında ümumi ixrac potensialı 1 mlrd. dolları üstələyir

15 Sentyabr 2026 - 12:10
AMB: Bu il Azərbaycan neftinin orta qiyməti 94 dolları ötüb

AMB: Bu il Azərbaycan neftinin orta qiyməti 94 dolları ötüb

15 Sentyabr 2026 - 12:01
Türkiyə XİN Bakının işğaldan azad edilməsinin 108-ci ildönümü münasibətilə paylaşım edib

Türkiyə XİN Bakının işğaldan azad edilməsinin 108-ci ildönümü münasibətilə paylaşım edib

15 Sentyabr 2026 - 11:54
Azərbaycanın cari əməliyyatlar balansının profisiti 2 dəfə artıb

Azərbaycanın cari əməliyyatlar balansının profisiti 2 dəfə artıb

15 Sentyabr 2026 - 11:45
Səudiyyə Ərəbistanında altı məntəqə üçün fövqəladə xəbərdarlıq elan edilib

Səudiyyə Ərəbistanında altı məntəqə üçün fövqəladə xəbərdarlıq elan edilib

15 Sentyabr 2026 - 11:38
Yardımlıda 8 kiloqram narkotik vasitə aşkarlandı

Yardımlıda 8 kiloqram narkotik vasitə aşkarlandı

15 Sentyabr 2026 - 11:30
NATO-dan Baltikdə insident: Litvanın hava məkanına daxil olan PUA vuruldu!

NATO-dan Baltikdə insident: Litvanın hava məkanına daxil olan PUA vuruldu!

15 Sentyabr 2026 - 11:24
Pentaqondan etiraf: ABŞ bazaları vuruldu, raket ehtiyatları azaldı

Pentaqondan etiraf: ABŞ bazaları vuruldu, raket ehtiyatları azaldı

15 Sentyabr 2026 - 11:12
34 ildən sonra Xocalının Təzəbinə kəndində yeni dərs ili başlayıb

34 ildən sonra Xocalının Təzəbinə kəndində yeni dərs ili başlayıb

15 Sentyabr 2026 - 11:04
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun

Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun

15 Sentyabr 2026 - 11:03
ABŞ ilk dəfə kosmosa silah yerləşdirdiyini təsdiqlədi

ABŞ ilk dəfə kosmosa silah yerləşdirdiyini təsdiqlədi

15 Sentyabr 2026 - 10:53
Bu şəhərdə ağaclara insanlarla bərabər hüquqlar verilib

Bu şəhərdə ağaclara insanlarla bərabər hüquqlar verilib

15 Sentyabr 2026 - 10:41
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.