"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Yas mərasimləri ilə bağlı qadağa

09 Mart 2016 - 08:21
in XƏBƏR LENTİ
FacebookVatsap

Azərbaycanda “Xeyir və Şər adətləri” adlı qanun layihəsi hazırlanır. Həmin layihədə yas mərasimləri zamanı VİP çadırların qurulması qadağan ediləcək.

Bunu da oxuyun

Gələn il beynəlxalq aviauçuşlar 10% bahalaşacaq

Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolu “İnnovativ İnşaat Metodologiyası” üzrə qalib olub

İndoneziyada zəlzələ nəticəsində ölənlərin sayı 70-i ötüb

 

Bu barədə ANS-ə Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov danışıb. Onun sözlərinə görə, belə bir qanun layihəsinin hazırlanmasına səbəb əhalinin yas mərasimlərini bərabər şəkildə keçirə bilməsi ilə bağlıdır: “Bəzən vətəndaşlar digərlərindən geri qalmamaq üçün borca düşür, kredit götürürlər. Daha sonra isə uzun illər həmin borcu ödəyə bilmirlər. Bütün bu narahatlıqların qarşısını almaq üçün qanunda belə tənzimləmə aparılması labüd idi. Buna görə də belə bir layihə hazırlandı. Burada ziyalılar və Qafqaz Müsəlmanları İdarəsinin bəzi işbazlara tövsiyyələrinin heç bir nəticə verməsinin də rolu var. Çünki həmin işbazlar yenə də öz bazarlarını qoruyub saxlayırlar. Hazırda VİP çadırlar var ki, bir yerin qiyməti 28-30 manatdır. Toplamda isə bəzi mərasimlər vətəndaşlara 20-25 min manata başa gəlir. Yeni hazırlanan layihə bütün bu problemlərin aradan qaldırılması məqsədini də daşıyır”.

 

Siyavuş Novruzov deyir ki, bununla bağlı hazırda müxtəlif dövlətlərin təcrübəsi öyrənilir. Ancaq Azərbaycanda da bir neçə yerlər var ki, həmin yerlərdə də bir sıra qadağalar var: “Məsələn Dövlət Neft Şirkəti tərəfindən xeyir-şər evləri tikilib və həmin evlərdə mərasim zamanı limon, qənd və çayın verilməsi nəzərdə tutulub. Həmin xeyir-şər evlərində yemək yemək istəyən şəxslər üçün ayırca bir otaq ayrılıb ki, həmin otaqda ehsan yeyə bilərlər. Ancaq kütləvi şəkildə tətbiq etmək olmaz. Rayonlarda israfçılığın qarşısının alınmasına nəzarət etmək mümkündür. Lakin Bakıda qanunla tənzimlənməsinə ehtiyac var. Buna görə də bununla bağlı işlər aparılır. Bəzi hallarda yolların ortasında qurulan çadırlar nəqliyyatın hərəkətini də iflic edir. bütün bu proseslər hazırda üzərində işlənən qanunda öz əksini tapacaq”.

 

ANS fevral ayının 24-də bunu təfsilatlı formada araşdırıb. Araşdırmaya görə, Azərbaycanda dəbdəbəli yas mərasimlərinin keçirilməsi və  israfçılıq hallarının qarşısının alınması məqsədi ilə bir müddət əvvəl bir sıra qadağalar təklif  olunsa da  insanlar buna əməl etmək istəmirlər. Çünki əhali sadə yas mərasimləri təşkil etməkdə maraqlı deyil.

 

Araşdırmalar zamanı məlum olub ki, bu gün Bakıda yas mərasimlərinin qiymətlərinin  toy və digər mərasimlərin qiymətlərindən heç də geri qalmır və yas çadırları da kateqoriyalara bölünür: sadə və VİP.  Çadırların qiyməti isə təklif olunan xidmətlərin səviyyəsindən asılı olaraq  dəyişir. Məsələn, məscidlərdə  200 nəfər üçün nəzərdə tutulan sadə çadırın qiyməti 600 AZN, VİP çadırların qiyməti isə 900-1200 AZN arasında dəyişir.  Həmin çadırlara pərdə, qapı və kondisioner daxildir.

 

Mərasim zallarında yas keçirmək istəyənlər 200 nəfər üçün adambaşına 8-12 manat (icarə haqqı, yemək və s. bütün xidmətlər daxildir) xərcləməlidir. Məscidlərin mərasim zallarında isə bu qiymət 12-15 manat arasında dəyişir. Təkcə kirayə çadır götürən şəxslər, bu zaman yalnız çadır üçün 300 manat, yemək üçün adam başına 10 manat, mollaya isə 80-100 manat pul verməlidirlər. Amma məscidlərin təklif etdiyi çadır üçün 600-1200 (sadə, VİP), yemək üçün adam başına 10 manat, molla üçün isə 80-100 manat ödəməlidirlər.

 

İslamdan əvvəl türklər ölülərinə aş yedirdilər və bunun üçün də tədbir təşkil edirdilər. Lakin islam dini yayıldıqdan sonra isə həmin aşın savabını ölüyə bağışlamaq üçün  yeməyi kasıblara paylayırdılar. Daha sonrakı dövrlərdə isə qonşu dövlətlərdə bu adətlər də sıradan çıxmağa başladı.

 

Məsələn, Türkiyə, İran və Pakistanda qəbir daşları, yer pulu ödənişli olsa da orada təmtəraqlı mərasim verilmir, süfrədə isə yemək olmur. Buna yalnız yəhudilərdə rast gəlmək olar. Ruslar isə yas mərasimində masaya müxtəlif spirtli içki qoyurlar.

 

Ümumiyyətlə, mütəxəssilərin fikirlərinə və hazırkı VİP çadırların qiymətlərinə nəzər saldıqda görmək olar ki, ailə üzvü dünyasını dəyişən şəxs digərlərindən geri qalmamaq üçün ciddi şəkildə borca girir və nəticədə də illər boyu borc ödəmək məcburiyyətində qalır. Bunun üçün VİP yas çadırları icarəyə verən şəxslərə və bu mərasimləri təşkil edənlərə qarşı qanuni şəkildə nəzarət edilməsinə ehtiyac var. Yalnız bu yolla israfçılığın qarşısını almaq mümkündür.

 

Previous Post

Yas mərasimləri ilə bağlı qadağa

Next Post

Ukrayna Rusiya ilə diplomatik münasibətləri kəsir

Bənzər yazılar

Gələn il beynəlxalq aviauçuşlar 10% bahalaşacaq

Gələn il beynəlxalq aviauçuşlar 10% bahalaşacaq

19 Avqust 2026 - 21:26

Yaxın Şərq münaqişəsi uzanarsa, beynəlxalq aviauçuşlar növbəti il 10% bahalaşacaq. Elchi.az  xəbər verir ki, bu barədə "Tourism Economics" şirkətinin analitik...

Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolu “İnnovativ İnşaat Metodologiyası” üzrə qalib olub

Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolu “İnnovativ İnşaat Metodologiyası” üzrə qalib olub

19 Avqust 2026 - 21:24

Avropa və Mərkəzi Asiya Regional Mükəmməllik Mükafatlarına təqdim edilən Əhmədbəyli-Füzuli-Şuşa Avtomobil Yolu Layihəsi Beynəlxalq Yol Federasiyası (BYF Qlobal) tərəfindən "İnnovativ...

İndoneziyada zəlzələ nəticəsində ölənlərin sayı 70-i ötüb

İndoneziyada zəlzələ nəticəsində ölənlərin sayı 70-i ötüb

19 Avqust 2026 - 21:21

Şərqi Nusa-Tenqarada (İndoneziya) zəlzələ nəticəsində ölənlərin sayı artaraq 71 nəfərə çatıb. Elchi.az  xəbər verir ki, bu barədə İndoneziya mediası Milli...

Ukrayna körpünü, PUA anbarlarını və Rusiya qoşunlarının bir sıra obyektlərini vurub

Ukrayna körpünü, PUA anbarlarını və Rusiya qoşunlarının bir sıra obyektlərini vurub

19 Avqust 2026 - 18:23

Ukraynanın Müdafiə Qüvvələri Rusiya tərəfindən müvəqqəti işğal olunmuş Zaporojye vilayətində Moloçnaya çayı üzərindəki avtomobil körpüsünü vurub. Elchi.az xəbər verir ki,...

Next Post

Ukrayna Rusiya ilə diplomatik münasibətləri kəsir

Ukrayna Rusiya ilə diplomatik münasibətləri kəsir

Son xəbərlər

Gələn il beynəlxalq aviauçuşlar 10% bahalaşacaq

Gələn il beynəlxalq aviauçuşlar 10% bahalaşacaq

19 Avqust 2026 - 21:26
Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolu “İnnovativ İnşaat Metodologiyası” üzrə qalib olub

Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolu “İnnovativ İnşaat Metodologiyası” üzrə qalib olub

19 Avqust 2026 - 21:24
İndoneziyada zəlzələ nəticəsində ölənlərin sayı 70-i ötüb

İndoneziyada zəlzələ nəticəsində ölənlərin sayı 70-i ötüb

19 Avqust 2026 - 21:21
Harri Keyn ikinci dəfə “Qızıl buts”u qazandı

Harri Keyn ikinci dəfə “Qızıl buts”u qazandı

19 Avqust 2026 - 19:24
NATO-dan sərt mesaj: Bütün müttəfiqləri müdafiə etməyə hazırıq

NATO-dan sərt mesaj: Bütün müttəfiqləri müdafiə etməyə hazırıq

19 Avqust 2026 - 19:10
“Tvente”nin baş məşqçisi “Qarabağ”la oyundan danışdı

“Tvente”nin baş məşqçisi “Qarabağ”la oyundan danışdı

19 Avqust 2026 - 19:00
Naxçıvanda şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 68 mənzil təqdim edilib

Naxçıvanda şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 68 mənzil təqdim edilib

19 Avqust 2026 - 18:40
Avrokuboklarda Azərbaycan həndbolunu “Kür” təmsil edəcək

Avrokuboklarda Azərbaycan həndbolunu “Kür” təmsil edəcək

19 Avqust 2026 - 18:31
Mərkəzi Afrika Respublikasında mədən çöküşü: Ən azı 30 Ölüm

Mərkəzi Afrika Respublikasında mədən çöküşü: Ən azı 30 Ölüm

19 Avqust 2026 - 18:29
Ukrayna körpünü, PUA anbarlarını və Rusiya qoşunlarının bir sıra obyektlərini vurub

Ukrayna körpünü, PUA anbarlarını və Rusiya qoşunlarının bir sıra obyektlərini vurub

19 Avqust 2026 - 18:23
Bakıda kabab evində at DNT-si aşkarlanıb

Bakıda kabab evində at DNT-si aşkarlanıb

19 Avqust 2026 - 18:20
DİM bu imtahanın nəticələrini elan etdi

Ali məktəblərə ixtisas seçimi bu gün başa çatır, 85 mindən çox şəxs ərizəsini təsdiqləyib – YENİLƏNİB

19 Avqust 2026 - 18:16
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 26 vaqon buğda göndərilib – YENİLƏNİB

Rusiya XİN-i ABŞ-ın Omana təhdidlərinə cavab verdi

19 Avqust 2026 - 18:03
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 26 vaqon buğda göndərilib – YENİLƏNİB

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 26 vaqon buğda göndərilib – YENİLƏNİB

19 Avqust 2026 - 17:51
Putin Rusiya hökumətinin əsas vəzifəsini açıqladı

Putin Rusiya hökumətinin əsas vəzifəsini açıqladı

19 Avqust 2026 - 17:46
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.