"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

“Ter-Petrosyan dedi ki, Ermənistan “Laçın dəhlizi”ni boşaltmağa hazırdır, Dəmirəl razılaşmadı”

24 Fevral 2016 - 16:16
in XƏBƏR LENTİ
FacebookVatsap
turkes-petrosyna

 

Bunu da oxuyun

Azərbaycanda 4 sığorta vasitəçisinin lisenziyası ləğv edilib

Nigeriyada qayığın aşması nəticəsində 40-a yaxın insan ölüb

Azərbaycanın voleybol millisinin Avropa çempionatı üçün yekun heyəti açıqlanıb

İstanbulun Esenyurt bələdiyyəsinin keçmiş sədri, CHP üzvü Gürbüz Çapanın 1995-ci ildə Ermənistana etdiyi səfər və İrəvanda o vaxtkı prezident Levon Ter-Petrosyanla keçirdiyi görüşün şok detalları açıqlanıb.

 

publika.az  xəbər verir ki, 1995-ci il iyulun 1-də İstanbulun Esenyurt bələdiyyəsinin o dövrdəki sədri Gürbüz Çapan Ermənistana səfər edərək, İrəvanda o vaxtkı prezident Levon Ter-Petrosyan ilə görüşüb. Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) üzvü olan Gürbüz Çapan həmin vaxtı Oral Çalışlar və Cengiz Çandarı da özü ilə Ermənistana aparıb.

 

Bu səfərin əsl məqsədi isə illər sonra Gürbüz Çapanın da adının keçdiyi “Ergenekon” məsələsi ilə bağlı verilən ifadələrdə üzə çıxıb. G.Çapan öz ifadəsində bildirib ki, 1995-ci ildə onun Ermənistana səfəri ABŞ-ın istəyi əsasında baş tutub. Onunla Ermənistana səfərə getmiş jurnalist-yazarlar Cengiz Çandar və  Oral Çalışlar isə Türkiyənin Milli Təhlükəsizlik Təşkilatı (MİT) tərəfindən təlimatlandırılıbmış.

 

Bu görüş üçün sabiq bələdiyyə sədri Gürbüz Çapanın seçilməsinin iki səbəbi olub:

Birincisi, Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) qurucusu və ilk sədri olmuş Alparslan Türkeşin 1993-cü ildə başlatdığı məxfi görüşlərin davamı gəlmədiyi üçün, bu görüşlər açıq-aşkar təşkil olunmasına başlanılıb.

İkincisi isə ermənilərin qondarma “soyqırımı abidəsi”ndə Gürbüz Çapanın əmisinin fotosunun da yer almasıdır. Bu səbəblərdən də Türkiyə ilə Ermənistan arasında başladılan “xalq diplomatiyası”nın başında Gürbüz Çapanın dayanması daha inandırıcı hesab edilib.

 

Gürbüz Çapan məhkəmədə verdiyi ifadəsində o dövrdə baş verən hadisələri belə izah edib:

“O zaman bu görüşləri rəhmətlik Alparslan Türkeş idarə edirdi. Gizli görüşlər effektini itirdiyi üçün, “xalq diplomatiyasına” başlanıldı. O zaman mənə dedilər ki, “xalq diplomatiyası”nı sən apara bilərsənmi? Mənə izah etdilər ki, bunun üçün ən yaxşı namizəd sənsən. Çünki İrəvandakı “soyqırımı abidəsi” mərkəzində sənin əminin də fotosu var. Bunu bizə amerikalılar təklif etdi, biz də müsbət cavab verdik. Daha sonra jurnalistlər Oral Çalışların və Cengiz Çandarın, Türkiyənin o zaman Londondakı səfirinin qızı Zeynep Atikanın da mənimlə getməsini söylədilər. Mənimlə səfərə gedən insanları həmin vaxtı MİT-in bölgə üzrə rəhbəri şəxsən seçmişdi. Ancaq sonrakı MİT rəhbəri nədənsə deyir ki, guya o adamlar öz istəkləri ilə Ermənistana gediblər və sairə. O dövrdə Ermənistana getməyin ən asan yolu bu idi.

Biz başqa cür getsəydik, yəqin ki, ya həbs olunacaq, ya da təqib olunacaqdıq. Ancaq bu cür səfər etməklə bizi Ermənistanın hava limanında prezident Levon Ter-Petrosyanın mətbuat katibi qarşıladı, sonra isə prezident qəbul etdi. Rəsmi şəxslər üçün nəzərdə tutulan qonaq evində qaldıq. Prezident Levon Ter-Petrosyan türk dilində danışa bilirdi, bizimlə də bu dildə danışırdı”.

 

G.Çapan qeyd edib ki, o, Ermənistana səfəri zamanı qondarma “soyqırımı abidəsi”ni də ziyarət etməyə məcbur olub:

“Ermənistana gedən zaman bizi qondarma “soyqırımı abidəsi”nə də apardılar. Biz Ermənistana səfərə gedəndə Türkiyənin prezidenti Süleyman Dəmirəl, Baş naziri isə Tansu Çillər idi. Onların hər biri bizim səfərimizdən məlumatlı idilər. Hətta biz Ermənistandan Türkiyəyə Tiflis üzərindən geri qayıdandan sonra ermənilərin tələblərini də prezident Süleyman Dəmirələ çatdırdıq. Ancaq S.Dəmirəl bizə dedi ki, Azərbaycan bunu qəbul etməyənədək, bu, mümkün deyil. Prezident Süleyman Dəmirəl dedi ki, “azərilər bizim qolumuzdur, qohumdurlar. Onların razılığı olmadan biz heç bir addım ata bilmərik”. Mən Süleyman bəyə dedim ki, ermənilər bizdən sərhədlərin açılmasını istəyirlər. Hətta bizə dedilər ki, əgər Türkiyə sərhədləri açsa, Ermənistan “Laçın dəhlizi”ni boşaltmağa hazırdır. Bizimlə görüşündə prezident Levon Ter-Petrosyan açıq şəkildə dedi ki, “Laçın dəhlizi” boşalırsa, bu, Ermənistan üçün də faydalı olardı. Yəni, Qarabağ probleminin həlli üçün danışıqlar aparmaq daha asan olar. Bu görüş tarixi əhəmiyyətə malikdir. İndi də bəzən Ermənistan ilə “xalq diplomatiyası” görüşləri cəhdləri olur. Ancaq bütün bunlar 1995-ci ildəki görüşdən qaynaqlanır”.

 

CHP üzvü vurğulayır ki, 1993-cü ildə Rusiyanın Ermənistana yardımları kəsilib və soyuq qış ayında ölkə çörəksiz qalıb:

“O dövrdə Erməni Daşnak Partiyasının Fransa üzrə təmsilçisi Samson Özararat Avropadan Ermənistana göndərilən humanitar yardımları təşkil edən bir dərnəyin rəhbəri idi. S.Özararatın xahişi ilə Türkiyə Ermənistana 41 min ton buğda göndərdi. Ancaq iqtidarda olan Levon Ter-Petrosyan hakimiyyəti radikal erməni millətçilərinin təzyiqindən çox narahat olaraq çəkinirdi. Bununla əlaqədar olaraq S.Özararat Alparslan Türkeşlə Ankarada görüşür. Həmin görüş zamanı A.Türkeş deyir ki, 1915-ci il hadisələri 600 illik münasibətlərin qəzasıdır. Türkeş deyirdi ki, 1915-ci il hadisələrini xarici dövlətlər qabardaraq, türk-erməni münasibətlərini normallaşmağa imkan vermirlər. A.Türkeşin bu cür fikirlərindən sonra S.Özararat ondan xahiş edir ki, o, bu sözləri Ermənistan prezidentinə də şəxsən söyləsin. A.Türkeş isə bu xahişi qəbul edir”.

 

G.Çapan bildirir ki, A.Türkeş və L.Ter-Petrosyan 1993-cü il martın 13-də Parisin “Concorde meydanı”nda yerləşən “Crillon” otelində görüşürlər:

“Həmin görüşə Türkiyə tərəfindən A.Türkeşlə birlikdə səfir Tanşuğ Bleda, səfirlik müşavirləri Menter Şahinler və Tuğrul Türkeş qatılıb. Ermənistan tərəfindən isə Xarici İşlər naziri Vahan Papazyan və Ermənistan Prezidentinin xarici məsələlər üzrə sözçüsü, tarixçi Gerard Libaridian qatılır. Görüş təqribən 2,5 saat davam edir. Görüşü təşkil edən Samson Özararat bildirir ki, Paris görüşü erməni-türk münasibətlərində dönüş yarada bilər”.

Previous Post

“Ter-Petrosyan dedi ki, Ermənistan “Laçın dəhlizi”ni boşaltmağa hazırdır, Dəmirəl razılaşmadı”

Next Post

Dermanlarin qiymeti 60% endirildi

Bənzər yazılar

Azərbaycanda 4 sığorta vasitəçisinin lisenziyası ləğv edilib

Azərbaycanda 4 sığorta vasitəçisinin lisenziyası ləğv edilib

20 Avqust 2026 - 19:54

Azərbaycan Mərkəzi Bankı (AMB) 4 sığorta vasitəçisinin lisenziyasını ləğv edib. Elchi.az bu barədə AMB-yə istinadən xəbər verir. Məlumata görə, "Sığorta...

Nigeriyada qayığın aşması nəticəsində 40-a yaxın insan ölüb

Nigeriyada qayığın aşması nəticəsində 40-a yaxın insan ölüb

20 Avqust 2026 - 19:50

Nigeriyada qayığın aşması nəticəsində 40-a yaxın insan ölüb. Elchi.az xəbər verir ki, bu barədə yerli media Nigeriyanın Milli Daxili Su...

Azərbaycanın voleybol millisinin Avropa çempionatı üçün yekun heyəti açıqlanıb

Azərbaycanın voleybol millisinin Avropa çempionatı üçün yekun heyəti açıqlanıb

20 Avqust 2026 - 19:07

Azərbaycanın qadınlardan ibarət voleybol millisinin Avropa çempionatı üçün yekun heyəti açıqlanıb. Bu barədə Elchi.az - a Azərbaycan Voleybol Federasiyasından məlumat...

Husilər Nəcranda hava limanına və “Saudi Aramco”nun müəssisəsinə hücum ediblər

Husilər Nəcranda hava limanına və “Saudi Aramco”nun müəssisəsinə hücum ediblər

20 Avqust 2026 - 19:05

Yəmən husiləri Səudiyyə Ərəbistanının cənubundakı Nəcran şəhərində hava limanına və "Saudi Aramco" neft şirkətinin obyektinə hücum etdiklərini bildiriblər. Elchi.az Al...

Next Post

Dermanlarin qiymeti 60% endirildi

Azercell sosial şəbəkələrdə liderliyini qoruyur

Son xəbərlər

Azərbaycanda 4 sığorta vasitəçisinin lisenziyası ləğv edilib

Azərbaycanda 4 sığorta vasitəçisinin lisenziyası ləğv edilib

20 Avqust 2026 - 19:54
Konqo Ebola virusuna qarşı 70 min doza peyvənd alacaq

Konqo Ebola virusuna qarşı 70 min doza peyvənd alacaq

20 Avqust 2026 - 19:53
Nigeriyada qayığın aşması nəticəsində 40-a yaxın insan ölüb

Nigeriyada qayığın aşması nəticəsində 40-a yaxın insan ölüb

20 Avqust 2026 - 19:50
Kolumbiyada qanunsuz mədəndə torpaq sürüşməsi nəticəsində 13 nəfər ölüb

Kolumbiyada qanunsuz mədəndə torpaq sürüşməsi nəticəsində 13 nəfər ölüb

20 Avqust 2026 - 19:48
Almaniyada istilik fəlakəti: Ölənlərin sayı 14000-ə çatıb

Almaniyada istilik fəlakəti: Ölənlərin sayı 14000-ə çatıb

20 Avqust 2026 - 19:23
KL: Pley-off mərhələsinə start verilir

KL: Pley-off mərhələsinə start verilir

20 Avqust 2026 - 19:11
Azərbaycanın voleybol millisinin Avropa çempionatı üçün yekun heyəti açıqlanıb

Azərbaycanın voleybol millisinin Avropa çempionatı üçün yekun heyəti açıqlanıb

20 Avqust 2026 - 19:07
Husilər Nəcranda hava limanına və “Saudi Aramco”nun müəssisəsinə hücum ediblər

Husilər Nəcranda hava limanına və “Saudi Aramco”nun müəssisəsinə hücum ediblər

20 Avqust 2026 - 19:05
Yasamalda yanğın oldu

Kürdəxanıda yol kənarında tikinti materialları yanıb – YENİLƏNİB

20 Avqust 2026 - 18:57
Lavrov Vatikanın diplomatik xidmət rəhbəri ilə danışıqlar aparacaq

Lavrov Vatikanın diplomatik xidmət rəhbəri ilə danışıqlar aparacaq

20 Avqust 2026 - 18:48
Zaxarova: BMT-nin yeni rəhbəri Quterreşin dəhşətli səhvlərini düzəltməli olacaq

Zaxarova: BMT-nin yeni rəhbəri Quterreşin dəhşətli səhvlərini düzəltməli olacaq

20 Avqust 2026 - 18:36
Kolumbiya 7,4 bal gücündə zəlzələdən sonra fövqəladə vəziyyət elan etdi

Kolumbiya 7,4 bal gücündə zəlzələdən sonra fövqəladə vəziyyət elan etdi

20 Avqust 2026 - 18:27
“Merkuri” BOKT-un səhmdarlarının yığıncağı keçiriləcək

“Merkuri” BOKT-un səhmdarlarının yığıncağı keçiriləcək

20 Avqust 2026 - 18:22
Robot Olimpiadasında şok mənzərə! İki yerə bölündü

Robot Olimpiadasında şok mənzərə! İki yerə bölündü

20 Avqust 2026 - 18:15
Azərbaycanda regionlara turist səfərlərinin təşviqi üçün yeni mexanizmlər tətbiq ediləcək

Azərbaycanda regionlara turist səfərlərinin təşviqi üçün yeni mexanizmlər tətbiq ediləcək

20 Avqust 2026 - 17:59
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.