"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Səfir Sekutanın şifrəli mesajları – ABŞ Azərbaycandan nə istəyirmiş…

24 Fevral 2016 - 08:48
in XƏBƏR LENTİ
FacebookVatsap

Bunu da oxuyun

Efiopiyada PUA zərbəsi nəticəsində dörd nəfər ölüb

Türkiyə Qara dənizdə təhlükəsizlik üçün Rusiya və Ukrayna ilə təmasdadır

“Mançester Yunayted” İngiltərə klubları arasında avrokuboklar tarixində antirekorda imza atıb

Səfir Sekutanın şifrəli mesajları - ABŞ Azərbaycandan nə istəyirmiş...  Vaşinqton rəsmi Bakı ilə münasibətləri “savaşdan” çıxarır, amma…; Bakıdakı diplomatik missiya rəhbərinin şablon səslənən sözlərinin arxasında əslində Qərb-Rusiya savaşında Azərbaycanın kimin yanında olmasına verilən önəm vurğulanır; Konqresdə Azərbaycan hökumətinə qarşı sanksiyaları nəzərdə tutan qanun layihəsinin gözlənilən müzakirəsi ərəfəsində rəsmi Vaşinqton təmsilçisinin “Azərbaycan bizim dostumuzdur” deməsi nəyə hesablanıb…

ABŞ səfiri Robert Sekutanın Azərbaycanda səfir kimi fəaliyyətə başlamasının bir ili tamam oldu. Səfir bu münasibətlə “ABŞ-Azərbaycan münasibətləri: sabit və firavan gələcək naminə ortaq məqsədlər” adlı məqalə yazıb. Azərbaycan mediasının demək olar ki, tamamının dərc etdiyi həmin məqalədə cənab Sekuta iki ölkə arasında münasibətlərin yeni mərhələsinin anonsu kimi qiymətləndirilir. Obrazlı desək, “Səfir Sekutanın  şifrəli mesajları”nda Amerika ilə Azərbaycanın əməkdaşlığının indiki və gələcək perspektivlərinin açarı yerləşdirilib. 
Səfir Sekutanın sələfi Riçard Morninqstarın diplomatik fəaliyyəti və seçdiyi ifadə üslubları bir sıra hallarda rəsmi Bakını narazı salırdı. Ukraynada Maydan hərəkatının ən qızğın vaxtlarına təsadüf edən o dönəmdə Amerika səfirinin Azərbaycan hakimiyyətinə “dərs götürmək”, hadisələrin Bakıda da təkrarla biləcəyi barədə eyhamları iqtidarı ciddi narahat etdiyindən Morninqstar görəvini daha tez tərk etməli olmuşdu. Bakıda fəaliyyətə başladığı son bir il ərzində Sekutanın açıqlamalarına diqqət yetirdikdə isə görürük ki,  Vaşinqton Bakı ilə münasibətlərini tam yeni bir siyasi  müstəvidə davam etdirmək niyyətindədir. Səfir Sekutanın son açıqlamasından aydın görünür ki, Amerika sabit Azərbaycan istəyir, demokratiya və insan haqları məsələsində rəsmi Bakını qıcıqlandıran ritorikasını dəyişərək, daha ehtiyatlı yanaşmalara üstünlük verir.
 
Səfirin məqaləsindən seçdiyimiz iki sitata diqqət yetirək: “Sabit və firavan Azərbaycan istər terrorçuluğa qarşı mübarizə, istər mövcud ticarət və iqtisadiyyat dəhlizlərinin inkişafı və eyni zamanda yeni dəhlizlərin yaradılması, istərsə də qlobal enerji mənbələrinin və dəhlizlərinin sabitliyinin qorunması və diversifikasiyası kimi fəaliyyətlərdə bölgədə və dünyada sabitlik və firavanlığın əldə olunmasında önəmli rol oynayır. Qeyri-müəyyən bir zamanda sürətli dəyişikliklər dövrünü yaşayan bölgədə yerləşən və sabitliyi ilə seçilən Azərbaycanın rolu həmişəki kimi önəmlidir. Sabitliyin və firavanlığın gücləndirilməsi ABŞ-ın Azərbaycanla olan münasibətlərinin vacib aspektlərindən biridir…”
Səfirin məqaləsində “şifrələnmiş” daha bir sitat: “Azərbaycan Əfqanıstanda nəqliyyat dəhlizləri və sülhməramlı əməliyyatları dəstəkləməklə ABŞ və NATO ilə vacib tərəfdaşlıq edir. Ələt portu vasitəsilə Çin, Mərkəzi Asiya və Avropaya yüklərin uğurla daşınması Azərbaycanın vacib bir nəqliyyat mərkəzinə çevrildiyini nümayiş etdirir. Bu kimi vacib fəaliyyətlər bölgədə Yeni İpək Yolunun reallaşması istiqamətində vacib addımlardır. Yeni İpək Yolu qədimdə olduğu kimi sahibkarlığın, innovasiyaların və fərdi yaradıcılığın inkişafına təkan verəcək. Azərbaycan həmçinin qlobal terrorçuluğa qarşı mübarizədə önəmli tərəfdaşdır”.
Xüsusi seçdirdiyimiz  bu iki sitat Amerikanın Azərbaycanla bağlı planlarının əyanı göstəricisidir. Bu sitatlarda Azərbaycanın “qlobal enerji mənbələrinin və dəhlizlərinin sabitliyinin qorunmasında”,  “qeyri-müəyyən bir zamanda sürətli dəyişikliklər dövrünü yaşayan bölgədə” rolu təsadüfi qabardılmır. Şablon səslənən “enerji dəhlizi” sözləri arxasında əslində  Qərb-Rusiya enerji savaşında Azərbaycanın kimin yanında olmasına verilən önəm vurğulanır. Azərbaycanın da mühüm tərəfdaşı olduğu  Yeni İpək Yolu layihəsi Avropa ilə Asiyanı birləşdirəcək təkcə dəmiryolu deyil. Bu, həm də regionda güclənmək ambisiyasından bir an olsa geri çəkilməyən Kremlin zəiflədilməsi planıdır ki, Amerika buna dəstəyinin ifadə edir. Səfir “Azərbaycan Əfqanıstanda nəqliyyat dəhlizləri və sülhməramlı əməliyyatları dəstəkləməklə ABŞ və NATO ilə vacib tərəfdaşlıq edir”, yazması ölkəmizin regionda Rusiya qarşısında heç də təklənmədiyinin ifadəsi kimi qiymətləndirilə bilər.
Nəhayət,  səfirin məqaləsinin sonunda  “Biz dostuq, yoxsa yox” sualına “bəli” cavabı da xüsusi önəm kəsb edir. Bu, son ilyarımda ABŞ-Azərbaycan  münasibətləri barədə ən çox səslənən suala təkcə  Bakıdakı səfirin “bəli” cavabı deyil. Bu, Konqresdə Azərbaycan hökumətinə qarşı sanksiyaları nəzərdə tutan “Azərbaycanın demokratiya Aktı” adlı qanun layihəsinin gözlənilən müzakirəsi ərəfəsində rəsmi Vaşinqtonun mövqeyidir ki, səfir bunu xüsusi qabardıb.
***
ABŞ prezidenti Barak Obamanın prezident İlham Əliyevi aprel ayında Vaşinqtonda keçiriləcək 4-cü Nüvə Təhlükəsizliyi Sammitinə dəvət etməsindən sonra iki ölkə arasındakı siyasi münasibətlərdə hiss olunacaq yumşalma başlayıb. Bu dəvətdən bir neçə gün sonra  Milli Təhlükəsizlik Şurasının Avropa üzrə baş direktoru Çarlz Kapçanı Bakıya səfər edərək prezidentin qəbulunda olub.  Bəzi siyasi ekspertlər də  Vaşinqtonun Azərbaycanla münasibətlərində yeni mərhələnin başlandığını, hətta “Bakıya işinin düşdüyünü”  hesab edirlər.
Ümumi rəy ondan ibarətdir ki, ABŞ üçün dost yox, sadəcə, dövlət maraqları var. Bu baxımdan hesab olunur ki, ABŞ-ın Qafqazda və xüsusilə də Azərbaycanda yeni maraqları yaranıb. Bu səbəbdən iki ölkə arasında münasibətlər yenidən yumşalan xətt üzrə inkişaf edir. Bəs ABŞ-ın Azərbaycandan istəyi nədir? 
“Səfirin şifrəli mesajlarında” bunlara qısaca toxunduq. Müxalifət liderlərinin yersiz qəzəbinə gəlməmək üçün onu da qeyd edək ki,  Amerika Azərbaycanda əlbəttə ki, şəffaf cəmiyyət istəyir. Bunu səfir məqaləsində də vurğulayıb. Amma indi başlıca istək demokratiya deyil, dünya və Amerika daha qlobal problemlərlə məşğuldur ki, burada Azərbaycan da yer alıb. Suriya məsələsində Azərbaycana verilən önəm, Londonda keçirilən sammitə prezident İlham Əliyevin dəvəti əlbəttə ki, sıradan hadisə deyil. Dünya gücləri xarabazara çevrilmiş Suriyada üz-üzə gəlib. Rusiya və ABŞ arasında Suriyada atəşkəs barədə qərarın reallaşacağına heç kim inanmır.
Əksinə, Amerikanın hərbi müdaxiləsi,  bölgədə yeni və bəlkə də həlledici müharibə yetişməkdədir. Azərbaycan prezidentin bütün son çıxışlarında bu toqquşmalar barəsində danışması da təsadüfi deyil. Rusiya Suriyadakı hədəfləri Xəzərdən də vurur, Azərbaycan üzərindən qırıcıların uçması ilə bağlı xəbərlər də var. Azərbaycanın gözlənilən mümkün savaşda tərəf olacağı gözlənilən deyil. Amma ərazisi üzərindən hansısa hərbi təyinatlı uçuşları əngəlləmək də dövlət maraqlarına tam uyğun hesab edilə bilməz. Regional savaşda kobud desək, “ayaq altında” qalmaq və ya ciddi zərər görmək təhlükəsi də həmişə var ki, bunu hazırda qardaş Türkiyənin nümunəsində görmək olar.
Suriya savaşı Azərbaycanın savaşı deyil. Amma Azərbaycanın regional və geostrateji mövqeyi onu dünya gücləri üçün əhəmiyyətli edir. Rusiya bu yanaşmada daima qaba davranır, məsələn, Xəzərdəki məlum əməliyyatlarda Azərbaycanın razılığını almağa belə lüzum görmür. Amerikanın isə nə qədər tənqid edilsə də, bu kimi məsələlərdə yanaşması Rusiyadan fərqlidir.
 
Amerika daima Azərbaycanın qlobal terrorçuluğa qarşı mübarizədə önəmli tərəfdaş olduğunu, Əfqanıstanda sülhün yaradılmasında iştirakını xüsusi vurğulayır. Səfir Sekutanın məqaləsində də bu yanaşma açıq mətnlə yazılıb.
 
Dəyişən maraqlar dəyişən dünyanın həm də bir gerçəkliyidir. Dövlət insan deyil, onun iki sifəti yoxdur, dəyişən maraqları var. Nəhəng Amerikanın da çoxüzlü dünya siyasətində üzü indi Azərbaycana tərəfdir…
Previous Post

Səfir Sekutanın şifrəli mesajları – ABŞ Azərbaycandan nə istəyirmiş…

Next Post

Millət vəkili Ziyafət Əsgərovun yeni vəzifəsinə etiraz etdi…

Bənzər yazılar

Efiopiyada PUA zərbəsi nəticəsində dörd nəfər ölüb

Efiopiyada PUA zərbəsi nəticəsində dörd nəfər ölüb

21 Oktyabr 2026 - 22:20

Efiopiyanın Tıqray ştatının cənubunda pilotsuz uçuş aparatının (PUA) zərbəsi nəticəsində ikisi uşaq da daxil olmaqla dörd nəfər ölüb, daha beş...

Türkiyə Qara dənizdə təhlükəsizlik üçün Rusiya və Ukrayna ilə təmasdadır

Türkiyə Qara dənizdə təhlükəsizlik üçün Rusiya və Ukrayna ilə təmasdadır

21 Oktyabr 2026 - 22:18

Türkiyə Qara dənizdə naviqasiya təhlükəsizliyini təmin etmək üçün Rusiya və Ukrayna ilə təmaslar həyata keçirir və Bolqarıstanın Müstəsna İqtisadi Zonasında...

“Mançester Yunayted” İngiltərə klubları arasında avrokuboklar tarixində antirekorda imza atıb

“Mançester Yunayted” İngiltərə klubları arasında avrokuboklar tarixində antirekorda imza atıb

21 Oktyabr 2026 - 22:11

"Mançester Yunayted" İngiltərə klubları arasında avrokuboklar tarixində antirekorda imza atıb. "Report" xəbər verir ki, bu barədə "Opta" statistik portalı məlumat...

BMT Ukrayna üzrə üçtərəfli danışıqlar planlarını dəstəkləyib

BMT Ukrayna üzrə üçtərəfli danışıqlar planlarını dəstəkləyib

21 Oktyabr 2026 - 22:05

BMT noyabr ayında Rusiya-Ukrayna münaqişəsinin nizamlanmasına dair Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqların keçirilməsi planlarını alqışlayır və sülh prosesinə...

Next Post

Millət vəkili Ziyafət Əsgərovun yeni vəzifəsinə etiraz etdi...

Millət vəkili Ziyafət Əsgərovun yeni vəzifəsinə etiraz etdi...

Son xəbərlər

Efiopiyada PUA zərbəsi nəticəsində dörd nəfər ölüb

Efiopiyada PUA zərbəsi nəticəsində dörd nəfər ölüb

21 Oktyabr 2026 - 22:20
Türkiyə Qara dənizdə təhlükəsizlik üçün Rusiya və Ukrayna ilə təmasdadır

Türkiyə Qara dənizdə təhlükəsizlik üçün Rusiya və Ukrayna ilə təmasdadır

21 Oktyabr 2026 - 22:18
“Mançester Yunayted” İngiltərə klubları arasında avrokuboklar tarixində antirekorda imza atıb

“Mançester Yunayted” İngiltərə klubları arasında avrokuboklar tarixində antirekorda imza atıb

21 Oktyabr 2026 - 22:11
BMT Ukrayna üzrə üçtərəfli danışıqlar planlarını dəstəkləyib

BMT Ukrayna üzrə üçtərəfli danışıqlar planlarını dəstəkləyib

21 Oktyabr 2026 - 22:05
Əraqçi: İran diplomatiyaya daha bir şans verməyə hazırdır

Əraqçi: İran diplomatiyaya daha bir şans verməyə hazırdır

21 Oktyabr 2026 - 21:57
Pezeşkian: Tramp İranın neft-qazını istəyir

Pezeşkian: Tramp İranın neft-qazını istəyir

21 Oktyabr 2026 - 20:00
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib

Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib

21 Oktyabr 2026 - 19:53
Tünzalə Ağayevadan 50 yaşında özünə möhtəşəm hədiyyə – “100 dəfə 1000 dəfə”

Tünzalə Ağayevadan 50 yaşında özünə möhtəşəm hədiyyə – “100 dəfə 1000 dəfə”

21 Oktyabr 2026 - 19:28
Leyla Əliyeva beynəlxalq tədbirdə uşaqlarda onkoloji xəstəliklərlə mübarizədə qlobal əməkdaşlığın əhəmiyyətinə diqqət çəkib

Leyla Əliyeva beynəlxalq tədbirdə uşaqlarda onkoloji xəstəliklərlə mübarizədə qlobal əməkdaşlığın əhəmiyyətinə diqqət çəkib

21 Oktyabr 2026 - 19:23
Azərbaycan nümayəndə heyəti Türkmənistanda keçirilən OGT 2026 sərgisində iştirak etdi

Azərbaycan nümayəndə heyəti Türkmənistanda keçirilən OGT 2026 sərgisində iştirak etdi

21 Oktyabr 2026 - 19:03
Konstitusiya Məhkəməsi Plenumunun iclasında prokurorluğun sorğusu əsasında qərar qəbul olundu

Konstitusiya Məhkəməsi Plenumunun iclasında prokurorluğun sorğusu əsasında qərar qəbul olundu

21 Oktyabr 2026 - 18:49
Sabah Bakının iki rayonunun bəzi ərazilərində qaz olmayacaq

Sabah Bakının iki rayonunun bəzi ərazilərində qaz olmayacaq

21 Oktyabr 2026 - 18:35
Polis Akademiyasında mütəxəssislərin iştirakı ilə dərslər keçirilir

Polis Akademiyasında mütəxəssislərin iştirakı ilə dərslər keçirilir

21 Oktyabr 2026 - 18:27
Çin Rusiya, ABŞ və Çin liderləri arasında görüş hazırlayır

Çin Rusiya, ABŞ və Çin liderləri arasında görüş hazırlayır

21 Oktyabr 2026 - 18:19
İki avtobus marşrutunun hərəkət sxemi dəyişdirildi

İki avtobus marşrutunun hərəkət sxemi dəyişdirildi

21 Oktyabr 2026 - 18:09
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.