"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home CƏMİYYƏT

“Bizim market”in rəhbəri ölkədən 100 milyon dollar çıxarıb – şok təfsilat

13 Fevral 2016 - 09:13
in CƏMİYYƏT
FacebookVatsap

Bunu da oxuyun

Bakıda Milli Qurtuluş Gününə həsr olunan konsert keçiriləcək

Mülki PUA-lara nəzarət olacaq, yoxlamalar aparılacaq

Geomaqnit qasırğası olacaq

“Bizim market”in rəhbəri ölkədən 100 milyon dollar çıxarıb – şok təfsilatTanınmış iş adamına müdhiş ittihamlar; Pullar Cahangir Hacıyev vasitəsilə Beynəlxalq Bank üzərindən Kanada və Türkiyəyə köçürülüb; Xanımbacı İsmayılova: “ Rasim Salmanov 11 milyon dollara Türkiyə “Zorlu” ticarət mərkəzində ev, Kanadada torpaq sahələri, “Ferrari” markalı maşın və digər əmlaklar alıb”; biznesmen vergidən yayınmaq üçün hansı üsulu seçib?

Beynəlxalq Bankın sabiq rəhbəri, hazırda həbsdə olan  Cahangir Hacıyevin daha bir maliyyə xəyanəti üzə çıxıb. Məlum olub ki, məhbəsdəki bankir manatın birinci  devalvasiyasından 2 gün əvvəl Beynəlxalq Bank üzərindən Kanada və Türkiyəyə 100 milyon dollardan artıq vəsaitin çıxarılmasına şərait yaradıb.
Maliyyə xəyanətinin şok təfsilatı haqda redaksiyamıza ilginc məlumatlar daxil olub. Vergidən yayındırılmaqla qazanılan böyük məbləğdə pul isə “Maşın bazarı”nın sahibi, “Bizim market” mağazalar şəbəkəsinin ortaqlarından olan Rasim Salmanova məxsus imiş. Gizli pul ötürmə əməliyyatının ilginc detallarını prezident İlham Əliyevə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə və digər səlahiyyət sahiblərinə ünvanladığı məktubda R.Salmanovun qaynanası Xanımbacı Qasım qızı İsmayılova qeyd edib.
Redaksiyamıza daxil olan məktubun surətində digər qanunsuzluqlar haqda da müfəssəl məlumat verilir.
 

“Adımdan istifadə edib nəvəmi tutdurdu”

Xanımbacı İsmayılovanın yazdıqlarından aydın olur ki,  kürəkəni Rasim Salmanov onun adından 17 dekabr 2015-ci il Bakı Şəhər Baş Polis İdarəsinə şikayət ərizəsi verib. Ərizə əsasında, X.İsmayılovanın nəvəsi Sahib Arif oğlu Quliyev barəsində dələduzluq maddəsi ilə cinayət işi başlanıb və sonuncu 1 fevral 2016-cı ildə tutulub. Xətai Rayon Məhkəməsinin qərarı ilə barəsində 3 ay müddətində həbs-qətimkan tədbiri seçilib. Hazırda 3 saylı İstintaq Təcridxanasında saxlanılır: “Rasim Salmanova verdiyim etibarnaməni ləğv etdirdim ki, adımdan hər hansı bir müraciət edə bilməsin. Həmin etibarnamənin ləğv edilməsi haqda sənədi də istintaqa təqdim etdim”.

Beynəlxalq Bankdakı araşdırmalar böyük cinayətləri üzə çıxarıb!!!

 
Xanımbacı İsmayılova “Bizim market”lər şəbəkəsinin rəsmi sahibidir. Yazır ki, biznesini bilavasitə kürəkəni Rasim Salmanov idarə edir. Kürəkəni ailəyə çatacaq milyonlarla pulu müxtəlif vasitələrlə Türkiyə Respublikasına, oradan da Kanadaya ötürüb.
Bu faktların üstü Beynəlxalq Bankdakı araşdırmalar zamanı açılıb. Bundan sonra Rasim Salmanov ailəni neytrallaşdırmaq qərarına gəlib: “Əvvəlcə məsələni zorakılıq və öz üsulları ilə həll etməyə çalışdı. Mənə və ailəmə hədə-qorxu gəldi. Bir gün də xəbər çıxdı ki, Rasim Salmanov bizim ailəni izlədirmiş”.

Nardaran hadisələri ailənin izləndiyini ortaya çıxardı!

Məktub müəllifi yazır ki, Nardaranda məlum hadisələr baş verəndən sonra DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi (BMCMİ) gücləndirilmiş iş rejiminə keçib. Həmin günlərdə BMCMİ əməkdaşları idarə ətrafında şübhəli şəxsləri müşahidə ediblər. Bu isə R.Salmanovun hüquq-mühafizə orqanlarının səlahiyyətlərini mənimsədiyini ortaya çıxarıb: “Nəvəm Sahib Quliyevin və ailəsinin yaşadığı evi BMCMİ-nin yanındadır. Rasim Salmanov nəvəmin evini güddürüb. Bu hadisə Nardaran hadisələri dövründə olduğuna görə idarənin ətrafında güclü nəzarət olub. Rasim Salmanovun adamları saatlarla Sahib Quliyevin mənzilini güdən zaman idarə əməkdaşları bu haldan şübhələnib. Həmin adamları tutaraq idarəyə aparıblar. Tutulanlar etiraf ediblər ki, Rasim Salmanov onlara Quliyevlər ailəsini güdmək və lazım olsa, tədbir görmək sifarişi verib. Adamlar onlara bunun müqabilində pul ödəndiyini də deyib. İdarədə araşdırma gedən zaman Rasim Salmanov Sahib Quliyevin evinə gəlib yalvarıb, səhv etdiyini boynuna alıb. Quliyevlər ailəsi bunu nəzərə alaraq BMCMİ-də ondan şikayətçi olmadılar və iş bağlandı”.
Xanımbacı İsmayılova yazır ki, R.Salmanov bundan sonra Sahib Quliyevin şərlənərək həbs olunmasına nail olub: “Guya 1989-cu il təvəllüdlü Sahib Quliyev dələduzluq yolu ilə onun milyonlarla pulunu mənimsəyib”.

Akif Çovdarovun üsullarından istifadə etməklə…

Xanımbacı İsmayılova bu halın MTN üsulundan, Akif Çovdarov üsulundan fərqlənmədiyini yazır: “Rasim Salmanovun havadarları sanki insanları faşist Almaniyasındakı kimi neytrallaşdırmaq, öz haqlarını müdafiə etməkdən çəkindirmək istəyirlər. Rasim Salmanovun ailə üzvləri, həyat yoldaşı dəbdəbəli həyat tərzi sürürlər. İlin 9 ayını xarici ölkələrdə Azərbaycanın dövlət büdcəsindən yayındırdıqları milyonlar hesabına lüks hotellərdə istirahət edirlər. Dövlət orqanları Rasim Salmanov və onun ailəsinə məxsus mənzillərdə axtarış aparsalar, dövlət büdcəmiz əsaslı bir hissəsi dolar”.

100 milyonlarla dolların hesabını Rasim Salmanovdan soran yoxdur

X.İsmayılova yazır ki, ölkədən qanunsuz olaraq çıxarılan 100 milyonlarla dolların hesabını R.Salmanovdan soran yoxdur: “Rasim Salmanov manatının birinci  devalvasiyasından iki gün əvvəl, 19.02.2015-ci il tarixdə və ondan sonrakı tarixlərdə külli miqdarda maliyyə vəsaitlərini Azərbaycandan çıxarmağa nail olub. Rasim Salmanov bütün bu maliyyə fırıldaqlarını Beynəlxalq Bankın rəhbəri, hazırda həbsdə olan Cahangir Hacıyevin köməkliyi ilə edib. Azərbaycanda qazanılan və ölkədən çıxarılan pullara Türkiyə və Kanadada  müxtəlif əmlaklar alıb. Rasim Salmanov 11 milyon dollara İstanbulda, ”Zorlu” Ticarət Mərkəzində ev, Kanadanın Vankuver şəhərində dəyəri 100 milyon dollarla ölçülən evlər, çayın qırağında torpaq sahələri,
“Ferrari” markalı maşın və sair əmlaklar alıb. Müxtəlif biznes sahələrinə investisiya qoyub. Qeyd etməliyəm ki, “Bizim marketlər” şəbəkəsi rəsmi olaraq mənim adıma olub. Rasim Salmanov mağazalardan gələn gəlirləri vergidən və dövlət büdcəsindən yayındırmaq, külli-miqdarda pulların izini rahatlıqla itirmək üçün əmlaklarını mənim və digər qohumlarının adına keçirib. Hətta “Bizim Marketlər” şəbəkəsinin bank hesabı nəvəm Sahib Quliyevin adına olub. İl ərzində 100 milyon manat pul həmin hesaba oturub. Rasim Salmanov bu yolla dövlət nəzarətindən kənarda qalmağa çalışıb və nəvəmdən özünü müdafiə məqsədi ilə istifadə edib. Sonra onu həbs etdirib”.

“DİN rəhbərliyi işi öz nəzarətlərinə götürsün”

X.İsmayılova yazır ki, Rasim Salmanov bu məsələyə qədər qardaşı Rahib Salmanovu da məhkəmələrə çəkib, hüquq-mühafizə orqanlarına barəsində iddialar verib:  “Qardaşına şər-böhtan ataraq külli-miqdarda əmlakları ələ keçirmək istəyir. İstəyirik ki, bu məsələləri daxili işlər naziri Ramil Usubov və Bakı Şəhər Baş Polis İdarəsinin rəisi Mirqafar Seyidov öz nəzarətlərinə götürsünlər. Çünki Rasim Salmanovun ailəmizə qarşı etdiyi qanunsuz hərəkətlər bir daha sübut edir ki,  bəzi hüquq-mühafizə orqanları əməkdaşları hələ də Eldar Mahmudovun metodları və Akif Çovdarovun ənənələrini davam etdirirlər”.

İş adamı qayınanasını kor etmək istəyir?

Xanımbacı İsmayılova yazır ki, gözündən  əməliyyat olunmalıdır. Amma R.Salmanov öz havadarlarının köməyi ilə onun ölkədən çıxışına qadağa qoydura bilib: “Müalicə üçün Türkiyəyə getməli olduğum halda Rasim Salmanovun sifarişi ilə müstəntiqi Vüqar İsmayılov barəmdə hərəkət məhdudiyyəti qoyub. Rasim Salmanov öz milyonlarından istifadə edib gözümün kor olmasına da nail olmağa çalışır”.
Yazıda adı çəkilən hər kəsi dinləməyə, mövqeyini dərc etməyə hazırıq.
Previous Post

“Bizim market”in rəhbəri ölkədən 100 milyon dollar çıxarıb – şok təfsilat

Next Post

`Qara qızıl`ın qiyməti qalxdı – 33 dollar

Bənzər yazılar

Bakıda Milli Qurtuluş Gününə həsr olunan konsert keçiriləcək

Bakıda Milli Qurtuluş Gününə həsr olunan konsert keçiriləcək

04 İyun 2026 - 11:30

Heydər Əliyev Fondu, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Dənizkənarı Milli Parkda 15 İyun –...

Mülki PUA-lara nəzarət olacaq, yoxlamalar aparılacaq

Mülki PUA-lara nəzarət olacaq, yoxlamalar aparılacaq

04 İyun 2026 - 11:24

Mülki PUA-lara nəzarət olacaq, yoxlamalar aparılacaq. Elchi.az xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün...

Geomaqnit qasırğası olacaq

Geomaqnit qasırğası olacaq

04 İyun 2026 - 10:58

İyunun 4-də Günəş aktivliyi yüksək olacaq. Geomaqnit qasırğası olacaq. Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından verilən xəbərə görə,...

İsrail Qəzzada əməliyyatların ikinci mərhələsinə başlayıb

Doktoranturaya xarici dil üzrə qəbul və fəlsəfə doktoru imtahanlarının tarixləri müəyyənləşib

04 İyun 2026 - 10:00

Doktoranturaya qəbul olmaq istəyən namizədlər və doktoranturada oxuyan iddiaçıların xarici dillər üzrə imtahana, həmçinin əcnəbilər üçün Azərbaycan dili imtahanına qeydiyyat...

Next Post

`Qara qızıl`ın qiyməti qalxdı - 33 dollar

`Qara qızıl`ın qiyməti qalxdı - 33 dollar

Son xəbərlər

Ali Məhkəmə müsabiqə elan edir

Ali Məhkəmə: Qanunsuz məqsədlə verilən pul geri qaytarılmır

04 İyun 2026 - 12:27
Nazir müavini: Ət qiymətləri istehsalın artması və maya dəyərinin azalması hesabına sabitləşə bilər

Nazir müavini: Ət qiymətləri istehsalın artması və maya dəyərinin azalması hesabına sabitləşə bilər

04 İyun 2026 - 12:14
ADSEA: Xankəndidə sakinlər fasiləsiz içməli su ilə təmin olunur

ADSEA: Xankəndidə sakinlər fasiləsiz içməli su ilə təmin olunur

04 İyun 2026 - 12:06
Nazir müavini: Fermerlər üçün modul elektron rəqəmsal platforma istifadəyə veriləcək

Nazir müavini: Fermerlər üçün modul elektron rəqəmsal platforma istifadəyə veriləcək

04 İyun 2026 - 11:57
Xankəndidə yağış sularının yığılması üçün kollektor tikiləcək

Xankəndidə yağış sularının yığılması üçün kollektor tikiləcək

04 İyun 2026 - 11:50
Bir ayda sərhəddə 5.6 milyon manatlıq qaçaqmal tutulub

Bir ayda sərhəddə 5.6 milyon manatlıq qaçaqmal tutulub

04 İyun 2026 - 11:42
Bakıda Milli Qurtuluş Gününə həsr olunan konsert keçiriləcək

Bakıda Milli Qurtuluş Gününə həsr olunan konsert keçiriləcək

04 İyun 2026 - 11:30
Tramp etiraf edir: Netanyahunun iddiaları bu sözlərlə təsdiqləndi

Tramp etiraf edir: Netanyahunun iddiaları bu sözlərlə təsdiqləndi

04 İyun 2026 - 11:27
Mülki PUA-lara nəzarət olacaq, yoxlamalar aparılacaq

Mülki PUA-lara nəzarət olacaq, yoxlamalar aparılacaq

04 İyun 2026 - 11:24
ÜST ölümcül Ebola virusu barədə xəbərdarlıq edir!

ÜST ölümcül Ebola virusu barədə xəbərdarlıq edir!

04 İyun 2026 - 11:15
Tramp: İranla razılaşma bu həftəsonu əldə edilə bilər

Tramp: İranla razılaşma bu həftəsonu əldə edilə bilər

04 İyun 2026 - 11:04
Geomaqnit qasırğası olacaq

Geomaqnit qasırğası olacaq

04 İyun 2026 - 10:58
ABŞ: İsrail və Livan atəşkəs barədə razılığa gəldilər

ABŞ: İsrail və Livan atəşkəs barədə razılığa gəldilər

04 İyun 2026 - 10:51
NASA, MAVEN kosmik gəmisinin Mars missiyası başa çatdı

NASA, MAVEN kosmik gəmisinin Mars missiyası başa çatdı

04 İyun 2026 - 10:43
İran müharibəsi Yaponiyada plastik torba böhranına səbəb oldu

İran müharibəsi Yaponiyada plastik torba böhranına səbəb oldu

04 İyun 2026 - 10:36
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  
« May    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.