"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home aktual-banner

“Qarabağda ölüm-dirim müharibəsi başlaya bilər” – “Foreign Affairs”

11 Fevral 2016 - 09:55
in aktual-banner, Banner, MANŞET, XƏBƏR LENTİ
FacebookVatsap

“Qarabağda ölüm-dirim müharibəsi başlaya bilər” - “Foreign Affairs”Böyük güclər savaş hazırlıqları içində – Azərbaycana təhlükə var; Ərdoğanın Bakı səfəri öncəsi Rusiyanın Xəzər və Qara dənizlərində “əzələ” nümayişinə başlamasının səbəbi – Azərbaycana da mesaj? NATO isə Rusiya ilə sərhədə qoşun yığır; rusiyalı hərbi ekspert: “Moskva müharibə hazırlıqlarına start verib…”

Bunu da oxuyun

SEPAH Küveyt aeroportunun ABŞ-nin “Patriot” HHM sistemi tərəfindən vurulduğunu iddia edir

Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub

ABŞ və Çin 30 milyard dollar dəyərində mallara rüsumları qarşılıqlı ləğv edə bilər

Rusiya iqtisadi-maliyyə sanksiyalarının məngənəsində sıxılsa da, belə görünür, bölgədə hərbi mövcudluğunu gücləndirməkdə israrlıdır. Bu proses Türkiyənin “Su-24″ təyyarəsini vurmasından sonra indi daha qabarıq şəkildə müşahidə edilməkdədir. Hər halda, Moskva bu il üçün planlaşdırdığı rekord sayda hərbi təlimlərə artıq start verib.
 
Belə ki, iki gündür ki, Rusiya Hərbi Dəniz Qüvvələri Xəzər və Qara dənizlərdə təlimlərə başlayıb. Rusiya Müdafiə Nazirliyinin yaydığı xəbərə görə, hərbi gəmilər Cənub Hərbi Dairəsinin (CHD) qoşunlarının döyüş hazırlığının yoxlanılması çərçivəsində iki dənizdə minalar və şərti rəqibin sualtı qayıqlarının axtarışını həyata keçirir. 
Rusiya prezidenti Vladimir Putin CHD-nin qoşunlarına, o cümlədən Xəzər və Qara dənizlərdəki donanmaların qüvvələrinə bir nömrəli döyüş hazırlığı əmri verib. Onun sərəncamı əsasında Qara dəniz sahillərinə 40 hərbi təyyarə (qırıcı) və döyüş helikopteri göndərilib. Müdafiə Nazirliyi hərbi təyyarə və vertolyotların Qara dəniz sahillərində min kilometrlik təlim uçuşu həyata keçirdiklərini bildirilib. Həmin nahiyəyə göndərilən hərbi vasitələr arasında taktiki bombardman, hücum və hərbi nəqliyyat təyyarələri, həmçinin, hücum helikopterləri yer alıb.
***
Göründüyü kimi, təlimlər Türkiyənin “burnunun ucunda”, həmçinin qardaş ölkənin və Qərbin həyati maraqlarının olduğu başqa strateji bölgədə – karbohidrogen ehtiyatları ilə zəngin Xəzər hövzəsində keçirilir. Bu isə həm də neft-qaz ölkələri olaraq, özlərinin energetik resurslarını Gürcüstan və Türkiyə vasitəsilə Qərb bazarlarına çıxaran və çıxarmaqda israrlı olan Azərbaycan və Türkmənistana birbaşa təhdiddir. Eyni zamanda TANAP, digər kəmərlər və nəqliyyat arteriyaları hesabına Rusiyadan energetik, kommunikasiya asılılığını minimuma endirməyə çalışan Ankaraya və Tiflisə qarşı açıq şantajdır.
Bu xüsusda Rusiya hərbi təlimlərinin prezident Rəcəb Tayyib Ərdoğanın Bakı səfəri ərəfəsində başlamasını təsadüfün ayağına yazmaq çətindir. Kremlin belə hərbi demarşlarına isə qardaş ölkə və onun təmsil olunduğu NATO alyansının cavab reaksiyası yəqin ki, özünü çox gözlətməyəcək.
***
Moskvanın Ankara və Qərblə gərgin münasibətlərinin mümkün inkişaf dinamikası isə hərbi-siyasi ekspertlər və “beyin mərkəzləri”, o sırada Qərb nəşrləri tərəfindən ciddi şəkildə analiz edilməkdədir – ələlxüsus da Türkiyə-Rusiya gərginliyi fonunda narahatedici proqnoz və xəbərdarlıqların sayı artmaqdadır.
 
Məsələn, nüfuzlu “Foreign Affairs” nəşri hesab edir ki, “Türkiyə Rusiyanı Qafqazdan çıxarmaq üçün müharibəyə hazırlaşır”. Belə bir sensasiyalı iddia ilə çıxış edən məqalə müəlliflərinə görə, Türkiyə, sadəcə, Birləşmiş Ştatlardan bundan ötrü zəmanət gözləyir. Sitat: “Hər şeydən əvvəl bu həmlə boğazlarda və Dağlıq Qarabağ münaqişəsində təşəbbüsü ələ almaq məqsədi daşıyır. Bundan ötrü Qarabağda ölüm-dirim müharibəsi başlaya bilər – hansı ki, artıq belə bir vəziyyət yetişib”.
“Foreign Affairs” ardınca iddia edib ki, Ərdoğan Türkiyə-Gürcüstan-Azərbaycan hərbi ittifaqını gücləndirəcək: “Bu ittifaq Rusiyanın tamamən Güney Qafqazdan sıxışdırılıb çıxarılmasına, dolayısı ilə NATO-nun bölgəni öz təsir dairəsinə almasına gətirə bilər. Azərbaycan Dağlıq Qarabağ və ətraf rayonların qaytarılması qarşılığında buna hazırdır. Xüsusilə prosesdə Türkiyə varsa, Bakı ”yox” deməyəcək. Ermənistan əraziləri qaytarmaq istəməsə də o, iqtisadi yardım qarşılığında buna məcbur olacaq”.
Nəşr Ərdoğanın fevralın 18-nə planlaşdırılan Bakı səfərində bu və digər mühüm məsələlərin müzakirə ediləcəyini də təxmin edib. Qeyd edək ki, qarşıdakı səfər çərçivəsində Gürcüstan və Türkiyədən keçəcək TANAP qaz layihəsinin inşasının sürətləndirilməsi və iki ölkənin, ümumən bölgənin Rusiyadan qaz asılılığını minimuma endirməklə bağlı müzakirələr də gözlənilir. Şübhəsiz ki, Türkiyə-Rusiya gərginliyi fonunda regional təhlükəsizliyin Azərbaycanın da maraqlarına toxunan başqa ciddi aspektləri də diqqətə alınacaq.
***
Maraqlıdır ki, Rusiya NATO ölkələrinə həmsərhəd ərazilərdə geniş miqyaslı hərbi təlimlərə keçirirkən Şimali Atlantika bloku da Rusiya ilə sərhəddə yerləşən Şərqi Avropa ölkələrinə 500-1000 nəfərlik hərbi batalyonlar göndərməyə başlayıb. Britaniya KİV-ləri həmin qüvvələrin Latviya, Litva, Estoniya, Polşa, Bolqarıstan və Rumıniyaya yerləşdiriləcəyini yazır. Məqsəd Rusiyanın “Ukrayna stilində yeni münaqişə ocağı yaratmaq istədiyi halda alyansın ona cavab verəcəyini” sərgiləməkdir.
Məlumata görə, Rusiya ilə sərhədboyu yerləşdiriləcək qüvvələrdə amerikalı, alman və ingilis əsgərləri xidmət edəcək. Britaniyalı analitiklərə görə, Rusiyanın Şərqi və Mərkəzi Avropa ölkələrinə qarşı yeni hibrid müharibəsi aparmasına qarşı atılan bu addım Brüssel və Moskva arasında münasibətləri gərginləşdirə bilər.
***
Bu arada isə tanınmış rusiyalı hərbi ekspert Pavel Felqenqauer Ukraynanın “Novoye vremya” nəşrinə müsahibəsində mövzumuza dəxli olan və sensasion sayıla biləcək fikirlər söyləyib. Onun hesablamalarına görə, Rusiyanın hərbi dəstək verdiyi Bəşər Əsəd qüvvələrinin strateji əhəmiyyətli Hələb şəhərini ələ keçirmək planı Moskva və Ankara arasında hərbi toqquşmaya gətirə bilər və əslində Xəzər və Qara dənizlərindəki son təlimlər də bununla – ön hazırlıqlarla bağlıdır.
Politoloq deyir: “Lakin Əsədin peşəkar piyada hərbi qüvvələri az olduğundan bu, üzücü və qanlı bir mühasirə olacaq. Total humanitar fəlakətə imkan verməmək üçünsə Hələbə xarici qüvvələr cəlb ediləcək. Ehtimal böyükdür ki, Qərb qüvvələri, yaxud türklər Hələbdəki müxalifət qüvvələrinin mühasirəsinin yarmaq və ya ora humanitar dəhliz açmaq istəyəcək. Bu isə öz növbəsində daha ciddi konfliktin, o cümlədən ümumavropa müharibəsinin alovlanmasına gətirə bilər”.
Ekspertə görə, artıq buna hazırlıqlar başlayıb: “Dünəndən (srağagündən – red.) Rusiya Türkiyə ilə böyük müharibə üçün öz qüvvə və vasitələrini yerləşdirməyə başlayıb. Qara və Xəzər dənizlərində hərbi təlimlər keçirilir, Putinin göstərişi əsasında Cənub Hərbi Dairəsi qüvvələri qəfil yoxlanış çərçivəsində yüksək döyüş hazırlığı vəziyyətinə gətirilir. Rusiya hərbçiləri Suriyanın şimalında, sonra isə ola bilsin həm də cənubunda qələbələr gözləyir – hansı qələbələr ki, Əsəd qüvvələrinin Türkiyə sərhədinə çıxışını təmin edəcək. Buna isə Türkiyə necə reaksiya verəcək – heç kim bilmir. Elə bundan çıxış edərək də Rusiya türklərlə genişmiqyaslı hərbi qarşıdurmaya hazır olmaq üçün öz qüvvələrini səfərbər eləməkdədir. Qarşıdurma ehtimalı isə çox yüksəkdir…”
Previous Post

“Qarabağda ölüm-dirim müharibəsi başlaya bilər” – “Foreign Affairs”

Next Post

Problemli kreditlərin məbləği gizlədilir?

Bənzər yazılar

SEPAH Küveyt aeroportunun ABŞ-nin “Patriot” HHM sistemi tərəfindən vurulduğunu iddia edir

SEPAH Küveyt aeroportunun ABŞ-nin “Patriot” HHM sistemi tərəfindən vurulduğunu iddia edir

03 İyun 2026 - 23:18

İran Küveyt Beynəlxalq Hava Limanına zərbə endirməsi ilə bağlı iddiaları təkzib edib və bildirib ki, zədələr ABŞ-nin "Patriot" hava hücumundan...

Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub

Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub

03 İyun 2026 - 23:11

Slovakiyada keçirilən minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub. Elchi.az  xəbər verir ki, ilk yarımfinal oyununda Ukrayna millisi Macarıstanı...

ABŞ və Çin 30 milyard dollar dəyərində mallara rüsumları qarşılıqlı ləğv edə bilər

ABŞ və Çin 30 milyard dollar dəyərində mallara rüsumları qarşılıqlı ləğv edə bilər

03 İyun 2026 - 23:00

ABŞ və Çin 30 milyard dollar dəyərində mallara rüsumların qarşılıqlı ləğvi imkanını nəzərdən keçirir. Elchi.az  xəbər verir ki, bu barədə...

Qırğızıstan ilk dəfə BMT Təhlükəsizlik Şurasının üzvü seçilib

Qırğızıstan ilk dəfə BMT Təhlükəsizlik Şurasının üzvü seçilib

03 İyun 2026 - 21:40

Qırğızıstan tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib. Elchi.az Rusiya mediasına istinadən xəbər verir ki, Baş Assambleya ölkənin...

Next Post

Problemli kreditlərin məbləği gizlədilir?

Problemli kreditlərin məbləği gizlədilir?

Son xəbərlər

SEPAH Küveyt aeroportunun ABŞ-nin “Patriot” HHM sistemi tərəfindən vurulduğunu iddia edir

SEPAH Küveyt aeroportunun ABŞ-nin “Patriot” HHM sistemi tərəfindən vurulduğunu iddia edir

03 İyun 2026 - 23:18
Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub

Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub

03 İyun 2026 - 23:11
ABŞ və Çin 30 milyard dollar dəyərində mallara rüsumları qarşılıqlı ləğv edə bilər

ABŞ və Çin 30 milyard dollar dəyərində mallara rüsumları qarşılıqlı ləğv edə bilər

03 İyun 2026 - 23:00
Qırğızıstan ilk dəfə BMT Təhlükəsizlik Şurasının üzvü seçilib

Qırğızıstan ilk dəfə BMT Təhlükəsizlik Şurasının üzvü seçilib

03 İyun 2026 - 21:40
Narkotikin təsiri altında olan sürücü həbs edilib

Narkotikin təsiri altında olan sürücü həbs edilib

03 İyun 2026 - 21:38
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi vəfat edib

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi vəfat edib

03 İyun 2026 - 21:37
Pezeşkian: Dünya bazarında səmərəli iştirakı gücləndirmək lazımdır

Pezeşkian: Dünya bazarında səmərəli iştirakı gücləndirmək lazımdır

03 İyun 2026 - 21:36
Rubio: TRIPP Azərbaycan və Ermənistan üçün əhəmiyyətli imkanlar yaradacaq

Rubio: TRIPP Azərbaycan və Ermənistan üçün əhəmiyyətli imkanlar yaradacaq

03 İyun 2026 - 21:34
Azərbaycandakı internet trafikində botların payı kəskin azalıb

Azərbaycandakı internet trafikində botların payı kəskin azalıb

03 İyun 2026 - 20:18
Zelenski Ankarada NATO sammitində iştirak edəcək

Zelenski Ankarada NATO sammitində iştirak edəcək

03 İyun 2026 - 20:15
“Apple” bir ayda Azərbaycanın mobil cihaz bazarındakı payının təqribən 19 %-ni itirib

“Apple” bir ayda Azərbaycanın mobil cihaz bazarındakı payının təqribən 19 %-ni itirib

03 İyun 2026 - 20:12
Azərbaycan səfiri etimadnaməsinin surətini Bəhreynin XİN rəhbərinə təqdim edib

Azərbaycan səfiri etimadnaməsinin surətini Bəhreynin XİN rəhbərinə təqdim edib

03 İyun 2026 - 20:08
MDB Dövlət Xəbər Agentlikləri Rəhbərləri Şurasının növbəti iclası keçirilib

MDB Dövlət Xəbər Agentlikləri Rəhbərləri Şurasının növbəti iclası keçirilib

03 İyun 2026 - 20:07
Əməyin mühafizəsi sahəsində beynəlxalq təcrübə müzakirə olundu

Əməyin mühafizəsi sahəsində beynəlxalq təcrübə müzakirə olundu

03 İyun 2026 - 19:28
İmişlidə güclü yanğın: iki rayondan dəstək gəldi

İmişlidə güclü yanğın: iki rayondan dəstək gəldi

03 İyun 2026 - 19:18
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  
« May    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.