"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Qarabağa dair Minsk konfransının çağırılması məsələsi ciddiləşir

04 Fevral 2016 - 14:07
in XƏBƏR LENTİ
FacebookVatsap
Qarabağa dair Minsk konfransının çağırılması məsələsi ciddiləşir

Azərbaycan tərəfi Avropada söz sahibi olan Almaniyanın ATƏT sədri kimi nüfuzundan istifadə etmək əzmindədir; Azay Quliyev: “ATƏT PA-nın toplantısında həmsədrləri çox ciddi və sərt şəkildə tənqid edəcəyik…”

Bunu da oxuyun

Samuxda bir nəfər kanalda batıb

AZAL Atırauya ilk reysini həyata keçirib – FOTO

Azərbaycanda 6 tondan çox narkotik müsadirə edildi

Ötən saylarımızın birində Dağlıq Qarabağa dair Minsk konfransının çağırılmasının zamanı çatdığını qeyd eləmişdik. Bunu da ilk növbədə onunla əsaslandırmışdıq ki, ATƏT-in Minsk Qrupu 22 illik zaman kəsiyində öz vasitəçilik missiyasının öhdəsindən faktiki gələ bilməyib, BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağa dair məlum qətnamələrinin yerinə yetirilməsinə nail olmayıb və üstəlik, bu müddətə işğalçı Ermənistanın mövqeyinə yuvarlanıb – hansı mövqe ki, Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) son qış sessiyası ərəfəsində özünü qabarıq şəkildə büruzə verib.
Artıq sessiya arxada qalıb. Qarşıdan isə ATƏT Parlament Assambleyasının (PA) Vyana toplantısı gəlir. Xəbər verildiyi kimi, toplantıya Azərbaycan və Ermənistan nümayəndə heyəti də qatılacaq. Təbii ki, Dağlıq Qarabağ və işğal olunmuş ərazilər mövzusu bu tədbirdə də diqqət mərkəzinə gətiriləcək. Eyni zamanda şübhə etmirik ki, Azərbaycan nümayəndə heyəti tədbir iştirakçılarının nəzər-diqqətini həmçinin Minsk Qrupunun dişsiz fəaliyyətinə yönəltməyə çalışacaqlar. Hər halda, AŞ PA sessiyasından sonra bu, azərbaycanlı deputatlar üçün yaxşı bir fürsət olacaq.
 
Bu xüsusda birinci sual da budur ki, görəsən, AŞ PA-dakı nümayəndə heyətimizin qurumun yanvar sessiyasında üzləşdiyi təxribatla ATƏT PA-dakı nümayəndə heyətimizin də üzləşmə ehtimalı varmı? 
ATƏT PA-dakı nümayəndə heyətimizin üzvü Azay Quliyev bu suala cavab olaraq bildirib ki, ermənilərdən hər zaman hər cür təxribat gözləmək lazımdır (Moderator.az):  “Amma biz hər zaman ermənilərin ATƏT-də təxribat xarakterli fəaliyyətinin şahidi olmuşuq və hər dəfə də onların təxribatlarının qarşısı alınıb. Bilirsiniz ki, keçən il ATƏT PA-da çox önəmli bir qətnamə qəbul olundu. Ermənistan çox ciddi-cəhdlə həmin qətnamənin qəbulunun qarşısını almağa çalışdı. Hələ ki bu il üçün bizim müzakirəyə çıxarılacaq hansısa sənədimiz yoxdur, hesab edirik ki, 3 il dalbadal qətnamə qəbul elədik və orada Azərbaycanın maraqlarını tam şəkildə müdafiə etdik. Müəyyən fasilədən sonra ola bilsin biz növbəti illərdə təkrar hər hansı bir təşəbbüslə çıxış edək”.
“Belə çıxır, bu dəfə ermənilər tərəfindən hər hansı təhlükə gözlənilmir” sualına cavabda deputat deyib ki, əsas hədəfləri bu il ATƏT-ə sədrlik edən Almaniyadan Qarabağ münaqişənin həllində qəti mövqe sərgiləməsinə, həmsədrlərin fəaliyyətsizliyinə qiymət verilməsinə nail olmaqdır: “Ermənilərdən hər zaman təxribat xarakterli addımlara hazır olmalıyıq və onlardan hər cür provokativ cəhdlər gözləmək olar. Amma dediyim kimi, bu il ATƏT PA-da hər hansı bu tip təşəbbüslər gözlənilmir və olsa da onun qarşısını alacağıq. İkinci tərəfdən, biz ATƏT PA-da Minsk Qrupu həmsədrlərini çox ciddi şəkildə tənqid etməyi düşünürük və cənab prezidentin açıq şəkildə dediyi kimi, Minsk konfransının çağırılması məsələsini qaldıracağıq. Hazırda ATƏT-in sədri olan Almaniyanın xarici işlər naziri Valter Ştanmayerin sessiyada iştirakı gözlənilir və biz mütləq çıxışlarımızda bu məsələni onun diqqətinə çatdıracağıq. Hesab edirəm artıq vaxtıdır ki, Avropada söz sahibi olan Almaniya nəhayət ki, Minsk Qrupunun həm özünə, həm də həmsədrlərin fəaliyyətinə açıq və qəti fikrini bildirsin. Əgər Minsk Qrupu həqiqətən də ancaq status-kvonu saxlamaqla və ermənilərin maraqlarını açıq şəkildə müdafiə etməklə, lobbiçiliklə məşğuldursa, o zaman bu qurum heç bir halda bu münaqişənin həllində vasitəçi ola bilməz. Bu məsələdə bizim fikrimiz sərt olacaq və Almaniyadan qəti mövqe bildirilməsi istəniləcək”.
Previous Post

Qarabağa dair Minsk konfransının çağırılması məsələsi ciddiləşir

Next Post

Rusiya-Türkiyə “iqtisadi müharibə”si başlayır – Qubad İbadoğlunun şərhi

Bənzər yazılar

Samuxda bir nəfər kanalda batıb

Samuxda bir nəfər kanalda batıb

17 Avqust 2026 - 17:56

Samuxda bir nəfər kanalda batıb. Elchi.az-ın xəbərinə görə, hadisə rayonun Qarabağlar kəndində qeydə alınıb. Belə ki, bir nəfər kənd ərazisindən...

AZAL Atırauya ilk reysini həyata keçirib – FOTO

AZAL Atırauya ilk reysini həyata keçirib – FOTO

17 Avqust 2026 - 15:52

Azərbaycan Hava Yolları Atırauya ilk reysini həyata keçirib. AZAL-dan Elchi.az-a verilən məlumata görə, AZCON Holding şirkətlərindən olan Azərbaycan Hava Yolları...

Azərbaycanda 6 tondan çox narkotik müsadirə edildi

Azərbaycanda 6 tondan çox narkotik müsadirə edildi

17 Avqust 2026 - 15:48

Bu ilin 7 ayında qanunsuz dövriyyədən ümumilikdə müsadirə olunmuş 6 ton 223 kq 519,057 qram narkotik vasitə dövriyyədən çıxarılıb. Elchi.az...

Azərbaycanla bağlı sevindirici göstərici – Dünyada 15-ciyik!

Azərbaycanla bağlı sevindirici göstərici – Dünyada 15-ciyik!

17 Avqust 2026 - 14:53

Azərbaycan əmək qabiliyyətli əhalinin ümumi əhali içərisində payına görə dünyada 15-ci yerdə qərarlaşıb. Elchi.az xəbər verir ki, 2025-ci il üzrə...

Next Post

Rusiya-Türkiyə "iqtisadi müharibə"si başlayır - Qubad İbadoğlunun şərhi

Rusiya-Türkiyə "iqtisadi müharibə"si başlayır - Qubad İbadoğlunun şərhi

Son xəbərlər

Almaniyadan Lavrovun Ukraynaya dəstək barədə şərhlərinə cavab

Almaniyadan Lavrovun Ukraynaya dəstək barədə şərhlərinə cavab

17 Avqust 2026 - 18:05
Xocəsəndə qəza səbəbindən dayanan suyun verilişi bərpa edilib

Xocəsəndə qəza səbəbindən dayanan suyun verilişi bərpa edilib

17 Avqust 2026 - 17:59
Samuxda bir nəfər kanalda batıb

Samuxda bir nəfər kanalda batıb

17 Avqust 2026 - 17:56
Azərbaycan nefti cüzi bahalaşdı

Azərbaycanın neft-qaz sektoruna investisiyaların həcmi 30%-dən çox artıb

17 Avqust 2026 - 17:53
Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlər azalıb

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlər azalıb

17 Avqust 2026 - 17:49
DİM bu imtahanın nəticələrini elan etdi

700-ə yaxın şəxs ali məktəblərə imtahansız qəbul olmaq hüququ qazanıb

17 Avqust 2026 - 17:47
Trampdan daha bir ölkəyə təhdid! “Bombalayaram”

Trampdan daha bir ölkəyə təhdid! “Bombalayaram”

17 Avqust 2026 - 17:39
Əlilliyi olan 415 şəxsə on mindən çox reabilitasiya vasitəsi təqdim edilib

Əlilliyi olan 415 şəxsə on mindən çox reabilitasiya vasitəsi təqdim edilib

17 Avqust 2026 - 17:25
1700 hektar ərazi külə çevrilmişdi: Fransada yanğın nəzarət altına alınıb

1700 hektar ərazi külə çevrilmişdi: Fransada yanğın nəzarət altına alınıb

17 Avqust 2026 - 17:24
Şagirdlərin elektron yerdəyişməsi başlayır

Şagirdlərin elektron yerdəyişməsi başlayır

17 Avqust 2026 - 17:21
Xəzərlə bağlı İrandakı təşəbbüsə deputatdan sərt reaksiya: “Daha ciddi işlərlə məşğul olsalar…”

Xəzərlə bağlı İrandakı təşəbbüsə deputatdan sərt reaksiya: “Daha ciddi işlərlə məşğul olsalar…”

17 Avqust 2026 - 17:16
Azərbaycanda külək elektrik stansiyaları istehsalı 20 dəfədən çox artırıb – CƏDVƏL

Azərbaycanda külək elektrik stansiyaları istehsalı 20 dəfədən çox artırıb – CƏDVƏL

17 Avqust 2026 - 17:11
“Qarabağ”da ciddi itki: Elvin Cəfərquliyev 2 həftə komandadan kənarda qalacaq

“Qarabağ”da ciddi itki: Elvin Cəfərquliyev 2 həftə komandadan kənarda qalacaq

17 Avqust 2026 - 16:43
ABŞ esminesi Cənubi Çin dənizində dörd gün elektriksiz qalıb

ABŞ esminesi Cənubi Çin dənizində dörd gün elektriksiz qalıb

17 Avqust 2026 - 16:42
Ronaldo karyerasını bitirdikdən sonrakı planlarını açıqladı

Ronaldo karyerasını bitirdikdən sonrakı planlarını açıqladı

17 Avqust 2026 - 16:41
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.