"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Hacı İbrahim Nehrəmli: “Mənim prezidentə çıxışıma mane olurlar”

03 Fevral 2016 - 10:30
in XƏBƏR LENTİ
FacebookVatsap

Hacı İbrahim Nehrəmli: “Mənim prezidentə çıxışıma mane olurlar”

Bunu da oxuyun

FHN əməkdaşlarının sağlamlığı daim diqqətdə saxlanılır – FOTO/VİDEO

Netanyahu İsrail iqtisadiyyatını beynəlxalq sanksiyalara qarşı hazırlamağa çağırıb

Gəncədə beşaylıq körpə ölüb

“Məmur niyə bank, zavod, restoran açmalıdır?!”

“Xəzər Adaları” layihəsinin müəllifi, “Avesta” Konsernin rəhbəri Hacı İbrahim Nehrəmlinin “Yeni Müsavat”a verdiyi müsahibəsini təqdim edirik. 

– İbrahim bəy, prezident İlham Əliyev son bir ayda Nazirlər Kabinetinin üzvləri ilə iki müşavirə keçirib. Son müşavirədə iş adamları da iştirak edirdi. Eyni zamanda dövlət başçısı müvafiq sərəncamlar, fərmanlar imzalayıb. Bütün bunları bir iş adamı kimi necə qiymətləndirirsiniz?

– Ölkədəki mövcud iqtisadi böhran neftin dünya bazarında qiymətinin ucuzlaşması ilə əlaqədardır. Biz də iş adamı olaraq anlayırıq ki, hazırkı mürəkkəb vəziyyət bütün neft ölkələrində yaşanmaqdadır. Bu baxımdan dözümlü olmalıyıq. Cənab prezidentə təşəkkür edirəm ki, son zaman çox qəti addımlar atır. İstər sahibkarlara qarşı mövcud nöqsanların aradan qaldırılması, iş mühitinin yaxşılaşdırılması, istərsə də monopoliyanın yığışdırılması istiqamətində cənab prezident doğrudan da çox ciddi  tapşırıqlar verir.  İndi iş qalır bunu yerinə yetirən məmurlara. Bütün iş adamlarını cənab prezidentin ətrafında birləşməyə çağırıram.

– İş adamlarının vəziyyətinin pisləşməsi, sizcə, hansı səbəbdən baş verir?

– Bizim ölkədə məmur məmur kimi yaşamır. Bizə  “oliqarx” deyirlər. İndi gəlin görək, əslində “oliqarxlar” kimlərdir. “Oliqarx” dövlət vəzifəsində oturub, rüşvət alanlardır əslində. Pul yığıb özlərinə banklar, restoranlar, zavodlar açırlar. Onların yanında iş adamı kimdir axı? İş adamı heç bəzi məmurlara yaxınlaşa da bilmir. Bunlar sanki iş adamı görəndə murdar bir məxluq görürlər.

“Bütün iş adamlarını cənab prezidentin ətrafında birləşməyə çağırıram”

– Bu kimi şikayətləri vaxtaşırı deputatlardan da eşidirik. Onlar da məmurların saymazlığından şikayətçidirlər. Sizcə, bunun qarşısı nə üçün alınmır?

– Məmurlar çox varlanıblar. Hamısı özlərini ayrıca bir dövlət kimi hiss edir. Məmur kimdir ki, bankı olsun, zavod açsın, fabrik qursun?! Hər kəs bilir ki, bu bank dövlət büdcəsindən oğurlanan pulların hesabına açılıb. Hesab edirəm ki, Nazirlər Kabineti bu məsələlərin üzərində işləməlidir. Hər şeyi cənab prezidentin üstünə yıxmaq olmaz. O, həm xarici səfərlər etsin, həm də daxildəki bu kimi məsələlərlə məşğul olsun?! Bütün bunlar bir yerə sığmır.

– Məmurları tənqid edirsiniz, ancaq sizin qardaşınız Nazim İbrahimov da nazir statusunda olan bir məmurdur. Onun fəaliyyəti barədə nə düşünürsüz?

– Doğrudur, qardaşım da məmurdur. Ancaq o, pulsuz məmurdur. Onun pulu haradandır? Nazim İbrahimov əsl məmurdur, sadə həyat sürür. Onun kimi yaxşı məmurlarımız da var. Misal üçün, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslimov, fövqəladə hallar naziri Kəmaləddin Heydərov, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov və s. İş adamı kimi onlara nə zaman müraciət edərsək, dərhal qəbul edirlər.

– Ölkə başçısı göstəriş verir, fərman imzalayır, ancaq  ya icra olunmur, ya da çox ləng icra edilir. Bu məsələ ilə bağlı sizin təklifiniz nədir?

– Birincisi, hərə özünə bir komanda yığmamalıdır. Hər  bir iş adamına eyni gözlə baxılmalıdır. İş adamının biznesinə, gücünə uyğun ona iş verilməlidir. Misal üçün, mənim “Xəzər Adaları”nda 5 min işçim var. Bir məmur istəmədi ki, bu layihəni başa çatdırım. 2 milyard pul xərcləmişik, ancaq heç bir məmur gəlib baxmır ki, görsün burada vəziyyət necədir.

– Nə üçün gəlmədilər?

“Qardaşım Nazim İbrahimov əsl məmurdur, pulu yoxdu, sadə həyat yaşayır”

– Deyirlər ki, cənab prezident gəlməyibsə, biz nə üçün gələk. Qardaş, sən bir gəl bax, ağlın kəsirsə, get cənab prezidentə məruzə et. Xoşuna gəlməsə, razıyam, məruzə etmə. Deyirlər ki, cənab prezident, bu layihə boş şeydir. Buradan heç nə olan deyil. Bütün dünya bu şəhərdən danışdı, bizim ölkədə isə hər kəs dedi ki, buradan şəhər olmaz. Xarici işlər naziri israillilərə demişdi ki, bu layihə xülyadır. Yüksək rütbəli məmur belə dedikdən sonra mən nə edə bilərəm ki?! Dəstək olmaq əvəzinə görün barəmdə hansı mənfi rəy yaradırlar…

 

– Bəs siz prezidenti şəhərə baxmağa dəvət etmisinizmi?

– Böyük  hazırlıq işləri görmüşəm. Orada Heydər Əliyevin 13 metr hündürlüyündə heykəlini də qoymuşam. Bunu heç kim bilmir. Birinci dəfədir ki, sizə açıqlayıram. Əslində bunu cənab prezidentə sürpriz edəcəkdim. Ancaq bu gün sizə açıqladım. İqtisadiyyat naziri Şahin Mustafayev bugünlərdə açıqlamasında bildirdi ki, 15 min fərdi iş yeri açacaq. Bu gözəl təşəbbüsdür. Ancaq nazir bir dəfə də mənim kimi iş adamlarını dəvət edib, dərdimizi dinləsə nə olar ki… Çıxış yolu birdir – əsl iş adamları ilə cənab prezidentin görüşünü təşkil etməlidirlər. Bu yaxınlarda iş adamları ilə ölkə başçısının görüşü oldu, ancaq heç kim qalxıb şikayətini bildirmədi. Çünki həmin adamların hamısı ora sifarişlə yığılmışdı.

– Bəs sizi nə üçün bu kimi tədbirlərə çağırmırlar?

– Belə çıxır ki, mən iş adamı deyiləm (gülür). Hələ indiyə qədər bir dəfə də olsun cənab prezidentin toplantısına məni çağırmayıblar. Çünki mən işimi bilən adamam. İstəmirlər mənim kimi ağıllı, təcrübəli adamlar ölkə başçısı ilə təmasda olsunlar.

– Bəlkə qardaşınız Nazim İbrahimovun hakimiyyətdəki rəqibləri buna mane olur?

– Bu məsələnin Nazim müəllimə aidiyyəti yoxdur. İş adamı kimi özüm möhkəm adamam.

– Nazim müəllimdən sizin ölkə başçısı ilə təmasınız üçün yardım etməsini xahiş etmisinizmi?

– Xeyr. Çıxış yolu budur ki, iş adamlarına banklar güzəştli kreditlər versinlər. Belə olarsa, çox böyük iş yerləri aça bilərik. Şəxsən mən 10 min adama iş verə bilərəm. Ancaq bizə artıq kredit verən də yoxdur axı.

– Beynəlxalq Banka olan borcunuzu ödədinizmi?

– Beynəlxalq Bankdan 6 obyekt üzrə cəmi 280 milyon kredit götürmüşəm. Hər bir kreditimizin də arxasında girovlarımız var. Ancaq bu bankda adıma qeyri-qanuni şəkildə 91 milyon manat yazaraq, oğurlayıblar. Bu kreditdən heç xəbərim də yoxdur. Həmçinin 45 milyon da şirkətim adına dollar götürüblər.

– Kim götürüb?

“Bizə oliqarx deyirlər, əsl oliqarx dövlətin pulunu oğurlayıb özünə bank açan məmurlardır”

– Beynəlxalq Bankın keçmiş prezidenti Cahangir Hacıyev. Fevral devalvasiyasından 3 gün öncə, yəni 18 fevralda adıma dediyim məbləğdə kredit götürüblər. Bununla bağlı banka zəng edərək, məsələni araşdırdım. Söylədilər ki, Cahangir Hacıyevin vaxtında rəhbərlik göstəriş verib, biz də etmişik.  Dedim ki, rəhbərlik özünün əmisinin, xalasının adına götürərdi də… Cavab verdilər ki, onların da adına götürüb. İndi yer olmadığı üçün sizin adınıza götürdülər. Bu müqavilədə nə imzam var, nə də hər hansı bir kontraktım.

– Bu barədə bankın yeni rəhbərliyini məlumatlandırmısınız?

– Bəli, onlara da yazmışam, ancaq cavab ala bilməmişəm. “ASAN Xidmət”ə müraciət edib borcumun miqdarını öyrəndim. Bankdan isə dedilər ki, “adınıza qeyri-qanuni formada borc götürülüb, lakin bu barədə sizə yazılı məlumat verə bilmərik”.

– Öz imzanızla götürdüyünüz kreditin miqdarı nə qədərdir?

– Təqribən faizi ilə birlikdə 300 milyondur. Bunun 10 faizi dollarladır. Bizim borcumuzu ödəmək üçün son tarix 2019-cu ildə bitir. O zamana kimi də ödəyəcəyik. Bu məbləğ, girov kimi qoyduğumuz əmlakın qarşısında elə də böyük deyil. Bütün iş adamlarına güzəştli kredit versələr, ölkə iqtisadi böhrandan çıxar. Heç bir problem də olmaz. Hazırda da boş dayanmamışam. İmişlidə 120 nəfərlik iş yeri açmışam. Eyni zamanda Qubada da iki fabrik qurmuşam. Mart ayına qədər də daha iki rayonda bu kimi iş yerləri açacağam. Biz dövlətimizə töhfəmizi bu cür veririk ki, mövcud iqtisadi vəziyyətdən çıxa bilək.

– Ölkədən çıxışınıza qadağa qoyulmuşdu. Bu, qüvvədə qalırmı? 

– İş görmək qabiliyyəti olan biznesmenlərin əksəriyyətinin ölkədən çıxışına əngəl var. O zaman biz necə işləyək? Banka olan borcumuzu necə qaytaraq. Yeni iş yerləri açmaq lazımdır, ölkədən çıxışımıza qadağa qoyulubsa, necə hərəkət edək?! Cənab prezidentdən xahiş edirəm, ilk növbədə bu yersiz qadağaların aradan qaldırılmasına tapşırıq versin. İş adamlarının bir ayağı xaricdə olmalıdır. Müqavilələr bağlamalıyıq, investisiya cəlb etməliyik. Ölkədən çıxışımıza qadağa qoyulsa, bu işləri görə bilmərik. Özümüzlə bərabər ölkəmiz də vəziyyətdən çıxa bilməz.

Azər AYXAN,

Previous Post

Hacı İbrahim Nehrəmli: “Mənim prezidentə çıxışıma mane olurlar”

Next Post

Prezident əmisinin yas mərasimində – FOTOLAR

Bənzər yazılar

FHN əməkdaşlarının sağlamlığı daim diqqətdə saxlanılır – FOTO/VİDEO

FHN əməkdaşlarının sağlamlığı daim diqqətdə saxlanılır – FOTO/VİDEO

24 Oktyabr 2026 - 12:08

Fövqəladə Hallar Nazirliyinin Tibb Xidməti tərəfindən Nazirliyin əməkdaşlarının sağlamlıq vəziyyəti daim diqqətdə saxlanılır. Bu məqsədlə, Xidmət tərəfindən təkcə Bakı şəhərində...

Netanyahu İsrail iqtisadiyyatını beynəlxalq sanksiyalara qarşı hazırlamağa çağırıb

Netanyahu İsrail iqtisadiyyatını beynəlxalq sanksiyalara qarşı hazırlamağa çağırıb

23 Oktyabr 2026 - 20:57

İsrailin Baş naziri Benyamin Netanyahu ölkənin iqtisadiyyatını və bank sektorunu sərt beynəlxalq sanksiyaların tətbiq edilməsi ehtimalına qarşı hazırlamağa çağırıb. Elchi.az...

Gəncədə beşaylıq körpə ölüb

Gəncədə beşaylıq körpə ölüb

23 Oktyabr 2026 - 20:55

Gəncədə beşaylıq körpə ölümü qeydə alınıb. "Report"-ın məlumatına görə, Gədəbəy rayon sakini 2026-cı il təvəllüdlü X. Məmmədova ağır vəziyyətdə Gəncə Birləşmiş...

Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub

Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub

23 Oktyabr 2026 - 20:50

Daşkənddə keçirilən Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasının iclasında Fondun fəaliyyətinin genişləndirilməsi və üzv ölkələr arasında investisiya əməkdaşlığının gücləndirilməsi məsələləri müzakirə...

Next Post

Prezident əmisinin yas mərasimində - FOTOLAR

Prezident əmisinin yas mərasimində - FOTOLAR

Son xəbərlər

Pərvin Şakirqızı ilə “Rəsmilərin mövqeyi”: Sülh, regional güc balansı, Ermənistanın planları və Azərbaycanın təhlükəsizliyi

Pərvin Şakirqızı ilə “Rəsmilərin mövqeyi”: Sülh, regional güc balansı, Ermənistanın planları və Azərbaycanın təhlükəsizliyi

25 Oktyabr 2026 - 00:49
Çempionlar Liqası: “Judo Club 2012” növbəti mərhələdə

Çempionlar Liqası: “Judo Club 2012” növbəti mərhələdə

24 Oktyabr 2026 - 15:49
Azərbaycan şahmatçıları Avropa Kubokunda 2 medal qazandılar

Azərbaycan şahmatçıları Avropa Kubokunda 2 medal qazandılar

24 Oktyabr 2026 - 15:47
Niyaməddin Orduxanlı: “Azərbaycanın əzəli torpaqları zorla erməniləşdirilib” – VİDEO

Niyaməddin Orduxanlı: “Azərbaycanın əzəli torpaqları zorla erməniləşdirilib” – VİDEO

24 Oktyabr 2026 - 15:35
“Yaşıl enerji dəhlizi”nə investisiyalar 22,1 mlrd. avro həcmində qiymətləndirilib

“Yaşıl enerji dəhlizi”nə investisiyalar 22,1 mlrd. avro həcmində qiymətləndirilib

24 Oktyabr 2026 - 14:50
Sabah leysan olacaq, şimşək çaxacaq – XƏBƏRDARLIQ

Sabah leysan olacaq, şimşək çaxacaq – XƏBƏRDARLIQ

24 Oktyabr 2026 - 14:48
ABŞ, Ukrayna və Rusiya arasında danışıqlar üçün yeni məkan müəyyən edilib

ABŞ, Ukrayna və Rusiya arasında danışıqlar üçün yeni məkan müəyyən edilib

24 Oktyabr 2026 - 14:07
İnfantino və AFFA rəhbərliyi Hövsan Yarış Kompleksini ziyarət ediblər

İnfantino və AFFA rəhbərliyi Hövsan Yarış Kompleksini ziyarət ediblər

24 Oktyabr 2026 - 13:43
Səudiyyə Ərəbistanı husilərin atdığı iki ballistik raketi zərərsizləşdirib

Səudiyyə Ərəbistanı husilərin atdığı iki ballistik raketi zərərsizləşdirib

24 Oktyabr 2026 - 13:34
“Barselona” ilə oyun zamanı futbolçunun evinə oğrular girdi

“Barselona” ilə oyun zamanı futbolçunun evinə oğrular girdi

24 Oktyabr 2026 - 13:19
Sabah şimşək çaxacaq, dolu düşəcək, dağlıq ərazilərdə qar yağacaq

Sabah şimşək çaxacaq, dolu düşəcək, dağlıq ərazilərdə qar yağacaq

24 Oktyabr 2026 - 12:40
Rusiyanın Oryol şəhərinə hücum nəticəsində üç nəfər ölüb

Rusiyanın Oryol şəhərinə hücum nəticəsində üç nəfər ölüb

24 Oktyabr 2026 - 12:16
Ukrayna: “Starlink” və “Starshield” rabitə sistemlərinin sürəti saatda 400 kilometri ötüb

Ukrayna: “Starlink” və “Starshield” rabitə sistemlərinin sürəti saatda 400 kilometri ötüb

24 Oktyabr 2026 - 12:11
FHN əməkdaşlarının sağlamlığı daim diqqətdə saxlanılır – FOTO/VİDEO

FHN əməkdaşlarının sağlamlığı daim diqqətdə saxlanılır – FOTO/VİDEO

24 Oktyabr 2026 - 12:08
Azərbaycan XİN İordaniyada kilsəyə silahlı hücumu pisləyib

Azərbaycan XİN İordaniyada kilsəyə silahlı hücumu pisləyib

24 Oktyabr 2026 - 12:07
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.