"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home aktual-banner

“Dollarla borcu olanların probleminin həlli məsələsi hələ tam qapadılmayıb…”

27 Yanvar 2016 - 00:48
in aktual-banner, Banner, MANŞET
FacebookVatsap

Bunu da oxuyun

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi vəfat edib

Tramp: “İsraili potensial məhv olmaqdan xilas etdim”

Ağır atletika həqiqətən ömrü uzada bilərmi?

”Banklardan dollarla kredit götürənlərə güzəştlərin edilməsi həm dövlət, həm banklar, həm də əhali üçün faydalıdır”


İqtisadçı millət vəkili Əli Məsimli gündəmin aktual mövzusuyla bağlı son durumu Moderator.az – a müsahibəsində şərh edib:
– Əli müəllim, yanvarın 19 – da Milli Məclisin növbədənkənar iclasında əhalinin 5 min dollaradək, imkan olsa, 10 min dollardək kredit borclarına güzəşt edilməsi məsələsini qaldırdınız. Sizin çıxışınızdan sonra Parlamentin sədri bildirdi ki, indi bu gün gündəliyə daxil edilmiş məsələyə baxaq, sonra da siz deyən məsələyə də baxılar….Mərkəzi Bankın sədri isə bu problemin həllinin maliyyə mənbəyinin axtarıldığını bildirdi. Amma maliyyə naziri Samir Şərifovun bazar günü ANS – dəki şıxışından sonra vəziyyət 180 dərəcə dəyişdi. İndi Mərkəzi Bankın sədri yanvarın 19 – da dediyindən fərqlı mövqe sərgiləyir. E. Rüstəmov deyib ki, “hökumətdə komanda mövqeyi ondan ibarətdir ki, bu, maliyyə intizamını poza bilər”. Sizcə bu, dollarla olan kreditlərə görə güzəşt məsələsinə son nöqtənin qoyulması deməkdirmi?
– Yox, məncə. Hələlik belə nəticə çıxarmaq tezdir. Bu, hələ dollarla olan kreditlərə görə güzəşt məsələsinə son nöqtənin qoyulması demək deyil, amma hələ bir müddət açıq qalacağı deməkdir. Amma bu müddət uzansa, həmin probemin doğurduğu narazılıq artan xətlə davam edəcək. İkincisi, milyardlar üzərində oturan bank sistemi cəmi 250 milyona görə  ağır vəziyyətinə düşə bilməz. Güzəştin maliyyə intizamını pozacağına gəldikdə isə, bu məsələ bir qədər mübahisəlidir… Bir sıra cəhətdən yanaşsaq, maliyyə intizamı bəzi məqamlarına görə çoxdan pozulub…Pozulan şeyi 2 – ci dəfə pozulması mümkünsüz, onu yalnız nizamlamaqdan ötrü səyləri artırmaqdan danışmaq lazım. Və nəhayət, həmin problemin açıq qalması bankların özünə ziyandır. Hazırkı şərtlərlə həmin borcların xeyli hissəsini qaytarmaq mümkünsüz olduğundan, son  nöqtəni də əhali özü qoyacaq, yəni  böyük ehtimalla xeyli insanlar borclarını qaytara bilməyəcək.
– Bəs bu məsələdə hamini razı sala biləcək variant nədən ibarətdir?
– Dollarla kredit borcları məsələsi çox mürəkkəb məsələdir. Bu sahədə hamını razı sala biləcək tədbirlər  görmək çox çətindir. Ona görə də rəsmi nümayəndələr bu məsələyə öz idarə maraqlarından baxmaq variantına üstünlük verirlər. Belə yanaşmanın haqlı məqamları da var, hasız məqamları da. Bütün bunları nəzərə alaraq, biz yanvarın 19 – da Milli Məclisin növbədənkənar iclasında əhalinin təkcə 5 min dollaradək olan kredit borclarına  yox, bütün  kateqoriyalara aid borclulara güzəşt edilməsinin mexanizmini irəli sürdük. Sadəcə cari məsələlərə yalnız 3 dəqiqə vaxt ayrıldığından, zaman qıtlığı nəticəsində düşündüklərimizin hamısını geniş  izah eləməyə vaxt çatmadı. Biz təklif elədik ki, bu problemin hüquqi təminatı məsələsini həll etməkdən ötrü Konstitusiya Məhkəməsinin manatın məzənnəsinə dair çıxardığı 14 may 2015-ci il tarixli qərara ümumiyyətlə  yenidən baxılsın. Sonra dollarla kredit borcu olan vətəndaşların manatın devalvasiyası nəticəsində düşdüyü ağır durumun yüngülləşdirilməsi istiqamətində  zəruri tədbirlərin həyata keçirilməsi işləri sürətləndirilsin. Çünki  21 fevral devalvasiyasından sonra manatın neftin qiymətinə həssaslığı xeyli artıb. Hazırkı qeyri – müəyyənliklərlə risklərin və kataklizmlərin bir-birinə qarışdığı bir vaxtda neftin qiymətlərinin qarşıdakı nəinki bir – iki ildə,  heç bir – iki ayda belə necə dəyişəcəyini  ən mötəbər ekpert qrupları bir yana, heç münəccimlər və ya neftin qiymətləri ətrafında manipulyasiya edənlər belə tam dəqiqliyi ilə bilmirlər. Ona görə də manatın dollara nisbətdə zəifləməsi prosesinin  hələ bir müddət də davam edəcəyini nəzərə alaraq banka dollarla borcu olan şəxslərin vəziyyətini yüngülləşdirməkdən və bundan sonrakı proseslərin də ağırlıqlarını qarşılamaqdan ötrü, bir dəfəyə hesablanmış yox, davamlı olaraq işlək bir mexanizm yaradılmasına nail olunmasını təklif elədik. Vəziyyətdən çıxışın optimal variantı kimi  devalvasiyadan doğan həmin ağırlığın “dördbucaq” sistemi üzrə “dövlət – Mərkəzi Bank – kommersiya bankları – əhali” arasında ədalətlə bölüşdürülməsi variantından istifadə edilməsini optimal variant kimi irəli sürdük.
-Həmin variantın mahiyyıti nədən ibatətdir?
– Qısa desək, 5 min dollara qədər və ya xüsusi hesablamalardan sonra imkan yaransa, 10 min dollara qədər borcu olanların borclarını 21 fevral devalvasiyası zamanı formalaşan məzənnə ilə, yəni 1,05 manat nisbətində  ödənilməsi, iri borclara münasibətdə manatın dollara olan 21 fevral və ya  21 dekabr məzənnəsini əsas kimi götürüb, “dondurmaqla” borcların qaytarılmasına bir neçə illik möhlət verilməsi və bunun müqabilində banklara dəstək proqraqmı həyata keçirib, banklara müəyyən kompensasiya verilməsi, borcun bir müddət yalnız faizlər səviyyəsində qaytarılması, faiz dərəcələrinin aşağı salınması və sair bu kimi üsullardan istifadə edilməsini təklif etdik.
– Bəs istehlak kreditlərinin dollarla verilməsi halları nəticəsində yaranmış problemi necə həll etmək olar? 
– Əhalinin məişət əşyaları (mebel, soyuducu, paltaryuyan maşın və sair) almaqdan ötrü aldıqları istehlak kreditlərini dollarla hesablanması məsələsinə xüsusi yanaşmanın tətbiq edilməsinə ehtiyac var. Ona görə ki, vətəndşlar aldıqları kreditlə ölkə daxilində sözügedəmn məişət əşyaları alıb, toy edib, müalicə olunub və sair. Azərbaycanda bu işlərin ödniş vasitəsi dollar yox, manatdır. Fürsətdən və əhalinin iqtisadi biliklərinin azlığından istifadə edərək banklar  tərəfindən borcların  dollarla təkrar hesablanmasına məruz qalan borclara münasibətdə isə həmin qəbildən olan borclulara  güzəştə gedilməlidir. Problemin həllinin konseptual tərəfini dedik. Onun maliyyə təminatı və təşkilatı tədbirləri isə aidiyyatı qurumların işidir.
-Yəni bu məsələyə kompleks yanaşılmalıdır….
– Bəli, yalnız kompleks yanaşma və maraqların konfliktindən maraqların uzlaşdırılmasına aparan yolla bu məsələni yumşaltmaq olar. Dollarla borcu olanların hər birinə müvafiq həll üsulu tətbiq olunmalı və bu işin maliyyə tərəfi  bir qurumun üstünə atılmamalı, vəziyyətdən çıxışın optimal variantı kimi  devalvasiyadan doğan həmin ağırlığın “dördbucaq” sistemi üzrə “dövlət – Mərkəzi Bank – kommersiya bankları – əhali” arasında ədalətlə bölüşdürülməsi variantından istifadə edilməlidir. Anti-böhran tədbirləri işərisində bank sektorunun restrukturizasiyası əsas yer tutur. Restrukturizasiya – həm də dövlətin banklara dəstək proqramının həyat keçirməsini nəzərdə tutur. Deməli, dollarla borcu olanların probleminin həlli məsələsi hələ tam qapadılmayıb, sadəcə açıq qalır. Məsələn, Rusiyada  anti -böhran proqramına ayrılan pulların çoxu dövlətin banklara dəstək proqramının həyat keçirməsinə sərf olunur və yenə də olunacaq. Bizdə bankların mənşəyi məsələsinin görünməyən tərəflərinin məntiqindən çıxış etməklə, Rusiya variantını olduğu kimi tətbiq eləmək düzgün olmaz. Bu dövlətə çox baha başa gələ bilər. Amma hər halda bankların sağlamlaşdırılması və onlara bir dəstək proqramı olmalıdır. Dollarla borcu olanların məsələsi də həmin proqram çərçivəsində həll olunmalıdır. Bu proses uzansa, narazılıq da  həmin uzanan zamana proporsional surətdə artacaq. Dollarla krediti olanların probleminin optimal həlli bir sıra digər problemlərin də həllini yumşaldar. Ona görə də məsələnin həlli sürətləndirilməsi həm dövlət, həm banklar, həm də əhali üçün xeyirlidir.
Previous Post

“Dollarla borcu olanların probleminin həlli məsələsi hələ tam qapadılmayıb…”

Next Post

Rusiyanın 18 ay vaxtı qalıb…

Bənzər yazılar

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi vəfat edib

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi vəfat edib

03 İyun 2026 - 21:37

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi Rövşən Muradov vəfat edib. Elchi.az xəbər verir ki, bu barədə mərkəzin "X" sosial şəbəkə...

Tramp: “İsraili potensial məhv olmaqdan xilas etdim”

Tramp: “İsraili potensial məhv olmaqdan xilas etdim”

03 İyun 2026 - 16:18

ABŞ prezidenti Donald Tramp iddia edib ki, İrana qarşı hərbi əməliyyata başlamaq qərarı İsraili potensial məhv olmaqdan xilas edib. Elchi.az...

Ağır atletika həqiqətən ömrü uzada bilərmi?

Ağır atletika həqiqətən ömrü uzada bilərmi?

03 İyun 2026 - 10:16

Yeni tədqiqatlar göstərir ki, həftədə 90-120 dəqiqə ağırlıq qaldırma məşqləri etmək vaxtından əvvəl ölüm riskini əhəmiyyətli dərəcədə azalda bilər. Elchi.az...

Kanada və Azərbaycanın XİN rəhbərləri Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər

Kanada və Azərbaycanın XİN rəhbərləri Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər

02 İyun 2026 - 19:41

Kanada–Azərbaycan münasibətlərinin möhkəmləndirilməsi , ticarət və investisiya sahələrində əməkdaşlığın genişləndirilməsi müzakirə olunub. Elchi.az xəbər verir ki, müzakirələr Kanadanın xarici işlər...

Next Post

Rusiyanın 18 ay vaxtı qalıb...

ABŞ hərbi xərcləri azaldır

Son xəbərlər

NASA, MAVEN kosmik gəmisinin Mars missiyası başa çatdı

NASA, MAVEN kosmik gəmisinin Mars missiyası başa çatdı

04 İyun 2026 - 10:43
İran müharibəsi Yaponiyada plastik torba böhranına səbəb oldu

İran müharibəsi Yaponiyada plastik torba böhranına səbəb oldu

04 İyun 2026 - 10:36
Humanoid robot bazarında investisiya yarışı qızışır

Humanoid robot bazarında investisiya yarışı qızışır

04 İyun 2026 - 10:29
2026 Dünya Kuboku heyətləri: Statistik təhlil: Ən yaşlı, ən gənc və ən Yaxşı liqalar

2026 Dünya Kuboku heyətləri: Statistik təhlil: Ən yaşlı, ən gənc və ən Yaxşı liqalar

04 İyun 2026 - 10:17
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda, arpa və gübrə göndəriləcək

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda, arpa və gübrə göndəriləcək

04 İyun 2026 - 10:08
İsrail Qəzzada əməliyyatların ikinci mərhələsinə başlayıb

Doktoranturaya xarici dil üzrə qəbul və fəlsəfə doktoru imtahanlarının tarixləri müəyyənləşib

04 İyun 2026 - 10:00
“Brent” nefti 7%-dən çox bahalaşdı

Azərbaycan nefti bahalaşıb

04 İyun 2026 - 09:45
“Çelsi”nin ikinci ən çox qol vuran futbolçusu vəfat edib

“Çelsi”nin ikinci ən çox qol vuran futbolçusu vəfat edib

04 İyun 2026 - 09:33
Bu günün valyuta məzənnələri

Bu günün valyuta məzənnələri

04 İyun 2026 - 09:26
Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşıb

Əmtəə bazarlarında qızıl və gümüşün qiyməti artıb

04 İyun 2026 - 09:14
SEPAH Küveyt aeroportunun ABŞ-nin “Patriot” HHM sistemi tərəfindən vurulduğunu iddia edir

SEPAH Küveyt aeroportunun ABŞ-nin “Patriot” HHM sistemi tərəfindən vurulduğunu iddia edir

03 İyun 2026 - 23:18
Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub

Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub

03 İyun 2026 - 23:11
ABŞ və Çin 30 milyard dollar dəyərində mallara rüsumları qarşılıqlı ləğv edə bilər

ABŞ və Çin 30 milyard dollar dəyərində mallara rüsumları qarşılıqlı ləğv edə bilər

03 İyun 2026 - 23:00
Qırğızıstan ilk dəfə BMT Təhlükəsizlik Şurasının üzvü seçilib

Qırğızıstan ilk dəfə BMT Təhlükəsizlik Şurasının üzvü seçilib

03 İyun 2026 - 21:40
Narkotikin təsiri altında olan sürücü həbs edilib

Narkotikin təsiri altında olan sürücü həbs edilib

03 İyun 2026 - 21:38
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  
« May    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.