"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home aktual-banner

Yol polisi, yoxsa ailə biznesi? – Ramiz Zeynalov erası bitir

25 Yanvar 2016 - 16:00
in aktual-banner, Banner, MANŞET
FacebookVatsap

Yol polisi, yoxsa ailə biznesi?
Böhran Azərbaycanda dövlət qurumlarında struktur islahatlarını qaçılmaz edib. Artıq bu islahatların ilk addımları atılmağa başlayıb. Bir çox nazirlik və komitələrin yenidən formalaşdırılması, ştat vahidlərinin ixtisar edilməsi, idarəetmənin sadələşdirilməsi proseslərinin şahidi olmaqdayıq.

Qaynar.info-nun verdiyi xəbərə görə, Nəqliyyat Nazirliyindən sonra kütləvi ictimai narazılığın ünvanlandığı əsas qurumlardan biri də Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi (DYP) olduğu üçün, bu qurumun da adının dəyişdirilərək, yenidən formalaşdırılması məsələsi müzakirə olunmaqdadır. Məlumata görə, DYP-nin bazasında Dövlət Avtomobil Müfəttişliyinin yaradılması nəzərdə tutulur.

Bunu da oxuyun

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi vəfat edib

Tramp: “İsraili potensial məhv olmaqdan xilas etdim”

Ağır atletika həqiqətən ömrü uzada bilərmi?

Son illər sosial şəbəkələrdə və mediada yol polisi haqqında biabırçı video çarxların yayılması, ictimai rəydə qurumun heç bir nüfuzunun qalmaması DYP-nin ləğvini həqiqətən də zərurətə çevirir.

Yeni qurumun yaradılması, həm də DYP-ni ailə biznesinə çevirən, 5 ildir təqaüd yaşı çatsa da, hələ də kreslosunu qorumaq üçün dəridən-qabıqdan çıxan Ramiz Zeynalovun daha yeni və çevik bir kadrla əvəz olunmasına səbəb olacaq.

Bir sözlə, böhran dönəmində dövlət büdcəsini talayan məmurların büdcəni dolduracaq məmurlarla əvəzlənməsi ən doğru yoldur. Təsadüfi deyil ki, DYP rəsmiləri ASAN xidmətdə ödənilən çərimə çeklərini belə tanımaqdan imtina edir. Bu cür təfəkkürlə, bu cür yanaşma ilə bu qurumun heç bir gələcəyi ola bilməz. Xüsusən də açıq-aşkar hökümətin islahat adddımlarına qarşı çıxırsa…

Çiçəklənən ailə biznesi

Ramiz Zeynalov DİN strukturlarında 1976-cı ildən – təxminən 40 il öncə işləməyə başlayıb. 1994-cü ilin avqust ayından isə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəisidir. Deməli, indiki vəzifəsində də 21 ildir oturub. Bu 21 ildə dünya xəritəsi bir neçə dəfə dəyişsə də, R.Zeynalov nə özü, nə vəzifəsi, nə də iş üslubu dəyişməyib.

Yol polisinin necə çalışdığını oxucuya ayrıca izah etməyə lüzum görmürük. Görünən dağa bələdçi lazım deyil. Amma biz mümkün qədər Ramiz Zeynalovun dövlət vəzifələrini özü və yaxınları üçün necə biznesə çevirməsinin görünməyən tərəflərini açıqlamağa çalışacağıq.

Ramiz Zeynalovun Azərbaycanın şimal və cənub rayonlarında çoxsaylı asfalt və beton zavodları, daş karxanaları fəaliyyət göstərir. Dəqiqlik olsun deyə, Qubadakı zavod və karxananın ünvanını nişan verə bilərik. Belə ki, Ramiz Zeynalov Quba rayonu Vəl-vələ çayı yaxınlığındakı meşə massivində 5 hektar ərazidə agacları məhv etdirərək 4 ay ərzində yerində nəhəng daş karxanası və beton zavodu inşa etdirib. Həmin ərazidəki karyerin və beton zavodun avadınlıqları və maşınlar Almaniyadan gətirilib. Quraşdırılan müəsisə ən son texnologiya ilə fəaliyyət göstərir. R.Zeynalovun bu sahədəki biznesinin idarə edilməsini DYP-nin alay komandiri, polkovnik Balakişi Əhmədova etibar etdiyi bildirilir.

Avtomobil nömrələri və sürücülük vəsiqələrinin verilməsi sahəsində də hansı biznes maraqlarının güdüldüyü yeni xəbər deyil. Bu sahədə isə R.Zeynalovun etibarlı adamı İmtahan-Qeydiyyat Şöbəsinin rəisi Müşfiq Rəhimovdur. Nömrələrin bir villa qiymətinə, sürücülük vəsiqəsinin isə ən azı 1 000 manata satıldığını bu ölkədə bilməyən yoxdur.

Bundan əlavə, R.Zeynalovun bir çox rayonlarda villa və otelləri var. Bu sırada doğulduğu və qardaşı Tofiq Zeynalovun icra başçısı olduğu olduğu Tovuz rayonu xüsusi yer tutur.

İndi isə qardaşı Tofiq Zeynalov haqqında.

Tofiq Zeynalov da qardaşının iş metodundan bəhrələnərək, rayonda xüsusi pilləli monopoliya sistemi qurub. Bütün “qara işləri”ni isə birinci müavin təyin etdiyi qudası Mahir Həsənova həvalə edib. İş o yerə çatıb ki. rayonda idarə rəhbərləri ilə keçirilən toplantılara da bir qayda olaraq, Mahir Həsənov rəhbərlik edir, Tofiq Zeynalov isə daha çox şəxsi biznesi ilə məşğul olur. Rayondakı bütün təmir-tikinti işləri də M.Həsənova məxsus “Qovlar Təmir Tikinti” MMC tərəfindən aparılır. Bu şirkətə köçürülən vəsaitlərin məbləği isə on milyonlarla ölçülür. Rayonun Maliyyə İdarəsinin rəisi Mübarz Salmanov da başçının dayısı oğludur. Mediada səslənən iddialara görə, büdcə təşkilatlarına köçürülən vəsaitlərdən bir qayda olaraq, 13 faiz tutulur. Bunun 8 faizi icra başçısına ötürülür.

Başçının oğlu Qoşqar Zeynalov isə Bakı Dövlət Yol Polisi İdarəsində şöbə müdiri vəzifəsində çalışır.

Q.Zeynalov da öz növbəsində atasının, əmisinin və öz “bisnes”inin hesabına əsl oliqarx övladı kimi kef çəkir, səsi tez-tez dünyanın lüks otel və istirahət mərkəzlərindən gəlir.

Qadaşı kimi başçının da Tovuzda bir çox dəbdəbəli malikanələri, restoranları var. Bununla belə T.Zeynalovun Bakıda da dəyəri milyonlarla ölçülən mənzil və mülkləri var ki, bunların bir çoxu kirayə verilib.

T.Zeynalovun vəzifəyə təyin etdiyi digər qohumların siyahısı:

– Mətləb Qasımov – baş mühasib, icra başçısının xalası qızının əridir.

– Mətanət Sarı qızı Musayeva – İcra Hakimiyyətində aparıcı mütəxəssis, icra başçısının qardaşı Fikrət Zeynalovun baldızı.

– Yaşar İbrahimov – rayon Telekommunikasiya qovşağının rəisi, icra başçısının əmisi qızının əri.

– Xaqani Cəbrayıl oğlu Əskərov – Rayonlararası Dövlət Avtomabil Müfəttişliyi birliyinin rəisi, icra başçısının bacısı oğlu.

– Aydın Qədir oğlu Qasımov – Rayon mədəniyyət və turizm şöhbəsinin müdiri, icra başçısının kürəkəninin dayısı.

– Hüsaməddin Şəmşəd oğlu Mirzəyev- Rayon qaz istismar idarəsinin rəisi, icra başçısının qaynı.

– Rəşid Həsənov- rayon memarlıq  və tikinti şöbəsinin müdiri, icra başçısının əmisi qızınin əri.

– Elxan Əziz oğlu Əskərov – Rayon enerji satışı şöbəsinin rəisi, icra başçısının yaxın qohumu və s.

Ramiz Zeynalovun digər qardaşı Fikrət Zeynalov Sabunçu rayonunda yerləşən 3 saylı şəhər Klinik Xəstəxanasına baş həkim vəzifəsində çalışır. Buna qədər isə F.Zeynalov Fuad Əfəndiyev adına 4 saylı şəhər Klinik Xəstəxanasının baş həkimi vəzifəsini tuturdu. Xəstəxanalardakı durumun da necə olduğunu hər kəs bildiyi üçün bu məqamın da üzərində xüsusi dayanmağa ehtiyac görmürük. Hər kəs adi xəstəlikdən tutmuş doğuşa qədər hər şeyin pullu olduğunu bilir.

Evakuasiya.Az və ya “156” kimindir?

Ramiz Zeynalovun biznesinin əsas istiqamətlərindən biri də “Evakuasiya.az” şirkəti ilə bağlıdır.

Belə ki, Bakıda evakuatorlar tərəfindən cərimə meydançalarına aparılan avtomobillərə sürücülər tərəfindən ödənən cərimələr dövlət hesabına yox, şəxsi hesablara gedir. Paytaxtın küçə və prospektlərində qadağan edilmiş yerdə dayanan avtomobilləri ancaq Yol Patrul Xidmətinin əməkdaşının göstərişi əsasında DYP-nin Siqnal İdarəsinə məxsus AP (Azərbaycan Polisi ) serial nömrə nişanlı evakuatorlar tərəfindən cərimə meydançalarına aparıla bilər. Belə olan halda cərimə meydançasına aparılan avtomobilin sürücüsü cərimə edilir və sürücü cəriməni bank vasitəsi ilə dövlətə ödədikdən sonra avtomobilini cərimə meydançasından götürə bilir. Ancaq R.Zeynalov burada da vəziyyəti “incə qayda”da dəyişib. DYP-nin Siqnal İdarəsinə məxsus evakuatorlar cərimə meydançalarında saxlanılır. Əvəzində isə dayanması qadağan edilmiş yerlərdən avtomobillər  “Evakuasiya.Az” MMC-yə məxsus “İsuzi” markalı evakuatorlar (üzərinə 156 yazılan) tərəfindən cərimə meydançalarına aparılır və sürücülər cəriməni qeyd olunan MMC-nin hesabına (“Bank Texnika”dakı)  köçürdükdən sonra avtomobillərini cərimə meydançasından götürə bilirlər. Beləliklə də, dövlət büdcəsinə köçürülməli olan cərimələr bu yolla kimlərinsə ciblərinə gedir.

Vergilər Nazirliyinin saytında “Evakuasiya.az” MMC-nin 24 yanvar 2011-ci ildə qeydiyyatdan keçdiyi, qanuni təmsilçisinin isə Aqil İsmayıl oğlu Zeynalov olduğu göstərilib.

Aqil Zeynalov kimdir?

Bir müddət öncə mediada gedən məlumatlarda bildirilirdi ki, Bakı şəhərində evakuasiya xidməti göstərən bütün avtomobillər satılıb. Maşınların Xəqani Səlimov adlı şəxs tərəfindən Dövlət Yol Polisi İdarəsinin rəisi Ramiz Zeynalovun qardaşı oğlu Aqil Zeynalova satıldığı deyilir: “Lakin bu alqı-satqının pul müqabilində aparıldığı dəqiq məlum deyil. Məlum olan odur ki, Aqil Zeynalovun nəzarətində olan evakuasiya maşınları 2 profil üzrə Bakıda xidmət göstərirlər. 1-ci xidmət növü qəzaya düşmüş və ya xarab olmuş avtomobillərin daşınması, 2-ci xidmət isə DYP-nin sifarişi ilə park etmə qaydalarını pozan avtomobillərin cərimə meydançalarına daşınmasıdır”.

“Evakuasiya.az” MMC ilə eyni ünvanı paylaşan “Azericert” MMC adlı daha bir şirkət var.  Şirkət 1 sentyabr 2011-ci ildə qeydiyyatdan keçib. Qanuni təmsilçisi Zamil Faiq oğlu Həsənovdur. Ancaq şirkətin nə işlə məşğul olduğu bəlli deyil. Adı mətbuatda gedən bir neçə yazıda maliyyə dəstəkçisi kimi keçir.

YEKUN

Normalda heç bir şəxsin və qohumlarının hansısa biznes qurumları yaratması və ya ona rəhbərlik etməsi əlavə suallar yaratmalı deyil. Amma R.Zeynalovun 21 il, qardaşının 8 il eyni vəzifədə olması – bütün qohumların bu həlqədə yer alması, biznes subyektlərinin də birbaşa dövlət kanallarına bağlı olması – artıq ciddi korrupsiya faktıdır.

MTN ətrafında baş verən qalmaqal da bir daha göstədi ki, bu cür fatlar ciddi araşdırılmalı və hər kəs layiq olduğu cəzasını almalıdır.

Qaynar.info

Previous Post

Yol polisi, yoxsa ailə biznesi? – Ramiz Zeynalov erası bitir

Next Post

Aqramunt AŞPA-da Qarabağ məsələsini qaldırdı

Bənzər yazılar

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi vəfat edib

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi vəfat edib

03 İyun 2026 - 21:37

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi Rövşən Muradov vəfat edib. Elchi.az xəbər verir ki, bu barədə mərkəzin "X" sosial şəbəkə...

Tramp: “İsraili potensial məhv olmaqdan xilas etdim”

Tramp: “İsraili potensial məhv olmaqdan xilas etdim”

03 İyun 2026 - 16:18

ABŞ prezidenti Donald Tramp iddia edib ki, İrana qarşı hərbi əməliyyata başlamaq qərarı İsraili potensial məhv olmaqdan xilas edib. Elchi.az...

Ağır atletika həqiqətən ömrü uzada bilərmi?

Ağır atletika həqiqətən ömrü uzada bilərmi?

03 İyun 2026 - 10:16

Yeni tədqiqatlar göstərir ki, həftədə 90-120 dəqiqə ağırlıq qaldırma məşqləri etmək vaxtından əvvəl ölüm riskini əhəmiyyətli dərəcədə azalda bilər. Elchi.az...

Kanada və Azərbaycanın XİN rəhbərləri Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər

Kanada və Azərbaycanın XİN rəhbərləri Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər

02 İyun 2026 - 19:41

Kanada–Azərbaycan münasibətlərinin möhkəmləndirilməsi , ticarət və investisiya sahələrində əməkdaşlığın genişləndirilməsi müzakirə olunub. Elchi.az xəbər verir ki, müzakirələr Kanadanın xarici işlər...

Next Post

Aqramunt AŞPA-da Qarabağ məsələsini qaldırdı

Aqramunt AŞPA-da Qarabağ məsələsini qaldırdı

Son xəbərlər

SEPAH Küveyt aeroportunun ABŞ-nin “Patriot” HHM sistemi tərəfindən vurulduğunu iddia edir

SEPAH Küveyt aeroportunun ABŞ-nin “Patriot” HHM sistemi tərəfindən vurulduğunu iddia edir

03 İyun 2026 - 23:18
Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub

Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub

03 İyun 2026 - 23:11
ABŞ və Çin 30 milyard dollar dəyərində mallara rüsumları qarşılıqlı ləğv edə bilər

ABŞ və Çin 30 milyard dollar dəyərində mallara rüsumları qarşılıqlı ləğv edə bilər

03 İyun 2026 - 23:00
Qırğızıstan ilk dəfə BMT Təhlükəsizlik Şurasının üzvü seçilib

Qırğızıstan ilk dəfə BMT Təhlükəsizlik Şurasının üzvü seçilib

03 İyun 2026 - 21:40
Narkotikin təsiri altında olan sürücü həbs edilib

Narkotikin təsiri altında olan sürücü həbs edilib

03 İyun 2026 - 21:38
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi vəfat edib

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi vəfat edib

03 İyun 2026 - 21:37
Pezeşkian: Dünya bazarında səmərəli iştirakı gücləndirmək lazımdır

Pezeşkian: Dünya bazarında səmərəli iştirakı gücləndirmək lazımdır

03 İyun 2026 - 21:36
Rubio: TRIPP Azərbaycan və Ermənistan üçün əhəmiyyətli imkanlar yaradacaq

Rubio: TRIPP Azərbaycan və Ermənistan üçün əhəmiyyətli imkanlar yaradacaq

03 İyun 2026 - 21:34
Azərbaycandakı internet trafikində botların payı kəskin azalıb

Azərbaycandakı internet trafikində botların payı kəskin azalıb

03 İyun 2026 - 20:18
Zelenski Ankarada NATO sammitində iştirak edəcək

Zelenski Ankarada NATO sammitində iştirak edəcək

03 İyun 2026 - 20:15
“Apple” bir ayda Azərbaycanın mobil cihaz bazarındakı payının təqribən 19 %-ni itirib

“Apple” bir ayda Azərbaycanın mobil cihaz bazarındakı payının təqribən 19 %-ni itirib

03 İyun 2026 - 20:12
Azərbaycan səfiri etimadnaməsinin surətini Bəhreynin XİN rəhbərinə təqdim edib

Azərbaycan səfiri etimadnaməsinin surətini Bəhreynin XİN rəhbərinə təqdim edib

03 İyun 2026 - 20:08
MDB Dövlət Xəbər Agentlikləri Rəhbərləri Şurasının növbəti iclası keçirilib

MDB Dövlət Xəbər Agentlikləri Rəhbərləri Şurasının növbəti iclası keçirilib

03 İyun 2026 - 20:07
Əməyin mühafizəsi sahəsində beynəlxalq təcrübə müzakirə olundu

Əməyin mühafizəsi sahəsində beynəlxalq təcrübə müzakirə olundu

03 İyun 2026 - 19:28
İmişlidə güclü yanğın: iki rayondan dəstək gəldi

İmişlidə güclü yanğın: iki rayondan dəstək gəldi

03 İyun 2026 - 19:18
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  
« May    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.