"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

​İrana qarşı sanksiyalar götürüldü, yaxud “cin şüşədən çıxır” – ŞƏRH

18 Yanvar 2016 - 15:16
in XƏBƏR LENTİ
FacebookVatsap

Ona görə də demək olar ki, İran yenidənqurma mərhələsinə daxil olur

İran əhalisi altı ay öncə Tehranın nüvə problemi ilə bağlı razılaşmanı böyük sevinclə qarşılamışdı. Yanvarın 16-da da İslam Respublikasında oxşar hadisə yaşanıb.

Bunu da oxuyun

SEPAH Küveyt aeroportunun ABŞ-nin “Patriot” HHM sistemi tərəfindən vurulduğunu iddia edir

Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub

ABŞ və Çin 30 milyard dollar dəyərində mallara rüsumları qarşılıqlı ləğv edə bilər

Ölkə vətəndaşları təkcə sanksiyaların aradan qaldırılmasına deyil, həm də hakimiyyətin savaşa getməməsini bayram ediblər. Başqa sözlə, İran əhalisi sabitlik və əməkdaşlıq istədiyini bir daha nümayiş etdirib.

2015-ci il iyulun 14-də İranla “altılıq” ölkələri (ABŞ, Almaniya, Böyük Britaniya, Fransa, Rusiya və Çin) arasında159 səhifəlik razılaşma imzalanıb. Həmin razılaşmanın bəzi müddəaları bunlardır:

– İran atom silahı əldə etmək üçün bütün fəaliyyət və ya cəhdlərdən imtina ilə bağlı üzərinə öhdəlik götürüb;

– İran Ərakdakı nüvə obyektində plutonium istehsal etməyəcəyi və bu obyektin dinc məqsədlər üçün fəaliyyət göstərəcəyinə dair öhdəlik götürüb. Müəssisədəki sentrifuqalarda səhiyyə və sənaye sahələri üçün izotoplar istehsal edəcək;

– BMT Təhlükəsizlik Şurası İslam Respublikasına qarşı tətbiq etdiyi bütün sanksiyaları ləğv edir, eləcə də bəlli məsələ ilə bağlı İrana qoyulan çoxtərəfli və milli sanksiyalar, o cümlədən ticarət, texnologiya, maliyyə və energetika sahələrindəki qadağalar aradan qaldırılır;

– Avropa İttifaqı və SWIFT-in İrana bank əməliyyatları, ödəniş və sığorta sistemi üzrə tətbiq etdiyi sanksiyalar ləğv edilir;

– İran 25 il ərzində Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin tələblərinə cavab verən məlumatları təqdim edəcək və nüvə obyektlərində müfəttişlərin monitorinq aparmasına imkan verəcək;

– İran nüvə partlayıcı qurğular hazırlamayacağını, eləcə də uran və plutoniumdan metallurgiyada istifadə etməyəcəyini boynuna götürüb;

– Yaxın 15 il ərzində Tehran yeni ağır su reaktoru tikməməyi öhdəsinə götürüb;

– İran yaxın 8 il ərzində U-235 izotopunu məhdud – 3,67%-də zənginləşdirəcəyinə razılıq verib;

– İran uranı 15 il müddətinə də 3,67% zənginləşdirməyəcəyini, habelə Nətənz və Fordodakı nüvə obyektini texnoloji mərkəzə çevirməyi öhdəsinə götürüb;

– İrana qarşı silah embarqosu 5 il ərzində qüvvədə qalacaq. İslam Respublikasına silah tədarükü yalnız BMT Təhlükəsizlik Şurasının nəzarəti altında edilə bilər;

– İrana ballistik raket texnologiyasının idxalı ilə bağlı tətbiq edilən embarqo yaxın 8 il ərzində qüvvədə saxlanılıb;

– Avropa İttifaqı nüvə proqramı üzrə razılaşmanın şərtlərinə əməl edəcəyi halda, İran neftinə qoyduğu sanksiyanı ləğv edəcək;

– Razılaşmanın qüvvədə olacağı 15 il ərzində İran tərəfi şərtləri pozarsa, sanksiyalar avtomatik olaraq tətbiq ediləcək;

– Anlaşmanın icrasına “altılıq”, Avropa İttifaqı və İran təmsilçilərindən ibarət 8 nəfərlik komissiya nəzarət edəcək və s.

Bu hadisə həm də İrandakı fevral inqilabının 37-ci ildönümü ərəfəsində baş verməsi ilə önəmlidir. 37 ildən sonra Qərb İranla əməkdaşlıq etməyə başlayacaq.

Bu məsələdə ən çox qazanan ABŞ-İran münasibətləridir. Əslində, nüvə məsələsi ilə bağlı danışıqlar prosesinə ABŞ açıq və İran tərəfiylə ikitərəfli danışıqlar formatında qoşulduqdan sonra hadisələr Qərbin istədiyi yöndə inkişaf etməyə başlayıb. ABŞ-la İranın danışması iki sevgilinin illər uzunu bir-birindən ayrı düşməsinə oxşayırdı.

Razılaşma qüvvəyə minən günü ABŞ İranın 400-dək hüquqi və fiziki şəxslərinə, xalçalarına, kürüsünə və s. bu kimi məhsullara tətbiq edilən sanksiyaları aradan qaldırıb.

Bundan başqa, tərəflər qarşılıqlı olaraq “casus”ları da azad ediblər.

Ancaq Ağ Ev İrana hələ də etibar etmir. İranla bağlı 200-dək şəxs sanksiya siyahısında saxlanılıb. Bundan başqa, ABŞ Maliyyə Nazirliyi Tehranın nüvə proqramı ilə əlaqəsi olan İran, Çin və Birləşmiş Ərəb Əmirliklərinin bir sıra vətəndaş və şirkətlərinə qarşı yeni sanksiyalar tətbiq edib.

Qadağalar siyahısına İranın ballistik raketlər sınağı proqramında bilavasitə iştirak edən 11 hüquqi və fiziki şəxs düşüb. Nazirliyin bəyanatında bildirilir ki, şirkətlər İrana raketlərin sınaqdan keçirilməsi üçün lazım olan avadanlığı tədarük etmək qadağasını pozublar.

ABŞ prezidenti Barak Obama bildirib ki, insan haqlarını pozduğu, terrorçuluğu dəstəklədiyi və ballistik raket proqramı hazırladığı üçün sanksiyalar qalacaq. “Əgər İran aldadaraq, gizlicə nüvə silahına yiyələnmək istəsə, o zaman yaxasından həmən tuta bilərik”.

Ona görə də ABŞ İrana qarşı ikinci dərəcəli sanksiyaları aradan qaldırdığını bildirib.

İrana qarşı sanksiyaların aradan qaldırılması həm də dünyanın neft və təbii qaz bazarına da təsirsiz ötüşməyəcək. Tehranın bazara inadla kvotadan artıq həcmdə neft və təbii qaz çıxarmaq istəyi onun əsas müttəfiqi Rusiya ilə münasibətində problem yarada bilər. Eləcə də Səudiyyə Ərəbistanı kimi rəqibi, müəyyən mənada düşməni ilə aralarındakı ziddiyyətin daha da dərinləşməsinə təsirsiz ötüşməyəcək.

Ona görə də demək olar ki, İran, Səudiyyə Ərəbistanı və Rusiyanın bazarlar uğrunda mübarizəsi kəskinləşəcək. Bu isə müştərilərə güzətşsiz olmayacaq. Ehtimal etmək olar ki, nəticədə bazarın qızıl qanununa – “Tələb və təklif”ə əsasən, bazarda mal bolluğu yaranacaq, bu isə karbohidrogen daşıyıcılarının ucuzlaşmasına səbəb olacaq.

Bu baxımdan İrana qarşı sanksiyanın aradan qaldırılmasını “cinin şüşədən çıxması”na da bənzətmək olar. Bu “cin” vəziyyətini yaxşılaşdırmaq üçün onu şüşədən çıxaranların tapşırıqlarına da önəm verəcək.

Bu daha çox İranın Suriya, İraq, Yəmənlə bağlı məsələlərdə beynəlxaq ictimaiyyətlə həmkarlıq etməsində özünü göstərəcək. Çünki Tehrana qarşı sanksiyaların aradan qaldırılması həm də onun terrorçuları dəstəkləməməsindən asılıdır. Ona görə Tehran-Moskva ittifaqında müəyyən çatların yaranacağı istisna edilmir.

Çünki İran 37 ildir gözlədiyi, uzaqlaşdığı, əməkdaşlıq etməyə can atdığı Qərblə yaxınlaşmağa başlayır. Belə bir fürsəti Tehran çətin əldən buraxa…

İndiki şəraitdə Rusiya İrandan daha çox asılıdır. Odur ki, Kreml İslam Respublikasının nazı ilə oynamağa məcburdur. Çünki Moskvanın 37 il öncəki kimi İranı qarışdırmaq üçün vasitələri azalıb.

İranın körfəz dövlətləriylə münasibəti də ürəkaçan deyil. Odur ki, Yaxın Şərqdə də səhnə aydınlaşır. Bir tərəfdə Tehrana qarşı olan ərəb dövlətləri, o biri tərəfdə İran. İranın bölgədəki müttəfiqləri – Livanda “Hizbullah”, Suriyada Bəşşar Əsəd, İraqda məzhəbçi qruplaşmalar və baş nazir Heydər əl-İbadi.

Bu müstəvidə ərəblərlə İran arasında münasibət daha pisdir. Belə bir şəraitdə İsrail həm ərəblərin, həm də İranın yadından qısa müddətə də olsa çıxacaq. Ərəb-Tehran qarşıdurması güclənə bilər. Belə bir vəziyyətdə hər iki tərəfin İsraillə yaxınlaşma ehtimalı da var.

Sanksiyaların götürülməsi həm də İranda yeni proseslərin başlamasına təsir göstərəcək. Hadisələrin yalnız iqtisadi sahədə deyil, həm də siyasi-sosial istiqamətlərdə də inkişafı gözlənilir. İrana qarşı sanksiyalar ona görə götürülməyib ki, o, neft və təbii qazdan əldə etdiyi gəlirlə bölgədə terrorçuluğu dəstəkləsin, yaxud ölkə daxilində zor aparatını gücləndirsin. Ona görə İranda islahatların aparılacağı da istisna edilmir.

Sanksiyanın aradan qaldırılması terrorçuluğu dəstəkləyən İranın mülayimləşməsinə də təsirsiz ötüşməyəcək. Uzun illərdir ki, İran qonşu dövlətləri Qərblə əməkdaşlıq etdiyi üçün boş-boşuna ittiham edir. Onun belə əsassız iddialardan əl çəkəcəyi də gözlənilən müsbət hadisələrdən sayıla bilər.

Beləliklə, qonşuları, bölgə və dünya üçün təhlükəsiz bir İranın yaranması üçün yeni imkanlar açılır. İndiki hakimiyyətin mövcud şərtlərdən yararlanacağını isə yaxın bir neçə ayda görmək mümkün olacaq. Fevralın sonunda Dini Ekpertlər Şurasına (İranın ali rəhbərini seçən qurum, indi bu vəzifədə ayətullah Seyid Əli Xamneyidir) və parlamentə seçkilər keçiriləcək. Bu siyasi kampaniyalarda irəli sürülən şüarlar və ediləcək çıxışlar İranın perspektivini ehtimal etməyə əsas verəcək. Ona görə də demək olar ki, İran yenidənqurma mərhələsinə daxil olur. Başqa sözlə, qonşu Suriya və İraqda savaş getdiyi, Türkiyədə siyasi dialoqlar və terrorçuluğa qarşı mübarizə aparıldığı bir zamanda, İranda yeni proseslərin başlayacağı, İrana “bahar”ın gələcəyi gözlənilir…

share-block__img

Sədrəddin İsmayılov

Previous Post

​İrana qarşı sanksiyalar götürüldü, yaxud “cin şüşədən çıxır” – ŞƏRH

Next Post

Sumqayıta bir milyard pul xərclənəcək

Bənzər yazılar

SEPAH Küveyt aeroportunun ABŞ-nin “Patriot” HHM sistemi tərəfindən vurulduğunu iddia edir

SEPAH Küveyt aeroportunun ABŞ-nin “Patriot” HHM sistemi tərəfindən vurulduğunu iddia edir

03 İyun 2026 - 23:18

İran Küveyt Beynəlxalq Hava Limanına zərbə endirməsi ilə bağlı iddiaları təkzib edib və bildirib ki, zədələr ABŞ-nin "Patriot" hava hücumundan...

Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub

Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub

03 İyun 2026 - 23:11

Slovakiyada keçirilən minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub. Elchi.az  xəbər verir ki, ilk yarımfinal oyununda Ukrayna millisi Macarıstanı...

ABŞ və Çin 30 milyard dollar dəyərində mallara rüsumları qarşılıqlı ləğv edə bilər

ABŞ və Çin 30 milyard dollar dəyərində mallara rüsumları qarşılıqlı ləğv edə bilər

03 İyun 2026 - 23:00

ABŞ və Çin 30 milyard dollar dəyərində mallara rüsumların qarşılıqlı ləğvi imkanını nəzərdən keçirir. Elchi.az  xəbər verir ki, bu barədə...

Qırğızıstan ilk dəfə BMT Təhlükəsizlik Şurasının üzvü seçilib

Qırğızıstan ilk dəfə BMT Təhlükəsizlik Şurasının üzvü seçilib

03 İyun 2026 - 21:40

Qırğızıstan tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib. Elchi.az Rusiya mediasına istinadən xəbər verir ki, Baş Assambleya ölkənin...

Next Post

Sumqayıta bir milyard pul xərclənəcək

Sumqayıta bir milyard pul xərclənəcək

Son xəbərlər

SEPAH Küveyt aeroportunun ABŞ-nin “Patriot” HHM sistemi tərəfindən vurulduğunu iddia edir

SEPAH Küveyt aeroportunun ABŞ-nin “Patriot” HHM sistemi tərəfindən vurulduğunu iddia edir

03 İyun 2026 - 23:18
Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub

Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub

03 İyun 2026 - 23:11
ABŞ və Çin 30 milyard dollar dəyərində mallara rüsumları qarşılıqlı ləğv edə bilər

ABŞ və Çin 30 milyard dollar dəyərində mallara rüsumları qarşılıqlı ləğv edə bilər

03 İyun 2026 - 23:00
Qırğızıstan ilk dəfə BMT Təhlükəsizlik Şurasının üzvü seçilib

Qırğızıstan ilk dəfə BMT Təhlükəsizlik Şurasının üzvü seçilib

03 İyun 2026 - 21:40
Narkotikin təsiri altında olan sürücü həbs edilib

Narkotikin təsiri altında olan sürücü həbs edilib

03 İyun 2026 - 21:38
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi vəfat edib

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi vəfat edib

03 İyun 2026 - 21:37
Pezeşkian: Dünya bazarında səmərəli iştirakı gücləndirmək lazımdır

Pezeşkian: Dünya bazarında səmərəli iştirakı gücləndirmək lazımdır

03 İyun 2026 - 21:36
Rubio: TRIPP Azərbaycan və Ermənistan üçün əhəmiyyətli imkanlar yaradacaq

Rubio: TRIPP Azərbaycan və Ermənistan üçün əhəmiyyətli imkanlar yaradacaq

03 İyun 2026 - 21:34
Azərbaycandakı internet trafikində botların payı kəskin azalıb

Azərbaycandakı internet trafikində botların payı kəskin azalıb

03 İyun 2026 - 20:18
Zelenski Ankarada NATO sammitində iştirak edəcək

Zelenski Ankarada NATO sammitində iştirak edəcək

03 İyun 2026 - 20:15
“Apple” bir ayda Azərbaycanın mobil cihaz bazarındakı payının təqribən 19 %-ni itirib

“Apple” bir ayda Azərbaycanın mobil cihaz bazarındakı payının təqribən 19 %-ni itirib

03 İyun 2026 - 20:12
Azərbaycan səfiri etimadnaməsinin surətini Bəhreynin XİN rəhbərinə təqdim edib

Azərbaycan səfiri etimadnaməsinin surətini Bəhreynin XİN rəhbərinə təqdim edib

03 İyun 2026 - 20:08
MDB Dövlət Xəbər Agentlikləri Rəhbərləri Şurasının növbəti iclası keçirilib

MDB Dövlət Xəbər Agentlikləri Rəhbərləri Şurasının növbəti iclası keçirilib

03 İyun 2026 - 20:07
Əməyin mühafizəsi sahəsində beynəlxalq təcrübə müzakirə olundu

Əməyin mühafizəsi sahəsində beynəlxalq təcrübə müzakirə olundu

03 İyun 2026 - 19:28
İmişlidə güclü yanğın: iki rayondan dəstək gəldi

İmişlidə güclü yanğın: iki rayondan dəstək gəldi

03 İyun 2026 - 19:18
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  
« May    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.